Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1876/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 mart tarixli 2-1(107)106/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1959 -cu il xx.xx. tarixdə doğulmuş, 1976-1997-ci illərdə ünvan 1 işləmişdir. İddiaçıya 2018-ci il 3 avqust tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 28 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Pensiyanın təyin olunmasına əsas olan əmək kitabçası hər hansı bir səbəbdən saxlanılmırsa, o halda iddiaçının işləmiş olduğu və fəaliyyətini dayandıran hüquqi varisi olmayan idarə, müəssisə, təşkilatın və rayon dövlət arxivinin verdiyi sənədlərlə fakt təsdiqi üçün ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı 2018-ci il 11 oktyabr tarixdə Şəki İnzib ati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1976-1997-ci illərdə ünvan 1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ona 2018-ci il 3 avqust tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş, bundan sonra iddiaçıya məlum olmuşdur ki, onun 1976-1997-ci illərdə ünvan 1 işlədiyi illər nəzərə alınmadan müavinət təyin edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı münasibət təqdim etmişdir. Münasibətdə göstərilmişdir ki, 1976-1997-ci illərdə ünvan 1 işləməsi barədə əmək kitabçası təqdim etmədiyindən pensiyanın hesablanmasında həmin illərin nəzərə alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsini n gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 noyabr tarixli 2-1(84)-1690/2018 nömrəli qərarı ilə iddiaçının 1976-1997-ci illərdə ünvan 1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işləməsi Ağsu Rayon Dövlət Arxivinin 2018-ci il 12 sentyabr tarixli, 316 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 mart tarixli 2-1(107)-106/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmı şdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 18 mart tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 17 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə işə baxarkən iddiaçı tərəfindən təqdim edilmiş, Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş 2018-ci il 3 iyul tarixli, 259 nömrəli arayışa əsaslanaraq apellyasiya şikayətini rədd etmişdir. İddiaçı inzibati orqana arayışla müraciət edən zaman cavabdeh tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçının adı nə əmək haqqı verilməsi üçün hesabatlarda, nə də əmək haqqı cədv əllərində qeyd olunmamışdır. Həmin məlumatlar nümayəndə tərəfindən məhkəməyə təqdim olunsa da, onlar sübut kimi qəbul edilməmiş, araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiya məhkəməsi göstərilən normaların tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə ba xılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İP M-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Hazırkı işdə cavabdeh iddia ərizəsinə yazılı münasibətində (iş v. 17) qeyd etmişdir ki, iddiaçının 1976 -1997-ci illərdə kolxozda işləməsi faktı təsdiq edildiyi halda, sığorta stajı kimi nəzərə alınmasına dair qərar qəbul edilməsinə etiraz etmir. Birinci instansiya məhkəməsi də öz növbəsində həmin illəri sığorta stajı kimi müəyyən etmişdir. Lakin cavabdeh, iddia ərizəsinə yazılı münasibətində ifadə etdiyi mövqeyinə baxmayaraq, həmin nəticə ilə razılaşmamış, qərarı mübahisələndirmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmaya n pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Normanın tələbinə görə, İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün (1) ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalı və (2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Cavabdeh imtina məktubunda (habelə apellyasiya şikayətində) iddiaçının sığorta (iş) stajına münasibət bildirsə də, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyinə hər hansı münasibət bildirmir. Məhkəmə kolle giyası təkrar olaraq qeyd edir ki, hətta cavabdehin bunu aşkar mübahisələndirmədiyi halda belə, əgər məhkəmə iddiaçının bu və ya digər əmək fəaliyyəti dövrünü ümumi iş stajının tərkibi kimi qəbul edirsə, bunu (normativ-hüquqi əsasını göstərməklə) qərarında əsaslandırmalıdır. Hazırkı işdə bu, həm də ona görə vacibdir ki, iddiaçıya əlilliyin 2017-ci il 1 iyul tarixdən sonra təyin edildiyi nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 12 və 13-cü maddələrinin 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş məzmunda dispozisiya şərtlərini təmin etmək mümkün olsun. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 85 9 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunm uş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddiaçının təqdim etdiyi arayışda minimum əmək iştirakı normasına dair məlumat yoxdur. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Lakin kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının ha nsı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı işdə, əgər məhkəmə iddiaçının istinad etdiyi sənəddə göstərilən iş stajının cavabdeh tərəfindən nəzərə alınmalı olduğu qənaətinə gələrək onun üzərinə hazırkı məzmunda öhdəlik qoyursa, həmin sənədlə müəyyən edilən iş stajının məcmusu özüözlüyündə, yaxud iddiaçının digər əmək fəaliyyətinin müddəti ilə birlikdə “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan müddətlə bağlı şərti ödəmiş olmalıdır. Başqa sözlə, iddiaçı cavabdehin yuxarıda qeyd edilən imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi illərin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi və ya artıq buna qədər təyin edilmiş pensiyanın yenidən he sablanması ilə nəticələnə bilər. Buradan, hazırkı məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia olunan illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək və ya təyin edilmiş pensiyanı yenidən hesablamaq öhdəliyi yaranacaqdır. Öz növbəsində, şəxslərin pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir (məsələn, “Ə mək pensiyaları haqqında” Qanunun 12 və 13-cü maddələrinin tələblərinin iddiaçı tərəfindən hansı hissədə ödənildiyini, hansı hissədə mübahisəli olduğunu və s.). Başqa sözlə, maraqlı şəxs imtinanın səbəbləri ilə yanaşı, onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görməli, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Cavabdehin imtina məktubundan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir. İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın mümkünsüz hesab edilməsi hissəsində təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddəl ərinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 mart tarixli 2-1(107)-106/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1876/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1876/2019
12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver