Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1871/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR-nin Xəzər hövzə və digər balıqçılıq su hövzələrində balıqların mühafizəsi, artırılması və ovunun tənzim edilməsi idarəsində müxtəlif vəzifələrin dövlət qulluğu hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğl u (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1175/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1946-cı ildə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyanın 7-ci maddəsinə əsasən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı hesab edir ki, ya görə pensiya dövlət qulluğunda qulluq illəri nəzərə alınmaqla təyin edilməlidir.
3. İddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən, SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş İdarəsinin tabeçiliyində olan X7 idarəsində xx.xx.1973-cü ildə 5-ci rayonun balıq mühafizəsi müfəttişliyin ixtioloqu vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü ildə X10 Müşahidə Stansiyasına ixtioloq vəzifəsinə, xx.xx.1976cı il tarixdə əməliyyat qrupun rayon dövlət müfəttişi vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə balıq mühafizə şöbəsinin rəisi təyin edilmiş, xx.xx.1984-cü il tarixdə balıq mühafizə şöbəsinin rəisi vəzifəsini icra etməklə, idarə rəisi müavini vakant olan vəzifəsinə müvəqqəti təyin edilmiş, xx.xx.1986-cı i l tarixdə Xəzər dəniz müfəttişliyin rayon dövlət müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixdə 9-cu rayon balıq mühafizə müfəttişliyinə həmin vəzifəyə öz ştatı ilə təyin edilmiş, xx.xx.1988-ci il tarixdə vəzifəsi sahə dövlət müfəttişi vəzifəsinə dəyişdirilmiş, xx.xx.1989-cu il tarixdə balıq mühafizəsi əməliyyat müfəttişliyinə sahə dövlət müfəttişi vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə Balıq mühafizəsi orqanların işçilərinin əmək haqqlarının ödənilməsi şərtlərin təkmilləşdirilməsi ilə əlaqədar vəzifəsi dövlət müfəttişi vəzifəsinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 447 nömrəli qərarına əsasən “Cənubi Xəzərbalıqartırma idarəsi”nin bazası əsasında “Azərbalıq” X2 Konserni yaradılmış, “Azərbalıq” X2 Konserninə prezide nt köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə “Azərbalıq” Dövlət Konserninə köçürmə yolu ilə konsernin idarə heyətinin məsul katibi vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü ildə Balıq ehtiyatları mühafizəsi şöbəsinin mütəxəssisi təyin edilmişdir. Ştat cədvəlində edilən dəyişikliyə əsasən vəzifəsi böyük dövlət müfəttişi adlandırılmış, xx.xx.1997-ci ildə tutduğu vəzifədən azad olunmuşdur.
4. İddiaçı pensiyasının dövlət qulluqçusu kimi təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh Balıq Təsərrüfatı İdarəsinin aparatında X12 İdarəsinin mövcud olmadığını, iddiaçının vaxtilə həmin qurumda çalışdığı vəzifələrin qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmədiyini bildirmişdir.
5. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, Azərbayc an SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli, 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı idarəsinin aparatında X12 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də vaxtilə həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və pensiyaya çıxdığı vaxtdan dövlət qulluqçusu kimi pensiya təyin olunanadək dövrdə ald ığı pensiya ilə dövlət qulluqçusu kimi pensiya almadığı fərqin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ildən 1992-ci il tarixə qədər SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR-nin Xəzər hövzə və digər balıqçılıq su hövzələrində balıqların mühafizəsi, artırılması və ovunun tənzim edilməsi idarəsində müxtəlif dövlət vəzifələrində işləmişdir. 1992-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra X4 və onun tabeliyində olan idarədə işlədikdən sonra 1997-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Yuxarıda göstərilənlərə baxmayaraq ona dövlət qulluqçusu kimi pensiya təyin edilməmişdir. Cavabdehə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etsə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müraciəti təmin edilməkdən imtina edilmişdir. O, SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR-nin Xəzər hövzə və digər balıqçılıq su hövzələrində balıqların mühafizəsi, artırılması və ovunun tənzim edilməsi idarəsində müxtəlif dövlət vəzifələrində, yəni inzibati vəzifələrdə işləmişdir. Bu idarə SSRİ-nin tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı olmaqla, o, aparatda mövcud olan şöbə rəisinin müavini və digər vəzifələrdə işləmişdir. O işlədiyi dövrdə tabel silahı daşımış və dövlətin problemli bir çox işlərində dövlə t komissiyasında bir çox vəzifə daşımışdır. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur və onun konstitusion hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir.
8. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi 1974-cü ildən 1992-cı ilədək SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR-nin Xəzər hövzə və digər balıqçılıq su hövzələrində balıqların mühafizəsinin artırılması və ovunun tənzim edilməsi idarəsində müxtəlif vəzifələrdə çalışdığını, 1992-ci ildən Azərbaycan Dövlət Konsernində və onun tabeliyində olan idarədə işlədikdən sonra 1997-ci ildə işdən azad edildiyini qeyd edərək məhkəmədən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2016-ci il tarixdən ümumi əsaslarla yaşa gör ə əmək pensiyası təyin edilmişdir, iddiaçının ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxılmışdır. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və “Dövlət qulluğu haqqında” A zərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.3-cü maddəsinə əsasən, “dövlət qulluqçusu yalnız “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesabl anması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixdən Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır.
9. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8922/2024 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, İddiaçı dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və ona ümumi əsaslarla yaşa görə pensiya təyin olunduğu xx.xx.2016-ci il tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət S osial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5-məruzəçi, X9 və X6) 2-1(103)-1175/2025 nömrəli 12 fevral 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8922/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilmə sini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri imtina və iddia ərizəsinə etirazın dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər g əlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; … Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1 -dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: …20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Əvvəlki redaksiya (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur) 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11. 2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; Qüvvədə olan redaksiya: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbl əğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Hazırkı işdə iddiaçının hüquqi marağı və ondan irəli gələn tələbi ona dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsinə yönəlmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməd iyindən qəbul etdiyi qərar ləğv olunmalıdır. 22. “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinə görə, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddətində daxil edilir.
23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
24. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 6 -cı bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. 25. 1991-ci il oktyabr 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahına əsasən aparılır.
26. Əvvəllər dövlət orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin Siyahıya salınmasının Nazirlər Kabinetinin səlahiyyətinə aid olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanının 1-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmiş, 2-ci bəndində isə qeyd edilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
27. İddiaçı ya xx.xx.2016-cı il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasını arzulayır və bunu müxtəlif qurumlar tərəfindən verilmiş rəylərə istinad edərək işlədiyi vəzifənin dövlət qulluğu vəzifələrinə uyğunluğu ilə əsaslandırır. İddiaçı həmin tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli, 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X12 İdarəsi mövcud olmamışdır.
28. Azərbaycan Respub likası X13 xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş və zifələrin və həmin tarixdən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin, hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1973-199 1-ci illərdə X16 ehtiyatlarının mühafizəsi, artırılması və balıqçılığın tənzimlənməsi Hövzə idarəsində (Cənubxəzərbalıqçılıqda) iş müddəti ilə bağlı hüquqi statusunu və strukturunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından məsələyə dair rəy vermək mümkün olmamışdır. 1992-1997-ci illərdə Azərbaycan Respublikasının “Azərbalıq” X2 Konsernində iş müddəti ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 24 avqust tarixli 467 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbalıq” X2 Konserni Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən sözügedən Konsern respublikanın su hövzələrində balıqçılığın elmi əsasları, balıqartırma, balıq ehtiyatlarının mühafizəsi, balıq ovu, emalı, istehsalı və satışı üzrə təsərrüfat fəaliyyətini əlaqələndirmək, qarşılıqlı əlverişli şərtlər d axilində əməkdaşlığı canlandırmaq, bazar iqtisadiyyatı şəraitində vahid istehsal təsərrüfatı quruluşu yaratmaq və müəssisələrin təsərrüfat müstəqilliyini genişləndirmək məqsədilə birləşmiş müəssisə və təşkilatların birliyi olmuş, öz fəaliyyətini tam təsərrüfat hesablı, öz xərcini ödəmə, özünü maliyyələşdirmə və özünü idarə əsasında həyata keçirmişdir. “Dövlət qulluğu haqqında” Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən 1992-1997-ci illərdə Azərbaycan Respublikasının "Azərbalıq” X2 Konsernində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
29. İddiaçının 1973-1991-ci illərdə işlədiyi vəzifələrin dövlət qulluğu sayılması yuxarıda adı çəkilən Prezident Fərmanı və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır. Həmçinin həmin vəzifələrin dövlət qulluğu hesab edilməsinin mümkünlüyü barədə X13 də müsbət rəy verməmişdir.
30. Məhkəmə iddianın təmin edilməsi nəticəsinə gələrkən analoji iş üzrə məhkəmənin müvafiq sorğusu əsasında əldə edilmiş sənədlərə istinad etmişdir. 31. “... Analoji iş üzrə məhkəmənin müvafiq sorğusuna əsasən... X16 Ehtiyatlarının Artırılması, Bərpası, Mühafizəsi və Balıq OvununTənzimlənməsi idarəsi (“Cənubi Xəzərbalıqartırma idarəsi”) barədə Arxiv arayışından müəyyən olunur ki, sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş İdarəsinin tabeçiliyində olan “X7” idarəsi (X16 ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq ovunun tənzimlənməsi idarəsi) Azərbaycan Respublikasında 1991-ci ilədək fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arxivində saxlanılan sənədlərə əsasən (1941-1990-cı illəri əhatə edir) təsdiqlənir ki, (“X7” idarəsi) keçmiş Azərbaycan SSR-də fəaliyyət göstərmişdir. 32. “Cənubi Xəzərbalıqartırma idarəsi”nin tabeliyində olan 9 balıqartırma zavod və təsərrüfatları, 10 balıq mühafizə müfəttişlikləri vasitəsilə Azərb aycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq ovunun tənzim edilməsi fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmuşdur. “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmişdir. 33. 1983-cü ilin 18 mart tarixində sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş idarəsi tərəfindən təsdiq edilmiş idarəetmə aparatı üzrə ştat cədvəlinə əsasən 9 balıqartırma zavod və təsərrüfatları, 10 rayon balıq mühafizə müfəttişlikləri üzrə 68 idarəetmə vahidi nəzərdə tutulmuşdur (SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 447 nömrəli qərarına əsasən sözügedən idarənin bazasında onun funksiyalarını həyata keçirən “Azərbalıqartırma” Dövlət Konserni yaradılmışdır.
34. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 04 iyul t arixli 40 nömrəli Fərmanına əsasən, “Azərbalıqsənaye” İstehsalat Birliyi, “Azərbalıq”, “Azərbalıqartırma”, “Azərbalıqsənayesatış” konsernləri və “Xəzər” X1 əsasında Azərbaycan Respublikasının “Azərbalıq” X2 Konserni yaradılmışdır. “Azərbaycan Respublikasının “Azərbalıq” X2 Konsernin nizamnaməsi və tərkibinə daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 avqust tarixli qərarı ilə təsdiq edilmişdir.
35. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, analoji işdə iddiaçı bilavasitə “X7” İdarəsində işləmiş, həmi iş üzrə iddiaçının işlədiyi vəzifənin dövlət qulluğu sayılması barədə X13 müsbət rəy vermişdir. Hazırkı işdə isə iddiaçı “X7” İdarəsində deyil, idarəyə tabe olan qurumda (müfəttişlikdə, stansiyada) işləmiş, onun işlədiyi vəzifənin dövlət qullu ğu olması barədə X13 müsbət rəy verməmişdir. O da vurğulanmalıdır ki, sözügedən idarənin bazasında onun funksiyalarını həyata keçirən “Azərbalıqartırma” Dövlət Konserni yaradılmış, X8 məlumatına görə Konsern öz fəaliyyətini tam təsərrüfat hesablı, öz xərcini ödəmə, özünü maliyyələşdirmə və özünü idarə əsasında həyata keçirmişdir.
36. Bəhs olunanlara əsasən iddiaçının 1973-1991-ci illərdə işlədiyi vəzifələrin dövlət qulluğu sayılması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır.
37. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1175/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və ona ümumi əsaslarla yaşa görə pensiya təyin olunduğu xx.xx.2016-ci il tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.