Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1877/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil növbəsinə götürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2-1(103)1015/2023 nömrəli qərarından iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli elektron arayışına əsasən ünvan 1 ünvanında yaşayan İddiaçı əsgər (kursant) rütbəsində xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2015-xx.xx.2021-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir.
2. Tibbi-Sosial Ekspertiza Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumata əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin olunmuşdur. 3. 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixl i arayışına əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə müharibə əlilliyinə görə xx.xx.2022-ci il tarixdən 120 manat sosial müavinət, 300 manat məbləğində Prezident təqaüdü alır. Təyinatın bitmə tarixi xx.xx.2027-ci ildir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü) 05 may 2022-ci il tarixdən X5 (xx.xx.1998-ci il təvəllüdlü); Nümayəndə (xx.xx.1985-ci il təvəllüdlü); X6 (xx.xx.2009-cu il təvəllüdlü); X7 (xx.xx.2011-ci il təvəllüdlü) ilə bərabər ünvan 2 ünvanında qeydiyyatdadır.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********* * qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57,8 kv.metr mənzil tam paylı xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur.
6. Tovuz Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 7-12/64 nömrəli arayışına əsasən İddiaçı Vətən müharibəsi əlili kimi Tovuz Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmamışdır.
7. Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03/5-383 nömrəli arayışına əsasən ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı, Nümayəndə adına Xətai rayon Xətai bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb.
8. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2022ci il tarixli, ix/2290533 nömrəli məktubuna əsasən hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəş tli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
9. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2022ci il tarixli, ix/2290534 nömrəli məktubuna əsasən hazırda Fondun mövcud informasiya sistemlərində Nümayəndə verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubu ilə bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə adına Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi qeydiyyata al ınmışdır. Məktubda qeyd olunan Nümayəndə adına daşınmaz əmlak aşkar edilməmişdir.
11. İddiaçı Vətən müharibəsi əlili kimi mənzil növbəsinə alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir.
12. Cavabdehin xx.xx.2022-ci il tarixli, S-69-068 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən verilmiş ********** nömrəli çıxarışa əsasən vətəndaş X3 məxsus mənzilə İddiaçı ailə üzvləri ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata düşməklə mənzil şəraitini süni şəkildə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək ni yyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Yuxarıda qeyd olunanlar və qüvvədə olan qanunverciliyin tələbləri nəzərə alınaraq İddiaçı xahişini təmin etmək imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun kirayədə qalması, ailə vəziyyəti və xəstəliyi nəzərə alınaraq mənzil növbəsinə götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildə doğulmuş dur. xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə İİ Qarabağ Müharibəsi başlayan gündən cəbhəyə yollanaraq orada gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.2020-ci il tarixdə ağır yaralanmışdır. Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınması ilə bağlı cavabdehə müraciət etmiş, xx.xx.2022-ci il tarixli məktubla ona imtina verilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Mənzilin kirayə haqqı 300 manatdır. Həmin məbləğ müvafiq icra hakimiyyəti tərəfindən ödənilmir. Göstərilənlərə əsasən, iddiaçının adına daşınmaz əmlak (ev və ya ev tikmək üçün torpaq sahəsi) olmadığından, cavabdehin imtinası onun hüquqlarının pozulmasına səbəb olan ha l kimi qiymətləndirilməlidir.
15. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
16. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 28 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10113/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hal-hazırda ailə vəziyyətini və əlilliyini nəzərə alaraq mənzil növbəsinə götürülməsi üçün əsas yoxdur. Belə ki, onun adına ümumi birgə mülkiyyət hüququ ilə Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Həmçinin iddiaçı xx.xx.2022-ci ilə qədər ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin ümumi birgə mülkiyyətçisidir, lakin sonradan Bakı şəhərinə gələrək ailəsi ilə birlikdə ünvan 6 ünvanına qeydiyyata düşməklə kirayə müqaviləsi əsasında X2 məxsus mənzildə yaşamağa başlamış, daha sonra isə cavabdehə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İddiaçının ailə ilə birlikdə yaşadığı Tovuz rayonundan Bakı şəhərinə köçməsinin səbəbi, məqsədi və ya hansı zərurətdən irəli gəlməsinə dair hər hansı bir dəlil göstərilməmişdir. Cavabdeh, iddiaçının daimi yaşadığı ünvanı tərk edərək hal-hazırda kirayə müqaviləsi əsasında özgəsinin evinə qeydiyyata düşməsini iddiaçı tərəfindən mənzil şəraitinin süni şəkildə pisləşdirilməsi kimi qiymətləndirmiş və iddiaçının 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsinin mümkün olması səbəbi ilə imtina vermişdir. İşin faktiki hallarına və yuxarıda sadalanan normalara əsasən məhkəmənin gəldiyi nəticəyə görə cavabdehin imtinası qanunauyğun olmuşdur. Beləliklə, məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları öz təsdiqini tapmamışdır.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 07 mart 2023cü il tarixli, 2-1(103)-1015/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10113/2022 nömrəli qərarı də yişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə qeydiyyat ünvanını dəyişməklə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsini istəyirsə, onun hərəkəti uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilməlidir. Belə olan halda isə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinin tələblərinə əsasən yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gəlib kirayə müqaviləsi əsasında özgəsinin evinə qeydiyyata düşdüyü vaxtdan (mənzil şəraitinin süni şəkildə pisləşdirilməsi anından) 5 il müddət keçmədiyindən, iddiaçı uçota alına bilməz. Bundan başqa, İddiaçı ümumi birgə mülki yyət hüququ ilə adına Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.2-ci və 51.3-cü maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarını əsassız hesab etdiyini, başqa yerə qeydiyyata düşməklə qəsdən yaşayış sahəsini pisləşdirməyə cəhd etmədiyini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməli olduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassas iya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir..... Maddə
49. Yaşayış sahəsinin ayrılma norması və yaşay ış sahəsinin uçot norması... 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz.... Maddə
50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsas ında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xr oniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa).... Maddə
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunveric iliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçot a alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə ed ilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir.... Maddə
52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlər ə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə
53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.
25. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”:
3. Yerli icra hakimiyyəti başçısının vəzifələri... 3.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində:... 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasın da baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şi kayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhk əməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Hazırkı iş üzrə iddianın predmeti iddiaçının ailə vəziyyəti və xəstəliyi nəzərə alınmaqla müharibə əlili kimi mənzil növbəsinə götürülməsi ilə bağlıdır.
32. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümləd ən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin verildiyi təsbit edilmişdir.
33. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50-ci maddəsində müəyyən edilmişdir.
34. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının adına ümumi birgə mülkiyyət hüququ ilə Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır.
35. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının halhazırda ailə vəziyyəti və əlilliyi nəzərə alınaraq mənzil növbəsinə götürülməsi üçün əsasın olmadığı nəticəsinə gəlmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cava bdeh tərəfindən onun ailə vəziyyəti və əlilliyi nəzərə alınaraq mənzil növbəsinə götürülməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
37. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etməklə iddiaçının yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gəlib kirayə müqaviləsi əsasında özgəsinin evinə qeydiyyata düşməsinin onun tərəfindən uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilməli olması ilə bağlı mövqeyi ilə razılaşmır.
38. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəs inə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
39. Sözügedən normanın mənasına görə həmin normada nəzərdə tutulan hüquq subyekti yaşayış sahəsinin mülkiyyətçisidir. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə özünün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə (ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından az olduğunu göstərmək üçün faktiki onunla yaşamayan ailə üzvlərini də həmin yaşayış sahəsinə qeydiyyata saldırmaq, yaşayış sahəsinin müəyyən edilmiş tələblərə cavab vermədiyini göstərmək üçün bu və ya digər hərək ətlər və s.) məhz yaşayış sahəsinin mülkiyyətçisi yol vermiş ola bilər. Qeyd edilən niyyətlə belə hərəkətlərə yol verdiyi müəyyən edildikdə də qanunverici yaşayış sahəsinin mülkiyyətçisinin həmin hərəkətlərə yol verdiyi gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə biləcəyini təsbit etmişdir.
40. Göründüyü kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsi iddiaçıya münasibətdə şamil edilə bilməz. Belə ki, hazırkı halda iddiaçının daimi yaşadığı ünvanı tərk edərək kirayə müqaviləsi əsasında özgəsinin evinə qeydiyyata düşməsi onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət hesab edilə və mənzil şəraitinin süni şəkildə pisləşdirilməsi kimi qiymətləndirilə bilməz.
41. Lakin qeyd edilən hal apellyasiya in stansiyası məhkəməsinin gəldiyi nəticəyə təsir etmir və apellyasiya instansiyası məhkəməsinin qərarı digər əsas üzrə düzgündür.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2023-cü il tarixli, 21(103)-1015/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.