Məhkəmə qərarları › İş №2-1(102)-1871/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1871/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1871/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(103)-1295/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. NZ ******* №-li hərbi biletə əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə dək Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.

2. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1978-ci ildə 10 saylı sexə elektrik avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1979-cu ildə h ərbi xidmətlə əlaqədar işdən azad edilmiş, - xx.xx.1981-ci ildə M.Ə.Əzizbəyov adına “Ximprom” Sumqayıt İstehsalat Birliyinin 2-ci növbəli Sulfonol istehsalına elektrik xidmətin elektrik avadanlıqlarına xidmət üzrə 3cü dərəcəli elektrik mantyoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci ildə işdən azad edilmiş, - xx.xx.1982-ci ildə Vano Sturua adına SİB “Kaspmorsudoremont” istehsalat vahidi mexanika sexinə 1-ci dərəcəli gəmi çilingər montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmiş, - xx.xx.1982-ci ildə “Saratovqesstroy” inşaat materialları zavodunda 3-cü dərəcəli kərpic çəkilicisi, xx.xx.1982-ci ildə polad və dəmir-beton konstruksiyaların montajı üzrə montajçı, xx.xx.1982-ci ildə polad və dəmir-beton konstruksiyaların montajı üzrə 3-cü dərəcəli montajçı vəzifəsinə qəb ul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, - xx.xx.1984-cü ildə Azərbaycan SSR İnşaat Sənaye Nazirliyi 8 Trestin SMD-251 İnşaat tərkibinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 2 Trestinin Mİİ-23-ə 3-cü dərəcəli elektrik-qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcəli elektrik-qaynaqçısı verilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, - xx.xx.1986-cı ildən 2 Trestinin Mİİ-24-ə xx.xx.1986-cı il tarixli 57 saylı əmrə əsasən 2 Trestinin Mİİ-23 keçirilmə ilə əlaqədar 4-cü dərəcəli elektrik-qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, -xx.xx.1989-cu ildə Azərbaycan SSR Sumqayıt şəhəri 2 Trestin SMD-20 2 Trestin İİ-24 keçirilmə ilə əlaqədar 4-cü dərəcəli elektrik-qaynaqçısı vəzifəsinə qəbul edil miş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, -xx.xx.1992-ci ildə “Kasneftfot” İdarəsinin Gəmir Təmiri Zavoduna enerji-mexanika təmiri sahəsində 4-cü dərəcəli elektrik-qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1994cü ildə işdən azad edilmiş, -xx.xx.1999-cu ildə 1 saylı yataqxanaya çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmişdir. -xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək DİA-nın 1 nömrəli yataqxanasında ocaqçı -xx.xx.2010-cu ildən hal hazıradək çilingər vəzifəsində işləyir.

3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh 11 avqust 2020-ci il tarixli, **********3 nömrəli məktubla pensiya təyin edilməsindən imtina edərək bildirmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikd ə nəzərdə tutulmuş sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər.

4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh 18 noyabr 2020-ci il tarixli, **********5 nömrəli məktubla pensiya təyin edilməsindən imtina edərək bildirmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 24 gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmasına və ona ödənilməmiş 3 illik pensiya məbləğinin hesablanaraq yeni alacağı pensiya məbləğinə əlavə edilməklə ödənilməsinə dair cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 60 yaşının tamam olması, 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajının olmasına istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından əsassız olaraq imtina edilmişdir.

7. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Mərkəzi Filiala müraciətində güzəştli iş stajını təsdiq edən iş yerindən arayışını əlavə etməmişdir.

8. Məhkəmə baxışı zamanı iddiaçının vəkili iddia tələbinin xx.xx.2020-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi oxunmasını xahiş etmiş, cavabdehin etirazı olmamış və məhkəmə dəqiqləşməni qəbul etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-2015/2021 nömrəli, qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, o cümlədən onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı”nın “X. Kimya istehsalatı” bölməsində 2110A030-17531 və 2110A0 30 kodla, “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000- 19906 kodla, 23200000—13162 kodla nəzərdə tutulduğundan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 21(103)-1295/2022 nömrəli qərarı ilə (hakimlər: X.A.Cəmilova - sədrlik edən və məruzəçi, A.P.Oruczadə və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış dır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün qanunla tələb olunan 12 il 6 ay stajının olmasının təsdiqi kimi istinad etdiyi iş yerləri və peşələrlə bağlı qeyd olunur ki, onun xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (8 ay), xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək (10 ay) kimya istehsalı sahəsində işlədiyi elektrik mantyoru, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək (3 ay) gəmi təmirçi çilingər, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək (1 il 1 ay), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (1 il), xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək (2 il 7 ay), xx.xx.1989cu ildən xx.xx.1992-ci ilədək (3 il 5 ay), xx.xx.1992-ci ildən xx.xx.1994- cü ilədək (2 il 4 ay) işlədiyi elektrik qaynaqçısı peşələrinin zərərli peşələr olub, bu peşələrdə işləyənlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olması iş yerlərindən verilmiş müvafiq arayışlarla da təsdiq olunur. Həmin müddət ümumilikdə 12 il 2 ay təşkil edir. İddiaçının xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək (1 il 1 ay 9 gün) “Qidromontaj” Ümumittifaq trestinin Voljskiy montaj sahəsində işlədiyi “polad və dəmir-beton konstruksiyaların montajı üzrə montajçı” peşəsinə gəldikdə isə qeyd olunur ki, həmin peşənin də zərərli olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilir. Bu barədə həmin müəssisə tərəfindən güzəştli arayışın verilməsi təmin oluna bilmədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı xx.xx.2020- ci il tarixli icmal məktubunda qeyd olunanları nəzərə alaraq güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisədən alınmasını məqsədəmüvafiq hesab etmişdir. Bu məqsədlə məhkəmə kollegiyasının oxşar müəssisə kimi sorğu göndərdiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, hal-hazırda zavodda “polad və dəmir beton konstruksiyaların montajı üzrə montajçı” peşəsi üzrə ştat vahidi mövcud deyildir. Əvvəllər zavodda mövcud olmuş “metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsinin vəzifə funksiyaları “polad və dəmir beton konstruksiyaların montajı üzrə montajçı” peşəsinin vəzifə funksiyaları ilə eynilik təşkil edir və bu peşədə işləyən işçilər qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısında XXVİİ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 229000a-14612 kodu ilə qeyd olunmuş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. “Polad və dəmir beton konstruksiyaların montajı üzrə montajçı” peşəsində işləyənlərin yuxarıda adıçəkilən Qərarın tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın a çıxmaq hüququ vardır

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkünsüz hesab edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətində qeyd edir ki, iddiaçı ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən iş yerindən güzəştli iş stajını təsdiq edən arayışları təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əm ək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyqun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçı Mərkəzi Filiala müraciətində güzəştli iş stajını təsdiq edən iş yerinin arayışını iş materiallarına əlavə etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. A xırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

18. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): -13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir lər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 2100000 şifrəsi X. Kimya istehsalatı sahəsində tam iş günü məşğul olan kimya müəssisəsinin fəhlələri (elektrik mantyoru), 21503000 şifrəsi

3. Qazanxana, gəmi gövdəsi, gəmiqay ırma və gəmi təmiri işləri bölməsinin 2150300a—18451 şifrəsi altında “çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər, 23200000 şifrəsi XXXİİİ. Ümumi peşələr adlanan bölmədə 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları, 229000a-14612 şifrəsi XXVİİ-Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində ilə qeyd olunmuş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar”.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin v erilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilə r və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

26. Qanunvericiliyin hazırkı qərarın 17-19-cu bəndlərində istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş s tajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının güzəştli iş stajı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (8 ay), xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək (10 ay) kimya istehsalı sahəsində işlədiyi elektrik montyoru, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək (3 ay) gəmi təmirçi çilingər, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək (1 il 1 ay), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (1 il), xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək (2 il 7 ay), xx.xx.1989cu ildən xx.xx.1992-ci ilədək (3 il 5 ay), xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək (2 il 4 ay) işlədiyi elektrik qaynaqçısı, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək (1 il 1 ay 9 gün) işlədiyi “polad və dəmir-beton konstruksiyaların montajı üzrə montajçı” peşəsi ümumilikdə 13 il 3 ay 9 gün təşkil edir. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən iddiaçının 25 ildən artıq ümumi stajının mövcudluğu müəyyən olunmuşdur ki, bu da işin mübahisələndirilməyən halını təşkil edir.

28. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin tələbləri-25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər iddiaçıya münasibətdə mövcud olduğundan apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

29. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi dəqiqləşdirilmiş ərizəsində 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, eyni xahişlə həm də apellyasiya məhkəməsinə müraciət etdiyindən məhkəmələr də haqlı olaraq 60 yaşı tamam olan vaxt iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olması qənaətinə gəlmişlər.

30. Odur ki, məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri həddində məhkəmə qərarını yoxlayara q hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 21(103)-1295/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar