Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1872/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 11.09.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-101/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan SSR X2 Təhsil Komitəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixdə verilmiş Д № 408129 saylı Diplomunun surətinə görə, İddiaçı Bakı şəhəri 80 №-li X3 məktəbinə xx.xx.1981-ci il tarixdə “kişi və uşaq üst geyimləri dərzisi” ixtisasına daxil olmuş və xx.xx.1984-cü il tarixdə isə həmin ixtisas üzrə tam kursu bitirmişdir. 2. Н З seriyalı, ******* №-li hərbi biletin surətinə görə, İddiaç ı xx.xx.1984-cü ildənxx.xx.1986-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 3. 26.09.1986-cı il tarixdə İddiaçı adına açılmış ИT-İ № ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, o; Qaz Sənayesi Nazirliyi “X4-qaz sənayesi” ÜİB “X4-qaz donanması” İdarəsi Neft-qaz dəniz donanmasının Abşeron Rayon İdarəsində: - xx.xx.1986-cı il tarixdə “MS-168” 2-ci sinif şagirg matros vəzifəsinə qəbul edilmişdir; - xx.xx.1986-cı il tarixdə “İSK-39”-a 2-ci sinif matros vəzifəsinə keçirilmişdir; - xx.xx.1988-ci il tarixdə “İSK-39”-a müvəqqəti olaraq 1-ci sinif matros vəzifəsinə keçirilmişdir; - xx.xx.1988-ci il tarixdə “İSK-39”-a müvəqqəti olaraq 1-ci sinif matros vəzifəsinə keçirilmişdir; 4. "xxxx" QSC X4 Donanması tərəfindən verilmiş xx.xx.2023-cü il tarix li, 13-3-2/3-948/2023 №-li arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1986-cı il tarixində X4 Donanmasının “PS-168” gəmisinə 2-ci dərəcəli şagird matros peşəsinə (xx.xx.1986-cı il tarixli 239-ş/h nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixində “PSK-39” gəmisinə 2-ci dərəcəli matros peşəsinə (xx.xx.1986-cı il tarixli 276- ş/h nömrəli əmr) keçirilmişdir. O, xx.xx.1988-ci il tarixindən hal-hazırkı tarixədək Donanmanın “PSK-21”, “PSK-39”, “PSK-48”, “Calqan-6”, “Sever-42”, “MPK-474”, “ÜK6”, “Abşeron-18” gəmilərində 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. Hal-hazırda “Abşeron-18” gəmisində böyük mexanik vəzifəsində çalışır. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən li man gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş 21,06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəric ilərin siyahısı”nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət - kod: 23003010 ) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr (peşələr) siyahısına aid edilir. Əsas: Şəxsi iş № 344, kadr əmrləri, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X4 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və 10.01,2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X4 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyy əti yaradılmışdır.
5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X1 və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2023-cü tarixli, 50 №-li arayışında göstərilmişdir ki, İddiaçı 01 sentyabr 1981-ci il tarixində 107-K nömrəli əmrə əsasən 80 nömrəli X3 Məktəbinə əyani daxil olmuş və 05 avqust 1984-cü il tarixində 48-K nömrəli əmrə əsasən “Kişi və uşaq üst geyimləri dərzisi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət sənədini imzalamış səlahiyyətli şəxs-Aslanova M.K. (direktor) olmuşdur. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli Qərarı və Azərbaycan Respublikası Təhsil nazirinin 02 sentyabr 1996-cı il tarixli 440 nömrəli əmrinə əsasən 80 nömrəli X3 Məktəbi 14 nömrəli Bakı Peşə Liseyi adlandırılmışdır. Q eyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 nömrəli Qərarı və Azərbaycan Respublikası Təhsil nazirinin 06 aprel 2020-ci il tarixli F-201 nömrəli əmrinə əsasən 4 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Məktəbinə 14 nömrəli Bakı Peşə Liseyinin bazasında “Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır.
6. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 317-1/2-H-99795/2023 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığo rta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixl i 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim sənədlərində qeyd edilən məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (24 il 1 ay 10 gün (xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ona “Vətənda şların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını ona münasibətdə tətbiq etməklə, 54 yaş 10 ay 23 günündən (60 yaş – 12 il 10 ay 24 gün 2 nömrəli siyahı üzrə xüsusi stajı), yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən, ona 55 yaş 08 aydan, yəni hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə doğulmuşdur. Д seriyalı, 408129 nömrəli diplomun surətinin və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 50 nömrəli, 05 aprel 2023-cü il tarixli arayışının əslinin məlumatlarına əsasən, o, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək 80 nömrəli X3 Məktəbində əyani formada təhsil almışdır. H3 seriyalı, ******* nömrəli hərbi biletinin notariat qaydasında təsdiq edilmiş surətinin məlumatlarına əsasən, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Sovet Ordusu sıralarında hərbi xidmət etmişdir. ИТ-İ № ******* nömrəli, 26 sentyabr 1986-cı il tarixli əmək kitabçasının notariat qaydasında tərcümə və təsdiq edilmiş surətinin və XDND-nin xx.xx.2023-cü il tarixli güzəştli arayışının əslinin məlumatlarına əsasən, xx.xx.1986-cı ildən hal-hazıradək X4 Donanmasında gəmidə şagird matros, matros, mexanik və böyük mexanik peşələrində işləmişdir. Onun xx.xx.1981-ci il tarixdən, qanuna edilmiş dəyişikliyə, yəni xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 35 il 6 ay 18 gün, güzəştli iş stajı isə 32 il 9 ay 24 gün təşkil etmişdir. O, etibarnamə üzrə nümayəndəsi vasitəsilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 21 fevral 2023-cü il tarixdə rəsmi ərizə ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla, iddiaçıya güzəş tli şərtlərlə pensiya təyinatını təxirə saldı. Təxirə salmasına səbəb kimi, iddiaçının xx.xx.1981-xx.xx.1984-ci illər ərzində təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənədin təqdim edilməsi göstərilmişdir. Yenidən o, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsilə xx.xx.1981-xx.xx.1984-cü illər ərzində təhsil aldığı müddətin əyani olmasını təsdiq edən arayış və tələb olunan digər sənədlərlə birlikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 10 aprel 2023cü il tarixdə rəsmi ərizə ilə cavabdehə ikinci dəfə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtian etmişdir. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 2 5 ildən az (24 il 1 ay 10 gün (xx.xx.1981- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) olması göstərildi.
10. Cavabdeh tərəfindən iddiaya qarşı verilmiş etirazın dəlilləri imtina məktubunda göstərilənlərlə eynilik təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Qaz Sənayesi Nazirliyi “X4-qaz sənayesi” ÜİB “X4-qaz donanması” İdarəsi Neftqaz dəniz donanmasının Abşeron Rayon İdarəsində matros kimi işləməyə başladığı xx.xx.1986-cı il tarixdən qeyd olunan Qanunun 13-cü maddəsinin a) bəndinin axırıncı abzası qüvvədən düşdüyü xx.xx.1997-ci il tarixə qədər, onun topladığı 10 il 10 ay 24 gün güzəşt li iş stajı nəzərə alınaraq həmin müddət, onun həmin Qanunun 12-ci maddəsində ümumi əsaslarla nəzərdə tutulan pensiya yaş həddindən (yəni 60 yaşdan) çıxılmaqla (130 ay: 2,5 = 52 ay = 4 il 4 ay) azaldılmalıdır. Belə olan təqdirdə iddiaçının 55 yaş 08 aydan əmək pensiyası hüququ yaranmış olur. İddiaçı xx.xx.1966-cı il tarixdə doğulduğundan, pensiya hüququnun yarandığı yaş həddi xx.xx.2021-ci il tarixdə tamamlanır. Odur ki, xx.xx.2021-ci ildən iddiaçının yaşa görə güzəştli şərtlə pensiya hüququ əmələ gəlir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-101/2025 nömrə li, 11 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina və iddiaya qarşı etirazın dəlilləri ilə uyğunluq təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQU 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəs ənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə mü əyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 12. yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Maddə 13. “b” bəndi. əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir lər. Həmin bəndin sonuncu abzaslarında göstərilmişdir ki: - İş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir; - İş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam-2 ayı üçün bir ay azaldılmaqla təyin edilir. Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır (1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiyada).
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısı: XXVİİİ Nəqliyyat (kod ********) fəsli Dəniz və çay donanması (kod ********) adlanan 3-cü bəndi 23003020—23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər); kod 23003010 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla).
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstər ilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüq uqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı iş üzrə qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlar, diplom və hərbi biletin surətlərindən, həmçinin "xxxx" QSC X4 Donanması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X1 və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2023-cü tarixli arayışlarına görə, iddiaçının xx.xx.1997-ci il tarixədək ümumi iş stajı 15 il 09 ay 18 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatla rın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulmuş peşələr (Dəniz və çay donanması (kod ********) adlanan 3-cü bəndində 23003020—23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) və kod 23003010 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)) üzrə güzəştli iş stajı 10 il 10 ay 24 gün təşkil edir.
29. Apellyasiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə qərarında göstərmişdir ki, iddiaçının yuxarıda qeyd edilən zərərli peşədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli iş stajı, yəni, 12 il 6 a y toplanmadığından (10 il 10 ay 24 gün təşkil etdiyindən) həmin bəndin qeyd olunan, 1 iyul 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzası ona münasibətdə tətbiq edilməlidir. Həmin abzasın hazırkı qeyd olunan tələbindən isə göründüyü kimi, “iş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün azaldılmaqla təyin edilir”.
30. Bununla da apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Qaz Sənayesi Nazirliyi “X4-qaz sənayesi” ÜİB “X4-qaz donanması” İdarəsi Neft-qaz dəniz donanmasının Abşeron Rayon İdarəsində matros kimi işləməyə başladığı xx.xx.1986-cı il tarixdən qeyd olunan Qanunun 13-cü maddəsinin a) bəndinin axırıncı abza sı qüvvədən düşdüyü xx.xx.1997-ci il tarixə qədər, onun topladığı 10 il 10 ay 24 gün güzəştli iş stajı nəzərə alınaraq həmin müddət, onun həmin Qanunun 12-ci maddəsində ümumi əsaslarla nəzərdə tutulan pensiya yaş həddindən (yəni 60 yaşdan) çıxılmaqla (130 ay: 2,5 = 52 ay = 4 il 4 ay) azaldılmalıdır.
31. Odur ki, iddiaçının 55 yaş 08 aydan əmək pensiyası hüququ yaranmış olur. İddiaçı xx.xx.1966-cı il tarixdə doğulduğundan, pensiya hüququnun yarandığı yaş həddi xx.xx.2021-ci il tarixdə tamamlanır. Odur ki, xx.xx.2021-ci ildən iddiaçının yaşa görə güzəştli şərtlə pensiya hüququ əmələ gəlir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 16 mart 2023-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaç ı ilk dəfə hazırkı tələblə cavabdeh inzibati orqana 22 fevral 2023-cü il tarixində müraciət etmişdir. 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı dır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-101/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir