Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1878/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2-ci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15.11.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022- ci il tarixli, 2-1(103)-1863/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh 22 fevral 2021-ci il tarixli 0331003AABVS saylı göndəriş əsasında aparılan qiymətləndirilmənin nəticəsi olaraq “Göndərişin natamam doldurulması Səbəb: 2016-dan 2020-yə kimi stasionar müalicəsi yoxdur. MRT və EMQ müayinələri qənaətbəxş deyil, xəstəliyin ağırlaşması qeyd edilməyib” səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona ikinci dərəcə əlilli k təyin edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildən proqressivləşən idiopatik nevropatiya xəstəliyindən əziyyət çəkir. Həmin vaxtdan 2020-ci ilədək xəstəliyi ilə əlaqədar müxtəlif xəstəxanalarda ayrı-ayrı vaxtlarda dəfələrlə, stasionar müalicələr almışdır. Belə ki, ayağının diz hissəsindən aşağı olan ətraflarda heç bir hissiyyat yoxdur, gəzə bilmir, daima kiminsə köməyinə ehtiyacı var, özü-özünü idarə etməkdə çətinlik çəkir. Bu xəstəliyi ilə əlaqədar olaraq ona əlilliyin təyin olunması üçün Tibbi-Sosial Ekspert Komissiyasına elektron qaydada müraciət etmişdir. Lakin ayrıayrı səbəblərlə imtinalar verilmişdir. Hətta sonuncu imtinada onun stasionar müalicəsinin olmaması səbəb gətirilərək, imtina verilmişdir. Halbuki, i ddiaçı mütəmadi olaraq stasionar müalicələrdə olmuş və bununla bağlı lazımi sənədləri də müraciətinə əlavə etmişdir. Buradan da aydın görünür ki, cavabdeh təşkilat tərəfindən işin faktiki halı tam, hərtərəfli araşdırılmamışdır. Cavabdehin istinad etdiyi imtinalar əsassızdır. Belə ki, «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamədə də qeyd olunmuşdur ki, əlillik dərəcəsi xəstəlik nəticəsində orqanizmin həyat fəaliyyətinin sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyətinin kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daim ehtiyacı olsun.
4. İddiaçı hesab edir ki, iş dərindən araşdırılaraq ona əlillik dərəcəsinin təyin edilməsi məhkəmə tərəfindən müəyyən oluna bilər. Ona görə də, məhk əməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin 1.3-cü bəndinə əsasən Tibbi-Sosial Ekspert Komissiyaları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə görə əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, on un müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Cavabdehin etirazları:
5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” və 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na istinad etmiş və bildirmişdir ki, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. birinci instansiya məhk əməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 6 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx xxxx 1963-cü il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? - xx xxxx 1963-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? - xx xxxx 1963-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı?
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 3 de kabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, vətəndaş İddiaçı “G60.3-proqressivləşən idiopatik neyropatiya, kəskin dimeelninsizləşən polineyropatiya, distal süst paraparezi, proqressivləşən idiopatik neyropatiya, keçirilmiş polineyropatiyanın davamlı qalıq əlamətləri, aşağı ətrafların süst paraparezi, hərəkət funksiyasının pozulması” diaqnozunda qeyd edilən xəstəliklərindən əziyyət çəkir. İş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin verdiyi göndərişlər natamam doldurulmuşdur. Hal-hazırda bu xəstəlik və qüsurlar ona “Əlilliyin və sağlamlıq imkanlarının məhduduğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndinə əsasən ikinci dərəcə əlillik verilməsinə əsas verir. Vətəndaş İddiaçı hazırda əlavə müalicəyə ehtiyacı vardır. Belə ki, sonuncu dəfə 11 oktyabr – 18 oktyabr 2021-ci il tarixlərdə Xızı Rayon Mərkəzi Xəstəxanasında xəstəliyi ilə əlaqədar stasionar müalicədə olmuş və evə nevropatoloqun nəzarətinə yazılarkən həmin müalicəni davam etdirməsi məsləhət görülmüşdür.
8. Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(112)-1105/2022 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia tələbi təmin edilərək, iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, işdə olan ekspertiza rəyinə əsasən iddiaçının səhhətində mövcud olan xəstəliklər ona (iddiaçıya) ikinci dərəcə əlilliyin təyin olunmasına əsas verir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatda iş üzrə xüsusatlar nəzərə alınaraq ekspert rəyi ilə razılaşma maq üçün hər hansı hal müəyyən etməmişdir. İmtinada göstərilən “iddiaçının müayinəsi üzrə tibb müəssisəsinin cavabdehə ünvanladığı məlumatların tam olmaması”na gəldikdə isə, məhkəmə vurğulayır ki, bu hal formal xarakterli olduğundan iddiaçıya əlilliyin təyin olunmasından imtina üçün əsas kimi çıxış edə bilməz.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2-1(103)-1863/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Ə.Hüseyn, hakimlər – S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(112)-1105/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin əsasını imtina məktubu və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərini n pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsə dinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati ak tın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
17. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların v ə anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;...
18. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir), (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir).... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangə lmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müv afiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımd an lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rəd d etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
26. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin də istinad etdiyi İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 27. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsa sında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
28. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
29. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun in zibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir.
30. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə iddiaçının “G60.3-proqressuvləşən idiopatik neyropatiya, kəskin dimeelninsizləşən polineyropatiya, distal süst paraparezi, proqressivləşən idiopatik neyropatiya, keçirilmiş polineyropatiyanın davamlı qalıq əlamətləri, aşağı ətrafların süst paraparezi, hərəkət funksiyasının pozulması” diaqnozunda qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyi, hal-hazırda bu xəstəlik və qüsurların ona “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndinə əsasən ikinci dərəcə əlillik verilməsinə əsas verdiyi müəyyən e dilmişdir.
31. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 21(103)-1863/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Hakimlər: İlqar Hüseynov (xüsusi r əylə) Nigar Rəsulbəyova Kəmaləddin Bədəlov İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (iş № 2-1(102)-1878/2022) hakim İlqar Hüseynovun XÜSUSİ RƏYİ
1. İddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmin olunmasına dair məhkəmələrin gəldiyi nəticənin qanuni və əsaslı hesab edilməsi barədə həmkarlarımın qənaəti ilə aşağıdakı səbəblərə görə razı deyiləm.
2. İşdən göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 6 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx xxxx 1963-cü il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? - xx xxxx 1963-cü il tarixd ə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? - xx xxxx 1963-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı?
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 3 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, vətəndaş İddiaçı “G60.3-proqressivləşən idiopatik neyropatiya, kəskin dimeelninsizləşən polineyropatiya, distal süst paraparezi, proqressivləşən idiopatik neyropatiya, keçirilmiş polineyropatiyanın davamlı qalıq əlamətləri, aşağı ətrafların süst paraparezi, hərəkət funksiyasının pozulması” diaqnozu nda qeyd edilən xəstəliklərindən əziyyət çəkir. İş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin verdiyi göndərişlər natamam doldurulmuşdur. Hal-hazırda bu xəstəlik və qüsurlar ona “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndinə əsasən ikinci dərəcə əlillik verilməsinə əsas verir. Vətəndaş İddiaçı hazırda əlavə müalicəyə ehtiyacı vardır. Belə ki, sonuncu dəfə 11 oktyabr – 18 oktyabr 2021-ci il tarixlərdə Xızı Rayon Mərkəzi Xəstəxanasında xəstəliyi ilə əlaqədar stasionar müalicədə olmuş və evə nevropatoloqun nəzarətinə yazılarkən həmin müalicəni davam etdirməsi məsləhət görülmüşdür.
4. Məhkəmələrin mötəbər sübut kimi istinad etdikləri ekspert rə yinin məzmunundan göründüyü kimi, həmin rəylə iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin verdiyi göndərişlərin natamam doldurulduqları müəyyən edilmişdir. Lakin bu natamamlıqların nədən ibarət olduğu göstərilməmişdir.
5. Cavabdeh də imtinanın səbəbi kimi “əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndəriş”in natamamlığına istinad etmişdir.
6. Belə olan halda, yəni göndəriş natamamdırsa, cavabdeh həmin göndəriş üzrə məsələni (əlilliyin müəyyən edilməsini) mahiyyəti üzrə həll edə bilməz. Belə ki, Əlilliyin qiymətləndirilməsi qaydasının 2.9-cu bəndinin tələbinə görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
7. Beləliklə, cavabdehin üzərinə natamam göndəriş üzrə iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi qoyula bilməzdi. Hakim İlqar Hüseynov