Məhkəmə qərarları › İş №2-1(102)-1874/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1874/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1874/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-433/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinin müəyyənləşdirilməsi üçün müayinə aparılmış və xx.xx.2016-ci il tarixdə ümumi xəstəlik; ürəyin hipertenziv xəstəliyi səbəbi ilə 5 il müddətinə 2-ci qrup əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. 2. 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli göndərişlərdən görünür ki, Poliklinika tərəfindən iddiaçıya G46.8 serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160-170) Hipertonik ensefalopatiya 2-ci mərh. Veretbrobazilyar qan dövr anı xroniki çatışmazlığı tez-tez təkrarlanan vegeto-vestibulyar paraksizmlərlə, kordinator pozulmalarla. Hərəkətin və yerişin pozulması. Naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə diaqnozu qoyulmuşdur (ağırlaşma – F04 alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə).

3. Həmin göndərişlər əsasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə aparılmış müayinədən sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş və səbəb kimi müvafiq olaraq diaqnostik müayinələrin tam aparılmaması, əlavə müayinə və ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac olması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaç ı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci qrup əlildir. Əlillik müddəti bitəndən sonra yenidən qiymətləndirmə zamanı dəfələrlə onu müayinə və müalicələrə yollayaraq incidiblər. İllər boyunca epikrizlərində yazılanlar əlillik meyarların a uyğun olmasına baxmayaraq, onu yenidən müayinələrə yolladıqda müayinələrdən keçmiş, xx.xx.2022-ci il tarixdə xəstəxanaya qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə xəstəxanadan çıxdıqdan sonra 1923 saylı nömrəyə zəng etdikdə bilmişdir ki, xx.xx.2022-ci il tarixdə ona əlavə müayinə və müalicə tövsiyə olunmuşdur. Onun nömrəsi səhv qeyd olunduğundan ona heç bir mesaj gəlməmişdir. Onlayn növbə götürərək xx.xx.2022-ci il tarixdə cavabdehin ünvanına getsə də, onu gözlədərək yola salmışlar. Ertəsi gün nümayəndə yollayaraq xx.xx.2022-ci il tarixində olan cavabı almışdır. O, tövsiyə olunan əlavə müayinə və müalicəni almışdır və diaqnozu əlillik meyarlarına uyğundur. Cavabdehin etirazları:

7. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik ilə əlaqədar əlillik; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => 10-15- Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 11- Ürəyin hipertenziv xəstəliyi başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...;) Diaqnozun mətni: Hipertoniya İİ dərəcə, hipertonik krizlərlə. Beyin qan dövranı fəqərələrinin osteoxondrozu. Servikalgiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı səbəbi ilə 5(beş) il müddətinə əlillik dərəcəsi verilmişdir. 8. 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AAD5S nömrəli göndərişdən görünür ki, Poliklinika tərəfindən iddiaçıya G46.8 serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160- 170) Hipertonik ensefalopatiya 2-ci mərh. Veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı tez-tez təkrarlanan vegeto-vestibulyar paraksizmlərlə, kordinator pozulmalarla. Hərəkətin və yerişin pozulması. Naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə diaqnozu qoyulmuşdur (ağırlaşma – F04 alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə). Bu göndəriş əsasında xx.xx.2021-ci il tarixdə aparılmış müayinədən sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş və səbəb kimi ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac olması g östərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7909/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3”nin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. İddiaçı canlı müayinə olunmaqla: 1-ci sual: İddiaçı canlı müayinə olmaqla Bakı 5 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 2766003AAD5S nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? 2-ci sual: Həmin diaqnoz və iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona əlilliyinin müəyyən edilməsinə imkan verirmi? 3-cü sual: İddiaçıda hazırda ha nsı xəstəlik və qüsurlar aşkar olunur (canlı müayinə olunmaqla) və həmin xəstəlik və qüsurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? 4-cü sual: İddiaçının aldığı stasionar müalicə müddəti ona 2766003AAD5S nömrəli göndərişdə göstərilən diaqnozun qoyulması üçün kifayətdirmi? 5-ci sual: İddiaçının bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü? Əgər mümkündürsə, bu bərpa müalicələri nədən ibarət olmalıdır?

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 332/2022 nömrəli rəyinə əsasən iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1-4-cü suallara cavab: İddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində doldurulmuş 2766003AAD5S nömrəli göndərişdə qeyd edilən “serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli beyin sindromları (160-170), hipertonik ensefalopatiya İİ mərhələ, veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı, tez-tez təkrarlanan vegetovestibülyar paroksizmlərlə, koordinator pozulmalarla, hərəkətin və yerişin pozulması, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom, naməlum mənşəli amnestik sindro m, yaddaş və idrakın enməsi ilə, hipertonik ensefalopatiya İİ mərhələ” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona 413 nömrəli qərar ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmamışdır. Əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar xəstə vaxtaşırı müvafiq dərman preparatları qəbul etdiyindən xəstəlik kəskinləşdikdə vəziyyətinin ağırlığından asılı olaraq müvafiq ixtisas sahəsi üzrə (nevropatoloqa) müraciət edə bilər.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7909/2022 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3”nin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. İddiaçı canlı müayinə olunmaqla: 1-ci sual: İddiaçı canlı müayinə olmaqla Bakı 5 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 2766003AAD5S nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? 2-ci sual: İddiaçıda hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (canlı müayinə olunmaqla) və həmin xəstəliyin beynəlxalq təsnifat kodu nədir? 3-cü sual: İddiaçının aldığı stasionar müalicə müddəti ona 2766003AAD5S nömrəli göndərişdə göstərilən diaqnozun qoyulması üçün kifayətdirmi? 4-cü sual: İddiaçının bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü? Əgər mümkündürsə, bu bərpa müalicələri nədən ibarət olmalıdır?

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertləri tərəfindən iddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş xx.xx.2023-cü il tarixli, T 259/2023 saylı ekspert rəyində aşağıdakılar qeyd edilmişdir. 1-3-cü suallara cavab: Həmin rəydə qərara alınmışdır ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində doldurulmuş 2766003AAD5S nömrəli göndərişdə qeyd edilən “Vİ sinif - sinir sisteminin xəstəlikləri => G40-G47-epizodik və paroksizmal pozğunluqlar => G46*-serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (160-170)=>G46.8*, serebr ovaskulyar. Diaqnozun mətni: serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli beyin sindromları (160-170), hipertonik ensefalopatiya 2-ci mərh. veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı, tez-tez təkrarlanan vegetovestibülyar paroksizmlərlə, koordinator pozulmalarla, hərəkətin və yerişin pozulması, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, hipertonik ensefalopatiya İİ-ci mərhələ” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Tibbi sənədlərdə göstərilənlər həmin diaqnozun qoyulması üçün yetərlidi r. 4-cü suala cavab: iddiaçının hazırda əziyyət çəkdiyi yuxarıda qeyd edilən xəstəliklərin bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir. Belə ki, bu cür xəstələr sahə poliklinikasında nevroloqun daimi dispanser nəzarətində olmalıdırlar.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(112)-1006/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

14. Məhkəmə qeyd etmişdir ki, Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016cı il tarixli göndərişi əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinin müəyyənləşdirilməsi üçün müayinə aparılmış və xx.xx.2016-ci il tarixdə ümumi xəstəlik; ürəyin hipertenziv xəstəliyi səbəbi ilə 5 il müd dətinə 2-ci qrup əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. 15. 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli göndərişlərdən görünür ki, Poliklinika tərəfindən iddiaçıya G46.8 serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160-170) Hipertonik ensefalopatiya 2-ci mərh. Veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı tez-tez təkrarlanan vegeto-vestibulyar paraksizmlərlə, kordinator pozulmalarla. Hərəkətin və yerişin pozulması. Naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə diaqnozu qoyulmuşdur (ağırlaşma – F04 alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə). Həmin göndərişlər ə sasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə aparılmış müayinədən sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş və səbəb kimi müvafiq olaraq diaqnostik müayinələrin tam aparılmaması, əlavə müayinə və ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac olması göstərilmişdir.

16. İş üzrə 2 ekspertiza keçirilmiş, sonuncu ekspert rəyi ilə iddiaçı barəsində verilmiş göndərişdə təsbit olunmuş diaqnozun düzgünlüyü öz təsdiqini tapmışdır.

17. İddiaçıya imtina verilən tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəl mə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9)

18. İstinad olunan normadan görünür ki, be ynəlxalq statistik təsnifat kodu G46.8 olan xəstəliklər ikinci dərəcə əlilliyin təyini üçün əsas olmuş, 5 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş son iki göndərişdə - xx.xx.2021-ci il tarixli və xx.xx.2021ci il tarixli göndərişlərdə iddiaçının xəstəliyinin G46.8 təsnifat koduna uyğun gəldiyi müəyyən edilmiş, ekspert isə həmin diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğunu təsdiq etmişdir.

19. Cavabdeh iddiaçıya imtina cavabı verərkən hazırkı diaqnozunun ağırlaşmalarını təsdiq edən diaqnostik müayinələrin dəqiqləşdirilməsi, əlavə müayinəyə ehtiyacın olması barədə tibb müəssisəsinə göstəriş versə də, hansı diaqnostik müayinələrin, əlavə müalicənin zəruri olmasını qeyd etməmiş, bununla da imtinasını əsaslandırmamışdır.

20. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qər arın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-433/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1006/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh Apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli göndərişlər əsasında baxılmış, Poliklinika tərəfindən iddiaçıya G46.8 serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160-170) Hipertonik ensefalopatiya 2-ci mərh. Veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı tez-tez təkrarlanan vegeto-vestibulyar paraksizmlərlə, kordinator pozulmalarla. Hərəkətin və yerişin pozulması. Naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə diaqnozu qoyulmuşdur (ağırlaşma – F04 alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə). Həmin göndərişlər əsasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə aparılmış müayinə dən sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş və səbəb kimi müvafiq olaraq diaqnostik müayinələrin tam aparılmaması, əlavə müayinə və ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac olması göstərilmişdir.

25. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır.

26. Oxşar bir işdə, Azərbaycan Respublikasının Ali Məhkəməsi (xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarı) qeyd etmişdir ki, 16-cı bəndə əsasən qeyd edilən hal baş verdikdə, nə Tibbi Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır.

27. Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertləri tərəfindən iddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş T 332/2022 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qərara alınmışdır ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində doldurulmuş 2766003AAD5S nömrəli göndərişdə qeyd edilən “serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli beyin sindromları (160-170), hipertonik ensefalopatiya İİ mərhələ, veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı, tez-tez təkrarlanan vegetovestibülyar paroksizmlərlə, koordinator pozulmalarla, hərəkətin və yerişin pozulması, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, alkoqol və ya digər psixoaktiv maddələr tər əfindən törədilməyən üzvi amnestik sindrom, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, hipertonik ensefalopatiya İİ mərhələ” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona 413 nömrəli qərar ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmamışdır. Əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar xəstə vaxtaşırı müvafiq dərman preparatları qəbul etdiyindən xəstəlik kəskinləşdikdə vəziyyətinin ağırlığından asılı olaraq müvafiq ixtisas sahəsi üzrə (nevropatoloqa) müraciət edə bilər.

28. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericili klə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

29. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassa siya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar q əbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada ara şdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, beynəlxalq təsnifat kodu G46.8 olan xəstəliklər ikinci dərəcə əlilliyin təyini üçün əsas olmuş, 5 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndərişlərdə iddiaçının xəstəliyinin G46.8 təsnifat koduna uyğun gəldiyi müəyyən edilmiş, ekspert isə həmin diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğunu təsdiq etmişdir.

38. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əlilliyin qiymətləndirilm əsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...

39. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

40. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında ” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

41. Cavabdeh hesab edir ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.

42. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 43. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

44. Hazırkı halda, h əmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

45. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-433/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar