Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1877/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: alınmış əmək haqqına görə köçürülmüş vəsaitin fərdi şəxsi hesaba köçürülməklə pensiyanın yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı “iddi açının 2006 və 2007-ci illərdə X2 işlədiyi və aldığı əmək haqqına görə X4 köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq xx.xx.2020-ci il tarixədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitin-sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay az aldığı məbləğin birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsi, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 fevral 2024cü il tarixli, 2-1(105)-52/2024 nömrəli qərardadından iddiaçı və 16 fevral 2024-cü il tarixli, 2-1(105)-52/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.
2. DSMF-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, iddiaçıya xx.xx.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləğinin hesablanması zamanı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsindəki 23646,80 manat pensiya kapitalı nəzərə alınmışdır. xx.xx.2020-ci il tarixdən hal-hazıradək pensiya məbləği 292,91 manat təşkil edir. 3. "xxxx" MMC X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri İdarəsinin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, “İddiaçı 2006-2014-ci illəri əhatə edən dövrdə ştatdankənar müqavilə əsasında Telekommunikasiya Qovşağında çalışmışdır. TKQ-nın ştat üzrə işçilərin cəlb olunduğu bütün növ tutqulara məktubda qeyd etdiyiniz dövrdə (2006-2007-ci illər) İddiaçı da əmək haqqı cəlb olunmuş və hər rüb DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentinə “Məcburu Dövlət Sosial Sığorta” haqqı üzrə sığortaolunanlar haqqında məlumatların rüblük və illik hesabatları vaxtında təqdim edilmişdir. Hesabatlar təqdim edilərkən DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentindən hesabatlarda hər hansı bir formada çatışmamazlığın olması ilə əlaqədar məktub və ya xəbərdarlıq alınmamışdır.”
4. Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filial Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının sorğusuna cavab olaraq İddiaçı “X1 Sistemi”nin “Sığorta AS” alt sistemində “Sığortaolunanların hesabları” bölümündən xx.xx.2008-xx.xx.2014 dövrdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim etmiş, 20062007-ci illər üzrə X5 İddiaçı məlumatlarının qeyd olunmadığını bildirmişdir. 5. "xxxx" MMC Şimal-Şərq Regional filialının Quba şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş cavab məktubundan görünür ki, İddiaçı X2 fərdi müqavilə əsasında çalışdığından işə qəbul və işdən azad olunmağı haqqında əmr olmamışdır. Bundan əlavə, X5 tərəfindən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatın (В3) internet üzərindən təqdim olunması, həmin hesabatın yazılı surətinin saxlanılmaması, kompüterlərin yenilənməsi səbəbdən MDSS üzrə hesabatların (В3) surətlərinin təqdim edilməsi mümkün olmamışdır.
6. X3 xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Qovşaq tərəfindən əmək haqqı kartlarından çıxarış verilməsi həyata keçirilmir. Həmçinin ərizənizdə qeyd olunan dövrlərdə "Məcburi Dövlət Sosial Sığorta haqqı üzrə Sığortaolunanlar haqqında məlumat” (06) (forma ВЗ ) hesabatı onlayn formada DSMF-nun İri Sığortaedənlərlə İş üzrə Departamentinə təqdim edilmişdir və həmin illərin hesabatı qovşağın kompüterlərinin yaddaşında qalmamışdır. Ərizədə göstərilmiş məsələlərlə əlaqədar Qovşaqda mövcud olan məlumatlara əsasən 2006-2014-cü illərin İddiaçı aid hesablanmış əmək haqqı barədə arayışı və həmin illər ərzində bağlanmış iki nüsxədə tərtib edilmiş və bir nüsxəsi ona təqdim edilmiş müqavilələrdən TKQ-da hal-hazırda mövcud olanların surətləri təqdim edilir.”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək şəxsi pensiya kapitalının doğru hesablanaraq pensiyasının düzgün hesablanması, hesabına xx.xx.2006-cı il tarixdən 2015-ci il tarixədək yığılan məbləğlərin 2-2,5 dəfə artırılaraq sonra toplanması, xx.xx.2020ci il tarixdən sonra aldığı pensiya ilə yeni təyin olunacaq pensiya arasındakı fərqin keçən aylar üçün də ona ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı “İddiaçının 2006 və 2007-ci illərdə Quba TKQ-da işlədiyi və aldığı əmək haqqına görə Quba TKQ-nın köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq xx.xx.2020-ci il tarixinədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitin-sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay az aldığı məbləğ birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsinin, 2006 və 2 007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur.
9. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1507/2021 saylı, 09 avqust 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-366/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və fərdi uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
13. İddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Yekun olaraq iddiaçının tələbi “2006 və 2007-ci illərdə X2 işlədiyi və aldığı əmək haqqına görə X4 köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kim i, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq xx.xx.2020-ci il tarixədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitin-sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay az aldığı məbləğin birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsi, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi, təhsil dövrünün onun sosial sığorta stajına daxil edilməsi və maddi və mənəvi zərərin təzminatı kimi cavabdehdən onun xeyrinə 2000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” barədə qərar çıxar ılması kimi qəbul edilmişdir. İddiaçının əsaslandırması:
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. 1977-ci ildə ADU-nun gündüz şöbəsində mexaniki riyaziyyat fakültəsinin riyaziyyat ixtisasını bitirib, hazıradək rayonun kənd məktəblərində ehtiyaca görə müəllim, direktor müavini, direktor və yenə müəllim işləyir. xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək müqavilə üzrə X2 (8 il) işləmişdir. 2019-cu ilin əvvəlində elektron hökumət portalına baxarkən hesabına yığılan sığorta haqlarının ümumi məbləğinin (kapitalın) 20.050,14 manat olduğunu görmüşdür. Bundan başqa, X2 işlədiyi 2006-cı və 2007-ci illərdə şəxsi hesabına əmək haqqına uyğun sığorta kapitalının tamamən köçürülmədiyini müşahidə etmişdir. Bundan sonra üç dəfə Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinə, iki dəfə X4 rəsmi müraciət edərək 2006-cı və 2007-ci illər üçün şəxsi hesabında olan 2 illik (dəqiq 1 il 6 ay üçün) çatışmazlığın bərpa olunmasını xahiş etsə də, heç bir müsbət cavab almamışdır. Son 3-cü ərizəsi ilə bütün tələb olunan lazımi arayışları, sənədləri ƏƏSMN-ə göndərmişdir. Nazirlik və DSMF iddiaçının haqlı tələbini yerinə yetirmək əvəzinə, ərizəni DSMF-nin Quba rayon şöbəsinə göndərmiş və ona imtina məktubu verilmişdir. 2006-2019cu illərdə sığorta kapitalının indeksləşdirilməsi aparılmamış, 2020-2022-ci illərin əvvəlində aparılan 16.6 %, 11.4 % və 3.4 %-lik indeksləşdimələr düz heablanmamışdır. Nəticədə onun pensiya kapitalı 4-5 min manat azalmışdır. İddiaçının tələbi ilə əmək pensiyası iki dəfə yenidən hesablansa da, yenə də hesablama qüsurlarla aparılmışdır. Cavabdehin iddiaya qarşı etirazı:
15. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci il tarixdə yaranmış və xx.xx.2020-ci il tarixli qərar ilə pensiya təyin edilmişdir. PAS-dan çıxarışa əsasən vətəndaşın 2006-ci ildən sonra 12 il sosial sığorta stajı və müəyyən miqdarda (164.2139 manat) pensiya kapitalı olduğu üçün təyinat aparılarkən 2006-ci ilə qədər olan ümumi iş stajı 25 il üzərindən hesablanmışdır. Hazırda vətəndaşın pensiya statusu “ödənişdə” olaraq müəyyən olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edil məsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanununun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı xx.xx.2006-xx.xx.2014-cü illərdə X2 işlədiyini və müəssisənin sığorta haqlarını ödədiyini, lakin onun şəxsi hesabına əlavə olunmadığını iddia edir. Məsələnin obyektiv araşdırılması üçün Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala xx.xx.2020-ci il tarixli, **********4 saylı sorğu yazılmışdır. Sorğuda iddia olunan X2 xx.xx.2006-xx.xx.2014-cü illər ərzində sosial sığorta haqları və digər ödənişlər barədə məlumatla rın verilməsi xahiş olunmuşdur. Müraciətə verilən xx.xx.2020-ci il tarixli cavab məktubunda “X5 tərəfindən 2006-2007-ci illər üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-300/2023 nömrəli qərardadı ilə (V.Əzizova) iddiaçının cavabdehə qarşı iddia tələbi - təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi və maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır.
17. Sumqay ıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-300/2023 nömrəli qərarı ilə (V.Əzizova) iddia qismən təmin edilmiş, İddiaçı “İddiaçının 2006 və 2007ci illərdə Quba TKQ-da işlədiyi və aldığı əmək haqqına görə Quba TKQ-nın köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq xx.xx.2020-ci il tarixinədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitin-sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay az aldığı məbləğ birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsinin, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur.
18. İddiaçı apellyasiya şikayəti verərək qərardadın və qərarın ləğv edilməsini və yazdığı 8 bənd üzrə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-52/2023 saylı qərardadı ilə (hakimlər: Z.Məmmədo v /sədrlik edən və məruzəçi/ H. Babayeva və G.Cabbarova) iddiaçı tərəfindən qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-300/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
21. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-52/2023 saylı qərarı ilə (hakimlər: Z.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Babayeva və G.Cabbarova) cavabdehin qərardan verdiyi apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(118)-300/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən tə min olunaraq: - iddiaçının 2006 və 2007-ci illərdə X2 işlədiyi və aldığı əmək haqqına görə X3 köçürdüyü vəsaitin fərdi şəxsi hesabına köçürülməsi; - Fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının “Əmək Pensiyaları haqqında” qanunun 29.1-1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi; - “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
23. İddiaçı və cavabdeh həmin qərardan kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətlərinin dəlilləri
24. İddiaçıya xx.xx.2020-ci il tarixində ona pensiya təyin edilmişdir. Pensiya təyin olunan zaman təhsil aldığı 5 illik ali təhsil müddəti staj olaraq hesablanmamışdır.
25. İddia tələbinin təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi ilə bağlı iddiaçının cavabdehə müraciət etməməsi ilə bağlı məhkəmə kollegiyasının iş materiallarında olan sənədlərə və iddiaçının bununla bağlı izahatlarına əhəmiyyət verməmişdir. İş materiallarında təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı iddiaçının cavabdehə müraciətləri olmasına baxmayaraq aşağı instansiya məhkəmələri yanlış nəticəyə gəlmişlər.
26. İddiaçının sığorta kapitalının indeksləşdırilməsi ilə bağlı məhkəmə kollegiyasının gəldiyi nəticə də düzgün hesab edilə bilməz. Belə ki, iddiaçının tələbi 2006-2020-ci illər, yəni 15 ilində fərdi pe nsiya hesabına yığılmış pul vəsaitinin (kapitalın) heç vaxt indeksləşdirilməməsini nəzərə almamışdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri:
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsində qeyd olunanlara əsaslanaraq iddiaçının 2006-2007-ci illər ərzində işlədiyi Telekommunikasiya Qovşağı tərəfindən ödənilmiş sosial sığorta pulunun hesablanaraq müəyyən edilmiş məbləğin s ığortaolunan iddiaçının fərdi sığorta hesabına köçürülməsinin sığortaçının vəzifələrinə aid olması və sığortaedən Telekommunikasiya Qovşağından fərdi sığorta hesabatın (B3) tələb etməli olması nəticəsinə gəlməsi heç bir hüquqi əsasa söykənməməklə formal xarakter daşıyır. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar
1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. sosial sığorta stajı (bundan sonra – sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan v əsaitlərin məbləğidir; Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri
1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 31. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan R espublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər;. Maddə
14. Məcburi dövlət sosial sığorta haqqı (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Hər ay üçün hesablanmı ş məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış mə cburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığortaedəndən məhkəmə qaydasında alınır; Maddə
18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildi kdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır;
32. Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq ic ra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
33. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır: 3.1.28-3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu il ə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək; 34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hall ar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.
35. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkə məsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kas sasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
37. Apellyasiya məhkəməsinin qərarının və qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məlum olduğu kimi iddiaçının tələbi bir neçə hissədən ibarətdir: - iddiaçının 2006 və 2007-ci illərdə X2 işlədiyi və aldığı əmək haqqına görə X4 köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunmaqla pensiyasının yenidən hesablanması; - 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi; - xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay az aldığı məbləğin birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsi;
39. İddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək müqavilə üzrə X2 (8 il) işləmişdir. 2019-cu ilin əvvəlində elektron hökumət portalında hesabına yığılan sığorta haqlarının ümumi məbləğinin (kapitalın) 20.050,14 manat olduğunu bilmişdir. Bundan başqa, X2 işlədiyi 2006-cı və 2007-ci illərdə şəxsi hesabına əmək haqqına uyğun sığorta kapitalının tamamən köçürülmədiyini müşahidə etmişdir. Fərdi hesabında 2006-2015-ci ilə qədər təqribən 7000 manat, 20152020-ci ilə qədər 15000 manat vəsait olmuşdur. Bundan sonra cavabdeh inzibati orqana müraciət edərək 2006-cı və 2007-ci illər üçün şəxsi he sabında olan 2 illik (dəqiq 1 il 6 ay üçün) çatışmazlığın bərpa olunmasını xahiş etsə də, heç bir müsbət cavab almamışdır.
40. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 2006 və 2007-ci illərdə işlədiyi və aldığı əmək haqqına görə köçürülmüş vəsaitin fərdi sığorta hesabına əlavə olunması barədə iddiasının dəlilləri əsaslıdır. Bu aşağıdakılardan irəli gəlir.
41. İşin müəyyən edilmiş hallarına əsasən X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2007, xx.xx.2008, xx.xx.2009, xx.xx.2010, xx.xx.2011, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014-cü il tarixli müqavilələrə əsasən, İddiaçı Afurca və Güləzi kəndlərində telefon istifadəçilərinin şəhərlərarası danışıq və abunə haqlarının yığılması işinin həyata keçirməsi ilə məşğul olmuşdur. İddiaçının həmin müəssisədən 2006-2007-ci illər üzrə əmək haqqı alması barədə cədvəllər mövcuddur. (İİ cild səh-85-97)
42. X3 2014-cü il tarixli arayışı ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilə kimi Quba TKQ-nın Afurca EATS-də müqavilə ilə əməliyyatçı vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixli arayışda isə iddiaçının həmin illər üzrə aldığı əmək haqqı ilə bağlı məlumatlar əks olunmuşdur. 43. "xxxx" MMC X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri İdarəsinin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktuba əsasən, İddiaçı 2006-2014-ci illəri əhatə edən dövrdə ştatdankənar müqavilə əsasında Telekommunikasiya Qovşağında çalışmışdır. TKQ-nın ştat üzrə işçilərin cəlb olunduğu bütün növ tutqulara məktubd a qeyd edilən dövrdə (20062007-ci illər) İddiaçı da əmək haqqı cəlb olunmuş və hər rüb DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentinə “Məcburu Dövlət Sosial Sığorta” haqqı üzrə sığortaolunanlar haqqında məlumatların rüblük və illik hesabatları vaxtında təqdim edilmişdir. Hesabatlar təqdim edilərkən DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentindən hesabatlarda hər hansı bir formada çatışmamazlığın olması ilə əlaqədar məktub və ya xəbərdarlıq alınmamışdır. Həmin müraciətdə İddiaçı təqaüdə çıxma ərəfəsində olduğunu nəzərə alaraq, 2006-cı il üçün 17.39 (avqust-dekabr ayları) manat, 2007-ci il üçün 66.69 (yanvardekabr ayları) manat MDSS haqqının (SSN **********711) araşdırılaraq bərpa edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur.
44. Qeyd edilməlidir ki, hüquq münasibətlərinin yarand ığı dövrdə qüvvədə olmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sosial sığorta-bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
45. Qanunun 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortacı təşkilata verilən pul vəsaitidir.
46. Qanunun 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini apa rmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçının hüquq və vəzifələrinə aiddir.
47. İstinad olunan Qanunun tələblərinə uyğun olaraq, iddiaçının 2006-2007-ci illər ərzində işlədiyi Telekommunikasiya Qovşağı tərəfindən ödənilmiş sosial sığorta pulunun hesablanaraq müəyyən edilmiş məbləğin sığortaolunan iddiaçının fərdi sığorta hesabına köçürülməsi sığortaçının vəzifələrinə aid olmuş, onun tərəfindən sığorta edən Telekommunikasiya Qovşağından fərdi sığorta hesabatı (B3) tələb edilməli idi.
48. Cavabdehin qeyd etdiklərinə əsasən 2006 və 2007-ci illərin iddiaçının fərdi şəxsi hesabına daxil edilməməsinin səbəbi həmin illərlə bağlı müəssisə tərəfindən təqdim edilən B3 hesabatlarında iddiaçının adının hesabatlara daxil olmamasıdır. Müəssisə tərəfindən 2008-ci ilin yanvar ayından etibarən MDSS-lərin ödənilməsi ilə bağlı sənədlər iş materiallarında mövcud olduğundan, 2008-ci ildən etibarən olan ödənişlər nəzərə alınmışdır. Lakin mübahisə edilən 2006, 2007-ci illərdə isə müvafiq ödənişlər olunmadığı üçün iddiaçının tələbi təmin edilməmişdir.
49. Cavabdehin qeyd olunan əsasla iddiaçının işlədiyi həmin dövrün məcburi sosial sığorta haqlarının 2006-2007-ci illər üzrə hesablanıb iddiaçının fərdi hesabının sığorta hissəsinə köçürməməsi tamamilə qanuna zidd olmaqla yanaşı, həm də onun sosial sığorta hüququnu və yaşa görə pensiya təminatı hüququnu əsaslı surətdə pozmuşdur.
50. Nəzərə almaq lazımdır ki, istinad olunan qanunla sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən orqanın vəzifəsi kimi müəyyən olunmuşdur.
51. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının X2 2006-2007-ci illər ərzində işlədiyi müddət nəzərə alındıqda, hazırkı mübahisəyə münasibətdə cavabdehin istinad etdiyi hal, yəni “Forma B3” hesabatının sığortaedən tərəfində n təqdim olunmaması ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabına köçürülməsini istisna edə bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, cavabdehin xidməti vəzifələrini layiqincə yerinə yetirməməsinin iddiaçının hüquqi vəziyyətinə münasibətdə neqativ nəticələr doğurması yolverilməzdir. İşçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Başqa sözlə desək, işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzr ə qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə, necə ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işəgötürən tərəfindən təmin olunmalı olduğu halda, həmçinin həmin sığorta haqlarının toplanmasına nəzarət cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməli idi. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə nəzarət funksiyasını icra etməmiş və nəticə etibarı ilə tabeliyində olan orqan (cavabdeh) işəgötürənin məcburi dövlət sosial sığorta haqlarını qanunamüvafiq qaydada vaxtında və tam ödəməməsinə əsaslanaraq işçinin (hazırkı halda iddiaçının) sosial təminat hüququnu məhdudlaşdırmışdır. Halbuki, bu halın meydana gəlməsində iddiaçının hər hansı təqsirli hərəkəti olmamışdır. Əksinə təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, iddiaçı həmin dövrlər üzrə X2 əmək fəaliyyəti ilə məşğul olmuş, müvafiq olaraq əmək haqqı almış və onun əməkhaqqından məcburi sığorta haqları tutulmuş, lakin aidiyyəti üzrə işəgötürən tərəfindən cavabdeh inzibati orqana ödənilməmişdir. Bilavasitə dövlət orqanının tabeliyində olan qurum tərəfindən iddiaçının işlədiyi müddət ərzində əməkhaqqından məcburi sosial sığorta haqlarının tutulduğu halda, aidiyyəti üzrə müvafiq orqana ödənilməməsi, inzibati orqanın məsul əməkdaşının səhvi kimi qiymətləndirilməlidir. Nəticə etibarı ilə, bu hal maraqlı şəxs qismində çıxış edən iddiaçının hesabına düzəldilə bilməz.
52. Mübahisəli dövrdə qüvvədə olan və qərarın yuxarıda göst ərilən qanunvericiliyin normalarının tələbləri baxımından məcburi dövlət sosial sığorta haqlarının tutulub aidiyyəti üzrə ödənilməsi işəgötürənin–sığortaedənin, məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək isə cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi olmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürən (sığortaedən) üzərində məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə nəzarət funksiyasını icra etməmiş, son nəticədə tabeliyində olan cavabdeh inzibati orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əsas gətirilərək iddiaçının sosial təminat hüququ məhdudlaşdırılmışdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən dövr üzrə iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabına ödənilməməsi iddiaçının deyil, məhz işəgötürənin və cavabdeh orqanın tabe olduğu üst qurumun qanunvericiliklə üzərinə düşən öhdəliyi olduğu sübuta yetirilir. Belə olan halda, həmin dövr üzrə iddiaçının ödədiyi sığorta haqqı ödənişlərinin onun pensiyasında cavabdeh tərəfindən nəzərə alınmaması onun pensiya hüququnu pozmuş olur.
54. İddia tələbinin digər hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının indeksləşdirilməsi ilə bağlı iddiaçının dəlillərinə münasibətdə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Əmək Pensiyaları haqqında” qanunun 29.1-1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi şəxsi hesabının sığort a hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
55. Maddənin məzmunundan göründüyü kimi, iddiaçının tələbi həmin hissədə də əsaslı olmuşdur.
56. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi 1-ci hissədə əsaslı olduğundan təmin edilməlidir.
57. İddiaçıya ödənilməmiş əmək pensiyasının birdəfəlik tam ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci maddəsinin məzmunundan göründüyü kimi...Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
58. Odur ki, qanunvericilikdə ödənilməmiş əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır və cavabdeh inzibati orqanın qanunvericilikdən irəli gələn belə bir səlahiyyəti mövcud deyildir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddianın və şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
60. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(105)-52/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
61. İddiaçının tələbinin bir hissəsi təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi, maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi ilə bağlı olmuşdur.
62. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin tələblərlə bağlı iddiaçının məhkəməyə qədər cavabdeh inzibati orqana müraciət etməsi və həmin orqandan imtina cavabı alması müəyyən edilməmişdir. Halbuki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi növündə baxılan iddialarda da mümkünlük şərtlərindən birid ir.
63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmayan hissələrinə dair qərardadını təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi hissəsində əsaslı hesab etmir və həmin hissədə qərardadla razılaşmır.
64. Belə ki, qanunvericiliyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
65. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda natamam faktiki məlumatların tamamlanmasında, eləcə d ə işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borclu olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin - təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi hissəsində iddiaçıya yardım etməmiş, iddiaçının cavabdehə müraciət edib-etmədiyini dəqiqləşdirməmiş, müraciət etmədiyi halda bunun səbəblərini aydınlaşdırmamış, iddianın bu hissəsi ilə bağlı cavabdehin mövqeyini öyrənməmişdir.
66. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xüsusatların müəyyənləşdirilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(105)52/2024 nömrəli qərardadı - təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilməli, həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdehin qərardan verilən kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-52/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçının qərardaddan verilən kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-52/2024 nömrəli qərardadı təhsil illəri hissəsində ləğv edilsin. Həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərar qətidir.