Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1872/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), hakimlər Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fon dunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsitələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli 21(103)-1664/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1962-ci il təvəllüdlüdür.
2. NZ seriyalı ******* saylı 3 oktyabr 1980-cı il tarixli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, o, 14 oktyabr 1980-cı il tarixdən 31 oktyabr 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 1 oktyabr 1980-cı il tarixli əmək kitabçasından görünür ki, o, 7 yanvar 1980-cı ildə 13 saylı enerji-su-ka nalizasiya sexinə istilik qrupuna 1-ci dərəcəli çilingər qəbul edilmiş, 15 iyul 1980-ci ildə həmin yerə texniki qurğuların təmir və xidməti üzrə çilingər peşəsinin 2-ci dərəcəli verilmiş, 2 oktyabr 1980-cı ildə hərbi xidmətlə əlaqədar işdən azad edilmiş, 14 oktyabr 1980-cı ildən 10 noyabr 1982ci ilədək Sovet Ordusu sıralarında xidmətdə olmuş, 25 dekabr 1982-cı ildə Bakı Asbestsement və keramik məlumatlar Kombinatı Plitka sexinə 2-ci dərəcəli çilingər qəbul edilmiş, 20 aprel 1984-cü ildə çilingər-təmirçi peşəsinin 3-cü dərəcəsi verilmişdir, 13 fevral 1985-cı ildə Plitka sexinə termokimyəvi əməliyyatlarla avadanlıqların 3-cü dərəcəli sazlayıcısı keçirilmiş, 1 iyul 1985-ci ildə Plitka sexinin adı dəyişdirilərək üzləmə plitkaları sexi adlandırılmış, 12 avqust 1985-ci ildə çilingər-təmirçi peşə sinin 4-cü dərəcəsi verilmiş, 1 yanvar 1986-cı ildə keramika istehsalı avadanlıqlarının 4-cü dərəcəli sazlayıcısı adlandırılmış, 15 iyun 1987-ci ildə 4-cü dərəcəli vulkanizatorçu keçirilmiş, 31 avqust 1988ci ildə yeniləmək haqqı ödənişi şərtlərinı keçidlə əlaqədar 4-cü dərəcəli vulkanizatorçu tarifi təyin edilmiş, 1 iyun 1993-cü ildə Kombinatın adı “Şifer və keramika məlumatları kombinatı” adlandırılmış, 30 noyabr 1993-cü ildə 5-ci dərəcəli vulkanizatorçu verilmiş, 10 oktyabr 1994-cü ildə 6-cı dərəcəli vulkanizatorçu verilmiş, 16 aprel 2005-cı ildə işdən azad edilmiş, 21 aprel 2005-ci ildə "xxxx" ASC-nin Mexaniki təmir sexinə vulkanizator vəzifəsinə işə qəbul edilmiş, 3 noyabr 2006-cı ildə həmin sexdə usta vəzifəsinə keçirilmiş, 7 yanvar 2008-ci ildə Şifer zavodunun elektromexaniki təmir ü zrə usta vəzifəsinə təyin edilmiş, 1 aprel 2008-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar olaraq tikinti təmir sexinə sanitar işləri üzrə texniki vəzifəsinə keçirilmiş, 1 iyun 2012-ci ildə şifer zavoduna avadanlıqların təmiri üzrə briqadir vəzifəsinə keçirilmiş, 1 avqust 2012-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şifer istehsalı sahəsinə rəis müavini vəzifəsinə keçirilmiş, 4 sentyabr 2013-cü ildə Şifer istehsalı sahəsinə rəis vəzifəsinə keçirilmiş, 1 oktyabr 2014-cü ildə Sement istehsalı sahəsinə müvəqqəti rəis vəzifəsinə keçirilmiş, 28 yanvar 2014-cü ildə işdən azad edilmişdir.
4. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasında n imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 26 avqust 2020-ci il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000, 00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27035,71 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan 24 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 7 yanvar 1980-cı ildən “Bakı asbestsement və keramika məmulatları” kombinatında əmək fəaliyyətinə başlamış, 14 oktyabr 1980-cı il tarixdən 10 noyabr 1982-ci il tarixə qədər Sovet Ordusunda hərbi xidmət keçmiş və 25 dekabr 1982-ci il tarixdən 3 mart 2005-ci il tarixə qədər “Bakı asbestsement və keramika məmulatları” kombinatında çilingər, vulkanizatorçu vəzifəsində işləmişdir. 20 aprel 2005-ci il tarixdən 21 noyabr 2014-cü il tarixə kimi yenidən “Bakı asbestsement və keramika məmulatları” kombinatında çilingər, vulkanizator və digər vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə, icra etdiyi vəzifələr bütünlüklə ağır vəziyyətdə olmuş və əmək stajı zərərli işlərə görə 2 noyabr 2006-cı il tarixə kimi 21 (iyirmi bir) il, 3 (üç) ay, 26 (iyirmi altı) gün təşkil edir və güzəştli şərtlərlə iş stajına malikdir.
7. Cavabdeh iddiaya dair etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1119/2022 saylı 28 yanvar 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 57 yaşı tamamdır, hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla 1 yanvar 2006-cı ilədək ümumilikdə 25 il 8 ay 6 gün olmaqla 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət, 22 il 10 ay 21 gün ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Sadalanan şərtlər ödənildiyindən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı cavabdeh inzibati orqanın imtina dəlili əsaslı deyildir.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1664/2022 nömrəli iş üzrə 29 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1119/2022 saylı 28 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə yazılı etirazda qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində, sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şik ayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imk an verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zə rərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KAS SASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şi kayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araş dırmaları yetərli hesab olunur.
24. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb 1 iyul 2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 1 yanvar 2006-cı il tarixinədək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və s abitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
25. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli 2-1(103)-1664/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli 21(103)-1664/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.