Məhkəmə qərarları › İş №2-1(102)-1872/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1872/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1872/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Kəmaləddin Bədəlov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili Emin İsayevin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-828/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı onun xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. xx.xx.1971-ci il tarixdən - xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti vardır. Ümumilikdə 34 ildən çox sosial sığorta stajı vardır. Qeyd olunan sığorta stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Cavabdehə ərizə ilə müraciət edərək pensiyasının təyin ed ilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən xx.xx.1992-ci il tarixdən - xx.xx.2005-ci il tarixədək olan sosial sığorta stajının qarşııqlı yoxlanmasının mümkün olmadığını əsas gətirərək həmin dövrü sığorta stajına daxil etməyərək yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında qeyd olunmasına baxmayaraq cavabdeh həmin dövrü yoxlamaq mümkün olmadığını bəhanə gətirərək həmin illəri sığorta stajına daxil etməkdən imtina etmişdir. Halbuki, istər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda, istərsə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edi lməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları”nda sığorta olunanın sığorta stajının əmək kitabçası əsasında müəyyən edilməsi nəzərdə tutulduğundan, onun əmək kitabçasında xx.xx.1992ci il tarixdən - xx.xx.2005-ci il tarixədək sosial sığorta stajı müəyyən olunduğundan, cavabdehin ona məxsus əmək kitabçasında həmin dövrü yoxlamaq mümkün olmadığını əsas gətirərək həmin illəri sosial sığorta stajına daxil edərək pensiyanın yenidən hesablanmasından imtina etməsi əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli,2-1(81)-4320/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, X1 xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasınıntəyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” 3.1.1 və 7-ci maddələrinə və “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186-cı Qərarının 1.1-ci bəndinə əsaslanaraq iddiaçının ümumilikdə əmək stajının 30 ildən çox təşkil etdiyini, onun qanunvericiliklə nəzərdə tutulan yaş həddinə çatdığını nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçıya y aşa görə əmək pensiyası təyin edilməsi mümkün olduğunu, cavabehin imtinası iddiaçının sosial müdafiə hüququnu pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilmədiyinə dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-828/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin2-1 (81)-4320/2019 nömrəli iş ü zrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı onun xx.xx.1992-ci il tarixdən - xx.xx.2005-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilmə si, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1, 3.1.1, 3.1.2, 3.2, 3.2.1-ci maddəsinə əsaslanaraq iddiaçıya məxsus olduğu irəli sürülən əmək kitabçasında onun xx.xx.1992-ci il tarixdə qəbul olunduğu vəzifə “sıvaxçı” (suvaqçı olmalı idi), bu qeydi aparan vəzifəli şəxs isə “NQÇ-1 rəyisi’’ (rəis olmalı idi) kimi göstərildiyi, xx.xx.2005-ci il tarixli “suvaqcı şinndən azad edilsin” qeydi isə bir neçə qaralama və düzəltmə ilə müşayiət olunduğu üçün mötəbər sübut əhəmiyyəti kəsb etmir. xx.xx.2019-cu il tarixdə “xxxx" ASC-nin Arxiv İdarəsində yoxlama zamanı əmr kitablarında iddiaçının işləməsi barədə hər hansı bir qeyd aşkar edilməməsi də bu qənaəti qüvvətləndirildiyinə dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şi kayəti onunla əsaslandırılmışdır ki,istər əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda, istərsə də «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları»nda sığorta olunanın sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həm əmək kitabçasında qrammatik səhvlərin və qaralamanın olması, həm işlədiyi müəssisənin arxivində iddiaçının həmin müəssisədə işləməsi barədə hər hansı bir sənədlərin mövcud olmaması, həm də xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajının PAS-a daxil edilməməsi iddiaçının iradəsindən asılı olmayan səbəblərdir və bunlarda iddiaçının heç bir təqsiri yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-828/2020 nömrəliqərarının ləğv edilməsini, birinci instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılmasını barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və birinci instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılmasınıAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkilçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və birinci instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili E.İsayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tari xli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında “iddiaçıya məxsus olduğu irəli sürülən əmək kitabçasında onun xx.xx.1992-ci il tarixdə qəbul olundu ğu vəzifə “sıvaxçı” (suvaqçı olmalı idi), bu qeydi aparan vəzifəli şəxs isə “NQÇ-1 rəyisi’’ (rəis olmalı idi) kimi göstərildiyi, xx.xx.2005-ci il tarixli “suvaqcı şinndən azad edilsin” qeydi isə bir neçə qaralama və düzəltmə ilə müşayiət olunduğu üçün mötəbər sübut əhəmiyyəti kəsb etmir. xx.xx.2019-cu il tarixdə “xxxx" ASC-nin Arxiv idarəsində yoxlama zamanı əmr kitablarında iddiaçının işləməsi barədə hər hansı bir qeyd aşkar edilməməsi də bu qənaəti qüvvətləndirir.” qeyd edərək birinci instansiya məhkəməsinin2-1 (81)- 4320/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəs inə qarşı onun xx.xx.1992-ci il tarixdən - xx.xx.2005-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsinə dair nəticəyə gəlmişdir. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, istər əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda, istərsə də «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları»nda sığorta olunanın sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həm əmək kitabçasında qrammatik səhvlərin və qaralamanın olması, həm işlədiyi müəssisənin arxivində iddiaçının həmin müəssisədə işləməsi barədə hər hansı bir sənədlərin mövcud olmaması, həm də xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajının PAS-a daxil edilməməsi iddiaçının iradəsindən asılı olmayan səbəblərdir və bunlarda iddiaçının heç bir təqsiri yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsaslıdır. Belə ki,əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüq uqu sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Pensiyaçılara əmək pensiyasının düzgün təyin edilməməsi onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin maraqları naminə qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər isti sna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa məhkəməsinin president hüququna müvafiq olaraq pensiya hüququ konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli Qərarı, §76-77). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsin ə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dö vlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Eyni zamanda “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Qanunvericiliyin normalarından göründüyü kimi, istər əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda, istərsə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi və baxılması və saxlanması qaydaları”nda sığorta olunanın sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hüquqi mövqeyini bəyan edərək bildirir ki, hər hansı bir işəgötürən tərəfindən əmək kitabçası doldurularkən onun üzərində mahiyyəti dəyişməyən qaralamalara və xırda qrammatik səhvlərin yol verməsi işçinin və ya sığortaolunanın pensiya hüquqdan məhrum olunması üçün əsas ola bilməz, lakin Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd edir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və bu halda apelyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılarkən cavabdeh tərəfindən mübahisələndirilən dövrə aid hissədə iddiaçının işlədiyini sübut etmək üçün ona sübutları təqdim etməyə dair şərait yaratmalı, “xxxx" ASC-i işə cəlb olun araq müvafiq dövrdə iddiaçının əmək kitabçasında qeyd edilən işlərə cəlb edilib – edilmədiyi halları tam və hərtərəfli araşdırılmalıdır. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-828/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar bax ılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar