Məhkəmə qərarları › İş №2-1(102)-1876/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1876/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1876/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərk əzi Filialı) “qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanmaqla əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1213/2021 saylı, 4 may 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan SSR Ali Məhkəməsinin 26 oktyabr 1986-cı il tarixli məktubundan görünür ki, iddiaçı Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 27 mart-17 aprel 1972-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 167-ci maddəsinin 1-ci hissəsinə və 172-ci mad dəsinə əsasən təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əsaslar olmadığından şikayət təmin edilmədən saxlanılmışdır. (Ali Məhkəmənin sədr müavini – A.Zeynalov)

2. Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin 21.03.1989-cu il tarixli 4-73/89 nömrəli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində qəbul edilmiş Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 17 aprel 1972-ci il tarixli hökmü ləğv edilmiş və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmişdir.

3. Azərbaycan SSR Ali Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 18.05.1989cu il tarixli, 4-73/89 saylı məktubda bildirilmişdir ki, Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1972-ci il 17 apre l tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 167-ci maddəsinin 1-ci hissəsi və 172-ci maddəsi ilə cəmi 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə cinayət işinə 1989-cu il mart ayının 21də Azərbaycan SSR Ali Məhkəməsi Rəyasət Heyətində baxılmış, hökm əməldə cinayət tərkibi olmadığına görə ləğv edilmiş və işin icraatına xitam verilməsi bildirilmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 15.09.2017-ci il tarixli cavab məktubuna əlavə edilmiş Azərbaycan SSR DİN-nin şəxsi heyət üzrə 25.02.1970-ci il tarixli 225 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, həmin əmrə əsasən milis kapitanı Bakı şəhər Daxili İşlər İdarəsinin əlahiddə yol nəzarəti divizionunun yol nəzarəti baş inspektoru İddiaçı şəxsi heyəti adına xələl gətirən hərəkətlər törətdiyinə görə 25.02.1970-ci il tarixdən xidmətdən xaric edilmiş və onun 25.02.1970-ci il tarixə xidmət müddəti 08 il 06 ay 24 gün təşkil etmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 02.05.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının daxili işlər orqanlarının əməkdaşı kimi pensiya təyin olunması ilə əlaqədar müraciətlərinə baxılmış, cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə istinad edilməklə onun xidmət müddətinin təqvimi hesablama ilə 11 il, 00 ay, 24 gün təşkil etməsi səbə bindən müraciətlərinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 12 iyun 2020-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə, yəni 10 (on) il xidmət müddəti kimi hesablanaraq, ümumilikdə, 20 ildən artıq iş stajının olması nəzərə alınmaqla, əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinə qarşı iddia tələbi üzrə 2017-ci il 14 yanvar tarixli, 2-1(82)-2985/2017 saylı qərarı 25 yanvar 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsi onun xidmət müddətinin 11 il, 00 ay, 24 gün, yəni 20 təqvim ilindən az olduğunu səbəb kimi göstərilməklə ona pensiya təyinatının aparılması ilə bağlı müraciətlərinin həllindən imtina etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin 14.03.2020-ci il tarixli məktubunda da “Əmək pensi yaları haqqında” Qanunun 24.0.2-ci maddəsinə əsasən şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanaraq əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilməsi qeyd olunsa da, iddiaçının ümumi stajının 20 ildən az təşkil etdiyi göstərməklə məlumat vərəqəsinin göndərilməsinin mümkünsüz olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, bu hal qanunaziddir və onun qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə daxili işlər orqanlarında xidmət müddətinə hesablanmalıdır. Beləliklə, onun daxili işlər orqanlarında xidmət müddəti 20 ildən artıq olur.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin müvafiq tələbnamə yoxlanıldıqdan sonra 03.11.2020-ci il tarix li məktuba əlavə edilərək məhkəməyə təqdim etdiyi iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu barədə məlumatlardan müəyyən edilir ki, o, 06.02.1971-ci il tarixdə Azərbaycan SSR Bakı şəhər DİN İstintaq İdarəsi tərəfindən həbs edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin 17.04.1972-ci il tarixli hökmünə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ rayon Xalq Məhkəməsinin 09.11.1972-ci il tarixli qərarı ilə SSRİ X6 Heyətinin 20.03.1964cü il tarixli Fərmanına əsasən 03 il, 02 ay, 27 gün müddətinə şərti olaraq azad edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin 21.03.1989-cu il tarixli qərarı ilə 17.04.1972-ci il tarixli hökmü ləğv edilərək cinayət işinə Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 10-cu maddəsinin 2-ci bəndinə əsasən xita m verilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-5061/2020 saylı iş) 3 dekabr 2020-ci il tarixli qərarı ilə “qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətlərinin ikiqat ölçüdə hesablanmaqla əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti qaydada göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı daxili işlər orqanlarında xidmətə bərpa edilməmiş və qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı Azərbaycan SSR DİN-nin şəxsi heyət üzrə 25.02.1970-ci il tarixli, 225 nömrəli əmrinə əsasən şəxsi heyət adına xələl gətirən hərəkətlər törətdiyinə görə 25.02.1970-ci il tarixdən xidmətdən xaric edilmiş, yalnız bundan sonra, yəni 06.02.1971-ci il tarixdə həbs edilərək cəza çəkmiş, sonradan isə barəsində olan 17 aprel 1972-ci il tarixli hökm ləğv edilmiş və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmişdir. İddiaçı barəsində olan hökm ləğv edildiyinə baxmayaraq onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsinə dair verilmiş əmri mübahisələndirməmişdir. İddiaçı daxili işlər orqanlarından xidmətdən xaric edildiyindən, onun xaric edilməsinin əsassızlığı öz təsdiqini tapmadığından, daxili işlər orqanlarına xidmətə bərpa edilməsi və qanuni əsaslarla xidmətdən ehtiyata buraxılmasına dair hal müəyyən edilmədiyindən hazırkı iddia tələbi əsassızdır.

11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instan siyası məhkəməsindəki icraat

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X2 və X8, 2-1(103)-1213/2021 saylı iş) 4 may 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 3 dekabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. İddiaçı 15 iyul 2021-ci il tarixdə qərarın surətini almış, 17 iyul 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

14. Bakı Apellyasiya Məhkəməsi iş materiallarında olan bütün sübutları nəzərdən keçirməyib. İş materiallarında olan qanuni qüv vəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2985/2017 saylı, 14 noyabr 2017-cı il tarixli qərarından (4-cü səhifə, 1-ci abzas) görünür ki, bu iş üzrə müəyyən edilmiş sənədlərdən biri də Azərbaycan SSR Daxili İşlər Nazirliyinin iddiaçıya ünvanladığı 03.10.1989-cu il tarixli və 12.12.1989-cu il tarixli məktublardır. Həmin məktubların surətlərindən görünür ki, iddiaçının işə bərpa olunmasına dair müraciətə baxılmış və cavab olaraq onun daxili işlər orqanlarında xidmət etməsi üçün müəyyən edilmiş yaş həddini (50 yaş) keçdiyindən, eyni zamanda həbsdə olduğu müddətin xidmət illərinə daxil edilməsi belə DİN-nin xətti ilə pensiyaya çıxmaq üçün yetərli sayılmayacağından onun xidmətə bərpasının mümkün olmaması ona bildirilib.

15. Bu məktublardan aydın olur ki, Azərbaycan SSR Dax ili İşlər Nazirliyi 1989-cu il etibarilə iddiaçının 25.07.1970-ci il tarixli əmrlə xidmətdən xaric edilməsinin əsassız olmasından xəbərdar olub. Bu səbəbdən də onun xidmətə bərpasına dair ərizəsinə mənfi cavab verilməsində əsas kimi həmin əmrə istinad etməyib. Bunun əvəzinə Azərbaycan SSR Daxili İşlər Nazirliyi yaş həddi məsələsinə istinad edərək xidmətə iddiaçının yaşı etibarilə qeyri-mümkün olduğunu ifadə edib.

16. Bundan əlavə, indiyə qədər iddiaçının cavabdehə müraciətlərində onun pensiya vərəqəsinin göndərilməsi tələbinə dair ərizəsinə verilən imtinalarda bu əmrə istinad edilməyib. Bunun əvəzinə cavabdeh təşkilat fərqli il hesablaması aparmaqdan imtina edərək vərəqə verməyib. Hazırda məhkəmədə mübahisələndirdiyi son cavab da bu qəbildəndir.

17. Qeyd edilən 25.02.1970-ci il tarixli əmr yalnız məhkəmə icraatında təqdim edilib və ona iddiaçının iddia tələbinə cavab kimi istinad edilib.

18. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin iddiaçıya ünvanladığı 03.10.1989-cu il tarixli və 12.12.1989-cu il tarixli məktublar həmin əmrin 1989-cu il etibarilə Nazirlik tərəfindən əsas götürülmədiyini nümayiş etdirir.

19. Həm Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təsdiq edilmiş “Daxili işlər orqanlarında sıravi və rəis heyətinin xidmət keçməsi haqqında Əsasnamə”də, həm də hazırda qüvvədə olan “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də (18-ci maddə və 137-ci maddə) əvvəllər daxili işlər orqanlarından xaric edilmiş və sonradan xidmətə qəbul edilən şəxslərin yaş məhdudiyyətləri bu Əsasnamənin 137-ci maddəsi ilə müəyyən edilməsi və bu yaş hədlə rinin sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar - 50 yaş (bu rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə onlar daxili işlər orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər); orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar - 55 yaş olması qeyd edilib.

20. İddiaçıya verilən 03.10.1989-cu il tarixli və 12.12.1989-cu il tarixli məktublarda bu yaş hədləri müvafiq olaraq 67 yaş və 61,5 yaş olaraq göstərilib.

21. Yuxarıda sadalanan işin faktiki hallarına dair xüsusatlar nümayiş etdirir ki, iddiaçının daxili işlər orqanlarına bərpa edilib qanuni əsaslarla xaric edilməməsinin səbəbi onun barəsində verilmiş 25.02.1970 -ci il tarixli əmr deyil, yaş həddinə dair obyektiv səbəb olmuşdur.

22. Bu baxımdan iddiaçı məhkəmənin gəldiyi qənaətin əksinə olaraq qanuni əsaslarla ehtiyata buraxılmış sayılır. Çünki 1989-cu ildə iddiaçı barəsində hökm ləğv edildikdən sonra bərpa edilə bilinməməyin səbəbi yaş həddi problemi olub.

23. Bu hallar isə bir daha göstərir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1 -ci maddəsində göstərilmiş hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular kateqoriyasına aid edilir. 24. “Əmək pensiyaları haqqında” Qanunun 24.0.2-ci maddəsinə əsasən şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri - ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına daxil edilir.

25. Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsini n iddiaçıya ünvanladığı 12 avqust 2020-ci il tarixli məktubdan görünür ki, həmin qurum onun imtiyazlı xidmət müddətinin 21 il, 00 ay, 24 gün təşkil etməsi xüsusatını (faktını) qəbul edib. Bu halda iddiaçının güzəştli yaxud imtiyazlı xidmət müddətimin 20 ildən yuxarı olması işin mübahisəsiz faktıdır.

26. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi 25.02.1970-ci il tarixli əmr isə iddiaçıya verilmiş 03.10.1989-cu il tarixli və 12.12.1989-cu il tarixli məktubları işığında nəzərdən keçirilməli və iddiaçının Əsasnaməyə uyğun xidmətə bərpasının obyektiv səbəblərdən mümkün olmaması nəzərə alınaraq xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmış olduğu hesab edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmi n edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 28. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (-). 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (-). Maddə

24. Sığorta stajının hesablanmasında güzəştlər 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüd afiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; 24.0.2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri - ikiqat ölçüdə; 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 24.0.4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminoqen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə.

29. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütü n faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyas ı məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansi yası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

30. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəf indən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İddiaçının şikayətinin dəlillərinə görə 1970-ci ilin fevral ayına qədər 10 ildən artıq polis orqanlarında xidmət keçmiş, sonra polisdə işləyərkən guya cinayət törətməsinə görə məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdir. Sonradan əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmişdir. Həbs olunana qədər xidmət etdiyi 11 il daxil olmaqla qanunsuz cəza çəkdiyi 5 ilin bir günü iki gün sayıldığına görə cəmi 20 ildən artıq xidmət ili mövcud olduğundan 20 il xidmət ilinə görə gü zəştli pensiya hüququ yaranmışdır.

34. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. Azərbaycan SSR Daxili İşlər nazirinin şəxsi heyət üzrə 25.02.1970-ci il tarixli, 225 nömrəli əmrinə əsasən rəis heyəti adına xələl gətirən hərəkətlər törətdiyinə görə iddiaçı xidmətdən xaric edilmişdir. 36. 25 fevral 1970-ci il tarixli əmrin verilməsinə əsas olmuş 13 fevral 1970-ci il tarixdə təsdiq edilmiş rəydə qeyd edilmişdir ki, Moskva şəhərindən gətirilən “Volqa” markalı avtomaşınını iddiaçı 1969-cu ilin yayında qeyri-qanuni yollarla əldə edib istifadə etdiyinə görə onun daxili işlər orqanlarından xaric edilməsi məqsədə müvafiqdir (səh. 136).

37. Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavininin iddiaçıya ünvanlandığı 26 oktyabr 1986-cı il tarixli məktubunda g östərilmişdir ki, iddiaçı Azərbaycan SSR Ali Məhkəməsinin şikayət işləri üzrə məhkəmə kollegiyasının 27 mart-17 aprel 1972-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 167-ci maddəsinin 1-ci hissə və 172-ci maddəsinə əsasən təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, o, 1968-ci ildə Bakı şəhər İcraiyyə Komitəsinin DİN İdarəsində baş dövlət avtomobil müfəttişi vəzifəsində işləyərkən Stepanakert qarışıq ticarət idarəsinin 98 №-li komisyon mağazasının müdiri R.O.Şirinovla cinayət əlaqəsinə girib şəxsi marağının güdərək öz vəzifəsindən sui-istifadə etmiş, vəzifə saxtakarlığı etmişdir. Belə ki, 1 noyabr 1968-ci il tarixdə avtomobil qəzası nəticəsində həlak olmuş Q.M.İskəndərova məxsus M-21 US “Volqa” markalı, 80-00-AZ №-li avtomaşını mərhumun adından satmaq məqsədilə saxta sənədlər düzəldərək uçotdan çıxarmışdır. Bu məqsədlə tanışı A.M.Artuyunovun pasportunu aldatma yolu ilə ələ keçirmiş, həmin avtomaşını guya 1968-ci ilin may ayının 15-də satılması barədə Q.M.İskəndərovun adından saxta etibarnamə tərtib etmişdir. Bundan başqa həmin avtomaşının 24.10.1968-ci il tarixli texniki müayinə aktını tərtib etmişdir. Aktda Q.M.İskəndərovun imzası saxtalaşdırılmış, onun adından avtomaşın uçotdan çıxarılması barədə saxta ərizə tərtib edilmiş, satılması üçün sənədlər rəsmiləşdirilmişdir. Bundan sonra Bayram Şirinovla birlikdə 1969-cu ilin yanvar ayının 16-da avtomaşının R.İ.Kantayevə 5280 manata satılması qanunlaşdırılmışdır. Göstərilənlər şahidlər İsmayılovanın, Verdiyevin, Sukermanın, M.İskəndərovun, Derqaçyovanın ifadələri, mə hkəmə qrafik ekspertizasının rəyi və işin təhqiq edilmiş halları ilə təsdiq edilmişdir. Şərh olunanlara əsasən narazılıq etdiyi məhkəmə hökmündən protest verilməsinə əsaslar olmamışdır. Ona görə də şikayət təmin edilmədən saxlanılmışdır (səh 24).

38. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin müvafiq tələbnamə yoxlanıldıqdan sonra 03.11.2020-ci il tarixli, 012-22594-1220 saylı məktuba əlavə edilərək məhkəməyə təqdim etdiyi iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu barədə məlumatlardan müəyyən edilir ki, o, 06.02.1971-ci il tarixdə Azərbaycan SSR Bakı şəhər DİN İstintaq İdarəsi tərəfindən həbs edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin 17.04.1972-ci il tarixli hökmünə əsasən 5 il müddətinə azadlıqdan məhrumetmə c əzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ rayon Xalq Məhkəməsinin 09.11.1972-ci il tarixli qərarı ilə SSRİ X6 Heyətinin 20.03.1964cü il tarixli Fərmanına əsasən 03 il 02 ay 27 gün müddətinə şərti olaraq azad edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin 21.03.1989-cu il tarixli qərarı ilə 17.04.1972-ci il tarixli hökmü ləğv edilərək cinayət işinə əməldə cinayət tərkibi olmadığından Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 10-cu maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir.

39. Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin 21.03.1989-cu il tarixli 4-73/89 nömrəli qərarının surətindən müəyyən olunur ki, iddiaçı barəsində qəbul edilmiş Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 17 aprel 1972-ci il tarixli hökmü ləğv edilmiş və əməldə cinayət tərkib i olmadığına görə cinayət işinin icraatına xitam verilmişdir.

40. İddiaçı hesab edir ki, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökm ləğv edilərək əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verildiyi üçün qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə hesablandığından, onun polis orqanlarında xidmət müddəti 20 ildən çox olmuşdur.

41. İşdə olan sənədlər təsdiq edir ki, həqiqətən iddiaçı məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının bir hissəsini azadlıqdan məhrumetmə yerində çəkmiş, cəzasının qalan hissəsindən isə şərti olaraq azad edilmişdir.

42. İşdə olan sənədlərlə həmçinin müəyyən edilir ki, 1968-ci ilin may ayının 15də M-21 US “Volqa” markalı, 80-00-AZ №-li avtomaşının sat ılması barədə Q.M.İskəndərovun adından saxta etibarnamə tərtib edilməsinə, həmin avtomaşının 24.10.1968-ci il tarixli texniki müayinə aktının tərtib edilməsinə, aktda Q.M.İskəndərovun imzasının saxtalaşdırılması, onun adından avtomaşın uçotdan çıxarılması barədə saxta ərizə tərtib edilməsi, satılması üçün sənədlər rəsmiləşdirilməsinə görə iddiaçı məhkum edilmiş, sonra isə bu iş üzrə hökm ləğv edilmiş və əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilmişdir.

43. İddiaçının daxili işlər orqanlarından xidmətdən azad olunması ilə bağlı tərtib edilmiş sənədlərdən isə görünür ki, o, 1968-ci ilin may ayında törədilən cinayət əməlinə görə deyil, istifadəsində olan “Volqa” markalı avtomaşını 1969-cu ilin yayında qeyri-qanuni yollarla əldə etməsinə görə daxili işlər orq anlarından xaric edilmişdir. İddiaçı 1970-ci ilin fevral ayında daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 1971-ci ilin fevral ayında isə cinayət əməlinə görə həbs edilmişdir.

44. İş materialları ilə iddiaçının daxili işlər orqanlarından xidmətdən xaric edilməsi barəsində olan cinayət işi ilə bağlı olması sübuta yetməmişdir.

45. Odur ki, iddiaçının 1970-ci ilin fevral ayında daxili işlər orqanlarından xidmətdən xaric edilənədək 20 təqvim ili xidmət etməsi müəyyən olunmamışdır. 46. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. 47. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin tələbi iddiaçıya münasibətdə mövcud olmadığından iddia nı rədd etməklə apelyasiya məhkəməsi haqlı olmuşdur.

48. Bəhs olunanlara əsasən kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1213/2021 saylı 4 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar