Məhkəmə qərarları › İş №2-1(102)-1879/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1879/2019

09.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1879/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR 09.07.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya qarşı cavabdeh Departament tərəfindən şəxsi hesab vərəqəsinə yazdığı vergi borcuna əsas olmuş, “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsində göstərilən borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh Departament ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddiasına iddia müddətinin tətbiq edilməsi və iddianın mümkün sayı lmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 05.02.2019-cu il tarixli qərardadı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-964/19) cavabdeh Departamentin vəsatətinin təmin edilməsi; iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov; iş № 2-1(103)-925/2019) iddiaçının kassasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.02.2019-cu il tarixli qərardadınındəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsinə və sonrakı prosessual hərəkətlətin davam etdirilməsinə dair qərar qəbul edilməsini məhkəmə kolleg iyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxmış apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsinə və sonrakı prosessual hərəkətlətin davam etdirilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin vəkili İ.Əhməd kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin nümayəndəsi H.Baloğlanov vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla veril mişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkii iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı iddia ərizəsində vergi orqanının hansı qərarı əsasında hesablanmış vergi borcunu mübahisələndirdiyini və mübahisələndirilən vergi məbləğini konkret olaraq qeyd etməsə də, iddia ərizəsinə əlavə edilmiş xəbərdarlıq məktubuna görə, iddiaçıdan tələb edilən 31.740,98 manat vergi borcu 25.10.2018-ci il tarixə dövlət büdcəsinə yaranmış 23.246,52 manat əsas vergi borcundan və 8.494,46 manatı faiz borcundan ibarətdir. İddiaçının əsas vergi borcunun 20.927,41 manatı 07.08.2017-ci il ta rixdə kameral qaydada hesablanmış, bu barədə “Vergilərin hesablanması barədə” 07.08.2017-ci il tarixli **********161400 saylı qərar qəbul edilərək iddiaçıya elektron qaydada göndərilmişdir; Cavabdeh Departament tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən, iddiaçı ilə vergi orqanı arasında 13.06.2013-cü il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmış, həmin müqavilənin 2.1.1-ci bəndində vergi orqanı tərəfindən vergi ödəyicisinə bütün sənədlərin, o cümlədən qərarların elektron şəkildə göndərilməsi nəzərdə tutulmuşdur. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı 07.08.2017-ci il tarixli qərar əsasında kameral qaydada hesablanmış vergiləri m übahisələndirmək üçün həmin qərarı əldə etdikdən sonra qanunla nəzərdə tutulmuş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. İddiaçının Azərbaycan Respublikası Vergilər Nazirinə ünvanlanmış 13.11.2018- ci il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçının ona kameral qaydada vergi hesablanması barədə məlumatı olmuşdur. Eyni zamanda iddiaçının cavabdeh Departamentə elektron kabinet vasitəsilə göndərdiyi məktubda sənədin cavabının “Onlayn kargüzarlığa” gəlməsinə dair qeyd olması təsdiq edir ki, iddiaçı vergi orqanı ilə elektron sənəd mübadiləsi həyata keçirərək elektron formada daxil olan sənədləri qəbul edir. Bu əsaslara görə, iddiaçının iddia tələbi 1-ci nstansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmamışdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır; Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə da ir” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 9-cu bəndinə görə, məhkəmə iddianın mümkünlünü yoxlayarkən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyasının ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s. Də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli qəraradadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar