Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1872/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: başqa işlə bağlı məhkəmə icraatının dayandırılması əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2024-cü il tarixli, 2-1(103)-156/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 11 noyabr 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədləri geri qaytarılır. xx.xx.2008-ci il tarixdə N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmadığına və travma almağı döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının icrası ilə bağlı olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1453/2023 saylı 10 mart 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi öh dəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.
5. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
6. Cavabdeh apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
7. İş apelyasiya instansiyası məhkəməsinin icraatında olan zaman cavabdeh vəsatət verərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
8. Vəsatətdə qeyd edilmişdir ki, hazırkı mübahisə ilə bilavasitə əlaqəli olan və inzibati iş materiallarına əlavə olunan iddiaçının 16 avqust 2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi’’ xəsarətinin səbəb əlaqəsinin “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmasına dair 2-1(112)-3029/2021 nömrəli inzibati iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə məhkəmə icraatının təzələnməsi və inzibati işə mahiyyəti üzrə baxılmasına dair Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edilmişdir. Ərizəyə Bakı İnzibati Məhkəməsində baxılıb yekun qərar qəbul edilənədək Bakı İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli 21(112)-1453/2023 nömrəli qərarından verilmiş apelyasiya şikayətinə baxılması ilə əlaqədar məhkəmə icraatı dayandırılmalıdır.
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-156/2024 nömr əli iş üzrə 03 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) vəsatət təmin edilmiş, hazırkı iş üzrə icraat 2-1(112)-3029/2021 nömrəli inzibati iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə məhkəmə icraatının təzələnməsinə dair inzibati işinə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən inzibati işin nəticəsinin hazırki inzibati işin baxılmasına əhəmiyyətli təsiri vardır. Həmin inzibati işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər hazırki inzibati işə baxmaq mümkün deyil. Bu baxımdan 2- 1(112)-3029/2021 nömrəli inzibati iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü şəxs qismində mə hkəmə icraatına cəlb edilməklə məhkəmə icraatının təzələnməsi və inzibati işə mahiyyəti üzrə baxılmasına dair Bakı İnzibati Məhkəməsinə verilmiş ərizəyə dair yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmalıdır.
11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-156/2024 nömrəli iş üzrə 03 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsini və apelyasiya şikayəti üzrə məhkəmə icraatının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Şikayətdə İPM-in 28.1, 100, 102, 103.1, 106.3-cü maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticənin qanunsuz və əsassız olduğu qeyd edili r.
13. Qeyd edilir ki, cavabdehin vəsatəti qanuni sayıla bilməz. Belə ki, iddiaçıya “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin verilməsi ilə bağlı məhkəmə qərarı qüvvəyə minmişdir və artıq icra edilib. Qüvvəyə minmiş və icra edilmiş məhkəmə qərarı yenidən mübahisələndirmək qərəzli yanaşma kimi qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasınd an və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasın da yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı ic raat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi qanunun göstərişlərini düzgün tətbiq etməmiş və icraatı dayandırmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
19. Məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
20. Belə ki, cavabdeh tərəfindən apelyasiya instansiyası məhkəməsinə icraatın dayandırılması barədə vəsatət verməsinin səbəbi 2-1(112)-3029/2021 nömrəli inzibati iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə məhkəmə ic raatının təzələnməsi və inzibati işə mahiyyəti üzrə baxılmasına dair Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edilməsi olmuşdur. Apelyasiya instansiyası məhkəməsi də öz növbəsində hesab etmişdir ki, sözügedən inzibati işin nəticəsinin hazırki inzibati işin baxılmasına əhəmiyyətli təsiri vardır. Həmin inzibati işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər hazırki inzibati işə baxmaq mümkün deyil.
21. Məhkəmə kollegiyası bildirir ki, 2-1(112)-3029/2021 nömrəli iş üzrə cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə iki ərizənin verildiyi müəyyən edilmişdir.
22. Ərizələrdən biri yeni açılmış hallarla bağlı icraatın təzələnməsi ilə əlaqədar olmuşdur. 08 fevral 2024-cü il tarixli Bakı İnzibati Məhkəməsinin qərardadı ilə həmin ərizə məhkəmə icraatının iştirakçıları olmayan şəxs tərəfi ndən verilməsi əsası ilə mümkün sayılmamışdır.
23. Digər ərizə isə Müdafiə Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə məhkəmə icraatının təzələnməsi ilə bağlıdır.
24. Bu ərizə də Bakı İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə qərardadında bildirmişdir ki, məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunduğu hallarda məhkəmə həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilə bilər. Lakin hazırkı halda ərizəçi qeyd olunan məhkəmə qərarının onun hansı maraqlarına toxunmasını ərizəsində əsaslandıra bilməmiş, həmçinin bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, 2-1(112)-3029/2021 nömrəli iş üzrə qəb ul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini aldığından və icra edildiyindən hazırki işin dayandırılma əsası ola bilməz.
26. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, qüvvədə olan İPM-in 7-ci maddəsində mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması əsasları göstərilmişdir. Normanın tələbinə görə mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər.
27. Məhkəmə kollegiyası qeyd edilən normanı hazırkı işə tətbiq edərkən işin icraatının dayandırılması ilə bağlı işlə r arasında hər hansı asılılığın olmadığı qənaətinə gəlir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsatəti təmin edilməməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2024-cü il tarixli, 21(103)- 156/2024 saylı qərardadı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsatəti təmin edilməsin. Qərar qətidir.