Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1879/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya və maddi ziyanın ödənilməsi) 18.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) qarşı “kompensasiya və maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)-752/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AC 323318 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən **-KA-*** qeydiyyat nişanlı “Hyundai İx-35 minik” markalı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir.
2. İddiaçı özünə məxsus “Hyundai İx-35 minik” markalı, **-KA-*** qeydiyyat nişanlı avtomobili 25 fevral 2020-ci il tarixdə, saat təqribən 12:50-də Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən avtodayanacaqda saxlamış, avtomobildən aralı olan ağacın böyük budağı qəfildən qoparaq avtomobilin üstünə düşmüşdür.
3. İddiaçı 26 fevral 2020-ci il tarixdə ərizə ilə cavabde hə müraciət edərək ona məxsus avtomobilə dəymiş maddi zərərə görə 7000 manat, hadisə zamanı keçirdiyi sarsıntılar və iztirab nəticəsində mənəvi zərərə görə 1000 manat, ümumilikdə 8000 manat kompensasiya ödənilməsini xahiş etmiş, lakin iddiaçının ərizəsi təmin edilməmişdir.
4. İddiaçının sifarişi əsasında keçirilən, "xxxx" MMC tərəfindən tərtib olunmuş 17 mart 2020-ci il tarixli ƏEM/M-60-175/20 nömrəli “Avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə” mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçıya məxsus “Hyundai İx35 minik” markalı, **-KA-*** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 17 mart 2020-ci il tarixinə 5520 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərr üfat Birliyinə (üçüncü şəxslər: Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən avtodayanacağın yaxınlığında olan qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinə (götürülməsinə) dair vaxtında qərar verilməməsi hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsinə və mülkiyyətində olan “Hyundai İx-35 minik” markalı, **-KA-*** qeydiyyat nişanlı avtomobilə dəyən ziyana görə 5520 manat kompensasiyanın və 1000 manat mənəvi zərərin dövlət büdcəsi hesabına ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
6. Bundan sonra iddiaçı müxtəlif vaxtlard a cavabdehin əsl cavabdehlə əvəz olunması, habelə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək iddia tələbinə cavab verməli inzibati orqanın Bakı şəhəri Cavabdeh olmasını bildirmiş və son olaraq ona məxsus avtomobilə dəyən ziyana görə 6060 manat kompensasiyanın, ekspertiza keçirilməsinə görə 300 manat rüsumun, hüquqlarının qorunması üçün bağlanmış müqaviləyə görə 110 manat, ümumilikdə 6470 manat və 1000 manat mənəvi zərərin dövlət büdcəsi hesabına ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə ərizələr inzibati icraata qəbul edilmiş, iş üzrə cavabdeh əsl cavabdeh olan Bakı şəhəri Cavabdeh ilə əvəz edilmiş, Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfat Birliyinin cavabdeh kimi iştirakına xitam verilmiş və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı ilə üçüncü şəxslər Bakı Şəhəri İcra Hakimiyyəti X1 və Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfat Birliyinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə, saat 12:50 radələrində mülkiyyətində olan “Hyundai İx-35 minik” markalı, **-KA-*** dövlət qeydiyyat nömrəli avtomobilini ünvan 2 ünvanında yerləşən avtodayanacaqda saxlayaraq, dostunun ofisinə daxil olmaq istəyərkən, avtomobilindən aralı olan qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın yekə budağının qəflətən qoparaq avtomobilinin üstünə düşdüyünü görmüşdür. Həmin an avtomobilindən bir qədər aralı olsa d a, özünə zərər yetirilməməsi üçün məqam tapıb qaçmış və avtomobilinə zərər dəyməsinin qarşısını ala bilməsə də özünü təhlükədən qurtarmışdır. Göstərilən hadisədən çox həyəcanlansa və qorxsa da, dostlarının köməkliyi nəticəsində bir qədər özünə gəldikdən sonra, Fövqəladə Hallar Nazirliyinin “112” zəng mərkəzinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Təqribən 4 saat keçdikdən sonra X1 əməkdaşları hadisə yerinə gələrək, qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın yekə budağını doğrayaraq aparmışlar. Həmin qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın bu vaxtadək niyə saxlanılmasını, avtomobilinə vurulmuş zərərdən başqa həmin yekə budağın başına düşdüyü təqdirdə özünün sağlamlığına zərərin dəyə biləcəyini, ümumiyyətlə insan həyatı üçün təhlükə mənbəyi olduğunun açıq aşkarlığı bar ədə hadisə yerinə gələn şəxslərə bildirsə də onlar deyilənlərin onlara aidiyyətinin olmadığını, rəhbərliyə müraciət etməsini bildirmişlər. Göstərilən hadisə zamanı onun mülkiyyətində olan avtomobilinə dəyən zərər – üst panorama lyukunun hər iki şüşələrinin sınıb-dağılması; sağ tərəfindəki panorama lyuka bağlanan sağ xəttin sınması; arxa sol stop işığının sınması, üst əziyi və arxa şüşəsinin sınması; sol arxa qapının əzilməsi; sol qanadın əziyi; qabaq kapotun əzilməsi; arxa tərəfin çox saylı cızıqları və qabaq kapotun çox saylı cızıqları –təqribən 6500-7000 manat təşkil etmiş və bu barədə müvafiq dövlət qurumlarına rəsmi müraciətlər etmişdir. Ərizəsinə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin H-17 saylı, xx.xx.2020-ci il məktubu ilə cavab verilməklə, məktubda avtomob ilinə dəymiş ziyan ilə bağlı məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilməsi göstərilmişdir. Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyinin V-Ç-19 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə cavab verilməklə, həmin məktubda qurumuş, müalicəsi mümkün olmayan ağacların kəsilməsinin (götürülməsinin) Birliyin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 1770H saylı, xx.xx.2020-ci il tarixli məktubunda ərizəsinin mülki xarakterli olduğu üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməyinin məqsədəmüvafiq olması qeyd edilmişdir. Yuxarıda göstərilənlər barədə, yəni dəymiş ziyana görə kompensasiya ödənilməsi üçün cavabdehə dəfələrlə müraciətlər edilsə də, cavabdeh tərəfindən heç bir əməli tədbirlər görülm əmişdir.
10. Cavabdeh iddia tələbinə yazılı etirazında “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 1.3, 3.9.10, 4.9.19-cu bəndlərinə, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.02, 13.4, 14.4, 14.5, 20.4.1-ci maddələrinə, ““Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli, 841 nömrəli Fərmanına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsi (götürülməsi) şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlə rinə aid edilmir. İddiaçı tərəfindən fiziki şəxslərə təklif olunan avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO), yol-nəqliyyat hadisəsi, yanğın, üçüncü şəxslərin qərəzli hərəkətləri, hər hansı təbii fəlakətlər nəticəsində dəyən ziyan və zərərlər və digər gözlənilməz risklər nəticəsində dəyən maddi zərərlərə qarşı sığorta təminatından istifadə edilməmişdir. Bakı şəhərinin küçə, prospekt və məhəllədaxili ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir. Birlik təsərrüfat hesablı, hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilə bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məs uliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir. Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhəri və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir.
11. Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1010/2021 nömrəli qərardadı ilə iş üzrə qiymətləndirmə təyin edilmiş, qiymətləndirmə "xxxx" (Konsaltinq xidmətləri) MMC-yə və "xxxx" MMC-yə həvalə edilmişdir. 12. "xxxx" MMC-nin 27 sentyabr 2021-ci il tarixli, 01/21-469 nömrəli rəyinə əsasən iddiaçıya məxsus iddiaçıya məxsus “Hyundai İx-35 minik” markalı, **-KA-*** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 27 senty abr 2021-ci il tarixinə 6060 manat təşkil edir. Ekspertizanın aparılması üçün 300 manat xidmət haqqı müəyyən edilmiş, xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1010/2021 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan “Hyundai İx-35 minik” markalı, **-KA-*** qeydiyyat nişanlı avtomobilə dəyən ziyana görə çıxarılmış ekspert rəyinə əsasən 6060 (altı min altmış) manat kompensasiyanın iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat və hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 110 (bir yüz on) manatın cavabdehdən tutularaq iddiaçının hesabına keçirilməsi qərara alınmışdır.
14. Birinc i instansiya məhkəməsi hesab etmişdir ki, mövcud qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında yaşıllıqların götürülməsinə dair müvafiq qərar qəbul edir. İddiaçının mülkiyyətində olan “Hyundai İx-35 minik” markalı, **-KA-*** qeydiyyat nişanlı avtomobilə ünvan 2 ünvanında yerləşən avtodayanacağın yaxınlığında yerləşən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın budağının qırılıb düşməsi nəticəsində ziyanın dəyməsi, həmçinin qeyd edilən ərazinin bələdiyyə və s. mülkiyyətində olmadığı (buna dair cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir) işin mübahisələndirilməyən halı kimi qiymətləndirilmişdir. Cavabdeh öz inzibati ərazi vahidi ərazisində, yəni Bakı şəhəri, ünvan 3 ünv anında yerləşən avtodayanacağın yaxınlığında olan qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın götürülməsi ilə bağlı hərəkətsizlik etdiyindən və bunun nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir.
15. Məhkəmə iddia tələbinin 1000 manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, mənəvi ziyanın dəyməsi iş materialları ilə sübut olunmadığından, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X2 Mərkəzinin apellyasiya instansiya mə hkəməsinə təqdim etdiyi mülahizə, xx.xx.2021-ci il tarixli 22/1666 nömrəli və xx.xx.2021-ci il tarixli 22/2140 nömrəli rəylərdə qeyd olunmuşdur ki, ünvan 4 ünvanında binanın həyətində ağacların budaqlarının qəzalı olması ilə əlaqədar 2021-ci ilin may ayında 2 ədəd qovaq (1 ədədi binaya doğru mailli vəziyyətdə) və 1 ədəd tut ağacının götürülməsi ilə əlaqədar cavabdeh və Nəsimi bələdiyyəsi tərəfindən müraciətlər ünvanlanmışdır. Hər iki müraciət araşdırılarkən ağacların köküstə yaş halda bioloji inkişafda olduqları müəyyən olunmuş, qeyd olunan ağacların mühafizəsi və təhlükəsizliyini təmin etmək məqsədi ilə ağacların sanitar və mövsümi (nisbi sükunət dövründə bioloji inkişafına ziyan vurmadan suvarma, budanma və sair yollarla aqrotexniki qulluq göstərilməsi) budanması, o cümlədən ağacların köküstə inkişafının təmin edilməsini müvafiq torpaq mülkiyyətçisindən tələb edən rəylər verilmişdir.
18. X2 Agentliyinin 14 mart 2022-ci il tarixli, ER-22/259 nömrəli quru ağacın götürülməsinə dair rəyində qeyd edilmişdir ki, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ilə Mərdanov Qardaşları küçəsinin kəsişməsində, məişət tullantıları konteynerlərinin yaxınlığındakı 1 ədəd ərik (d-16 sm) ağacı köküstə quru halda olduğu üçün əvəzinə yaxın münasib ərazidə yeni tingin dərhal əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi qeyd olunmuşdur.
19. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 9 mart 2022-ci il tarixli baxış ak tında göstərilmişdir ki, baxış zamanı ünvan 6 ünvanında yolun kənarında bioloji inkişafda olmaqla da, köhnə yaş vəziyyətdə və çətir hissəsi inkişaf edərək genişlənmiş 1 ədəd qovaq ağacının olduğu müəyyən edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)-752/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1010/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları – cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərər, bu zərərin nədə ifadə olunması, maddi və ya mənəvi zərərlə bağlılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən avtodayanacağın yaxınlığında yerləşən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinə (götürülməsinə) dair vaxtında qərar verilməməsi nəticəsində avtomobilinə ziyan dəydi yini bildirsə də, işdə olan baxış aktı ilə həmin ərazidə bioloji inkişafda olan 1 ədəd qovaq ağacının olduğu müəyyən edilmişdir. Beləliklə, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur.
22. Bundan başqa, məhkəmə göstərmişdir ki, iddiaçı mülkiyyətində olan “Hyundai İx-35 minik” markalı, **-KA-*** qeydiyyat nişanlı avtomobilini ünvan 2 ünvanında yerləşən avtodayanacaqda saxlayan zaman müalicəsi mümkün olmayan xəstə ağacın yekə budağının qəflətən qoparaq avtomobilinin üstünə düşdüyünü qeyd etsə də, məhz avtomobilini qeyd olunan ərazidə (xəstə ağacın yaxınlığındakı avtodayanacaqda) saxlamasını sübut edə bilməmiş, bununla bağlı hər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
23. İddiaçı həm in qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsinə, iddianın təmin olunmasına və ya işin təkrar apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı qeyd edir ki, qərar qəbul edilərkən iddiaçının hüquqlarının müdafiəsi məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmiş, məhkəmə iddiaçıya qarşı açıq- aşkar qərəzli mövqe nümayiş etdirərək işi hərtərəfli, tam və ədalətli araşdırmamış, iş üçün əhəmiyyətli olan faktlar və tərəflərin hüquq münasibətləri ümumiyyətlə dəyərləndirilməmiş, nəticədə, məhkəmə icraatı həqiqəti müəyyən etməməklə əsassız və qanunsuz qərar çıxarmışdır. Məhkəmə, cavabdeh tərəfindən iddiaya qarşı təqdim olunan etirazda və cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında göstərilən formal mülahizələrə və fərziyyələrə əsaslanmış dəlillərdə və istinad olunan hallarda uyğunsuzluğu aradan qaldırmaq üçün, həmin hallara tətbiq olunması nəzərdə tutulmayan, eləcə də, aidiyyəti olmayan, müxtəlif sayda maddi-hüquq normalarını qərarda sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmış və həmin müddəaları düzgün tətbiq etməmişdir. Məhkəmənin qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinin (götürülməsinin) şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilməməsi ilə bağlı gəldiyi nəticə qəbul edilən deyil. Bununla yanaşı, əgər həmin səlahiyyətlər cavabdehə aid deyildirsə, məhkəmə bu halda iddianı rədd etməklə qanunsuz hərəkətə yol vermişdir. Bu halda məhkəmə iddianı mümkünsüz hesab etməli və iddia tələbinin hansı orqana qarşı irəli sürülməsi barədə iddiaçıya yardım etməklə qərarda izah etməli idi. Hadisə baş verən zaman və hadisədən sonra həmin ərazinin foto şəkilləri məhkəməyə təqdim olunsa da və cavabdeh tərəfindən də avtomobilin həmin ərazidə saxlanılması məsələsi mübahisələndirilməsə də, məhkəmə həmin sübut və dəlilləri dəyərləndirməmiş və əsassız nəticəyə gəlmişdir. Bununla bağlı məhkəmə tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 9, 13.1, 13.4-cü maddələrinin, ““Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 841 nömrəli Fərmanının 1.1 və 1.3-cü bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edil miş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1, 2.4, 2.7 və 3.1-ci bəndlərinin tələbləri pozulmuşdur.
25. İddiaçı məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 11.1, 12.1, 13, 68.2 və 69.4-cü maddələrinin tələblərinin pozulduğunu qeyd edərək bildirir ki, məhkəmə, qərarı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmamış və qeyd olunan prosessual hüququn imperativ normasının tələbini pozmuşdur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərlik prinsipi əsasında həyata keçirilməmişdir. Məhkəmə iddiaçıya qarşı qərəzli olmuş və əsassız olaraq iddia tələbini təmin etməmişdir. Eyni zamanda, məhkəmə cavabdehin hüquqlarına qanunsuz və əsassız olaraq, açıq-aşkar üstünlük vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri:
26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır....
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16] 21.2. Zərər dedik də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiz iki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edi lməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutla rla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab et dikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şik ayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassas iya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından maddi və mənəvi zərərin vurulması ilə nəticələnən cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hazırkı qərarın 30 “a” ya rımbəndində qeyd olunan prosessual normaların tələblərinə uyğun olaraq araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.
38. Hazırkı qərarın 27- 28-ci bəndlərində göstərilən normaların tələbləri baxımından iddiaçı onun əmlakına maddi zərər dəydiyini iddia etsə də, həmin zərərin cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində meydana gəldiyinə dair mötəbər sübutlar təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı bu hallarla bağlı hər hansı xüsusat aşkar edilməmişdir.
39. İddiaçının iddia tələbinin və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh qanunla ona verilən səlahiyyət çərçivəsində hərəkətsizlik nümayiş etdirərək inzibati ərazisində olan yaşıllıqlara düzgün qulluğun edilməsini təmin etməmiş, yararsız hala düşmüş ağacların və onların hissələrinin götürülməsi ilə bağlı müvafiq addımlar atmamışdır, nəticədə də, iddiaçının avtomobilinə maddi zərər dəymişdir.
40. Qeyd edilənlərlə bağlı məhkəmə kolle giyası göstərir ki, apellyasiya instansiya məhkəməsi bu xüsusatı tam, hərtərəfli və obyektiv araşdırmış, cavabdehin mütəmadi olaraq həmin ərazidə yaşıllıqlara qulluq etməsi, götürülməsi nəzərdə tutulan yaşıllıqlarla bağlı üçüncü şəxsə müraciət etməsi və üçüncü şəxsin rəyi əsasında yaşıllıqların götürülməsi və ya qulluğunun davam etdirilməsi ilə bağlı fəaliyyəti iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə təsdiqlənmişdir.
41. Hazırkı iş üzrə iddiaçının tələb etdiyi zərərin cavabdehin hərəkətsizliyi (hərəkətləri) nəticəsində meydana gəlməsi öz təsdiqini tapmadığından iddiaçıya vurulmuş zərərə görə cavabdehin maddi məsuliyyətə cəlb edilməsi yolverilməzdir.
42. Bundan başqa, kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməs inin (götürülməsinin) şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilməməsi ilə bağlı gəldiyi nəticənin qəbul edilən olmaması, əgər həmin səlahiyyətlər cavabdehə aid deyildirsə, məhkəmənin bu halda iddianı rədd etməklə qanunsuz hərəkətə yol verməsi, qeyd edilən halda iddianın mümkünsüz hesab edilərək iddia tələbinin hansı orqana qarşı irəli sürülməsi barədə iddiaçıya yardım edilməməsi ilə bağlı göstərilən dəlillərə dair məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri əsassızdır.
43. Belə ki, apellyasiya instansiya məhkəməsinin mübahisələndirən qərarında qeyd edilmişdir ki, mövcud qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında yaşıllıqların göt ürülməsinə dair müvafiq qərar qəbul edir. Yəni məhkəmə qərarında qeyd edilən “qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinin (götürülməsinin) şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilməməsi” ilə bağlı müddəa Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan, müstəqil şəkildə həyata keçirilən səlahiyyətlərə aid edilməlidir.
44. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 30 iyun 2022-ci il tarixli, 21(103)-752/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.