Məhkəmə qərarları › İş №2-1(102)-1875/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1875/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1875/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pensiya təyin edən orqanın qərarının mübahisələndirilməsi; inzibati aktın icrasının nəticələrinin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1(xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabd eh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(105)-325/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 2.xx.xx.2013-xx.xx.2022-ci illər ərzində vəzifə maaşları bir neçə dəfə atılırmış, iddiaçının pensiyası yenidən hesablanmışdır.

3. Sonuncu dəfə cavabdeh xx.xx.2022-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması haqqında **********1 nömrəli qərar qəbul etmiş, əmək pensiyasının yenidən hesablanaraq yol verilmiş səhv özü tərəfindən düzəldilmişdir. 4. 2022-ci ilin yanvar ayından iddiaçının əmək pensiyasından 180 manat pul vəsaiti tutulmağa başlanmışdır. 5.İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, 528 manat pensiyasının bərpa olunmasını və tutulan müddətin hesablanaraq ona geri qaytarılmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “onun dövlət qulluqçusu kimi müəyyən edilmiş əmək pensiyasının yenidən Prezident tərəfindən təsdiq edilmiş qaydada artımlarla ve rilməsinə cavabdehin çıxardığı qanunsuz “Qərar’’ın ləğv edilməsinə, həmçinin sözügedən idarənin üzərinə öhdəlik qoyularaq aprel ayından tutulan məbləğin hesablanaraq ona ödənilməsi və əmək pensiyasının artımlarla ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbini dəqiqləşdirərək, “cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********1 saylı qərarının ləğv edilərək, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şə rtlərlə Təyinat İdarəsinin vəzifəli şəxsləri öz mülahizələrinə uyğun olaraq onun dövlət tərəfindən müəyyən olunmuş əmək pensiyasından qanunsuz olaraq 180 manat məbləğin tutulmasına qərar verərək onun hüquqlarını pozmuşdur.

9. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat İdarəsinin direktoruna müraciət (əlavə olunur) etmişdir ki, bu qanunsuzluğa son verilərək onun əmək pensiyası artımlarla olduğu kimi 528 manat bərpa olunmasına və bu tutulan müddətin hesablanaraq qaytarılmasına göstəriş verilsin.

10. Lakin Xüsusi Şərtlərlə Təyinat idarəsinin vəzifəli şəxsləri məhkəmə qərarı və razılığı olmadan belə qeyri qanuni hərəkət etdikləri barədə cavab veriblər. Bununla yanaşı guya idarə tərəfindən ona qanunvericiliyin tələbləri izah olunması barədə e-sosial.az elektr on portalında məlumat qeyd etmişlər.

11. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir və fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Lakin ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Həmçinin, bu dəyişikliklər əvvəllər pensiyaya çıxanlara münasibətdə tətbiq edilmir. İddia tələbinə cavabdehin etirazı:

12. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, pensi ya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2013-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 127,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 38,10 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 10,58 manat olmaqla orta aylıq əmək haqqı 175,68 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən iddiaçının 30 il 8 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (175,68 manat) 80 faizi-140,54 manat məbləğində hesablanmalı olduğu halda, 228,80 manat məbləğində müəyyən edilməklə xx.xx.2013- xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 353,04 manat artıq pul vəsaiti ödənilib.

13. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xx.xx.2013-cü il tarixindən iddiaçıya vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 160,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 48,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 13,33 manat olmaqla orta aylıq əmək haqqı 221,33 manat təşkil etmişdir.

14. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixinə dək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 30 il 8 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (221,33 manat) 80 faizi-177,06 manat məbləğində hesablanmalı olduğu halda, 357,86 manat məbləğində müəyyən edilməklə xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 9.220,80 manat artıq pul vəsaiti ödənilib.

15. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xx.xx.2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 175,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 52,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 14,58 manat olmaqla orta aylıq əmək haqqı 242,08 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 8 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (242,08 manat) 80 faizi193,66 manat məbləğində hesablanmalı olduğu halda, 393,25 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 2.395,08 manat artıq pul vəsaiti ödənilib.

16. Ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar pensiya məbləği xx.xx.2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 210,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 63,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 17,50 manat olm aqla orta aylıq əmək haqqı 290,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 8 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (290,50 manat) 80 faizi232,40 manat məbləğində hesablanmalı olduğu halda, 393,25 manat məbləğində müəyyən edilməklə xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 965,10 manat artıq pul vəsaiti ödənilib.

17. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xx.xx.2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 315,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 94,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 26,25 manat olmaqla orta aylıq əmək haqqı 435,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 8 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (435,75 manat) 80 faizi-348,60 manat məbləğində hesablanmalı olduğu halda, 528,87 manat məbləğində müəyyən edilməklə xx.xx.2019- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 5768,64 manat artıq pul vəsaiti ödənilib.

18. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18.702,66 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fon dunun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2003-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18702,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

20. Bununla bağlı bildiririk ki, işin hallarından da göründüyü kimi iddiaçıya pensiya təyin edilərkən səhvə yol verildiyi üçün inzibati orqan öz təşəbbüsü ilə əmək pensiyasının yenidən hesablanm ası haqqında **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərar qəbul etmiş və əmək pensiyasının məbləği yenidən hesablanaraq yol verilmiş səhv özü tərəfindən düzəldilmişdir.

21. Bundan başqa, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Həmçinin bildiririk ki, “İnzibati icraat haqqında" Qanunun 21.3.6-cı maddəsinə əsasən inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlum at verməyə və bu barədə onların mülahizələrini dinləməyə borclu deyildir.

22. Bundan əlavə, “İnzibati icraat haqqında" Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Eləcə də, həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Əlavə olaraq “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər dedikdə, qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, əmək pensiyasının qanunauyğun təyin edilmə si və hesablanması pensiya sisteminin əsas təməl prinsipləridir. İddiaçının ona təyin olunmuş pensiyanın qanunauyğun olmayan məbləğdə ödənilməyə davam etdirilməsini tələb etməsi qeyd olunan pensiya sisteminin təməl prinsiplərinə ziddir və hazırkı iddia tələbi “qanunçuluq” prinsipinə zidd olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Birinci in stansiya məhkəməsinin gəldiyi nəticə:

23. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1748/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********1 saylı “Əmək pensiyanın yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydas ında tutulur.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də cavabdehin iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur.

26. Cavabdehin iddia tələbinin rədd edilməsinə dair dəlilinə münasibətdə, məhkəmə hesab edir ki, mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Əmək pensiyaları haqqında” Qanun un 39-cu maddəsi mövcud olduğu təqdirdə, ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtinada haqsız olmuşdur.

27. İnzibati prosessual qanunvericiliyə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.

28. İnzibati akt a parılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Lakin göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul edilən zaman, inzibati orqan tərəfindən inzibati icraatın prinsipləri pozulmuş, inzibati orqan inzibati icraa t barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş və işdə onların iştirakını təmin etməmişdir. Həmçinin cavabdeh orqan tərəfindən inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verilməmiş və bu barədə onların mülahizələri dinlənilməmişdir.

29. Beləliklə, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********1 saylı “Əmək pensiyanın yenidən hesablanması haqqında” qərar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

30. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələb inin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

31. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-325/2024 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1748/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

33. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

34. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazında göstərilənlər təşkil edir.

35. Bundan başqa, şikayətdə qeyd olunur ki, nəzərə alınmalıdır ki, əmək pensiyasının qanuna uyğun təyin edilməsi və hesablanması pensiya sisteminin əsas təməl prinsipləridir. İddiaçının ona təyin olunmuş pensiyanın qanuna uyğun olmayan məbləğdə ödənilməyə davam etdirilməsini tələb etməsi qeyd olunan pensiya sisteminin təməl prinsiplərinə ziddir və hazırkı iddia tələbi “qanunçuluq” prinsipinə zidd olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkə n istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun.

36. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş ol duğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanuna müvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.

37. Bundan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə ver ir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur.

38. Eyni zamanda, hesab edirik ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.

39. Odur ki, maddi hüquq normaları cəhətdən ş əxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz.

40. Əlavə olaraq bildirilir ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur, Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanuniliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır.

41. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasında tərəfimizdən qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının hüquqlarına müdaxilə edilməmişdir.

42. Yuxarıda qeyd olunanlara baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-325/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş şikayət əsassız olaraq təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1748/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv olunmalıdır. b. kassasiya şikayət inə etirazın dəlilləri

44. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, 2022-ci ilin aprel ayından etibarən cavabdeh onun əmək pensiyasını öz istəklərinə uyğun azaldaraq ona həm maddi həm də mənəvi zərər vuraraq öz vəzifə səlahiyyətlərində sui-istifadə etmişlər, eləcə də ona qarşı əlverişsiz inzibati akt qəbul edərək onun Konstitusion hüquqlarımı pozublar.

45. Cavabdeh əlverişsiz inzibati akt qəbul edən zaman bu barədə iddiaçıya heç bir məlumat verməmiş, həmçinin aktın qəbulunda onun iştirakını təmin etməyərək qanunun tələblərinə əməl etməmişlər. 46.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

47. Sözügedən qanununa əsasən artıq ödənilmiş əmək pensiyasının geri qaytarılmasının yalnız iki qaydası mövcud olduğu qeyd olunur, lakin cavabdeh bu qanunun tələblərinə məhəl qoymur. İddiaçı bir daha qeyd edir ki, ona heç bir artıq ödəniş olunmayıb bu onun fərdi hesabında toplanan vəsaitindən ödənilmiş məbləğdir.

48. Məhkəmə öz ədalətli qərarını əsaslandırma hissəsində bir başa xüsusi normanın, yəni Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 39-cü maddəsinin olduğunu qeyd etmiş və burada ümumi norma kimi çıxış edən “İnzibati İcraat haqqında” Qanunun tətbiq edilməsinin yol verilməz olduğunu qeyd etmişdir. 49. “İnzibati İcraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən İnzibati o rqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. TƏTBİQ EDİLƏN HÜQUQ

50. İnzibati Prosessual Məcə llə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

51. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

52. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 53.Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

54. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxsin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (“İnzibati icraat haqqında” Qanunun 63.1-ci maddəsi).

55. Hazırkı halda, cavabdeh əvvəllər qəbul edilmiş hər hansı inzibati aktda, - “İnzibati icraat haqqında” Qanunun 63.1-ci maddəsinin məqsədləri üçün, - düzəlişə dair deyil, iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə yeni inzibati akt qəbul etmişdir.

56. Həmin (mübahisələndirilən) inzibati aktın qəbul edilməsi ilə bağlı inzibati icraata iddiaçının cəlb olunmadığı müba hisəsizdir.

57. Cavabdeh bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 21.3.6cı maddəsinə əsasən, inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borclu deyildir.

58. Cavabdehin qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzib ati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur.

59. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, istinad edilən Qanunun 21-ci maddəsinin müddəalarının tələbinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (21.1). Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tut ulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur (21.2). İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər (21.3):... 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

60. Normanın məzmunundan göründüyü kimi, burada, söhbət borclunu müəyyən hərəkətləri etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi zamanı qəbul edilən aktlardan gedir (“İnzibati icraat haqqında" Qanunun 83.3, 84-86-cı maddələri).

61. Cavabdehin “İnzibati icraat haqqında" Qanunun 21.3.4-cü maddəyə istinadı da əsa slı deyil, belə ki, hazırkı halda, söhbət fərdi xarakterli, faktiki əsaslarına görə fərqlənən inzibati aktların qəbulu ilə nəticələnən inzibati icraatdan gedir.

62. Beləliklə, cavabdeh mübahisələndirilən inzibati aktı qəbul etməzdən əvvəl “İnzibati icraat haqqında" Qanunun 21.1 və 21.2-ci maddələrinin tələblərini təmin etməli idi.

63. Məhkəmə kollegiyası, həmçinin razılaşır ki, iddiaçıya artıq ödənildiyi bəyan edilən məbləğlərdən cavabdeh tərəfindən hər hansı tutulmalar aparıldığını təsdiq edən məlumat işdə yoxdur.

64. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

65. İddia ərizəsinə görə, iddiaçı “cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********1 saylı q ərarının ləğv edilərək, əvvəlki pensiya məbləğinin bərpa edilməsini, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

66. İddia ərizəsinin ifadə tərzi və işin materialları, - xüsusilə də artıq ödənildiyi bəyan edilən məbləğlərdən cavabdeh tərəfindən hər hansı tutulmalar aparıldığını təsdiq edən hər hansı məlumatın olmadığı, - nəzərə alındıqda, iddiaçının iddia ərizəsində ifadə olunan hüquqi marağı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsinə, ona əvvəllər təyin edilmiş və hesablanmış pensiyanın (bərpası tələb olunan) məbləği ilə cavabdehin mübahisələndirilən inzibati aktı ilə təyin edilmiş əmə k pensiyasının məbləği arasındakı fərqin (cavabdehin mübahisələndirilən qərarından sonra almadığı məbləğin) ödənilməsinə yönəlmişdir.

67. Bu qənaət, həmçinin İPM-in 70.3-cü maddəsindən irəli gəlir. Həmin normaya görə, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

68. Qeyd olunanlar nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın “tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” hissəsində dəyişdirilməli, iddianın həmin hissəsi iddia ərizəsinin ifadə tərzinə və işin faktiki hallarına uyğun təmin edilməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-325/2024 saylı qərarı “tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” hissəsində dəyişdirilir, cavabdehin üzərinə mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarın qəbulu nəticəsində ödənilməmiş (iddiaçının məhrum olduğu) məbləğin iddiaçıya ödənilməsi öhdəliyi qoyulur. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar