Məhkəmə qərarları › İş №2-1(102)-1877/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1877/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1877/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər:(əmək pensiyasının düzgün hesablanması və yaranmış fərq məbləğinin iddiaçıya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (9.06.1943-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müda fiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-365/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı “Azneft” İB "Neft Daşları” NQÇİ-də uzun illər işləmişdir. İddiaçıya yaşa görə əmək pensiyası 2 yanvar 2003-cü ildə təyin edilmiş və hazırda iddiaçı 2018-ci ildən ona 550 manat pensiya alır.

2. İddiaçı cavabdeh orqana 18 fevral 2020-ci il tarixdə ərizə ilə müraciət edərək onun pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmiş, lakin müraciətə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20012003-cü illər üzrə ödənilməmiş qalan kompensasiya məbləğinin, 2003-2014-cü illər üzrə ödənilməmiş fərqin və 2009-cu ildən hal-hazırkı tarixədək pensiyanın düzgün hesablanmasını və yaranmış fərqin də iddiaçıya ödənilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada DSMF yaxud Fondun şəhər (rayon) şöbələrinə və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə müraciət edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Həmin Qaydaların 4.5.1-ci bəndinə görə əmək pensiyalarına əlavələr iki qrupa bölünür: əmək pensiyasının sığorta hissəsinə əla vələr və qulluq stajına görə əmək pensiyasına əlavələr. Pensiya məbləğinin hesablanma qaydası barədə məlumat verilmədiyinə görə digər pensiyaçılarla müqayisəli şəkildə aşağıdakı tələblər irəli sürülür: hazırda onunla eyni statusa malik həmkarları 850 – 1.000 manat məbləğində pensiya alırlar.

5. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək “məhkəməyə təqdim olunmuş “pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı” nəzərə alınmaqla əmək pensiyasının düzgün hesablanması və yaranmış fərq məbləğinin iddiaçıya ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-982/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının 2004 – 2009-cu illər üzrə əm ək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki üç illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ona əmək pensiyasının yenidən hesablanmasına dair müraciəti üzrə cavabdeh inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində onun müvafiq illərdə aldığı əmək haqqı məbləğləri barədə məlumat dəqiqləşdirilmədən qərar qəbul edilmişdir.

8. Belə ki, pensiyanın hesablandığı dövrdə (2010-cu ilədək) qüvvədə olan pensiya qanunvericiliyi əmək pensiyasının hesablanmas ını əmək haqqı ilə birbaşa şərtləndirdiyindən, iddiaçının əmək haqqı barədə məlumatlar alınmadan onun pensiyasının yenidən hesablanmasından imtina olunması “əmək pensiyası”nın mahiyyəti baxımından güdülən məqsədə mütənasib deyil və həmin qayda ilə pensiya təyin olunmuş başqa şəxslərlə müqayisədə “bərabərlik prinsipi”nə ziddir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılarkən “İnzibati icraat haqqında” Qanununun 12, 17 və 24-cü maddələrinin tələbləri pozulmuşdur. Hazırkı məhkəmə icraatında aidiyyəti təşkilatdan iddiaçının müvafiq dövrdə əmək fəaliyyəti ilə bağlı məlumatlar əldə edilmiş və bu məlumatlar sırasına onun aylar üzrə aldığı əmək haqqı məbləğləri də daxildir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi b arədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-365/2022 nömrəli qərarı (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, E.Nağıyeva, V.Baxışova və C.Yusifov) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia tələbi qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının ARDNŞ-nin “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin xx.xx.2021-ci il tarixli arayışı əsas götürülərək 2004 – 2009-cu illər üzrə əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə müvafiq olaraq keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğ inin müraciət etdiyi vaxtdan əvvəlki üç illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya yenidən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanarkən onun 2004 - 2009-cu illər üzrə əmək haqqının nəzərə alınmasını qeyd etsə də, məhkəmə qərarında bu əmək haqqının ARDNŞ-nin “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin xx.xx.2021-ci il tarixli arayışı əsasında nəzərə alınmalı olmasını göstərməmişdir.

12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və idd ia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

13. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının iddia etdiyi kimi pensiya hüququ yaranarkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu deyil, ƏPQ qüvvədə olmuşdur. ƏPQ-nin 9.8-ci maddəsi (“9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) İddiaçıya pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tətbiq edilməli olmasını nəzərdə tutmur. Həmin maddə yaln ız 2 şərtə/sığorta hadisəsinə münasibətdə tələblərin “Vətəndaşların pensiya təminatı haqqında” qanunu əsasında müəyyənləşdirilə biləcəyini ehtiva edir. Bunlar yaş və staj şərtləridir/sığorta hadisələridir (52 yaş və 20 il ümumi. 10 il güzəştli staj). İddiaçı isə, qüvvədən düşmüş Qanuna istinad edərək ona pensiya təyin edərkən onun orta aylıq əmək haqqının əsas alınmalı olduğunu iddia edir. Halbuki ƏPQ-nin 9.8-ci maddəsi heç də bütün məsələlərdə, o cümlədən iddia edilən məsələdə əvvəlki qanunun tətbiq edilməli olması kimi bir müddəanı ehtiva etmir. Əks halda, ƏPQ-nin qəbuluna böyük ölçüdə ehtiyac olmazdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər k əsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdı qda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 27.1 maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaol unanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək ha qqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan R espublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadı

19. Av ropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

20. İnzibati Prosessual Məcəlləsi: a) Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələ blərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu, eləcə də iddiaçının işlədiyi peşə və vəzifələrin müvafiq siyahılara uyğunluğu ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada və hərtərəfli araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə alm aqla qiymətləndirmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericiliyə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

29. Bundan başqa, müvafiq dövrdə (2010-cu ilədək) qüvvədə olan pensiya qanunvericiliyi əmək pensiyasının hesablanmasını əmək haqqı ilə birbaşa şərtləndirdiyindən, iddiaçının əmək haqqı barədə məlumatlar alınmadan onun pensiyasının yenidən hesablanmasından imtina olunması “əmək pensiyası”nın mahiyyəti baxımından güdülən məqsədə mütənasib deyil və həmin qayda ilə pensiya təyin olunmuş başqa şəxslərlə müqayisədə “bərabərlik prinsipi”nə ziddir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iş üzrə birinci instansiya məhkəməsinin qərarını dəyişdirərkən, iddiaçıya yenidən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanan zaman ARDNŞ-nin “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin xx.xx.2021-ci i l tarixli arayışı əsas götürülərək 2004 – 2009-cu illər üzrə əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki üç illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə gəldiyi nəticə iş materiallarına uyğundur.

31. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(103)-365/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar