Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1876/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinəqarşı iş üzrə QƏRAR Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Kəmaləddin Bədəlov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 21(107)-16/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinin sxematik planında və yerquruluşu xəritəsində qeyd edilmiş JN seriyalı A3996 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 1018,06 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkə məsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri Aydın xxxxxxxxxxx istifadəsində 1994-cü ildən Mingəçevir şəhər Tərəvəzçilik sovxozunda tikinti ltında olan 0,10 həyətyanı torpaq sahəsi olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul ediləndə həmin torpaq sahəsi onun qanuni istifadəsində olmuş və Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2004-cü il tarixli 293 nömrəli sərəncamına əsasən X2 mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-3996 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanmış, torpaq islahatı ilə əlaqədar tərtib olunmuş həyətyanı torpaq sahələrinin sxematik planında və yerq uruluşu xəritəsində şəhadətnamə ilə bağlı məlumatlar daxil edilmişdir. xx xxxxxx 2011-ci ildə istifadələrində olan 1018.05 m2 həyətyanı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. xx xxxx 2013-cü ildə əri aaaaŞamilov vəfat etmiş və o, xx xxxxxxxx 2013-cü ildə X2 miras əmlakına qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra əri aaaaŞamilovdan miras qalmış torpaq sahəsinə mülkiyyət hüquqlarını hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün müraciət edərkən cavabdeh inzibati orqandan müxtəlif səbəblərdən imtina almışdır. Hesab edir ki, cavabdehin imtinası hüquqlarının məhdudlaşdırılmasına yönəldiyindən qanunsuzdur. Çünki onun əri aaamülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN3996A saylı şəhadətnamə ilə tanındığı ndan onun adına çıxarış verilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(84)-598/2019 nömrəli (sədrlik edən hakim Rüfət Məcidov) qərarı ilə iddianın qismən təmin edilməsi, DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinin sxematik planında və yerquruluşu xəritəsində qeyd edilmiş JN seriyalı 3996 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya sının 149-cu maddəsinin Vİİ hissəsinə, İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1, 8.1, 34.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1, 8.0.5, 15-ci maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə istinad edərək belə hesab etmişdir ki, cavabdehin imtinasının əsasları qanunsuz olmuşdur. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(107)-16/2020nömrəli (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Elçin Hüseynov) qər arı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də əsaslandığı maddi və prosessual hüquq normalarına istinad edərək belə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas olan «Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında» Qanunun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə sübut təqdim edə bilməmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı Yevlax rayonu Tərəvəzçilik sovxozunun yerləşdiyi ərazidə torpa q islahatı ilə əlaqədar tərtib olunmuş həyətyanı torpaq sahələrinin sxematik planında və yerquruluşu xəritəsində, o cümlədən istifadələrində həyətyanı torpaq sahəsi olan subyektlər siyahısında mərhum əri X2 adının olub-olmaması, adı varsa həmin sənədlərin, o cümlədən onun evinin həyətyanı torpaq sahəsi ilə bağlı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə verilib-verilmədiyi, verilibsə şəhadətnamənin surətinin məhkəməyə təqdim edilməsi üçün X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə xx xxxxx 2016-cı il və xx xxxxxxx 2017-ci il tarixlərində ərizə ilə müraciət etmişdir. Onun müraciətində qeyd edilənlərlə bağlı idarənin arxiv materiallarına və elektron bazasına istinad edilmiş, yerində mütəxəssis tərəfindən müayinə edilərək inventar laşdırma işləri aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş adlı siyahıda X2 adına JN-3996 A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə 0,10 hektar torpaq sahəsinin olması qeyd edilmiş, lakin həmin şəhadətnamə şəhadətnamələrin qeydiyyatı kitabında qeydə alınmamış və onun 2-ci nüsxəsinin də arxiv materiallarında mövcud olmadığı məlum olmuşdur. X1 adına 0,1018 hektar torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixli A seriyalı 312228 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş və həmin texniki sənəddə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının başqa ərazinin üzərinə düşməsi aşkar edilmişdir. Bund an başqa torpaq sahəsi faktiki olaraq 0,08 hektar təşkil edir. İddiaçının özünün deməsinə görə 0,002 hektar torpaq sahəsi qonşu torpaq mülkiyyətçiləri tərəfindən zəbt edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(107)- 16/2020 saylı qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegi yası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası il öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlillər cavabdehin iddiaçıya verdiyi xx xxxxxxx 2017-ci il tarixli imtina məktubunda, həmçinin apelyasiya şikayətində yazılanlarla eynilik təşkil edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən dəlillər tam və hərtərəfli araşdırılaraq, onların hər biri müfəssəl şəkildə təkzib edilmiş, bu na görə də həmin dəlillər əsassızdır. Belə ki, cavabdehin kasasiya şikayətində göstərdiyi X2 adına hazırlanmış JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin şəhadətnamələrin qeydiyyatı kitabında qeyd edilməməsi və arxiv nüsxəsinin mövcud olmaması, habelə A seriyalı 312228 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1018,06 kvadrat metr torpaq sahəsinin koordinatlarının başqa ərazinin üzərinə düşməsi barədə imtina dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin hallar iddiaçının deyil, sənədi tərtib edən qurumların təqsirindən baş vermişdir və bu hallara görə iddiaçı məsuliyyət daşımır. Çünki mübahisə predmeti olan torpaq sahəsi elektron adlı siyahılarda göstərilən torpaq sahəsidir. Əldə olan sənədlərlə faktiki torpaq sahəsinin koordinatlarında uyğunsuzluq olduğu təqdirdə cavabdeh bu uyğunsuzluqları aradan qaldırmaq və faktiki vəziyyətə uyğunlaşdırmaq vəzifəsi daşıyır. Eyni zamanda qeyd edilməlidir, cavabdeh xx xxxxxxx 2017-ci il tarixli imtina məktubunda özü etiraf etmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş adlı siyahıda A.M.xxxxxxxxxxx adına JN seriyalı 3996 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,10 hektar torpaq sahəsinin olması qeyd edilmişdir. Cavabdehin xidmətin öz fəaliyyətini tənzimləyən «Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamədə qeyd olunur ki, həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərin ə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Kasasiya şikayətində göstərilmiş mübahisə predmeti olan torpaq sahəsinin şərq sərhədinin 1,5 metr məsafəsindən 6 kv-lıq yüksək gərginlikli elektrik xəttinin keçməsi və torpaq sahə sinin yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşməsi ilə bağlı cavabdeh inzibati orqanın dəlilinə münasibətdə isə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq yazmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmaqla 2004-cü ildə adına rəsmiləşdirilmişdir ki, torpaq sahəsi verilən zaman cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2015-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 vt-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» qaydaları mövcud olmamışdır. Bununla yanaşı cavabdeh xx xxxxxxx 2017-ci il tarixli imtina məktubunda özü yazır ki, elektrik hava xətti 6 kv-lıqdır. Belə olan halda cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»na istinad etməsi yolverilməzdir. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanmış, cavabdeh inzibati orqan həmin əsaslardan birinin mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmin əsaslar mövcud olmadığı halda iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız imtina etmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X3 qanuni istifadəsində 0,10 hektar həyətyanı torpaq sahəsi olmuş və Mingəçevir Şəhər İcra Hakimiyyəti başç ısının xx xxxx 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə həmin torpaq sahəsi mülkiyyətinə verilərək adına JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və A seriyalı 312228 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. X4 xx xxxx 2013-cü il tarixdə ölmüş, xx xxxxxxxx 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı İddiaçı onun vərəsəsidir. İddiaçı mərhum əri aaamülkiyyətinə verilmiş 1018,06 kvadrat metr torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx xxx 2016-cı il tarixli **********38 nömrəli imtina xarakterli bildiriş və xx xxxxxxx 2017-ci il tarixli **********62 nömrəli məktubla bildirmişdir ki, JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə şəhadətnamələrin qeydiyyatı kitabında qeyd edilməmiş və arxiv nüsxəsi mövcud deyil. X2 adına hazırlanmış A seriyalı 312228 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1018,06 kvadrat metr torpaq sahəsinin koordinatları başqa ərazinin üzərinə düşür. Bundan başqa torpaq sahəsinin şərq sərhədinin 1,5 metr məsafəsindən 6 kv-lıq yüksək gərginlikli elektrik xətti keçir və torpaq sahəsi yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşür. Bundan əlavə torpaq sahəsi faktiki olaraq 0,08 hektar təşkil edir. Vətəndaşın bildirdiyinə görə 0,02 hektar torpaq sahəsi qonşu torpaq mülkiyyətçiləri tərəfindən zəbt edilmişdir. Qeyd olunan səbəblərdən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddianı qa ldırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinin sxematik planında və yerquruluşu xəritəsində qeyd edilmiş JN seriyalı 3996 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 1018,06 metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi haqqında öhdəliyin qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci abzasında göstərilmişdir ki, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsd iq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti or qanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(107)-16/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1876/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1876/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver