Məhkəmə qərarları › İş №2-1(102)-1875/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1875/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1875/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: örüş sahəsi, torpağın kateqoriyası, bələdiyyə torpağının xüsusi mülkiyyətə verilməsi, məhkəmənin xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq borcu. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-61/2019 saylı iş üzrə 06 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinin 24.11.2007-ci il tarixli ** nömrəli qərarı ilə yararsız torpaq sahəsindən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 0,80 ha torpaq sahəsi satılmışdır. Bununla bağlı tərəflər arasında 26.11.2007-cı il tarixdə torpaqların alqı-satqısına dair akt bağlanmış və həmin alqı-satqı aktı Şəki rayon Torpaq Şöbəsində 26 noyabr 2007-ci il tarixdə *** nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi ayrılmadan əvvəl DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş **** saylı, 15 noyabr 2007-ci il tarixli rəydə İddiaçı satılması nəzərdə tutulan 0,80 ha torpaq sahəsinin Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətinə aid olmaqla alqı-satqı predmeti təşkil etdiyi, eləcə də sahənin kənd təsərrüfatına yararsız olmaqla satılmasının qanuna müvafiq olduğu bildirilmişdir. Daha sonra isə sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı ****** nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi (6000 kv.metr hissədə) işlənib hazırlanaraq Dövlət Torpaq Kadastrı Kitabında 11.07.2011-ci il tarixində *** nömrə ilə və A seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçü sənədi (2000 kv.metr hissədə) işlənib hazırlanaraq Dövlət Torpaq Kadastrı Kitabında 11.07.2011-ci il tarixində *** nömrə ilə uçota alınmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu 06.07.2018-ci il tarixli **********96 nömrəli məktubla bildirmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş xəritə materiallarına əsasən həmin torpaq sahəsi örüş sahəsinə düşür. Örüş torpaqları isə alqı-satqı predmeti ola və xüsusi mül kiyyətə verilə bilməz. Bundan sonra iddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1366/2018 saylı qərarı (hakim – K.H.Vəliyev) ilə iddia təmin edilmiş, cavabdeh DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə A seriyalı ****** nömrəli və A seriyalı ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 0,80 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-61/2019 saylı, 06 mart 2019-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və M.R.Hüseynov) ilə cavabde hin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1366/2018 nömrəli qərarı ləğv olunaraq inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, Şəki rayonu Böyük Dəhnə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı satılmış və A seriyalı ****** nömrəli və A seriyalı ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində koordinatları müəyyən edilmiş 0,80 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 sayl ı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-61/2019 saylı, 06 mart 2019-ci il tarixli qərarını ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, 0.80 ha torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş xəritə materiallarına əsasən örüş sahəsi olduğu müəyyən edildiyindən və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə m üəyyən edilmiş qaydada yalnız icarəyə verildiyindən xüsusi mülkiyyətə verilə bilməz. Apellyasiya məhkəməsi isə qeyd edilənləri nəzərə almayaraq qanunvericiliyə zidd qərar qəbul etmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə g örə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inki şafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələd iyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq Məcəlləsinin 12.1-12.4-cü maddələrinə görə torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sah ələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Həmin Məcəllənin 16.4-cü maddəsinə görə yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Həmin Məcəllənin 16.6 və 16.7-ci maddələrində isə təsbit edilmişdir ki, yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilə r. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkə məyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır”. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırıl ması təmin olunmamışdır. Belə ki, cavabdehin bu barədə bildirməsinə, eləcə də məhkəmənin də xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq mübahisəli torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) və ondan irəli gələrək satılmasının mümkünlüyü ilə bağlı məsələ tam araşdırılmamış və qiymətləndirilməmiş qalmışdır. İşin hallarından göründüyü kimi cavabdeh sözügedən torpaq sahəsinin örüş torpaq sahəsi olduğunu və qanunvericiliyə görə onun alqı-satqı predmeti ola bilməyəcəyini bildirmişdir. Bundan başqa, Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinin 24.11.2007-ci il tarixli ** nömrəli qərarından müəyyən olunur ki, iddiaçıya satılmış torpaq sahəsi yararsız sahə olmuşdur (i.v. 11). Eləcə də, torpaq sahəsi ayrılmadan əvvəl DTXK-nin Şəki rayon şöbəsi tərəfindən verilmiş **** saylı, 15 n oyabr 2007-ci il tarixli rəydə İddiaçı satılması nəzərdə tutulan 0,80 ha torpaq sahəsinin Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətinə aid olmaqla alqı-satqı predmeti təşkil etdiyi, həmçinin sahənin kənd təsərrüfatına yararsız olmaqla satılmasının qanuna müvafiq olduğu bildirilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin *** saylı, 06 sentyabr 2010-cu il tarixli rəyində də satılması nəzərdə tutulan torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fonduna aid olduğu bildirilmişdir (i.v.9). İddianın təmin edilməli olduğuna dair mövqeyini apellyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan torpaq sahəsini almaq üçün əvvəlcə bələdiyyəyə müraciət etmiş, bələdiyyə orqanı həmin torpaq sahəsinin satılması barədə qərar qəbul etməzdən əvvəl həmin torpağın kənd təsərrüfatına yararsız olmaqla alqı-satqı predmeti olması məsələsini səlahiyyətli orqanın (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsinin) rəyi əsasında müəyyən etmişdir. Bundan sonra bələdiyyənin qərarı ilə həmin torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, torpaq sahəsinin alqı-satqısı haqqında müvafiq inzibati orqanların (Böyük Dəhnə Bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsinin) rəhbərlərinin və iddiaçının iştirakı ilə Akt tərtib edilmiş və vətəndaş həmin torpağın bələdiyyə tərəfindən müəyyən edilən dəyərini (3100 manat pul məbləğini) bələdiyyənin hesabına ödəmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılması zamanı uyğun qanunvericilik normalarının və prosedur qaydalarının pozuntusuna yo l verilməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin örüş sahəsinə düşdüyünü ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş xəritə materiallarına əsasən müəyyən edildiyini bildirir. Həmin torpaq sahəsi iddiaçıya satılan vaxt isə, müvafiq inzibati səlahiyyətlərin həmin dövrdə daşıyıcısı olmuş inzibati orqan tərəfindən, yəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsi tərəfindən satılması nəzərdə tutulan torpaq sahəsinin Böyük Dəhnə bələdiyyəsinin mülkiyyətinə aid olması, alqı-satqının predmeti olması, satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının qanuna müvafiq olması barədə rəsmi rəy verilmişdir. Əgər keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsi həmin Rəyi verməsə və ya Rəydə torpaq sahəsinin örüş sahəsi olduğunu göstərsə idi, yəqin ki, həmin torpaq sahəsi iddiaçıya satılmaz və ya başqa, uyğun bir yerdən iddiaçıya torpaq sahəsi satılmaqla onun ehtiyacı təmin olunardı. Belə olan halda, cavabdeh inzibati orqanın (DƏDRX-in 12 saylı Ərazi İdarəsinin) vaxtı ilə həmin torpaq sahəsinin alqı-satqının predmeti olması barədə Rəy vermiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Şöbəsi tərəfindən onlara təhvil verilmiş xəritə materiallarına istinad etməklə iddiaçının tələbindən imtina etməsini apellyasiya məhkəməsi qanuna uyğun və ədalətli hesab etməmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi cavabdehin əsas dəlili olan torpaq sahəsinin örüş sahəsinə aid olması ilə bağlı dəlil üzrə yalnız torpaq sahəsi ayrılarkən toplanmış sənədlərə istinadla qiymətləndirmə aparmışdır. Apellyasiya məhkəməsinin belə yanaşması nəticəsində isə cavabdehin bildirdiyi əsas dəlil üzrə araşdırma tam aparılmamış qalmış, mübahisəyə dair bütün zəruri hallar müəyyənləşdirilmədən qərar çıxarılmışdır. Kollegiya hesab edir ki, məhkəmə cavabdehin bildirdiyi torpaq sahəsinin örüş sahəsinə aid olması ilə bağlı məsələni həm də işə baxdığı vaxt tam və hərtərəfli araşdırma aparmaqla müəyyənləşdirmək vəzifəsi daşımışdır. Bu, onun İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsində təsbit edilmiş mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borclu olması ilə bağlı xidməti vəzifəsindən irəli gəlir. Bununla bağlı olaraq həmçinin kollegiya qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Bu mənada, məhkəmə qərarının çıxarıldığı vaxt mübahisəli torpaq sahəsinin həqiqətən örüş sahəsinə aid olması ilə bağlı məsələ tam və dəqiq müəyyənləşdirilməlidir. Beləliklə, işə baxan məhkəmələr ilk növbədə mübahisəli torpaq sahəsinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olduğunu, eləcə də onun örüş sahəsinə aid olubolmadığını dəqiq müəyyən etməli olduqları halda, bunun etməmişlər. Sözügedən məsələ sübutların aidiyyəti nə və mümkünlüyünə dair tələblərə uyğun olaraq müvafiq ekspertiza keçirilməklə həll edilməlidir. Apellyasiya məhkəməsi özünün bu vəzifəsini yerinə yetirmədiyindən onun tərəfindən çıxarılmış qərar ləğv edilməklə iş təkrar baxışa qaytarılmalıdır. Təkrar apellyasiya baxışı zamanı isə həmin halın aydınlaşdırılması təmin edilməlidir. Kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı mübahisəli məsələnin aydınlaşdırılması üçün İPM-in 28-ci maddəsinə uyğun olaraq Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinin üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsi də həll edilməlidir. Həmin Məcəllədə təsbit edilmişdir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxu nacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (28.1-ci maddə). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə) (28.2-ci maddə). İş materillarından müəyyən edil ir ki, apellyasiya məhkəməsi özünün 13 fevral 2019-cu il tarixli iclasında x1 Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinin nümayəndəsi kimi izahatını almışdır. Məhkəmənin həmin iclas protokolunda o, üçüncü şəxsin nümayəndəsi kimi təqdim edilsə də, iş materiallarında ümumiyyətlə Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinin icraata üçüncü şəxs qismində cəlb edilməsinə dair nə ayrıca çıxarılmış məhkəmə aktı, nə də protokol qaydasında qəbul edilmiş hər hansı qərar yoxdur. Ona görə də, təkrar baxışda Şəki rayonu Böyük Dəhnə bələdiyyəsi prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata cəlb edilməlidir. Həmçinin məhkəmə tərəfindən belə cəlb etmə formal qaydada aparılmamalı, eyni zamanda, mübahisəli məsələyə dair lazımi sənədlər tələb olunmaqla Bələdiyyənin mövqeyi də dəqiq öyrənilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, 13 fevral 2019-cu il tarixli iclas protokolundan görünür ki, məhkəmə Şəki rayonu Böyük Dəhnə bələdiyyəsinin sədrini dindirsə də, əsas məsələyə dair, yəni torpaq sahəsinin örüş sahəsi olub-olmaması ilə bağlı məsələ üzrə onun mövqeyini öyrənməmiş, buna dair zəruri sübutları tələb etməmişdir. Kollegiya qeyd edir ki, bu qaydada davranma yuxarıda da qeyd edildiyi kimi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsindən irəli gələn məhkəmənin xidməti vəzifəsinə uyğun iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığına dəlalət edir. Beləliklə, təkrar apellyasiya baxışı zamanı torpaq sahəsinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız, eləcə də örüş sahəsi olub-olmadığı dəqiq müəyyən edildikdən sonra Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaql arının idarə edilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq onun xüsusi mülkiyyətə satılmasının mümkünlüyünə qiymət verilməli, eləcə də həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarının tələbləri nəzərə alınmaqla həll edilməlidir. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun qeydiyyata alınma bilməsi üçün iddiaçının torpaq sahəsinə münasibətdə torpağın kateqoriyası ilə bağlı tələblərə riayət etməklə hüquq əldə etdiyi təsdiq olunmalıdır. Başqa sözlə, torpağın kateqoriyası (məqsədli təyinatı) ilə bağlı qanunvericilikdə nəzə rdə tutulmuş tələblər ödənilmədikdə, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-61/2019 saylı iş üzrə 06 mart 2019-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar