Məhkəmə qərarları › İş №2-1(102)-1875/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1875/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1875/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddiaçının 57 yaşının tamam olduğu 29.01.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-164/2021 nömrəli iş üzrə 11.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 13 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat İdarəsinə qarşı iddia çının 57 yaşının tamam olduğu 29.01.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İddiaçı 31.08.1979-cu il tarixdən 25.10.1979-cu il tarixə qədər Sumqayıt Superfosfat zavodunda elektrik çilingəri vəzifəsində işləmişdir. 27.10.1979-cu il tarixdən 10.12.1981-ci il tarixə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 19.01.1982-ci ildən 26.08.1982-ci ilə qədər yenidən Sumqayıt Superfosfat Zavodunda təmirçi elektrik çilingəri vəzifəsində işləmişdir. 01.09.1982-ci il tarixdən 02.04.1983-cü il tarixə qədər 95 №-li X2 Məktəbində təhsil almışdır. 26.04.1983-cü il tarixdən 17.09.2012-ci il tarixə qədər «Xəzərdənizneftdonanma» İdarəsinin Cənub Rayon X1 İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 26.04.1983-cü ildən 20.02.1985-ci ilə qədər «PS170» gəmisində 2-ci dərəcəli matros, 20.02.1985-ci ildən 01.06.1987-ci ilə qədər həmin gəmidə böyük matros, 01.06.1987-ci ildən 25.10.1988-ci ilə qədər «İzıskatel-2» gəmisində 1-ci dərəcəli matros, 25.10.1988-ci ildən 20.04.1999-cu ilə qədər «M.Süleymanov» gəmisində böyük matros, 20.04.1999-cu ildən 20.09.2002-ci ilə qədər «Cənub-21» gəmisində kapitanın böyük köməkçisi, 20.09.2002-ci ildən 17.09.2012-ci ilə qədər «Ağdərə-5», «PSK-29», «Cənub25», «Kesson» gəmilərində kap itan, kapitanın böyük köməkçisi vəzifələrində işləmişdir. 01.10.2012-ci ildən hazırkı vaxta qədər isə «Kesson» gəmisində kapitan vəzifəsində işləyir. 01.01.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 25 il 7 ay 11 gün ümumi iş stajı, 22 il 8 ay 6 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən "xxxx" QSC tərəfindən müvafiq arayış verilmişdir. İddiaçı onun 57 yaşının tamam olduğu tarixdən, yəni 29.01.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nin Xüsusi Şərt lərlə Təyinat İdarəsi 26.08.2019-cu il tarixli, **********7 nömrəli imtina məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, işlədiyi müəssisə olan "xxxx" QSCnin Xəzər X1 tərəfindən verilmiş 18.04.2019-cu il tarixli, EN01/02- 313 nömrəli arayışda işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafı yol gəmilərinə aid olmadığı deyil, liman və limandaxili yol gəmilərinə aid olmadığı qeyd olunmuşdur. Həmin imtina məktubunu aldıqdan sonra iddiaçı yenidən işlədiyi müəssisəyə müraciət etmişdir və müəssisə tərəfindən ona yeni güzəştli arayış təqdim edilmişdir. Həmin arayışı sənədlərə əlavə edərək yenidən pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan yenidən iddiaçının ərizəsini təmin etməmişdir. Bu dəfə isə imtinanın əsası kimi, əmək kitabçasında işlədiyi gəmilərin üzən heyət gəmilərinə aid olmasının göstərilməməsi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)2990/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddiа tələbinin təmin еdilməsi, İddiaçı 57 yaşının tamam olduğu 29.01.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

4. Birinci ins tansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikasının Konstitusiyasının 38, 71-ci maddələrinə, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8 və 32.1-1-ci maddələrinə, 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası «İnzibati icraat haqqında» Qanununun 2.0.2, 2.0.6, 15.1 və 15.2-ci maddələrinə, Azərbaycan Respublikasının İPM-nin 2.2, 33.1, 33.2, 34.1, 52, 68.1, 68.2 və 73.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, İddiaçı «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər ümumi iş stajı 25 (iyirmi beş) ildən çox olduğundan və onun 01.01.2006-cı ilə qədər Azərbaycan Respub likasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında XXVİİİ. Nəqliyyat bölməsində (“3. Dəniz və çay donanması 23003000— 23003010 Üzən heyət-dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daimi liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla), nəzərdə tutulan peşələrdə 12 il 6 aydan çox güzəştli iş stajı olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya mə hkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)-2990/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 11.03.2021-ci il tarixli, 2-1(103)-164/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)-2990/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən 01.08.1997-ci il tarixədək qüv vədə olmuş Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 3, 13, 67-ci maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1, 9.8-ci maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 87.8-ci maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

8. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması qeyd edilməmişdir. Göründüyü kimi, iddiaçı idarənin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(103)-164/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın mümkünsüz sayılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin t əmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli nömrəli qərarın ləğv edilməsini və iddianın mümkünsüz sayılması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyası Maddə 38 Bənd

1. Hər kəsin sosial təminat hüququ vardır. Bənd

3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71 hissə

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

13. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanun Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

14. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunu qüvvəyə minənə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

13. Bənd “b” Əmək şəraiti zərərl i və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

15. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə 13. 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununu n 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Maddə 67. hissə İİİ bəndi «ğ» Ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

16. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassa siya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması qeyd edilməmişdir.

21. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsassızdır.

22. Belə ki, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir.

23. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının 01.01.2006- cı ilə qədər azı 25 il ümumi iş stajının və 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olmalıdır.

24. İş materiallarından göründüyü kimi, iddiaçının “X3 donanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinə “PS-170”, “lzıskatel-2", “Cənub -21”, “Ağdərə-5’’ gəmisində Kapitanın böyük köməkçisi vəzifəsində (20.09.2002-ci il tarixli, 131-k nömrəli əmr) işləmişdir. O, Donanmanın "Ağdərə-5” “PSK-29”, “Cənub-25”, ’’Kesson” gəmilərində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ Bölməsinin 23003010 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabi netinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bölməsinə uyğun olmuşdur.

25. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən dəlilləri nəzərdən keçirərkən iddiaçıya ümumi və güzəştli iş stajı üzrə əmək pensiyasının təyin edilməsi üçün əsas olan sübutların mötəbərliyi şübhə altına alan heç bir dəlilə istinad etməmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququq vardır.

27. Cav abdeh kassasiya şikayətində daha sonra qeyd etmişdir ki, iddiaçı idarənin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

28. İş materiallarına əlavə edilmiş cavabdehin iddiaçının tələblərinin təmin edilməsindən imtina edilməsinə dair məktubundan görünür ki, həmin məktubun qeydiyyat tarixi 12.11.2019-cu ildir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətini nəzərdən keçirərkən cavabdehin həmin məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi ilə bağlı işdə olan heç bir sübuta istinad etmədiyi müəyyən edilmişdir. Bu baxımdan da cavabdehin kassasiya şikayətindəki qeyd etdiyi bu dəlili də əsassızdır.

30. Bütün yuxarıda göstərilənlərə əsasən mə hkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 2-1(103)-164/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar