Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1878/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1878/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil1 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyi nin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsi, həmin qərarın qəbul edilməsi nəticəsində iddiaçının şəxsi hesab vərəqinə işlənilmiş pul məbləğlərinin şəxsi hesab vərəqindən silinməsi tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-53/2019 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "İddiaçı" MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə xxxx 2016-cı ildə ünvan 1 ünvan üzrə 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alındığını, Cəmiyyətin əsas fəaliyyətinin – ixtisaslaşdırılmamış topdansatışdan (46901), habelə ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışından (47191) ibarət olduğunu, hazırda MMC-nin xarici ölkələrdən idxal edilmiş malların ölkə ərazisində ticarətini həyata keçirdiyini, Cəmiyyətin hazırkı fəaliyyəti məqsədilə - xxxx 2016-cı ildə könüllü müraciətinə əsasən **********5 nömrəli bildirişlə ƏDV məqsədləri üçün qeydiyyata alındığını, bu fəaliyyətinin xüsusiyyətinə görə - xxxx 2016-cı ildən **********2 nömrəli arayış üzrə xxxx 2016-cı ildən bağlanmış icarə müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən an bar obyekti **********-15001 kodu üzrə vergi qeydiyyatına alındığını, ticarət üzrə nağd hesablaşmaların aparılması məqsədilə xxxx 2016-cı ildən həmin obyektdə Merkuri-112F markalı ******* zavod nömrəli nəzarət kassa aparatı quraşdırıldığını və **********2 nömrəli vərəqə ilə vergi uçotuna alındığını, Cəmiyyət 2016-cı ilin mart ayından başlayaraq xarici ölkələrdən müxtəlif çeşidli taxta materialları və sürtgü yağları idxal edərək bu malları anbarından ölkədaxili təqdim etdiyini, fəaliyyəti dövründə qüvvədə olan bütün qanunların tələblərinə düzgün əməl etdiyini, malların uçotunu "1S-mühasibatlıq" proqramında apardığını, öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirdiyini, cavabdehin, Cəmiyyətin 2016-cı il üzrə fəaliyyətinin növbədənkənar səyyar vergi yoxlaması məqsədilə xxxx 2017-ci il ta rixli, **********086038 nömrəli qərar qəbul etdiyini, səyyar vergi yoxlamasından əvvəl, yoxlama müddətində və bu yoxlama müddətindən sonra Cəmiyyətin əhali və digər vergi ödəyiciləri arasında həyata keçirilən hesablaşmalarında cavabdeh tərəfindən hər hansı bir nöqsanlı hal və fakt, yaxud qanun pozuntusunun aşkar edilmədiyini, cavabdeh iddiaçının gəlirlərinin düzgünlüyünün yoxlanılması məqsədilə vergi qanunvericiliyinə uyğun olaraq xxxx 2017-ci il tarixli **********095435 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" birliyini yoxlamaya ekspert qismində təyin etdiyini, "Azərekspertiza" birliyinin xxxx 2017-ci il tarixli ekspert rəyində Cəmiyyətin təqdim etdiyi malların orta illik pərakəndə satış qiymətlərinin göstərildiyini bildirərək, 9 saylı Əra zi Vergilər İdarəsinin xxxx 2018-ci il tarixli ********** nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının əsassız hesab edilməklə ləğv edilməsi, həmin qərarın qəbul edilməsi nəticəsində iddiaçının şəxsi hesab vərəqinə işlənilmiş ƏDV üzrə 289.625,35 manat, mənfəət vergisi üzrə 318.931,27 manat, maliyyə sanksiyası üzrə 304.283,52 manat, ümumilikdə 912.840,14 manat pul məbləğinin şəxsi hesab vərəqindən silinməsi, iddiaçı MMC-də səyyar vergi yoxlamasının təkrar həyata keçirilməsi və yoxlama zamanı MMC-nin gəlirlərinə aid ilkin uçot sənədlərinin nəzərə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı ilə iddia cavabdeh Azərbaycan Respublikası Vergilər Naz irliyinə aid hissədə, habelə "İddiaçı" MMC-də səyyar vergi yoxlamasının təkrar həyata keçirilməsi və yoxlama zamanı cəmiyyətin gəlirlərinə aid ilkin uçot sənədlərinin nəzərə alınması tələbinə dair hissədə mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli 2-1(84)-1174/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 9 saylı Ərazi Vergilər İdarəsinin xxxx 2018-ci il tarixli **********152901 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı"nın ləğv edilməsi və həmin qərar əsasında iddiaçı "İddiaçı" MMC-nin şəxsi hesab vərəqəsinə işlənilmiş ümumilikdə 912.840,14 manat (ƏDV üzrə 289625,35 manat, mənfəət vergisi üzrə 318931,27 manat və maliyyə s anksiyası üzrə 304283,52 manat) borcun silinməsi qərara alınmışdır (hakim – V.Qasımov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-53/2019 saylı qərarı ilə (sədrlik edən G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və M.R.Hüseynov) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikası Prezidentinin xxxx 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamədə yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə qərarların reyestrə daxil edilməsi ilə bağlı müddəalar nəzərdə tutulsa da, əlavə vergi yoxlamasının keçirilməsi haqqında qərarın reyestrə daxil edilməsi barədə hər hansı müddəa qeyd edilməmişdir ki, bu da vergi qanunvericiliyinin təl əblərinə uyğun olaraq əlavə vergi yoxlamasının keçirilməsi barədə qərarların reyestrdə qeydiyyata alınması ilə bağlı məsələlərin Əsasnamədə ümumiyyətlə tənzimlənmədiyinə dəlalət edir, bundan əlavə iddiaçının nümayəndəsi iddia ərizəsində və məhkəmə prosesində əlavə vergi yoxlamasının keçirilməsi barədə qərarların reyestrdə qeydiyyata alınmaması ilə bağlı heç bir irad bildirməmiş, belə olan halda isə qeyd olunan Əsasnamədə əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın reyestrə daxil edilməsi ilə bağlı heç bir müddəanın olmadığı və həmçinin iddiaçı bunu mübahisələndirmədıyi halda məhkəmənin bu cür dəlil gətirərək, yoxlamanın qanunsuz hesab etməsi qanunvericiliyin tələblərinə uyğun deyildir, hazırkı yoxlama zamanı keçirilən baxış tədbiri səyyar vergi yoxlamasının tərkib hissəsi olaraq həyata keçirilmiş, reyestrdə qeydiyyata alınmış səyyar vergi yoxlaması zamanı onun tərkib hissəsi olan işlərin hamısının ayrı-ayrılıqda reyestrdə qeydiyyatdan keçirilməsi tələbi məhkəmənin istinad etdiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına i stinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-53/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, səyyar vergi yoxlaması üçün müddətin iş günləri ilə deyil, təqvim günləri ilə hesablanması məhz qanunvericinin iradəsindən irəli gəlmiş, xxxx 2017-ci ildə başlanmış səyyar vergi yoxlaması xxxx 2017-ci ildə başa çatdırılmalı olduğu h alda, yoxlama xxxx 2018-ci ildə başa çatdırılmış, cavabdeh özünün xxxx 2017-ci il tarixli qərarı ilə səyyar vergi yoxlamasını xxxx2017-ci ildən xxxx 2017-ci ilədək dayandırarkən MMC-nin rəhbərinin əmək qabiliyyətinin itirilməsini təsdiq edən hər hansı sənədə istinad etməmiş, iş materiallarında vergi ödəyicisinin əmək qabiliyyətini itirməsini təsdiq edən sübut yoxdur, həmçinin Azərbaycan Respublikası VM-də müəyyən edilmiş müddətlərin cavabdeh tərəfindən pozulması həm də "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin avqust 2016-cı il tarixli Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin müddəal arından irəli gəlir, Azərbaycan Respublikası Prezidentinin həmin Sərəncamının 2ci bəndində Vergilər Nazirliyinə tapşırılmışdır ki, vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin (2.2); vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin (2.3), həmin Sərəncamla təsdiq olunmuş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin 7-ci bəndində "kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin verg i bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması təsbit edilmiş, beləliklə, vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 təqvim günü ərzində aparmalı olduğu halda. yoxlamanı daha uzun müddət ərzində həyata keçirmiş, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə cavabdehin xxxx 2017-ci il tarixli, **********086038 nömrəli "səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ı, xxxx 2017-ci il tarixli, xxxx 2017-ci il tarixli, xxxx 2017-ci il tarixli, xxxx 2017-ci il tarixli və xxxx 2017-ci il tarixli "Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar"ları barədə məlumatlar daxil edilsə də, bundan sonra həyata keçirilən digər yoxlama hərəkətləri, o cümlədən xxxx 2017-ci il tarixli, xxxx 2017-ci il tarixli və xxxx 2018-ci il tarixli qərarlarla 30 iş günü müddətində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi ilə bağlı isə reyestrə heç bir məlumat daxil edilməmiş, cavabdeh 9 saylı ƏVİ tərəfindən aparılmış yoxlamaya aid bütün məlumatlar, o cümlədən iddiaçının anbarına baxış keçirilməsi barədə xxxx 2017-ci il tarixli qərar müvafiq Reyestrdə qeydə alınmadığına görə həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş pozuntularla bağlı iddiaçı "İddiaçı" MMC məsuliyyətə cəlb edilə bilməz, cavabdeh əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xxxx 2017-ci il tarixli, xxxx 2017-ci il tarixli və xxxx 2018-ci il tarixli qərarları əvvəlki qərarlarla müəyyən edilmiş müddətlər ərzində aparılan yoxlama başa çatdıqdan sonra qəbu l etmiş və həmin qərarlarla əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi üçün əlavə olaraq hər dəfə 30 iş günü müddət müəyyən etmiş, həmin qərarlar "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" adı altında tərtib edilsə də, cavabdeh bu qərarlarla belə bir səlahiyyəti olmadığı halda, faktiki olaraq vergi yoxlamasının müddətini dəfələrlə artırmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən ver gi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2-ci maddəsinə görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 38.4-cü maddəsinə görə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, istinad olunan qanunvericilik normalarına əsasən vergi orqanı növbəti və növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edə bilsə də, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və həmin müddət çərçivəsində başa çatdırılmalı, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçi rilir və burada nəzərdə tutulan 30 gün müddəti 30 təqvim gününü ehtiva edir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Ona görə də VM-in 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin iş günlərini, yoxsa təqvim günlərini ehtiva et məsi ilə bağlı aydın olmayan məqam vergi ödəyicisinin, yəni iddiaçı "İddiaçı" MMC-nin xeyrinə, cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin isə ziyanına şərh edilməlidir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması həmin vəzifəli şəxsin əmək qabiliyyəti bərpa olunanadək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4, 3.4.16, 3.4.18, 3.4.19-cu bəndlərinə əsasən, reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri. Göründüyü kimi, vergi yoxlamalarının müddətinin artırılması, yoxlamanın nəticəsi və aşkarlanmış qanun pozuntusunun məzmu nu barədə məlumatlar da Reyestrə daxil edilməsi tələb olunan məlumatlar sırasındadır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.5-ci bəndində deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1, 67.2 və 67.3cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna b ilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kameral vergi yoxlamasının keçirilməsi üçün qanunvericinin, müddətin təqvim günləri ilə deyil, məhz iş günləri ilə hesablanmasını konkret olaraq nəzərdə tutduğunu, səyyar vergi yoxlaması üçün müddətin də iş günləri ilə deyil, təqvim günləri ilə hesablanmalı olduğunu, xxxx 2017-ci ildə başlanmış səyyar vergi yoxlaması xxxx 2017-ci ildə başa çatdırılmal ı olduğu halda, yoxlamanın xxxx 2018-ci ildə başa çatdırıldığını, beləliklə, vergi orqanının qanunvericiliyin tələblərini pozaraq, səyyar vergi yoxlamasını qanunla nəzərdə tutulmuş müddətdən artıq zaman ərzində həyata keçirdiyini, yoxlama müddətinin artırılması barədə qərarların bəzilərinin reyestrdə ümumiyyətlə qeydə alınmadığına görə bu yoxlamaların hüquqi nəticəsinin olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə süb utlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-53/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-53/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1878/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1878/2019
03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver