Məhkəmə qərarları › İş №2-1(102)-1873/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1873/2019

14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1873/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1873/19 Bakı şəhəri 14 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə,tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri Tahir Davudov tərəf indən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2-1(107)-187/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1969-cu il tarixdən 1975-ci ilin iyun ayınadək oxuduğu institut illərinin onun əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 01 sentyabr 1969-cu il tarixdə Azərbaycan Respublikası Məşədi Əzizbəyov adına X1 ordenli Neft və Kimya İnstitutuna daxil olub, 1975-ci il iyun ayında həmin institutu bitirmişdir. Ona yaşa görə əmək pensiyasının təyin olunması zamanı təhsil aldığı illərin əmək stajına daxil edilməsi üçün diplomunun surətini cavabdehə təqdim etmiş, cavabdeh isə mövcud qanunvericiliyin tələblərinə istinad etməklə onun təhsil aldığı müddətin əmək stajına daxil olunmasından imtina etmişdir. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə həmin müddət onun əmək stajı kimi nəzərə alınmalı idi. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2-1(84)-124/2019 saylı qərarı ilə (hakim İlqar Cabbarov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının ali təhsil aldığı d övrdə qüvvədə olmuş pensiya qanunvericiliyi ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tutmuşdur. İddiaçının təhsil aldığı müddət həmin dövrün qanunvericiliyinə uyğun olaraq onun qazanılmış əmək stajı olduğundan iddiaçı həmin müddətin əmək stajına daxil olunması hüququndan məhrum edilə bilməz. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 01 sentyabr 1969-cu il tarixdən 19 sentyabr 1975-ci il tarixədək M.Əzizbəyov adına X1 ordenli Neft və Kimya İnstitutunda təhsil aldığı illərdən möhlət götürdüyü 01 sentyabr 1971-ci il tarixdən 01 sentyabr 19 72-ci il tarixədək olan illər çıxılmaqla qalan illərin onun sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2-1(107)-187/2019 saylı qərarı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Mübariz Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia qismən təmin edilmiş, iddiaçının 01 sentyabr 1969-cu il tarixdən 01 sentyabr 1971-ci il tarixədək və 01 sentyabr 1972-ci il tarixdən 19 iyun 1975-ci il tarixədək Məşədi Əzizbəyov adına X1 ordenli Azərbaycan Nef t və Kimya İnstitutunda təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı ildə əldə etsə də, təhsil müddətinin sığorta stajın daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəsini aldığı tarixdən daha əvvəl, 1969-1975-ci illərdə əldə etmişdir. Bu səbəbdən, hazırkı pensiya qanunvericiliyinin tələblərinə istinad olunmaqla iddiaçı təhsil aldığı müddətin əmək stajına daxil edilməsindən məhrum oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əyani təhsil almasına baxmayaraq, təhsil müddətinin hansı səbəbdən 01 sentyabr 1 969-cu il tarixdən 19 iyun 1975-ci il tarixədək təşkil etməsini araşdırmamış və iddiaçının xəstə olması səbəbindən 01 sentyabr 1971-ci il tarixdən 01 sentyabr 1972-ci il tarixədək möhlət olaraq götürdüyü müddətin onun əmək stajına daxil edilməsində haqlı olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunun 1, 109, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 57.1, 59.1.5, 90.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, mövcud pensiya qanunvericiliyi əyani ali təhsil müddətinin sosial sığorta stajına daxil edilməsini nəzərdə tutmamışdır. Cavabdeh hesab edir ki, iddiaçı təhsil aldığı dövrdə heç bir sosial sığorta haqqı ödənişi etmədiyindən onun həmin müddət üçün pensiya kapitalı sıfra bərabərdir. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının təhsil müddətinin hansı tarixdən onun sosial sı ğorta stajına daxil edilməsini də göstərməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1, 27.1-ci maddələrinə, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 01 sentyabr 1969-cu il tarixində Məşədi Əzizbəyov adına X1 ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, əyani təhsil almış, təhsil aldığı müddətdə xəstə olduğu üçün ikinci kursun imtahanlarını verə bilmədiyindən, 01 sentyabr 1971-ci il tarixdən 01 sentyabr 1972-ci il tarixədək möhlət götürmüş və bu səbəblə həmin təhsil müəssisəsini 19 iyun 1975-ci il tarixində bitirərərək А-İ seriyalı, 004711 nömrəli diplom almışdır. Təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 18 iyul 2018-ci il tarixli, 80/3-462 nömrəli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Re spublikası Qanununda həmin müddətin iş stajı kimi hesablanması nəzərdə tutulmadığı üçün əyani təhsil müddəti iş stajı kimi hesablanmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahis ə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının əyani təhsil aldığı müddət həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə sığorta stajına daxil edilməlidir. Cavabdehin mövqeyinə görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir və apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə yanaşı aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (b undan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş (1) və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) (2) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin (3) məcmusudur. Maddənin tələblərindən göründüyü kimi, sosial sığorta stajına aşağıdakılar daxil edilmişdir: iş dövrü (1);digər fəaliyyət dövrü (2); müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər (3). İş dövrü və digər fəliyyət dövrlərinə hansı müddətlərin daxil edilməsi həmin Qanunun 21-ci maddəsində əks olunmuşdur. Maddə “Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri” kimi adlandırılmış və onun 21.1-ci maddəsində hansı iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərinin sığorta stajına daxil edilməsi göstərilmişdir. Həmin maddənin 21.2.1 – 21.2.11-ci hissələrində isə iş və digər fəaliyyət dövründən başqa hansı müddətlərin də sığorta stajına daxil edilməsi sadalanmışdır. Beləliklə, Qanunda sosial sığorta stajının müəyyən edilməsi üçün iş dövrünə və digər fəaliyyət dövrlərinə hansı halların aid edilməsi Qanunun 21.1-ci maddəsində göstərilmiş, “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər” anlayışına daxil edilən müddətlər 21.2-ci maddədə sadalanmışdır. Misal üçün, 21.2.5-ci maddədə müəyyən edilmişdir ki, işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət sığortaolunanın sığorta stajına daxil edilir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin maddədə sadalanmış hallar “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin” siyahısını tam müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajı nı təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Bu halda apellyasiya məhkəməsi düzgün olaraq qanunveriliyin zamana görə qüvvəsi ilə bağlı qaydalara əsasən, hüquq münasibətlərin yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinin tətbiq edilməsi nəticəsinə gəlmişdir. İddiaçının təhsil aldığı müddət 1969-1971 və 1972-1975-ci illəri əhatə etdiyi üçün, həmin dövrdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” 14 iyul 1956-cı il tarixli SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanun qüvvəli normativ akt əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta ixtisas (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Habelə, Azərbaycan Respublikasının qəbul etdiyi 23 sentyabr 1992-ci il tarixli“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən edilmişdir: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Qanunvericiliyin zamana görə qüvvədə olmuş müddəalarının tələblərindən göründüyü kimi, ümumi iş stajı anlayışına həmçinin ali, orta ixtisas məktəblərində təhsil alınmış müddət daxil edilir. Sadalanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, bu halda ümumi iş stajınının müəyyən edilməsi 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən aparılmalı olduğundan, aşağı instansiya məhkəmələri düzgün olaraq iddiaçının həmin müddətdən əvvəl təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil edilməsi barədə tələbini təmin etmişdirlər. Cavabdeh kassasiya şikayətində həmçinin bildirmişdir ki, apellyasiya məhkəməsi iddiaçının təhsil müddətinin hansı tarixdən onun sosial sığorta stajına daxil edilməsini də göstərməmişdir. Məhkəmə kollegiyası bu dəlili anlaşılmaz qəbul edir və qeyd edir ki, cavabdehin də istinad etdiyi kimi, təhsil müddəti də daxil olan sosial sığorta stajının əmək pensiyasının hesablanması zamanı əhəmiyyəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərindən irəli gəlmişdir. Həmin maddə ilə müxtəlif vaxtlarda müxtəlif tənzimlənmə qaydası ilə 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış əmək pensiyası hüquqların ın nəzərə alınması müəyyən etmişdir. İddiaçıya pensiyanın təyin edilməsi vaxtından asılı olaraq, onun pensiya məbləğinin istinad edilən maddəyə əsasən hesablanması zamanı təhsil müddətinin sosial sığorta stajı kimi nəzərə alınması zəruridir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2-1(107)-187/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar