Məhkəmə qərarları › İş №2-1(102)-1879/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1879/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1879/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “X5 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X2rşı iş üzrə QƏRARİ Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı “X5 Müəssisəsi” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh 13 saylı X6 (bundan sonra cavabdeh) qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-274/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı müəssisənin fəaliyyəti üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixdə səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlamanın nəticələrinə dair cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmiş, həmin aktın əsasında xx xxx 2020-ci il tarixli qərar qəbul edilmiş və qərar əsasında iddiaçıya ümumilikdə 717.118,48 manat əlavə vergi məbləği h esablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi, həmin qərar əsasında iddiaçı barəsində əlavə hesablanmış vergilər üzrə 488.476,40 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə 228.642,08 manat, cəmi 717.118,48 manat məbləğində əlavə vergi və bu vergi üzrə hesablanmış faiz məbləğinin ləğv edilməsi” barədə Şəki İnzibati Məhkəməsi tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir.

4. Həmçinin iddiaçının direktoru xx.xx.2020-ci il tarixli müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək iddiaçının Azərbayca n Beynəlxalq Bankının Balakən filialında olan 2 hesabı ******************** AZN və ******************** USD və Kapital bankın Balakən filialında olan AZ42AİİB******************** AZN hesabına qoyulmuş məhdudiyyətlərin, iddiaçının sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkəti ilə bağlı hər hansı məhdudiyyətin qoyulmasının cavabdehə qadağan edilməsi” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması bar ədə qərar verilmişdir. Həmin qərar əsasında iddiaçının sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlər müəssisənin işçilərinin əmək haqlarının ödənilməməsi, xaricdən aldığı avadanlıqlara pulunun ödənişini etməməsi, satdığı məhsulların dəyərinin qəbul edilməməsi, ümumiyyətlə müəssisənin işləməməsi və yekunda müflis olmasına gətirib çıxara bilər. Hazırda vergi orqanı tərəfindən qoyulmuş sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlər nəticəsində işçilərinin əmək haqlarını ödəyə, xaricdən aldığı avadanlıqların pulunun ödənişini, satdığı məhsulların dəyərini qəbul edə bilmir.

6. Cavabdeh ərizəyə qarşı məhkəməyə etiraz təqdim etməmişdir.

7. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-1073/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 65.1 və 65.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən vergi məsuliyyətinə cəlb edilməsi barədə qərardan qanunvericilikdə qeyd edilən müddətdə məhkəmə qaydasında şikayət verdiyindən, həmçinin iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarının icrasının dayandırılmasını tələb etməklə, əslində onun hesablarına qoyulmuş sərəncamların götürülməsini istəyir. Hazırkı vəziyyətdə isə vergi orqanının qəbul etdiyi vergi qanunvericiliyinə cəlb edilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirilir, lakin yekun qərar qəbul edilməmişdir. Vergi Məcəlləsinin normalarına görə vergi borcunun 105 faiz məbləğində vəsaitin dondurulması həm vergi ödəyicisini n vəzifəsidir, eyni zamanda vergi orqanı tərəfindən müvafiq sərəncamın qoyulması qanuni hesab edilir.

9. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər Rəfiyev Rövşən Rafiq oğlu-məruzəçi, X1 və X7, 2-1(107)-274/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apelyasiya şikayətini təmin etməmiş, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirmədən qüvvədə saxlamışdır.

11. Apelyasiya instansiya məhkəməsi apelyasiya şikayətində qeyd edilən dəlillərlə razılaşmayaraq bildirir ki, məhkəmə araşd ırması zamanı mövcüd vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilməmişdir. Yəni, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinin zəruriliyini kifayət qədər əsaslandıra bilməmişdir.

12. X8 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadını x xxxxxx 2020-ci il tarixdə almış və kasasiya şikayəti vermişdir. Şikayətdə qərarın ləğv edilməsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. Vergi orqanı tərəfindən dondurulma sərəncamının qo yulması Vergi Məcəlləsinin 16.1.11-2, 65.2-ci maddələrinin məqsədinə uyğun olsa da, onun tərəfindən iddiaçı üçün əlverişsiz olan vergi məsuliyyətinə cəlbetmə qərarının icra edilməsi, yəni həmin qərara əsasən iddiaçıya hesablanmış əlavə vergilərin məhkəmə mübahisəsi qurtarmamış ondan tutulması, gələcəkdə məhkəmənin qərarının iddiaçının xeyrinə çıxarılacağı təqdirdə, sonuncunun hüquqlarının pozulmasına gətirib çıxara bilər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər.

16. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasın ı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının m üəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda. 65.2.2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. 65.2.3. Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Maddə 65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəb ul edilir. 65.2.3-2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. 65.2.3-3. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə bu Məcəllənin 65.2.3-1-ci maddəsinə uyğun olaraq dondurulmuş ƏDV depozit he sabından ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların alınması məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun həyata keçirilir.

18. İnzibati Prosessual Məcəllə: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üz ərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdı rsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

19. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişd ir. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

22. İddiaçının əsas dəlili ondan ibarətdir ki, vergi orqanı tərəfindən dondurulma sərəncamının qoyulması Vergi Məcəlləsinin 65.2-ci maddəsinin məqsədinə uyğun olsa da, cavabdeh tərəfindən iddiaçı üçün əlverişsiz olan vergi məsuliyyətinə cəlbetmə qərarının icra edilməsi gələcəkdə iddiaçının xeyrinə qərar çıxarılacağı halda hüquqlarının pozulmasına səbəb olacaqdır.

23. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsaslı hesab etmir. Vergi qanunvericiliyi sözügedən sərəncamların qoyulması mexanizmini bir-birindən fərqli şəkildə tənzimləmişdir. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamın verilməsi üçün aşağıdakı hallar mövcud olmalıdır: vergi ödəyicisinin ödənilməmiş vergi borcu olmalı; vergi orqanı həmin borcun 5 gün müddətində ödənilməsi ilə bağlı vergi ödəyicisinə bildiriş gönd ərməli və onun vergi ödəyicisi tərəfindən alınmasına əmin olmalı; bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilməməli; bu barədə məhkəmənin müvafiq qərarı olmalıdır.

24. Eyni zamanda, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında sərəncamın verilməsi üçün yuxarıda qeyd olunan 4 halla yanaşı aşağıdakı hallar da mövcud olmalıdır: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilməməli; vergi ödəyicisinin yazılı razılığı olmalıdır.

25. Yuxarıda qeyd edilən halla bağlı Vergi Məcəlləsinin 65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna ol maqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.

26. İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi barədə qərardan məhkəmə qaydasında şikayət verməklə, həmçinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarın icrasının dayandırılmasını tələb etməklə, əslində onun hesablarına qoyulmuş sərəncamların götürülməsini istəyir. Hazırkı vəziyyətdə isə vergi orqanının qəbul etdiyi vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirilir və iş üzrə yekun qərar qəbul edilməmişdir.

27. Vergi Məcəlləsinin müddəalarına görə vergi ödəyici lərinin bank hesablarında olan pul vəsaitlərinin vergi borcunun 105 faizi məbləğində dondurulması barədə sərəncamla həmin vəsaitin alınması ilə bağlı vergi orqanının sərəncamları fərqləndirilir. Birinci halda vergi borcunun 105 faizi məbləğində vəsaitin dondurulması həm vergi ödəyicisinin vəzifəsidir, eyni zamanda vergi orqanı tərəfindən müvafiq sərəncamın qoyulması qanuni hesab edilir. Lakin vergi ödəyicisinin vergi borcu ilə bağlı məhkəmədə və ya yuxarı inzibati orqanda şikayətinə baxılanadək vergi orqanı alınmalı olan sərəncamı müvafiq müddətə riayət etməklə verməlidir.

28. Məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilməmişdir.

29. Odur ki, ərizəni rədd etməklə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

30. Kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-274/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar