Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1874/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(103)1651/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1265/2019 saylı iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər X3, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Ak. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri, Nəsimi rayonu, Ak. Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mül kiyyətçisi X2 və digər cavabdehlər X5, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə "xxxx" MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat, iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9011/2019 saylı iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 və digərlərinin apellyasiya şikayəti təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-1265/2019 saylı iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsinin apellyasiya baxışı predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Ali Məhkəmənin 2(1 02)-7595/2019 saylı iş üzrə 18 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı2 və digərlərinin kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə olan 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilməsi, onlara veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50%i həcmində müəyyən edilməsi qərara alınmışdır.
4. İddiaçılar cavabdehə müraciət edərək onlara dəyən ziyana görə 150000 (yüz əlli min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb etmişlər.
5. Cavabdeh 07 aprel 2022-ci il tarixli, 9/1-24/2-071/2 nömrəli cavab məktubu ilə bildirmişdir ki, müraciətin araşdırılması üçün iddiaçıların mülkiyyətində olan mənzillərə dair forma 1 arayışı təqdim ediləndən sonra qaldırılan məsələyə yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş 90.000 manat maddi və 60.000 manat mənəvi ziyana görə kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər.
7. İddiaçılar iddia ərizəsində işin hallarını sadalamışlar əlavə olaraq bildirmişlər ki, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Nəsimi RİH "xxxx" MTK-nın özbaşınalığına və qanunsuz hərəkətlərinə “göz” yummuşdur. Bütün normativ və elementar insan normalarına zidd olaraq məhəllədə söküntü işləri sakinlər tam köçürülmədən aparılmışdır. Baxmayaraq ki, Nəsimi RİH ilə "xxxx" MTK arasında 21 aprel 2017-ci il tarixdə imzalanmış müqavilənin 1.2-ci bəndinə əsasən tikiləcək binanın İcra Hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə verilməsi həmin ərazidəki sakinlərlə MTK arasındakı razılaşmalar əldə olunduqdan və müqavilələr bağlandıqdan sonra veriləcəyi qeyd edilmişdir. Lakin tərəflər arasında müqavilə bağlanmadığından MTK söküləcək evdə iddiaçıları uzun müddət bütün kommunal xidmətlərdən məhrum etmişdir. Baxmayaraq ki, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 6 fevral 2019-cu il və 5 aprel 2019- cu il tarixli məktublarında həmin ərazidə olan yaşayış evlərinin sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan söküntü işlərinə başlanılmasını yolverilməz hesab edilmişdir. MTK-nın onlara qarşı hüquqazidd əməl ilə uzun müddətli neqativ davranışları, təcavüzü nəticəsində iddiaçıların bütün ailə üzvlərinin hamısı sarsıntı keçirmiş, bunun nəticəsində onlar mənəvi ağrı və iztirabla üzləşmişlər. Bu səbəbdən İddiaçı2 şəkər xəstəliyinə tutulmuş (şəkərli diabet 2 tip), onun nəticəsi olaraq onun gözlərində, ağır formada mərhələ dekompensasiya, hər iki gözdə Proliferatik diabetik retinapatiya müəyyən olunmuşdur. İddiaçı2 gözdə yaşarma, sulanma, gözlərdə ağrılar, görmə qabiliyyətinin kəskin zəifləməsi, baş ağrıları şikayətləri ilə X6 adına Milli Oftalmologi ya Mərkəzinin şəkərli diabet şöbəsinə daxil olmuş və orada onu müayinə edən zaman zəif görmə, göz gapaqlarında ağrılar, göz dibində bir sıra patolojı hallar, o cümlədən tor qişanın üzərində yeni əmələ gələn damarlar, sol gözdə mərkəzi zonada ödem və görmə itiliyi eynəksiz sağ gözdə 30%, sol gözdə 2% müəyyən olunmuşdur. MTK ilə iddiaçılar arasında olan uzun məhkəmə mübahisələrinin və yaşayış tərzinin dözülməz olması iddiaçıların anası X1 da az təsir etməmişdir. X4 26 iyul 2020-ci il tarixdə ürəyin ateroklorotik xəstəliyindən vəfat etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 20, 24, 26, 60-cı maddələrinə, Mülki Məcəllənin 21, 1096, 1097, 1115-ci maddələrinə, Ali Məhkəmənin Plenumunun “Mənəvi zərəri ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli qərarına, və digər müvafiq norma və qərarlara əsaslanaraq, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi ziyana görə cəmi 150.000 manat məbləğində kompensasiya ödənilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur.
8. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gəti rən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində Nəsimi rayonu, Feyzulla Qasımzadə, Abbas Səhhət, Xan Şuşinski, Akademik Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubu ilə şəhərsalma, tikinti planlaşdırma sənədləri təsdiqlənmişdir. Öhdəliyə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış tikililərindən mülkiyyətçilərin köçürülməsi, köçürülmə ilə əlaqədar sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 15 – 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında tam təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi, yeni sahələr verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq aylıq kirayə haqlarının verilməsi və digər xidmətlərin göstərilməsini MTK öz üzərinə götürmüşdür. Qısa müddət ərzində layihə ərazisində 163 mülkiyyətçi ilə razılıq əldə edilərək, mülkiyyətçilər ilə şirkət arasında mənzillərin boşaldılması, sökülməsi, kirayə yolu ilə yerləşdirilməsi və yeni mənzillərə qaytarılması barədə razılaşma müqaviləsi bağlanılmışdır. Sözügedən ərazidə mərhələli olaraq söküntü işləri aparılmış, layihə üzrə tikinti işlərinə başlanmışdır. Lakin, Salamovlar ailəsi və bir qrup mülkiyyətçilərin şirkətlə müqavilə bağlamaqdan imtina etməsi s əbəbindən şirkət qanunvericiliyin tələblərinə uyğun olaraq məsələnin hüquqi müstəvidə həll edilməsi məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar mənzillər məhkəmə icraçılarının nəzarəti altında boşaldılaraq əşyalar MTK tərəfindən kirayə haqqları ödənilməklə təyin olunmuş saxlanc yerlərinə yerləşdirilmiş, mənzillər sökülmüş və tikinti işləri davam etdirilmişdir. Bakı şəhəri Nəsimi RİH-in hərəkətləri (hərəkətsizliyi) səbəbindən İddiaçı2 və digərlərinin hazırkı iddiası əsassızdır.
9. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(112)-5707/2022 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi rədd edilmişdir.
10. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş et mişlər. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(103)-1651/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar onlara məxsus yaşayış sahələrinin sökülməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın binanın yerləşdiyi yer üzrə yerli icra hakimiyyəti orqanı kimi hazırkı cavabdeh Bakı şəhəri Nəsimi RİH-dən tələb edirlər. Lakin iddiaçılara məxsus yaşayış sahələri məhkəmə qərarını n icrası qaydasında söküldüyündən, onlar aidiyyəti icra şöbəsinə qarşı müvafiq qanunsuz hərəkətlər müəyyən edildiyi halda dəymiş ziyanla bağlı kompensasiyanı tələb edə bilərlər. İddiaçıların irəli sürdükləri dəlillərində söküntü işlərini aparan "xxxx" MTK-nın hərəkətlərinin qanunsuzluğu vurğulanır, lakin kompensasiya məbləği MTK-dan deyil, bu hərəkətlərin qarşısının alınmamasına görə ərazi üzrə yerli icra hakimiyyəti orqan kimi hazırkı cavabdeh Bakı şəhəri Nəsimi RİH-dən tələb edirlər. Halbuki, cavabdehin bununla bağlı ayrıca səlahiyyəti olmamışdır. Cavabdeh Nəsimi RİH-in (əməkdaşlarının) hərəkətsizliyi qanunsuz sayılmadığı halda, iddiaçılara bunun nəticəsində dəymiş maddi və ya mənəvi ziyan hesablana bilməz, hətta ziyanın nədə ifadə olunması əsaslandırılsa belə.
13. Həmin nəticəyə gələrkə n apellyasiya məhkəməsi Mülki Məcəllənin 21, 1096-cı «İnzibati icraat haqqında» Qanunun 11.1, 89-cu, «İcra haqqında» Qanunun 2.1-ci maddələrinə istinad etmişdir.
14. İddiaçılar kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçılar kassasiya şikayətində işin hallarını sadalamışlar. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün, “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnamənin 1.3, 3.1.3-cü bəndlərinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcə llə Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüz ar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir;
18. «İnzibati icraat haqqında» Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barə də məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİ YANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından komp ensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Bu qərarın 16-cı bəndində istinad olunan n ormalara görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələblə ri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
31. İşin müəyyən edilmiş hallarına görə, iddiaçılar onlara məxsus yaşayış sahələrinin sökülməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi binanın yerləşdiyi yer üzrə yerli icra hakimiyyəti orqanı kimi hazırkı cavabdeh Bakı şəhəri Nəsimi RİH-dən tələb edirlər.
32. İddiaçılar iddia ərizəsində eləcədə apellyasiya və kassasiya şikayətlərinin dəlillərində söküntü işlərini aparan "xxxx" MTK-nın hərəkətlərinin qanunsuzluğu vurğulanmışdır. Lakin kompensasiya tələbi MTK-dan deyil, bu h ərəkətlərin qarşısının alınmamasına görə ərazi üzrə yerli icra hakimiyyəti orqan kimi hazırkı cavabdeh Bakı şəhəri Nəsimi RİH-dən tələb edilmişdir. Halbuki, cavabdehin söküntü ilə bağlı hər hansı bir qanuna zidd hərəkəti olmamışdır.
33. Belə olan halda, cavabdehin hər hansı qanunsuz hərəkətindən söz gedə bilməz, çünki vurulmuş zərərin yaranmasının əsasında cavabdehin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır.
34. Məhkəmə kollegiyası hazırkı qərarın 16-17-ci bəndlərində qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd etməyi zəruri hesab edir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qəbul etdikləri qanuna və ya digər hüquqi akta zidd aktlar nəticəsində dəymiş zərərin dövlət və müvafiq yerli özünüidarə orqanı tərəfindən əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur. Belə zərərin əvəzinin ödənilməsi üçün dövlət orqanlarının qəbul etmiş olduğu aktın hüquqazidd olması müəyyən edilməlidir.
35. Dövlət orqanının və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin yalnız öz vəzifələrinin icrası ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurduğu zərər üçün dövlət və müvafiq yerli özünüidarə orqanı məsuliyyət daşıyır.
36. Hazırkı işdə qeyd olunan hallar baş verməmiş və ona görə də iddiaçıya söküntü nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıya bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 21(103)-1651/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.