Məhkəmə qərarları › İş №2-1(102)-1874/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1874/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1874/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması; toxucu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN:xxxxxxx ) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın ın təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)1940/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının diplomunun və əmək kitabçasının məlumatlarına əsasən o, xx.xx.1980xx.xx.1981-ci illərdə Texniki Peşə Məktəbində təhsil almış, xx.xx.1981-ci ildən xx.xx.2010-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********1 s aylı məktubla bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 29 iyul 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və “Komvol" ASC-nin ona dair 18 dekabr 2020-ci il tarixli 38 nömrəli güzəştli arayışında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində toxucu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə onun iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində işlədiyi toxucu vəzifəsinin zərərli işlərlə məşğul olan vəzifə olmasına dair hər hansı sənəd aşkar edilməmişdir. Qeyd edilən faktlar Azərbaycan Respublikası Dövlət Arxivi Bakı Filialının 19 mart 2021-ci il tarixli BA-011332021 nömrəli aktı ilə təsdiq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının toxuculuq istehsalatı bölməsində (32) toxucular: metal və sintetik tor toxuyan toxucular vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə həmin dövr üzrə işlədiyi toxucu vəzifəsi yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi Azərbaycan SSR Bakı şəhəri 66 №-li Texniki Peşə Məktəbində təhsil almışdır. Bundan sonra o, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə kimi Bakı-komvol Kombinatının Toxucu sexində 5-ci dərəcə ilə toxucu vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilə kimi “Azərelektroişıq” Birliyində Birliyin lüminessent lampaların istehsalı sexində 2-ci dərəcəli qablaşdırıcı vəzifəsində, xx.xx.2001ci ildən xx.xx.2006-cı ilə kimi “Azərnəqliyyatyollay ihə” İnstitutunda yardımçı fəhlə vəzifəsində, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə kimi "xxxx" Kiçik Müəssisəsində xadimə vəzifəsində işləmişdir.

6. İddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 il 02 ay 3 gün ümumi iş stajı mövcud olmuşdur. Həmin iş stajının 13 il 04 ay 08 günü güzəştli iş stajı təşkil edir. İddiaçının işlədiyi “toxucu” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” X1 istehsalatı dəzgah və maşınlarda çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısının “Toxucular metal və sintetik tor toxuyan toxucular peşəsinə uyğund ur.

7. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının toxuculuq istehsalatı adlanan 32-ci bölməsinin toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsinə uyğundur. Bundan başqa, "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, 38 №-li Güzəştli arayışdan görünür ki, o, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə kimi ASC-də toxucu sexində 5-ci dərəcə toxucu vəzifəsində işləmişdir. Həmçinin həmin arayışda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək” haqqında Qərarına əsa sən iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququna malik olması qeyd edilsə də cavabdeh qeyd edilən arayışı nəzərə almamışdır.

8. Bundan sonra iddiaçı təkrarən "xxxx" ASC-yə müraciət edərək ona ətraflı Güzəştli arayışın verilməsini xahiş etmişdir. ASC tərəfindən iddiaçıya verilmiş ikinci arayışda kombinatda toxucu sexində işləyərkən təbii ipək, pambıq, kətan, yun, materiallarından eləcə də süni və sintetik tor toxuması ilə məşğul olduğu, odur ki, Məmmədova (Abbasova) Qətibə Adışirin qızının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın toxuculuq istehsalatı adlanan 32-ci bölməsinin toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsi; Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın Əlavəsində qeyd olunan toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısının toxucular metal və sintetik tor toxuyan toxucular peşəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranması qeyd edilmişdir. Məmmədova (Abbasova) Qətibə Adışirin qızının zərərli iş stajı 13 il 04 ay 08 gün təşkil edir.

9. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021ci il tarixli, BA-01133 -2021 №-li aktında qeyd edilənlərin heç bir hüquqi əsası yoxdur. Belə ki, həmin aktda iddiaçının əmək kitabçasında xx.xx.1994-cü il tarixdən işdən azad olunmasına dair qeyd aparılsa da, işdən çıxarılmasına dair əmrin aşkar edilməməsi qeyd edilmişdir. Bildirir ki, iddiaçının əmək kitabçasında xx.xx.1994-cü il tarixdən işdən azad olunmasına dair qeyd aparılmışdır. İşdən çıxarılma ilə bağlı Əmri tərtib edilməsi və həmin əmrin işçinin iş şəxsi işinə əlavə etmək işə götürənin vəzifəsidir. Bu halın mövcud olması işçinin qeyd edilən müəssisədə işləməsi halının təkzib edilməsi üçün əsas hesab edilə bilməz. Sadalanan hallardan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş bütün xüsusatlar mövcuddur. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

11. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyası hüququ vardır.

12. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 29 iyul 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 18 dekabr 2020-ci il tarixli 38 nömrəli güzəştli arayışında xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində toxucu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə onun iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində işlədiyi toxucu vəzifəsinin zərərli işlərlə məşğul olan vəzifə olmasına dair hər hansı sənəd aşkar edilməmişdir. Qeyd edilən faktlar Azərbaycan Respublikası Dövlət Arxivi Bakı Filialının 19 mart 2021-ci il tarixli BA-01133-2021 nömrəli aktı ilə təsdiq edilmişdir (aktın surət i əlavə olunur).

13. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın toxuculuq istehsalatı bölməsində (32) toxucular: metal və sintetik tor toxuyan toxucular vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə həmin dövr üzrə işlədiyi toxucu vəzifəsi yuxarıda qeyd olunan metal və sin tetik tor toxuyan toxucular vəzifəsinə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur.

14. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-1060/2022 nömrəli qərarı ilə (sədrlik edən G.Sevdimalıyeva) iddia qismən təmin edilərək İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2018ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər stajı əmək kitabçasına əsasən ən azı 25 ildir (25 il 02 ay, 08 gün). Həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.1981-xx.xx.1994-cü illərdə toxucu işləmişdir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 32-ci bölməsinə toxucular: metal və sintetik tor toxuyan toxucular, eləc ə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XX. Yüngül sənaye bölməsinin 1-ci yarımbəndinə (Toxuculuq sənayesi) süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları (kod 2200200a—11602) uyğun göstərilmişdir. Odur ki, iddiaçının zərərli iş stajı 13 il 04 ay 08 gündür. Qeyd edilən hal iş yerindən arayışlarla da təsdiqlənmişdir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2014-cü il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2021-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmişdir. Qanunvericilikdə pensiya fərqinin birdəfəlik ödən ilməsi hüququ nəzərdə tutulmamışdır və məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) tərəfindən bildirilmişdir ki, həmin tarixə qədər müraciət etməməsinin səbəbi güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnun olduğunun bilməməsi ilə əlaqədar olmuşdur. İddiaçının pensiya fərqinin birdəfəlik ödənməsi hüququ qanunda nəzərdə tutulmadığından, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

18. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsi ndəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1940/2022 nömrəli (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubu və iddiaya qarşı etir azında göstərilənlər təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 (xx.xx.2014-cü il tarixdə qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:...qadınlar — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya insta nsiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasla ndırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

30. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəf ərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində təkrarlanan dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına malik olduğu mübahisəsizdir. Əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına gəldikdə, iddiaçı xx.xx.1981-xx.xx.1994-cü illərdə toxucu işləmişdir. Qeyd edilən iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına 2 nömrəli Əlavədə (2 nömrəli Siyahının sonunda) təsbit olunmuş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda nəzərdə tutulmuş “metal və sintetik tor toxuyan toxucular”, habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 32-ci bölməsinə toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsinə uyğun göstərilmişdir. Qeyd edilən hal iş yerindən verilmiş güzəştli (aydınlaşdırıcı) arayışlarla da təsdiqlənmişdir.

34. Apellyasiya instansiyası mə hkəməsi mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 21(103)-1940/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar