Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1878/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1016/2023 nömrəli iş üzrə 18 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh tərəfindən 24 noyabr 2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, mərkəzi filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 11 ay 27 gün /xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində ümumilikdə 7 il 8 ay 27 gün və xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 15 il 3 ay/) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
3. Cavabdeh tərəfindən 24 yanvar 2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, xx.xx.1978-ci il tarixli, AT-İX ******* nömrəli əmək kitabçası mərkəzi filial tərəfindən araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 1-ci səhifəsi həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənmişdir. Həmçinin, əmək kitabçasının 2-3-cü səhifələrində xx.xx.1978-ci il t arixinə aid qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuş, 2-3-cü və 4-5-ci səhifələrindəki müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bundan başqa, əmək kitabçasında xx.xx.1978-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində “Naxçıvan şərab zavodu”nda fəhlə vəzifəsində işlədiyinin qeyd edildiyi və 370 nömrəli əmrlə işdən çıxdığının göstərildiyi halda, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 13/1174 nömrəli arayışında həmin dövr ərzində çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu, 212 nömrəli əmrlə işdən çıxdığı göstərilmişdir. Eyni zamanda, əmək kitabçasında xx.xx.1984-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Rayon MSK-da redaktor vəzifəsində işlədiyi qeyd edildiyi halda, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 175 nömrəli, xx.xx.2021-ci il tarixli 13/1174 nömrəli arayışlarında həmin dövrlər ərzində müxtəlif illərdə Babək rayon Mədəniyyət şöbəsində maldarlar üzrə mədəni çadırda kütləvi işçi, Naxçıvan tikiş fabrikində əmtəəşünas, Naxçıvan şəhər İctimai-iaşə şöbəsində bufetçi vəzifələrində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Yuxarıda qeyd olunan arayışlarda müxtəlif dövrlərə aid əmr kitablarının və əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar vardır. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icr aata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun işlədiyi illər, həmçinin hərbi xidmət müddəti nəzərə alındıqda, iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda, həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ümumi iş stajının olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. cavabdehin etirazları:
8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7517/2022 nömrəli, 5 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh əmək kitabçasında əks olunan möhürün etibarsız möhür olmasına, sözlərin yazılışında uyğunsuzluq olmasına, həmçinin iddiaçının “Naxçıvan şərab zavodu”nda fəhlə deyil, çilingər vəzifəsində işləməsi ilə bağlı mülahizələr irəli sürsə də, İddiaçı ünvanladığı 24 noyabr 2021-ci il tarixli imtina məktubunda həmin dövrü nəzərə aldığını nümayiş etdirmişdir. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının ümumi iş stajının 22 il 11 ay 27 gün olması qənaətinə gələrkən onun xx.xx.1978-xx.xx.1980-ci illəri əhatə edən dövrləri də nəzərə almışdır ki, həmin dövr iddiaçının məhz X3 işlədiyi dövrü əhatə edir.
11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının arxiv arayışında iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək X3 işlədiyi göstərilmişdir. Bundan başqa, təqdim olunmuş şəxsi işdən də göründüyü kimi xx.xx.1980ci il tarixli əmr ilə iddiaçının 28 iyul 1980-ci il tarixdən işdən azad olunduğu göstərilmişdir. Doğrudur ki, əmək kitabçasında, əmrdə və arxiv arayışında iddiaçının X3n işdən azad edilməsi ilə bağlı tarixlər arasında uyğunsuzluqlar mövcuddur. Məhkəmə qeyd edir ki, cavabdehin imtina əsası kimi əmək kitabçasında möhürün etibarsız olması və ya sözlərin yazılışında fərqliliyin olması ilə bağlı irəli sürdüyü mülahizələr hər hansı əhəmiyyət kəsb etmir. Çünki, iddiaçının həqiqətən də X3 işləməsi əmək kitabçası, əmrlər və arxiv arayışı ilə birlikdə təsdiq olunur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1016/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti tə min edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Ə.X1 təqdim etdiyi xx.xx.1978-ci il tarixli AT-İX ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır.
17. Belə ki, əmək kitabçasının 1-ci səhifəsi həmin tarixdə mövcud olma yan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənmişdir. Həmçinin, əmək kitabçasının 2 və 3-cü səhifələrində xx.xx.1978-ci il tarixə aid qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuş, 2-ci, 3-cü, 4-cü və 5-ci səhifələrdəki müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir.
18. Bundan başqa, iddiaçının əmək kitabçasında xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövr ərzində “Naxçıvan şərab zavodu”nda fəhlə vəzifəsində işlədiyi və 370 nömrəli əmrlə işdən azad edildiyi göstərildiyi halda, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin iddiaçıya dair xx.xx.2021-ci il tarixli 13/1174 nömrəli arayışında həmin dövr ərzində çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu, 212 nömrəli əmrlə işdən azad edildiyi qeyd olunmuşdur. Eyni zamanda İddiaçı əmək kitabçasında xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək dövr ərzində redaktor vəzifəsində işlədiyi qeyd edildiyi halda, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin iddiaçıya dair xx.xx.2021-ci il tarixli 175 nömrəli, xx.xx.2021-ci il tarixli 13/1174 nömrəli arayışlarında həmin dövrlər ərzində müxtəlif illərdə Babək rayon Mədəniyyət şöbəsində maldarlar üzrə mədəni çadırda kütləvi işçi, Naxçıvan tikiş fabrikində əmtəəşünas, Naxçıvan şəhər İctimai-iaşə şöbəsində bufetçi vəzifələrində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir.
19. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərarında qeyd edilmişdir: doğrudur ki, əmək kitabçasında, əmr də və arxiv arayışında iddiaçının X3n işdən azad edilməsi ilə bağlı tarixlər arasında uyğunsuzluqlar mövcuddur.
20. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatına əsasən hazırkı əmək kitabçasını sonradan almışdır. Eyni zamanda iddiaçının nümayəndəsi də məhkəmə kollegiyasının iclasında evləri yandığı üçün əmək kitabçasını sonradan aldığını bildirmişdir. 21. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 №-li Qərarının 7.3-cü bəndınə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə sərəncama). əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. K eçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.
22. İddiaçıya məxsus əmək kitabçasındakı ziddiyyətlərə və qanunvericiliyin tələblərinə zidd formada əmək kitabçasının doldurulmasına baxmayaraq, məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq iddia tələbi təmin edilmişdir.
23. Qeyd edilən ziddiyyətli məqamlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərarında iddiaçının həqiqətən də X3 işləməsi əmək kitabçası, əmrlər və arxiv arayışı ilə birlikdə təsdiq olunduğundan həmin halların əhəmiyyət kəsb etmədiyi bildirilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin iddiaçının qeyd olunan zavodda işləməsi faktını əmək kitabçası, əmrlər və arxiv arayışı ilə təsdiq edildiyini bildirməsini yuxarıda sadalanan ziddiyyətli məqamlara diqqət yetirməməsi kimi qiymətləndirmək olar. Hansı ki, məhkəmənin əsas götürdüyü əmək kitabçası, əmrlər və arxiv arayışı özü-özlüyündə bir-biri ilə ziddiyyət və məlumatlar arasında uyğunsuzluq təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığort aolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı: “XXV İİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” a) fəhlələr, “polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” - 2290000a-14612.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr, “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”.
29. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
33. Cavabdeh 24 noyabr 2021-ci il tarixli məktubu ilə təsdiq edir ki, iddiaçının ümu mi iş stajı 25 ildən az (22 il 11 ay 27 gün /xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1984-xx.xx.1985ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində ümumilikdə 7 il 8 ay 27 gün və xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 15 il 3 ay/) təşkil edir (xx.xx.1980-xx.xx.1984-cü illər təhsil müddəti nəzərə alınmadan).
34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, Naxçıvan Muxtar Respublikasının arxiv arayışında iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək X3 işlədiyi göstərilmiş, məhkəməyə təqdim olunmuş şəxsi işdən də göründüyü kimi xx.xx.1980-ci il tarixli əmr ilə iddiaçının 28 iyul 1980-ci il tarixdən işdən azad olunduğu göstərilmişdir. Beləli klə, iddiaçının həqiqətən də X3 işləməsi əmək kitabçası, əmrlər və arxiv arayışı ilə birlikdə təsdiq olunur.
35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Rayon MKS-də redaktor işlədiyi müddətə münasibət bildirərək qeyd etmişdir ki, aparılmış araşdırma zamanı təqdim olunmuş şəxsi işə (əmrlər də daxil olmaqla) əsasən, iddiaçı xx.xx.1984-cü il tarixdə Babək rayon Mədəniyyət Şöbəsinə maldarlar üzrə mədəni çadıra kütləvi işçi qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə hərbi xidmətə getdiyindən işdən azad edilmiş, xx.xx.1987-ci il tarixdən X2 “Əmtəəşünas” vəzifəsinə qəbul olunmuş, xx.xx.1989-cu il tarixdə iki ay sınaq müddətinə 32 №-li köşkə satıcı vəzifəsinə təyin edilmiş və xx.xx.1992-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında xx.xx.1984-cü i l tarixdən xx.xx.2002-ci il tarixədək Rayon MKS-də redaktor vəzifəsində işlədiyi qeyd olunsa da, təqdim olunmuş şəxs iş materiallarında iddiaçının xx.xx.1984-xx.xx.1985; xx.xx.1987xx.xx.1992-ci il dövrlərdə işədiyi müəyyən olunmuşdur.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ümumi iş stajı 25 ildən (xx.xx.1978-xx.xx.1980 - Naxçıvan şərab zavodu; xx.xx.1980-xx.xx.1984 təhsil müddəti; xx.xx.1984-xx.xx.1985-Rayon MKS; xx.xx.1985-xx.xx.1986 - hərbi xidmət; xx.xx.1987-xx.xx.1992- Rayon MKS; xx.xx.2003-xx.xx.2005 - “Xəzərdənizneftqaztikinti” tresti; xx.xx.2005-xx.xx.2014 - “Xəzərdənizneftqaztikinti” tresti; xx.xx.2014-xx.xx.2015“Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsi; xx.xx.2015-xx.xx.2021“Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma b ölümü) çox təşkil edir.
37. İddiaçının “Neftqaztikinti” trestində işlədiyi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısında “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin a) fəhlələr, “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” (kod: 2290000a-14612) peşəsi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr alt bölməsindəki “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi ilə uyğunluq təşkil edir.
38. İddiaçının əmək kitabçasına və “Neftqaztikinti” tresti tərəfindən təqdim olunmuş arayışlara əsasən, onun güzəştli iş stajı 12 il 06 aydan çox təşkil edir.
39. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
40. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
41. Y uxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1016/2023 nömrəli iş üzrə 18 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.