Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1876/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1970, FİN:xxxxxxx) cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-799/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən ve rilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Təmir-Tikinti İdarəsi tərəfindən 29 mart 2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinə dair iddiaçının adına 18 saylı order verilmişdir.
2. İddiaçı, həyat yoldaşı X3 və oğlu X4 ünvan 1 ünvanında qeydiyyatdadırlar və MİS-in məlumatına görə həmin ünvanda yaşamışlar. 3. ünvan 2r 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin olunaraq, cavabdeh X1 və ailə üzvlərinin (əri, oğlu) təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların üzərinə 35000 manat maddi yardım əvəzində ünvan 3 ünvanında yerləşən yaşadıqları yataqxana binasındakı otaqlarını boşaltmaları öhdəliyi q oyulmuşdur. 4. ünvan 3 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35000 manat kompensasiya ödənilməsi üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən təqdim olunmuş 1/894 saylı 21 iyun 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, həmin yataqxana binasında 44 saylı mənzil olmamışdır və Suraxanı rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(010)-5411/2018 saylı qətnaməsində qeyd olunan 44 saylı mənzil Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8 saylı binada yerləşməklə üç nəfər ailə tərkibi ilə X2 məxsusdur. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan ünvan 3 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyah ısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən İddiaçı həmin dövrdə sözügedən yataqxanada faktiki yaşamadığı müəyyən edildiyindən ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun faktiki istifadəsində olmuş ünvan 4 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia o nunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq Limanı İdarəsinə məxsus olmuşdur. İddiaçı uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmiş, yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2000-ci ilin oktyabr ayında mənzillə təmin olunmuşdur. 29 mart 2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın faktiki yaşadığı 44 saylı mənzilinə dair iddiaçının adına 18 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. 2000-ci ilin oktyabr ayından 2019-cu ilin avqust ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. İddiaçı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, İİ qrup əlildir. 2016-cı ilin oktyabr ayında sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTİ-yə X5 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 5 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının düşməsi nəticəsində binaya giriş və çıxışın yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair 21 oktyabr 2016-cı il tarixli rəy tərtib edilmişdir. Cavabdehə kompensasiya ödənilməsinə dair dəfələrlə şifahi və yazılı şəkildə müraciət etmişdir. Cavabdeh Bakı ş əhəri, Suraxanı rayonu, R.Abdullayev küçəsi 24 saylı binanın 44 saylı mənzilinə görə dəyərinin bazar qiymətinə uyğun olaraq ödənilməsi tələbinə dair rəsmi müraciətinə bu günədək cavab verilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya qəzalı vəziyyətində olduğu müəyyən edilmiş binada 1 otaqlı mənzilə görə digər sakinlərə ödənilmiş məbləğdə (35.000 manat) kompensasiya birdəfəlik maddi yardım ödənilməli və ya yaşayış sahəsi verilməlidir. Şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi qeydiyyatı mübahisəli mənzilin yerləşdiyi yataqxanayadır. 29 mart 2007-ci il tarixli 18 saylı orderin surətindən göründüyü kimi ümumi sahəsi 14,5 m2 olan, 1 otaqlı, 44 saylı mənzil iddiaçının qanuni istifadəsinə verilmişdir. 12 oktyabr 2000-ci il tarixli, 32 saylı müqavilənin surətindən göründüyü kimi, həmin vaxtdan kommunal xidmətlərə görə ödənişləri vaxtlı-vaxtında ödəməyi, nizam intizama, təmizlik işlərinə riayət etməyi və otağı yaxşı vəziyyətdə saxlamağı öz üzərinə götürmüşdür. 11 saylı MKİS-nin rəisi tərəfindən imzalanmış arayışın surətindən göründüyü kimi iddiaçı ailə üzvləri ilə birlikdə həmin yataqxananın 44 saylı mənzilində yaşamışdır. Təqdim etdiyi ərizə-aktın surətindən göründüyü kimi iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında 2007-ci ildən 2019-ci ilin aprel ayınadək yaşamışdır. 11 saylı MKİS tərəfindən yaşadığı ünvana göndərilmiş “Bildirişxəbərdarlıq”dan məlum olur ki, binanın sakinləri köçürülənədək mübahisəli mənzildə yaşamışdır.
7. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X5 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsti tutunun mütəxəssisləri tərəfindən ünvan 3 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və 21 oktyabr 2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də, onların arasında bu iş üzrə İddiaçı yaşaması müəyyən edilməmişdir. Komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək s ənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2017-ci il tarixli 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin 23 oktyabr 2017-ci il tarixli 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 nömrəli 25 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1703/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının kompensasiya tələb etdiyi ü nvan 4 ünvanında yerləşən binanın 44 saylı mənzili üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan həmin yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən iddiaçının həmin dövrdə sözügedən yataqxanada faktiki yaşamadığı müəyyən edildiyindən ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdehin etirazına görə, ümumiyyətlə, binanın 44 saylı mənzili mövcud olmamı şdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş siyahının kserosurəti heç bir vəzifəli şəxs tərəfindən imza edilmədiyindən və möhürlə təsdiq edilmədiyindən sübut kimi qəbul edilmə bilməz. İddiaçı tərəfindən, ümumiyyətlə, iddia etdiyi mənzilin ona məxsus olması barədə hər-hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Belə ki, onun iddia etdiyi kimi Bakı Dəniz Balıq Limanının 1 saylı TTİ-də iş yerindən verilmiş order kserosurətdir, iddiaçı özü isə məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, həmin idarədə işləməmiş, Penitensiar Xidmətdə hərbi qulluqda olaraq ehtiyata buraxılmış, iddia ərizəsində guya uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləməsi barədə göstərilənlər həqiqətə uyğun deyil, həmin yataqxanadakı mənzili satın almış və satan adam ona həm in orderin surətini vermiş, orderin əsli olmamışdır. Odur ki, iddiaçının mənzilə dair hüququnun olmasını təsdiq edən sənəd kimi verdiyi orderin kserosurəti məhkəmədə həmin sənədin mövcudluğuna şübhə yaradır və mötəbər sübut hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
10. İddiaçı apellyasiya şik ayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-799/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-1703/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, iddiaçının yaşadığı ünvan 4 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdır ması zamanı və iş materialları ilə müəyyən edilmişdir ki, 1 saylı Təmir-Tikinti İdarəsi ilə İddiaçı arasında Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ünvanında yerləşən yataqxanaya dair “Yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsi hüquq və vəzifələri haqqında” müddətsiz müqavilə bağlanmış, 1 saylı Təmir-Tikinti İdarəsi tərəfindən 29 mart 2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinə dair iddiaçının adına 18 saylı order verilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 8 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətə düşmüş yataqxanada qeydiyyatda olmaqla yaşamış və o, həmin yataqxana binasının mövcud texniki vəziyyətinin qəzalı olması ilə əlaqədar olar aq yataqxana binasındakı otaqların boşaltması ilə əlaqədar xəbərdar olunmuşdur.
13. Həmçinin Suraxanı RİHB-nın Sərəncamı ilə yaradılmış Komissiya tərəfindən tərtib edilmiş Siyahıdan görünür ki, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən 4 mərtəbəli yataqxana binasında 97 mənzil mövcud olmuşdur. Belə olan halda 44 saylı mənzilin mövcud olmaması inandırıcı olmamaqla təsdiqini tapmır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti işin faktiki hallarına uyğun, imtina məktubu və iddia tələbinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-799/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur..... Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:... 158.1.2. əmlakdan istifadə hüququ;...
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması... 28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər.... Maddə
84. Vətəndaşların sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılması 84.0. Aşağıdakı hallarda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar: 84.0.1. yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda;... 84.0.3. yaşayış sahəsi yaşamaq üçün yararsız hesab ed ildikdə;... Maddə
91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir:... 91.1.2. yataqxanalarda yaşayış sahələri; 19. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi Maddə
45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə
46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə
106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün y enidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə
107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilə rə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə 1088. Yataq xanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər....
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkə mə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin so nrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (hə cmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.
24. İddiaçı Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxanada 44 nömrəli mənzildə yaşadığını bildirib, yataqxananın qəzalı vəziyyətdə olmasına görə sökülməsi ilə bağlı ona kompensasiya ödənilməli olması tələbi ilə məhkəməyə müraciət etmişdir.
25. İddiaçı yataqxanada qeydiyyatda olmasına, iş yeri ilə bağlanmış müqaviləyə, iş yerindən verilmiş orderə istinad edərək cavabdehin ona kompensasiya ödənilməli olmasını bildirmişdir.
26. Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinə dair iddiaçının əmlak hüquqlarının mövcudluğunu təsdiq edən hallar apellyasiya instansiyası məhkəmə si tərəfindən müəyyən edilməmişdir.
27. Həmçinin sözügedən mənzilə dair iddiaçının adına 1 nömrəli Təmir-Tikinti İdarəsi tərəfindən verilmiş 18 saylı orderin 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə cavab verilməsi istiqamətində də apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamışdır.
28. Yataqxanada mənzil sahəsi iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Lakin işdə olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının adına olan order və müqavilədə adı qeyd edilən 1 nömrəli Təmir-Tikinti İdarəsinə müəyyən sorğular göndərilmiş, lakin həmin sorğulara cavab alınmamış, iddiaçı nın istinad etdiyi yataqxanadakı mənzilin həqiqətən iş yeri tərəfindən verilməsi sonadək araşdırılmamış, order və müqavilənin həmin vaxt qanunvericiliyin tələbinə uyğun verilməsi yoxlanılmamışdır.
29. Eyni zamanda, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinə dair iddiaçının adına verilmiş orderi və müqaviləni imzalayan müəssisənin həqiqətən iddiaçının iş yeri olması və həmin müəssisə tərəfindən həqiqətən iddiaçıya adıçəkilən sənədlərin verilməsi barədə də obyektiv araşdırılma həyata keçirilməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında mənzili başqa şəxsdən aldığını, həmin idarədə işləmədiyini bildirmiş (səh.107), apelyasiya məhkəməsi iddiaçının izahatı ilə bağlı araşdırma aparmamışdır. 30. 11 saylı MKİS-nin 593 nömrəli xx.xx.2017-ci i l tarixli arayışından görünür ki, iddiaçı Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananada aşağıdakı ailə tərkibi ilə yaşayır: arvadı-X3; oğlu-X4.
31. Həmçinin 11 saylı MKİS tərəfindən tərtib edilmiş Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin tabeçiliyində olan Hövsan qəsəbəsində yerləşən 11 saylı Mənzil Kommunal İstismar sahəsinin xidmət dairəsindəki R.Abdullayev küçəsi 24 saylı binadakı otaqlar və yaşayan sakinlər haqqında Siyahıdan görünür ki, iddiaçı qeyd olunan ünvanın 44 saylı mənzilində ailə tərkibi ilə birlikdə yaşayır və siyahıda 36-cı sırada göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi cavabdehin və MİS-in təqdim etdiyi məlumatlar arasında olan ziddiyyəti aradan qaldırmamış, yataqxanada həqiqətən 44 nömrəli mənzil ol ması, iddiaçının həqiqətən 44 nömrəli mənzilin sakini olması, iddiaçıya bildirişin göndərilməsi, adının hansı əsasla siyahıya salınması, eləcə də 44 saylı mənzildə qeydiyyatda olub-olmaması, həmin mənzildə əmlak hüququna (mənzildən istifadə hüququna) malik olması ətraflı araşdırılmamış, bununla bağlı cavabdehə, MİS-ə, orderi və müqaviləni imzalayan idarəyə sorğular edib cavablar almamışdır.
33. İşdə yataqxanaya aid eskiz layihəsində 44 saylı mənzilin olmadığı göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən mənzilin neçə mərtəbədən və neçə yaşayış otağından ibarət olması, otaqların nömrələri barədə məlumatlar, o cümlədən yataqxanada 44 nömrəli mənzilin mövcud olması yoxlanılmamışdır.
34. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yuxarıda qeyd olunan xüsusatların araşdırılması üçün iş apellyasiya məhkəməsinə göndərilməli, yeni qərar qəbul edilməsi üçün əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-799/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.