Məhkəmə qərarları › İş №2-1(102)-1878/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1878/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1878/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödəmənin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixə olan 1.840.027,32 manat artıq ö dəmənin qaytarılması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)4/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2018-ci il tarixində cavabdehə müraciət edərək şəxsi hesab vərəqəsi üzrə yaranmış artıq ödəmənin qaytarılmasını xahiş etmiş, cavabdeh xx.xx.2018ci il tarixli məktubda şəxsi hesab vərəqəsi üzrə yaranmış artıq ödəmənin qaytarılmasından imtina edərək bildirmişdir ki, şəxsi hesab vərəqəsi üzrə yaranmış 1.125.212 manat artıq ödəmədən 758.753 manatın yaranma tarixindən 5 il müddət keçmişdir.

2. İddiaçı xx.xx.2021-ci il ta rixində cavabdehə təkrar müraciət edərək şəxsi hesab vərəqəsi üzrə yaranmış 1.840.027,32 manat artıq ödəmənin qaytarılmasını xahiş etmiş, müraciət müsbət həllini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixə olan 1.840.027,32 manat artıq ödəməsinin qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuzdur və artıq ödəmənin vaxtında iddiaçıya qaytarılmaması, iddiaçının işçilərə olan əmək haqları üzrə borcların ödənilməsini, o cümlədən MDSS üzrə ödəmələrin həyata keçirilməsini mümkünsüz edir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdi m etmişdir. Etirazın əsasını xx.xx.2018-ci il tarixli imtina məktubunda qeyd edilənlər təşkil edir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-1376/2022 nömrəli qərarı ilə (hakim: Ceyhun Məmmədov) iddia tələbi qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən artıq ödənilmiş 298.339,51 manat pulun geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1.840.027,32 manat artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı müraciətinə imtina cavabı aldıqdan sonra İddiaçı ASC xx.xx.2021-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciə t etmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, iddiaçının cavabdeh təşkilata xx.xx.2021- ci il tarixli müraciətindən geriyə 5 il hesablandıqda 298.339,51 manat artıq ödəməsinin olması müəyyən edilmişdir. İddia tələbində göstərilən yerdə qalan məbləğin tələb etmə müddəti keçdiyinə görə, bu hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsində göstərilmiş 5 illik müddət kəsici müddətdir və həmin müddət keçdikdən sonra tələb etmə müddəti itirilir. Ona görə də məhkəmə hesab etmişdir ki, 298.339,51 manat pulun tələb etmə müddəti keçmədiyinə görə, həmin vəsait İddiaçı ASC-yə geri qaytarılmalıdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Apellyasiya instansiya məhkəməsi tərəfindən İddiaçı ASC tərəfindən xx.xx.2013cü il tarixədək dövlət büdcəsinə artıq ödəmə məbləğinin nə qədər olması, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək məhz həmin illərə görə (o cümlədən, hər il üzrə ayrıayrılıqda göstərilməklə) dövlət büdcəsinə artıq ödəmə məbləğinin nə qədər olması və əgər artıq ödəmə olmuşdursa, hansı tarixdə və hansı əsaslardan (kameral və səyyar vergi yoxlaması, operativ vergi nəzarəti tədbirləri nəticəsində vergilərin hesablanması, dürüstləşmə və s.) yaranması, vergi ödəyicisi tərəfindən aparılan ödəmələr, vergi orqanı tərəfindən aparılan hesablamalar və azalmalar barədə ətraflı məlumatın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dö vlət Vergi Xidmətinə sorğu göndərilmişdir. Həmin sorğuya əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********497200 nömrəli məktubla İddiaçı ASC-nin xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək tələb edilən məlumatlar cədvəl şəklində məhkəməyə göndərilmişdir. Həmin cədvəldən görünür ki, İddiaçı ASC-nin xx.xx.2013-cü il tarixədək tələb etmə müddəti bitməyən artıq ödəmə məbləği 2.947.089,92 manat olmuşdur. xx.xx.2013-xx.xx.2013-cü il tarixədək olan dövrdə 3.047.437,60 manat, 2014-cü ildə 2.592.184,80 manat, 2015-ci ildə 2.411.298,79 manat, 2016-cı ildə 2.066.794,15 manat, 2017-ci ildə 2.134.365,55 manat, 2018-ci ildə 1.219.793,39 manat, 2019-cu ildə 773.104,30 manat, 2020-ci ildə 536.130,31 manat, 2021-ci ildə isə 449.227,01 manat tələb etmə m üddəti bitməyən artıq ödəmələri mövcud olmuşdur. Cədvəldən həmçinin görünür ki, 2018-ci il tarixə artıq ödəmənin məbləği 1.869.592,92 manat olmuş, həmin məbləğdən 649.799,53 manatın tələb etmə müddəti ötmüşdür. 2019-2021-ci illər üçün isə artıq ödəmənin 35.342,82 manat və 40 manat olduğu göstərilmişdir.

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Ç.Babayeva və L.E.Rəhimli) 16 fevral 2024cü il tarixli, 2-1(105)-4/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-1376/2022 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən artıq ödənilmiş 1.255.1 76,21 manatın geri qaytarılması barədə rəy verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi 2 saylı Ərazi Vergilər Baş İdarəsindən xx.xx.2023-cü il tarixli **********497200 nömrəli məktubla məhkəməyə daxil olmuş İddiaçı ASC-nin artıq ödəməsi ilə bağlı tələb edilən məlumatları (xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək) özündə əks etdirən cədvələ istinadən iddia tələbini qismən təmin etmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul olunması nı xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, cavabdehin imtinası qanunsuzdur və həmin məbləğ işçilərin əmək haqlarının və MDSS üzrə borcların ödənilməsində istifadə ediləcək.

15. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunu yeganə mötəbər sübut hesab etmiş, sübutun mötəbər hesab edilməsini əsaslandırmamış, sübutun həqiqiliyi üzrə hər hansı tədqiqat aparmamışdır ki, bu da ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozuntusudur. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (iddiaçının ilkin müraciəti zamanda qüvvədə olan redaksiyası): Maddə 85.5. Vergi öd əyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclas larında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

18. İnzibati Prosessual Məcəllə: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. İdd iaçının kassasiya şikayəti prosessual normaların tələbləri baxımından vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatının səmərəliliyinin artırılması üçün kassasiya şikayətlərinin tərtibi ilə bağlı prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi xüsusi əhəmiyyətlidir. Odur ki, bu məqsədlə Ali Məhkəmə tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi ilə bağlı hüquqi yardım haqqında” Məlumat hazırlanmışdır. Bu məlumat kassasiya şikayətinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin müvafiq müddəalarından irəli gələn və şikayət tərtib edilərkən riayət edilməli olan əsas tələbləri əks etdi rmiş və inzibati mübahisələrə dair işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından (qərar və ya qərardadlarından) kassasiya şikayəti vermək istəyən şəxsə yardım məqsədilə hazırlanmışdır. Göstərilən tələblərə əməl edilməməsi isə kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Həmçinin məlumatda qeyd edilmişdir ki, kassasiya şikayəti verən şəxs şikayətin mümkünsüzlüyünə səbəb olan nöqsanların aradan qaldırılmasına dair sənədləri, məlumatları və ya mülahizəsini kassasiya şikayəti ilə birgə məhkəmə aktını çıxarmış apellyasiya instansiyası məhkəməsinə təqdim etməlidir. Hazırkı iş üzrə sözügedən Məlumat iddiaçıya apellyasiya instansiyası məhkəməsinin qərarı ilə birgə təqdim edilmiş (bununla da, İPM-in 96.3-cü maddəsindəki dinlənilmə hüququ təmin edilmiş), Məlumatın İV bəndində iddiaçıya kassasiya şikayətinin forma və məzmununa dair tələblər əks etdirilmiş, həmin bəndin birinci və ikinci hissələrində isə qeyd edilmişdir ki: “1. Şikayət vəkil tərəfindən tərtib edilməli, həmçinin vəkil tərəfindən imzalanmalı və vəkilin orderinin əsli şikayətə əlavə edilməlidir.

2. Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı aztəminatlılığı təsdiq edən müvafiq sübutları təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət hesabına vəkillə təmin edilməsi üçün yazılı müraciət edə bilər.” İddiaçı kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməli olması ilə bağlı məlumatlandırılsa da, kassasiya şikayətini vəkilsiz tərtib etmiş, həmçinin dövlət hesabına vəki llə təmin edilməsi üçün yazılı müraciət də etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya mümkün sayıla bilməz.

20. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riay ət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillər ini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə şəxsi hesab vərəqəsi üzrə yaranmış artıq ödəmənin qaytarılması ilə bağlı müxtəlif vaxtlarda (xx.xx.2018-ci və xx.xx.2021-ci il tarixlərində) müraciət etsə də, cavabdeh artıq ödəmənin qaytarılmasından imtina etmişdir.

26. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

27. İddiaçı ilk dəfə 2018-ci il tarixdə bununla bağlı cavabdehə müraciət etdiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının həmin tarixə olan artıq ödəməsinin məbləğinin müəyyən edilməsi istiqamətində məhkəmə araşdırması aparmışdır. Bundan əlavə, iddiaçının 2021-ci il tarixdə də müraciəti olduğundan, apellyasiya instansiyası məhkəməsi 2018-2021-ci il tarixləri arasında yaranmış artıq ödəmə məbləğini nəzərə almaqda düzgün nəticəyə gəlmişdir.

28. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********497200 nömrəli məktuba əlavə edilmiş cədvəl məlumatlarına istinad etmişdir. Cavabdeh kassasiya şikayətində qeyd edilən məlumatların iş üzrə yeganə mötəbər sübut kimi istinad edilməsinin məhkəmə araşdırması hüququnu pozması ilə bağlı dəlillər irəli sürsə də, qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi məlumatlar məhz cavabdehin özü tərəfindən təqdim edilmiş, həmçinin, cavabdeh həmin məlumatların bu və ya digər səbəbdən mötəbər olmaması ilə bağlı hər hansı sübut təqdim etməmiş, yalnız özü tərəfindən təqdim edilmiş məlumatların mötəbərliyini, yenə özü tərəfindən şübhə altına alan dəlillər sadalamaqla kifayətlənmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qə rarının ləğvi üçün əsas təşkil etmir. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, cavabdehin şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 30.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-4/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar