Məhkəmə qərarları › İş №2-1(102)-1873/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1873/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1873/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması) 2012-ci ildə “X5, Statistika və İnformatika Universiteti”nin hüquq fakültəsinə qəbul olunmuşdur. 2015-ci ildə həmin təhsil müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-764/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2017-ci ildə “X2 Təhsil İnstitutu” Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatının hüquq fakultəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirmiş və həmin təhsil müəssisəsinin xx.xx.2017-ci il tarixli, 137724 ******* nömrəli bakalavr diplomunu almışdır.

2. İddiaçıxx.xx.2018-ci il tarixdə elektron ərizə ilə cavabdehə müraciət edərək diplomun ölkə ərazisində tanınmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmi ş, ona cavab verərək bildirmişdir ki, ali təhsil sənədlərin araşdırılması zamanı Rusiya Federasiyası Moskva Müasir Akademik Təhsil İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğu müəyyən edilmişdir və bu səbəbdən diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilimş “Xarici dövlərlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən Rusiya Federasiyası Moskva Müasir Akademik Təhsil İnstitutu tərəfindən verilmiş 137724 ******* nömrəli, xx.xx.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab ediılmir.

4. İddiaçının xx.xx.2019-cu il tarixdə etdiyi təkrar müraciətinə də cavabdeh eyni məzmunlu xx.xx.2019-cu il tarixli Q-6506/04-ANJ nömrəli məktubla cavab vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2019-cu il 25 iyun tarixdə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli Q-6506/04-ANJ qeydiyyat nömrəli imtinasının əsassız hesab edilməsi, Rusiya Federasiyasının X2 Təhsil İnstitutu tərəfindən onun adına verilmiş xx.xx.2017-ci il tarixli 137724 ******* nömrəli ali təhsil haqqında diplomun (diplom üzrə ixtisasın) tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə Rusiya Federasiyası X2 Təhsil İnstitutunun “hüquq” fakultəsinə qəbul olunmuşdur. 2013 - 2017-ci illərdə həmin İnstitutda təhsil almış, yekunda ona İnstitut tərəfindən xx xxxx 2017-ci il tarixli 137724 ******* nömrəli bakalavr diplomu verilmişdir. O, həmin diplomun ölkə ərazisində tanınması barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olduğuna görə onun diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Hesab edir ki, bu əsasla onun diplomunun tanınmasından imtina edilməsi qanunsuzdur.

6. Cav abdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmiş, lakin nümayəndəsi birinci instansiyası məhkəməsinin iclasında iddia tələbinin təmin olunmamasını xahiş edərək, imtina məktubunun məzmununa uyğun izahat vermişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)2638/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı X1 X2 Təhsil İnstitutunun normativi qarşılığında Rusiya Federasiyasında qısa müddət olduğundan (bu hal iddiaçı tərəfindən birbaşa təkzib olunmur, yəni o, sərhədkeçmənin qeydiyyatının olmadığını inkar etmir), bakalavriat dərəcəsi üzrə qiyabi təhsilə Azərbaycan Respublikasının təhsil standartında 5 il nəzərdə tutulduğu halda o, 4 il təhsil aldığından, cavabdeh Azər baycan Respublikası Təhsil Nazirliyi təhsilin müddətinin yetərli olmaması qənaəti ilə iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-764/2020 nömrəli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və Ü.Mayılov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayət ində onun 2012-ci ildə “X5, Statistika və İnformatika Universiteti”nin hüquq fakültəsinə qəbul olunması, 2015-ci ildə həmin təhsil müəssisəsindən “X2 Təhsil İnstitutu” Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatına köçürülməsi barədə dəlillərini qəbul etmir. Çünki işdə olan bakalavr diplomuna **********265 əlavədə iddiaçının təhsil və ya peşə barədə əvvəlki sənəd kimi 2009-cu il, orta təhsil barədə attestat; təhsilin 4 il əyani formasında alınması göstərilmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə əlavə etdiyi “X2 Təhsil İnstitutu” Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatının xx.xx.2020-ci il tarixli, 1881 saylı məktubu da sübut kimi qəbul etmir. Həmin məktubda xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək “40.03.01. hüquq şunaslıq hazırlıq istiqaməti” üzrə “X2 Təhsil İnstitutu” Muxtar Qeyri-Kommersiya Ali Təhsil Təşkilatında təhsil aldığı, təhsilin formasının – qiyabi olduğu, qəbul haqqında xx.xx.2015-ci il tarixli 05-BO-№ nömrəli əmrin olması barədə bildirilmişdir. Göründüyü kimi, Bakalavr diplomuna əlavədə və iddiaçının təqdim etdiyi məktubda ziddiyətli məlumatlar var. Diploma əlavədə iddiaçının təhsil aldığı ili və forması “4 il, əyani”, məktubda isə təhsil aldığı illəri “xx.xx.2015-xx.xx-2017-ci”, təhsil forması “qiyabi” göstərilmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 13.1. K assasiya şikayətinin dəlillərinə görə, apelyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikasının xx xxx 2003-cü il tarixli 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilmişdir. Həmin Sazişin 1-ci müddəsinin 1-ci bəndində göstərilir ki, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil edilir. 13.2. Həmin Sazişin 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasın və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə mütəxəssis hazırlanma proqramı üzrə ali təhsilini davam etdirmək hüququnu verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. 13.3. Göründüyü kimi məhkəmə qanunu səhv təfsir etmişdir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsin in mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Təhsil haqqında” Qanun Maddə 1.0.4. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” Maddə 1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Maddə 2.3 Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, təd ris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Maddə 4.1 “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" Maddə 1.5. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təh sil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” Bənd 1.6 xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bənd 3.3. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət eksper t qrupu yaradılır. Bənd 3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnaməni n verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

16. Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsini n qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. İşin hallarından görünür ki, hazırkı halda tərəflər arasında mübahisə iddiaçının aldığı təhsilin müddət və məzmununun daxili qanunvericiliyə uyğunluğu ilə bağlı yaranmışdır.

20. İddiaçıya verilmiş diploma əlavədən müəyyən olunur ki, iddiaçı sözügedən Ali Təhsil Muxtar Qeyri-Kommersiya Təşkilatı “X2 Təhsil İnstitutu”nda bakalavr pilləsi üzrə 4 il müddətində əyani təhsil almışdır. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı təhsil dövründə qısa müddətlərdə həmin ölkədə olmuşdur.

21. Belə olan halda kollegiya apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının təhsil aldığı ali məktəbin yerləşdiyi ölkəd ə olduğu müddət müvafiq tədris proqramını mənimsəməsi üçün kifayət hesab oluna bilməz. Bu hal isə iddiaçının aldığı təhsilin həm məzmununгт, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «bakalavr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərar ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.6, 3.3-3.7-ci bəndlərinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi tələb olunduqda, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xarici dövlətlərin ali təhsil sahəsində ixtisasını n ekvivalentliyinin müəyyən edilməsini müəyyən etmək üçün, Nazirliyin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupunun rəyini öyrənir və həmin rəy əsasında qərar verir.

23. Baxılan işdə də cavabdeh orqan bu qaydalara uyğun hərəkət etmişdir.

24. Bundan başqa, iddiaçıya verilmiş bakalavr diplomuna əlavədə və iddiaçının təqdim etdiyi məktubda ziddiyətli məlumatlar var. Diploma əlavədə iddiaçının təhsil aldığı ili və forması “4 il, əyani”, məktubda isə təhsil aldığı illər “xx.xx.2015-xx.xx-2017-ci”, təhsil forması “qiyabi” göstərilmişdir.

25. Bundan başqa, iddiaçının barəsində “X4, Statistika və İnformatika Universiteti” Ali İxtisas Təhsilinin X6 Təhsil Müəssisəsi”nin verdiyi xx.xx.2015-ci il tarixli akademik arayışında göstərilmişdir ki, iddiaçı 2012-ci ildə həmin təhsil müəssisəsinə daxil olmuş, 2015-ci il tarixdə oranı bitirmişdir. Görüdüyü kimi iddiaçının bu təhsil müəssisəsində təhsili 2012-2015-ci illərdə davam etmişdir. İddiaçı iddia ərizəsində isə göstərir ki, Ali Təhsil Muxtar Qeyri-Kommersiya Təşkilatı “X2 Təhsil İnstitutu”nda 2013-2017-ci illərdə təhsil almışdır. İddia ərizəsində göstərilən bu dəlil özünün təqdim etdiyi “X2 Təhsil İnstitutu”nun xx.xx.2010-ci il tarixli məktubu ulə təkzib olunur. Belə ki, həmin arayışda iddiaçının xx.xx.2015-xx.xx-2017-ci illərdə təhsil aldığı əksini tapır. Yəni onun “X2 Təhsil İnstitutu”nda faktik təhsil müddəti, Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydala rı”nda bakalavriat səviyyəsində əyani forma üzrə təhsil üçün müəyyən edilmiş normativ müddətə uyğun deyildir.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(106)-764/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar