Məhkəmə qərarları › İş №2-1(102)-1879/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1879/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1879/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1986-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx. xx.2023-cü il tarixli, 2-1(103)-1735/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2002-ci ildə X3 Universitetinə (tikintidə idarəetmə və iqtisadiyyat) daxil olmuş, 2007-ci ildə oranı bitirmişdir. Universitet tərəfindən iddiaçıya verilmiş diplom Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Təhsil və X2 Xidməti tərəfindən xx.xx.2008-ci ildə Moskva şəhərində 91130 nömrə ilə apostil edilmişdir.

2. İddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının ali təh sil aldığı müəssisənin Bakı filialı qanunsuz fəaliyyət göstərmişdir. Sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Rusiya Federasiyasının Bakı filialı olan “X3 Universiteti”nin “Tikintidə idarəetmə və iqtisadiyyat” fakültəsini bitirməyinə dair xx.xx.2007-ci il tarixli VSQ ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-2007-ci il tarixlərdə Rusiya Federasiyasın ın Bakı filialı olan “X3 Universitet”in “Tikintidə idarəetmə və iqtisadiyyat” fakültəsində təhsil almış və ona xx.xx.2007-ci il tarixli, VSQ ******* saylı bakalavr diplomu verilmişdir. Sözügedən Universitetdə 2002-2007-ci illər olmaqla, əyani əsasla təhsil almışdır. Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə cavabdehə elektron qaydada müraciət etmişdir. Daha sonra ekspertlərin yoxlanışından sonra cavabdeh ona Bakı filialının qanunsuz fəaliyyət göstərdiyi səbəbindən imtina məktubu vermişdir. Təqdim etdiyi sənədlərdən də görünür ki, təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil aldığı müddətdə universitetin tələbə ixtisasına müəyyən qədər yiyəl ənmişdir. Diplomun tanınmasında heç bir qadağa olmadığı halda diplomunun tanınması Beynəlxalq Konvensiyaya ziddir. Həmçinin o, ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd etdiyi halları araşdırmadan qərar vermiş və haqsız olaraq onun ali təhsil alması haqqında olan diplomunu tanımamışdır. cavabdehin etirazı:

5. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının X3 Universitetinin qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir.

6. İddiaçı müraciət edən zaman elektron ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirirlər ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən qanunsuz olaraq fəaliyyət göstərmişdir.

7. Sözügedən təhsil müəssisəsinin xx.xx.2007-ci il - xx.xx.2010-cu illər ərzində akkreditasiyası olmuşdur, iddiaçı isə 2002-2007-ci illərdə təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş

8. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

9. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmamasını xahiş olunmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1491/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı “X3 Universitet”i 1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 2002ci ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmış və “X3 Universitet”inin Bakı filialının fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixli, 031973 №-li xüsusi razılıq (lisenziya) verilmişdir və Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2010-cu il tarixli, 479 №-li əmrilə “X3 Universitet”inin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilmişdir. Beləliklə, müəyyən olunur ki, “X3 Universitet”inin Bakı filialının tam qanuni fəaliyyəti xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi olmuşdur. Lakin iddiaçı isə “X3 Universitet”inin Bakı filialında 2002-ci il tarixdən 2007-ci il tarixə kimi “Tikinti müəssisəsində iqtisadiyyatçı və idarəetmə” fakültəsində təhsil almışdır. İddiaçının təhsil aldığı müddətdə (2002-2007-ci il) universitetin fəaliyyəti qanunsuz olmuş və bu hal isə özündə qeyri-qanuni fəaliyyət göstərmiş “X3 Universiteti”nin Bakı filialının iddiaçının müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini təsdiq edən müvafiq diplomun ölkə ərazisində tanınmasını da şübhə altına alır.

12. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri ed ən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1735/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. İddiaçı qeyd edir ki, “X3 Universiteti”nin Bakı Filialında 2007-2010-cu illər ərzində təhsil alan tələbələrin diplomunun tanınmasından və həmin universitetin akkreditasiya edilməsindən sadəcə 5 ay əvvəl iddiaçı adı çəkilən universitetdən məzun olmuşdur. Beləliklə, bakalavr diplomunu alan iddiaçının diplomunun apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarına əsasən tanınmaması ilə iddiaçının bə rabərlik hüququ təmin olunmamış, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və V hissələrinin tələbləri pozulmuşdur.

18. İddiaçıya münasibətdə qanunun analogiyası tətbiq edilməli və iddiaçının iddiası təmin olunmalıdır. Ancaq apellyasiya instansiya məhkəməsi mübahisəli qərarı ilə qeyd olunan hala qanunun analogiyasını tətbiq etməməklə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.2-ci maddəsinin tələblərini pozmuşdur. 19. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə 13 may 2003-cü il tarixli 455-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş S azişə əsasən, “X3 Universiteti”nin Bakı Filialı tərəfindən BCr 1341785-cı il tarixli nömrəli diploma əsasən iddiaçıya verilmiş "iqtisadçı-menecer” ixtisası tanınmalı və bu barədə ekvivalentlik haqqında şəhadətnamə verilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin tələbləri kobud surətdə pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”: 1.5-ci bənd. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir.

22. İnzibati Pr osessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təm in edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin halları nın tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə işin hallarını lazımi qaydada araşdırmışdır.

28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, iddiaçı Rusiya Federasiyasının X3 Universitetinin Bakı filialında 2002-2007-cı illərdə təhsil almışdır. İddiaçının təhsil aldığı vaxt X3 Universitetinin Bakı filialının Azərbaycan Respublikasında fəaliyyəti qanuni olmamış, ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün filial xüsusi razılıq (lisenziya) almamışdır. Belə ki, Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olun muş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilməmişdir.

29. İşin mübahisəsiz hallarından da görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) xx.xx.2007-ci il tarixdə verilmişdir. İddiaçı özü də təsdiq edir ki, o, 2007-2010-cu illər ərzində təhsil alan tələbələrin diplomunun tanınmasından və həmin universitetin akkreditasiya edilməsində 5 ay əvvəl adı çəkilən universitetdən məzun olmuşdur.

30. İddiaçının təhsil aldığı Rusiya Federasiyasının X3 Universitetinin Bakı filialı Azərbaycan Respublikasında yuxarıda sadalanan normativ hüquqi aktlarda göstərilən qaydada dövlət qeydiyyatına alınmadan və lisenziyası olmadan fəaliyyət göstərdiyindən cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1735/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar