Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1879/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1189/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 021 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə Bilgəh qəsəbəsi ərazisində yerləşən 1100 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) iddiaçının mülkiyyətinə verilmiş, torpaq sahəsinin eskiz sxemi təsdiq edilmişdir.
2. Bakı şəhəri Bilgəh Bələdiyyəsinin qəbzinə əsasən xx.x x.2003-cü il tarixdə iddiaçı torpağın alması üçün 14960000 manat məbləğində pul ödəmişdir.
3. İddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir.
4. Cavabdeh etirazında qeyd etmişdir ki, cavabdehin sənədlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, torpaqların alqı-satqısına dair keçmiş akt DTXK tərəfindən təsdiq edilməmiş və sözügedən torpaq sahəsi qeydiyyatdan keçmiş bağ sahələri ilə üst-üstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə bələdiyyə ərazisində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə 1100 kv.metr torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh əsl cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə iddiaçıya ayrılmış faktiki sahəsi 0,093 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə bələdiyyə ərazisində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə 1100 kv.metr torpaq sahəsi ayrılmışdır.
8. İddiaçı bələdiyyənin təsdiq etdiyi torpaqların alqı-satqısına dair akta uyğun olaraq bələdiyyənin hesabına 14.960.000 (on dörd milyon doqquz yüz altmış min) manat pul ödəmiş, bu barədə ona 152180 nömrəli xx.xx.2003-cü il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Sonra bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilərək təsdiq edilmişdir. İddiaçı torpaq sahəsini şəhərin görünüşünə uyğun hasara alaraq uzun müddətdir ki, istifadə edir və heç bir şəxslərə maneə yaratmır. Cavabdehə ərizə ilə müraciət edərək torpaq sahəsinin planölçüsünün tərtib edilməsi və mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınmasını xahiş etsə də, cavabdehin xx.xx.2022-ci il tarixli **********13 saylı məktubu ilə xahişindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları:
9. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş DTXK tərəfindən təsdiq edilm əmişdir. Həmçinin sözügedən torpaq sahəsi Bilgəh bağ massivində yerləşir. Bundan əlavə torpaq sahəsinin bir hissəsi BilgəhPirşağı avtomobil yolundan 2,5 metr məsafədə yerləşməklə avtomobil yolunun mühafizəsinə düşür. Həmçinin torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar olunmamışdır. Təqdim edilmiş yerləşmə cizgisinin faktiki sahəyə aidiyyəti yoxdur. Bununla yanaşı torpaq sahəsi sənəd üzrə 1100 kv.m olsa da, faktiki olaraq 930 kv.m təşkil edir. Əlavə olaraq torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8.0.1-ci maddəsində qeyd olunan normadan artıq ayrılmışdır. Mütəxəssis rəyi, arayışlar.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, **********09 nömrəli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarına əsasən 0.11 ha olsa da, faktiki olaraq 0.093 ha təşkil edir. Sözügedən torpaq sahəsi qeydiyyata alınmış 744b bağ sahəsi ilə bir hasar daxilində yerləşir və həmin torpaq sahəsi ilə üstüstə düşmür. Tədqiqat obyektinə baxış keçirilmiş və torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aşağıdakılardır. X 417310.492, 417257.107, 417250.168, 417259.679, 417263.716, 417308.116. Y 4493036.380, 4493025.955, 4493059.134, 4493061.040, 4493040.942, 4493049.593. Sabunçu rayonu, Bilgəh Bələdiyyəsi tərəfindən təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafələri, perimetrik ölçü qeyd edilmədiyindən və ciddi konfiq urasiya fərqi olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək olmur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Sabunçu rayonu Bilgəh bağ massivində yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bağ massivinin tərkibində digər bağların ərazisinə aiddir.
11. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11-1-11/2-116/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1 maddəsinə əsasən yaşayış məntəqəsinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən avtomobil yolu yaşayış məntəqəsi daxilindən keçdiyi üçün sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə yolun qorunma (mühafizə) zolağı nəzərə alınmır. Ekspert rəyi:
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2891/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Birinci sual: İddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə alqı-satqı yolu ilə istifadəsinə verilmiş 1100 kv.metr torpaq sahəsinin konfiqurasiyası, təyinatı, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti müəyyən edilsin. İkinci sual: İddiaçı ya Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə alqı-satqı yolu ilə istifadəsinə verilmiş 1100 kv.metr torpaq sahəsi Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşirmi? Üçüncü sual: İddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə alqı-satqı yolu ilə istifadəsinə verilmiş 1100 kv.metr torpaq sahəsinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətinin bağların sxematik xəritəsinə uyğun olub-olmaması, uyğunluq olmadığı halda nədən ibarət olması müəyyən edilsin. Dördüncü sual: İddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə alqı-satqı yolu ilə is tifadəsinə verilmiş 1100 kv.metr torpaq sahəsinin 744b saylı bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişməsi və ya üst-üstə düşməsi, əgər kəsişmə və ya üst-üstə düşmə mövcuddursa, həmin halın nədən ibarət olması müəyyən edilsin.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2495 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. Birinci, üçüncü və dördüncü suallara cavab: Göstərilən torpaq sahəsi Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarına əsasən 0.11 ha olsa da, faktiki olaraq 0.093 ha təşkil edir. Sözügedən torpaq sahəsi qeydiyyata alınmış 744b bağ sahəsi ilə bir hasar daxilində yerləşir və həmin torpaq sahəsi ilə üstüstə düşmür. Tədqiqat obyektinə baxış keçirilmiş və torpaq sahəsinin koordinatları müəyyən edilmişdir.
1. X-417310.492 Y-4493036.380
2. X-417257.107 Y-4493025.955
3. X-417250.168 Y-4493059.134
4. X-417259.679 Y-4493061.040
5. X-417263.716 Y-4493040.942
6. X-417308.116 Y-4493049.593 İkinci suala cavab: Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən (kadastrportali.az), Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə iddiaçıya verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən faktiki olaraq sahəsi 0.093 ha təşkil edən torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşməklə, Bilgəh Bələdiyyəsinin mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Bakı İnzibati Məhkə məsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2891/2023 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə ayrılmış, faktiki sahəsi 0,093 ha olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər – torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının, (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.
17. İddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmi ş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. 18. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”
19. Məhkəmə cavabdehin imtina ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, iş üzrə alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2495 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyy ən edilmişdir ki, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı 12 may 2003-cü il tarixli qərarına əsasən 0.11 ha olsa da, faktiki olaraq 0.093 ha təşkil edir. Sözügedən torpaq sahəsi qeydiyyata alınmış 744b bağ sahəsi ilə bir hasar daxilində yerləşir və həmin torpaq sahəsi ilə üst-üstə düşmür. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 021 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə, iddiaçıya verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən faktiki olaraq sahəsi 0.093 ha təşkil edən torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu Bilgəh bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşməklə, Bilgəh bələdiyyəsinin mülkiyyətindədir.
20. Cavabdehin dəlilləri ilə bağlı məhkəmə ümumilikdə qeyd edir ki, bu hallar formal olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azər baycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir.
21. Cavabdeh iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir və torpaq sahəsinin qanuni istifadəsində olduğunu təsdiq edir.
22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1189/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2891/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci ins tansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi Bilgəh bələdiyyəsinin ərazisində yerləşir, qeydiyyata alınmış 744b bağ sahəsi ilə bir hasar daxilində yerləşsə də, həmin torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin cavabdeh inzibati orqan tərəfindən bunu təkzib edən hər hansı dəlil nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Cavabdehin “torpaq sahəsinin bir hissəsinin Bİlgəh-Pirşağı avtomobil yolundan 2,5 metr məsafədə yerləşməklə avtomobil yolunun mühafizəsinə düşməsinə”nə dair dəlilinə gəldikdə, bu barədə məhkəmə kollegiyası qeyd edir k i, birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11-1-11/2-116/2023 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1 maddəsinə əsasən yaşayış məntəqəsinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən avtomobil yolu yaşayış məntəqəsi daxilindən keçdiyi üçün sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə yolun qorunma (mühafizə) zolağı nəzərə alınmır.
25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
26. Torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə elektron kadastr bazada məlumat aşkar olunmamışdır. Həmçinin təqdim edilmiş yerləşmə cizgisinin faktiki sahəyə aidiyyəti yoxdur.
27. İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi Bİlgəh-Pirşağı avtomobil yolundan 2,5 metr məsafədə yerləşməklə avtomobil yolunun mühafizəsinə düşür.
28. İddiaçı tərəfindən torpaq sahəsi ilə əlaqədar təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır.
29. Sözügedən torpaq sahəsi Bilgəh bağ massivində yerləşir. Belə ki, torpaq sahəsi ayrılan zaman torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyəti bələdiyyəyə məxsus olmamışdır. Müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrin də qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətində qeyd olunan hallar ətraflı araşdırmamışdır. b) kassasiya şikayətinə etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aş ağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ap ellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayətləri vaxtında verilmiş, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
39. Qanunvericiliyi n yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
40. İş materiallarından göründüyü kimi iddiaçının ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt qüvvədədir. 41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşd ur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində g östərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
43. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına d air qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”
44. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normadan irəli gələn tələb hüququ vardır.
45. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1189/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.