Məhkəmə qərarları › İş №2-1(102)-1878/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1878/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1878/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1878/2020) (Açar sözlər: mərhum hakimin arvadına verilən ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanması, alınmamış və sosial sığorta haqqı ödənilməmiş vəsait) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 iyul tarixli 2-1(107)269/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiya alır. Daha sonra məhkəmə qərarlarına əsasən ona xx.xx.2015-ci il tarixdən mərhum hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və müvafiq qaydada hesablanmaqla ödənilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hakimlərə verilən mükafatlar, maddi yardım, müalicə pulu nəzərə alınmaqla əmək pe nsiyasının yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, mərhum ərinin həmin əlavələri alması barədə arayış təqdim edildiyi təqdirdə əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılması mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 sabiq hakim kimi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən ik i aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, ailə başçısını itirməyə görə əmək pensiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına uyğun olaraq 80 faizlə xx.xx.2015-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2020-ci il 10 iyun tarixli 2-1(116)-654/2020 nömrəli qərarı (hakim - İ.Cabbarov) ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya mərhum həyat yoldaşı X1nun sabiq hakim kimi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, ailə başçısını itirməyə görə əmək pensiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına uyğun olaraq 80 faizlə xx.xx.2015-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur.

6. Biri nci instansiya məhkəməsi hesab etmişdir ki, mövcud qanunvericiliyin tələblərinə görə pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib surətdə yenidən hesablanmalıdır.

7. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarı ləğv edib, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 iyul tarixli 1(107)-269/2020 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim - R.Rəfiyev, hakimlər V.Məlikov və E.Hüseynov) ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 10 iyun tarixli 2-1(116)-654/2020 nömrəli nömrəli qərarı ləğv olunmaqla iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmışdır. 9.Məhkəmə özünün mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2020-ci il tarixli Qərarına istinadla onunla əsaslandırmışdır ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrlə edilən artımlar nəzərə alına bilməz. İddiaçının mərhum həyat yoldaşı da hazırda nəzərə alınması tələb olunan əlavələri işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmadığı üçün iddia təmin edilə bilməz.

10. İddia çı kassasiya şikayəti verərək həmin qərarı ləğv edib iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 11.İddiaçı hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli qərarı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun bir sıra normalarını şərh etmişdir və həmin qərar xx.xx.2017-ci il tarixdən sonra əmək pensiyası almaq hüququ qazanmış şəxslərə münasibətdə tətbiq olunmalıdır. Belə ki, sözügedən qərarda qeyd edilir ki, hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına və qanunla əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilən digər şəxslər ə pensiya yuxarıda göstərilən şərtlərlə hesablanır. Bu şərtlərlə pensiya hüququnun yaranması üçün əsas 15-35 minimum qulluq stajına malik olmaqdır. Minimum 15-35 il qulluq stajının tələb olunması xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Lakin iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ xx xxxx 1997-ci il tarixdən yaranmış olsa da, xx.xx.2015-ci il tarixdən hesablanmışdır. 12.İddiaçı daha sonra məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, mərhum həyat yoldaşı X1nun sabiq hakim kimi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfə lik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə almaqla, ailə başçısını itirməyə görə əmək pensiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına uyğun olaraq 80 faizlə xx.xx.2017-ci il tarixdən yenidən hesablanması və ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsi: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. 17. “Konstitusiya Məhkəməsi haqqında” Qanun: Maddə 63.4 Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Maddə 66.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Maddə 66.2. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Maddə 67.0.2. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarları dərc olunduğu gündən qüvvəyə minir.

18. «Əmək pensiyaları haqqında» Qanun: Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçıları na təyin edilir:...Maddə 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlər; Maddə 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işl əmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunl a təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə p ensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 21.Kassasiya şikayəti vaxtında verilmiş, formal ba xımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kassasiya şikayətlərinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı hazırkı tələbində əri mərhum hakimin ailə üzvü kimi ailə başçısını itirməy ə görə ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Bu zaman o, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımı, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən iki aylıq əmək haqqı məbləğində müavinəti, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatını nəzərə alınmaqla təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmişdir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələ rinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

26. Bundan başqa, Konstitusiya Məhkəməsi həmin qərarında aşağıdakı hüquqi mövqeni ifadə etmişdir: 27. “Konstitusiya M əhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və veril miş ödənclərdəki artımları nəzərdə tutur.

28. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. 29....Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur”.

30. Göstərilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli qərarla hazırkı mübahisənin həllinə tətbiq edilməli olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə şərh verilmişdir, həmin qərar qəti olmaqla şərtsiz icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda istinad olunan normalarına görə isə artıq “Əmək pensiyaları haqqında” Qanunun mübahisəyə tətbiq edilməli olan müddəaları Konstitusiya Məhkəməsinin şərh etdiyi qaydada tətbiq edilməlidi r.

31. Bu mənada, işin müəyyən edilmiş hallarına görə iddiaçı mərhum ərinin vaxtı ilə işləyərkən qeyd edilən ödənişləri aldığına, eləcə də həmin vəsaitlərdən sosial sığorta haqqının ödənildiyinə dair sübut təqdim etməmişdir. Belə olan halda, qeyd edilən əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması üçün qanuni əsaslar mövcud olmamışdır.

32. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 iyul tarixli 21(107)-269/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar