Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-188/2019 22.01.2019 ALİ MƏHKƏMƏ giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin nümayəndəsi X4, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya 56 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tari xdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2282/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı X-ci il tarixdə anadan olmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı 10.04.2018-ci il tarixli məktubdan görünür ki, iddiaçı 19 mart 2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən axır ıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olurlar. İddiaçı 1 may 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqq ında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17ci maddəsinin 5-ci bəndinə əsasən 05.01.2015-ci il tarixdən, yəni 56 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 44 il ümumi əmək stajı vardır, 30 iyul 1974-cü il tarixdən 22 aprel 2008-ci il tarixə kimi “Azneft” İB-nin “26 Bakı Komissarı” NQÇİ-nin Tikinti-Quraşdırma İdarəsində suvaqçı peşəsində işləmiş və hal-hazırda da işləyir. Qanunvericiliyin tələblərinə əsasən 5 yanvar 2015-ci il tarixdən 56,5 yaşdan güzəştli şərtlərlə əmək pens iyası hüququna malikdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajına malik olduğundan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 05.01.2015-ci il tarixdən təyin edilməlidir. 2015-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin xahiş və tələbləri nəzərə alınmamış, hüquqları pozulmuşdur. O, 19.03.2018-ci il tarixdə yenidən ərizə ilə cavabdehə müraciət edərək ona 56,5 yaşdan, yəni 05.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və keçmiş dövr üçün ödənilməyən əmək pensiyası məbləğinin ödənilməsini xahiş etmişdir. İddiaçı 2000-ci ilin avqust ayına kimi tələb olunan 25 i l ümumi əmək stajını, o cümlədən, 12 il 06 aydan artıq güzəştli şərtlərlə olan stajı qazanmış, başqa sözlə pensiya hüququnun yaranması üçün 3 hüquqi faktdan ikisini - ümumi və güzəştli şərtlərlə olan əmək stajını toplamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-2617/2018 saylı iş) 7 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququ 56 yaş 6 aydan, yəni 05.01.2015-ci il tarixdən əmələ gəlir və 1 avqust 2000-ci il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”na əsasən 12 il 6 aydan ç ox zərərli əmək şəraitində əmək stajı və 25 ildən çox ümumi əmək stajını iddiaçı topladığından iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2-məruzəçi, X6 və X3, 2-1(103)-2282/2018 saylı iş) 14 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 iyun 2018-ci il tarixli qərarı ilə ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək pensiyası almaq üçün tələb olunan şərtlər mövcud olmamışdır. İddiaçının siyahı üzrə istinad etdiyi 2290100a-1927 kodund a göstərilən suvaqçı peşəsi onun işlədiyi sahə deyil, metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə çalışan suvaqçılardır. Bundan əlavə, həmçinin o da qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında iddiaçının 19742008-ci illərdə NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində işləmiş olduğu suvaqçı peşəsi göstərilməmişdir. İddiaçı 1 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 29 oktyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasi ya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv etməklə maddi hüquq normalarını düzgün tətbiq və həmçinin düzgün təfsir etməyərək, qanunvericiliyin tələblərini kobud sürətdə pozmuş, həmçinin qərarda inzibati prosessual qanunvericilin müddəalarını qeyd etsə də, həmin müddəaların tətbiqi ilə bağlı heç bir əsaslandırma verməmiş, yalnız formal olaraq inzibati-prosessual müddəalarına istinad edərək, düzgün olmayan nəticəyə gəlmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya instansiya məhkəməsində iştirakını təmin etməmişdir. İddiaçıya məhkəmə prosesinin tarixi və vaxtı barədə çağırış məktubu gəlməmişdir. İş materiallarında iddiaçı tərəfindən məhkəmə bildirişinin alınması barədə xəbərnamə yoxdur. Lakin apelly asiya instansiya məhkəməsi qərarında guya iddiaçının məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsi ilə bağlı məhkəmə bildirişinin göndərildiyi göstərmişdir. İddiaçı hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən inzibati-prosessual və mülki-prosessual qanunvericiliklərin tələbləri kobud sürətdə pozulduğundan, Ali Məhkəmənin möhtərəm məhkəmə kollegiyası tərəfindən araşdırılmaqla hüquqi qiymət verilməlidir. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqi baxımından inzibatiprosessual qanunvericiliyin tələblərini işə yanaşma hissəsində düzgün təfsir etməmiş, qərarda tətbiq olunmalı hüquq normaları tətbiq olunmamışdır. Apellyasiya instansiya məhkəməsi suvaqçı peşəsinin metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə çalışanlara şamil ol unduğunu qeyd etsə də, lakin qərarında qeyd etdiyi halların hüquqi və məntiqi baxımdan belə əsaslandırmayaraq hansı əsaslara görə hesab etmişdir ki, iddiaçının işlədiyi suvaqçı peşəsi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahıya uyğun deyil. Həmçinin cavabdeh orqanın apellyasiya şikayətini təmin edərkən də, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi halların sübutu əsası olaraq hansı əsaslarla iddiaçının işlədiyi peşənin 2 nömrəli siyahıya da təsdiqin tapdığını əsaslandırılmalarını və sübut edəcək dəlilləri məhkəməyə təqdim etmələrini tələb etməmiş, yalnız cavabdehin apellyasiya şik ayətində formal mülahizə xarakterli, lakin hüquqi tərəfdən əsaslandırılmayan sözlərinə istinad edərək, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunun tələblərinə cavab vermədiyindən, iddianın təmin edilməməsi qərarına gəlməklə ədalətsiz qərar çıxartmışdır. Halbuki, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, Azneft İBnin NQÇİ-nin Tikinti-Quraşdırma İdarəsində işləmiş və işlədiyi sahə birbaşa tikinti sahəsi ilə bağlı olduğundan və həmçinin neft sahəsi olduğuna görə suvaqçı peşəsi olaraq yerüstü və yeraltı sahələrdə tikinti işləri aparmaqdan ibarət olmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında iddiaçının 1974-2008-ci illərdə NQÇİ-nin tikinti Quraşdırma İdarəsində işləmiş olduğu suvaqçı peşəsi öz əksini tapmamışdır. İddiaçının istinad etdiyi və 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 22901OOa-19727 kodunda göstərilən suvaqçı peşəsi iddiaçının işlədiyi sahəyə deyil metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə çalışan suvaqçılardır. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı olmadığı üçün iddiası təmin oluna bilməz. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kolle giyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı neft və qaz çıxarma idarəsinin tikinti-quraşdırma idarəsində işlədiyi suvaqçı peşəsinin güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə hesab edildiyini bildirib güzəştli şərtlə ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin mövqeyinə görə adı çəkilən peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısında qeyd edilmədiyindən iddiaçıya güzəştli şərtlə yaşa görə pensiya təyin edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında ” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçi lər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İşin hazırkı halında mübahisə iddiaçının işlədiyi suvaqçı peşəsinin güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə olub-olmaması barədədir. İddiaçı fəaliyyət göstərdiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.19 93-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısında olmasına istinad edərək ona güzəştli şərtlə pensiya təyin edilməli olduğunu bildirir. İddiaçıya məxsus əmək kitabçasında onun 1974-cü ildən 2008-ci ilin aprelinə kimi və hazırda da “Azneft” İB-in “26 Bakı Komissarları” NQÇİ-nin Tikinti-Quraşdırma İdarəsində suvaqçı işləməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nda konkret peşələr göstərilmişdir. Siyahıda neft qaz çıxarma idarəsində tikinti quraşdırma sahəsində işləmiş suvaqçıların peşələri göstərilməmişdir. Siyahıda suvaqçı peşəsi yalnız bir yerdə qeyd edil mişdir. O da “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlanan XXVİİ” bölmədə
1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) yarımbölmədə 2290100a-19727 kodu altında olan suvaqçılardır. Adı çəkilən Siyahıya görə Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə işləyən suvaqçılar güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aiddir. İddiaçının Siyahıda qeyd edilən suvaqçı peşəsində işləməsi təsdiqini tapmamışdır. Yuxarıda sadalanan hüquq normalarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Siyahıda olan əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilərin güzəştli ş ərtlə yaşa görə pensiya hüququ vardır. İddiaçının neft qaz çıxarma sahəsində işlədiyi suvaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nda olmadığından, onun güzəştli şərtlə yaşa görə pensiya hüququnun olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı kassasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadığını, nəticədə apellyasiya şikayətinə dair etiraz və sübutlarını təqdim etmək imkanından məhrum olunduğunu bildirmişdir. Cavabdehin apellyasiya şikayətinin surəti və məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi a pellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsində qeyd edilən ünvanına göndərilmiş, lakin geri qayıdan zərfdə ünvanın düzgün olmadığı barədə qeyd aparılmışdır. İddiaçı kassasiya şikayətinin göndərilməsi barədə zərfdə və dövlət rüsumunun ödənilməsi barədə qəbzdə ünvanını Bakı şəhəri göstərmişdir. İddiaçı ünvanının dəyişdirilməsi barədə apellyasiya instansiyası məhkəməsinə məlumat verməmişdir. İPM-in 1.2 və 20.3-cü maddələrinə istinadən Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, m əhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə bildirişi və apellyasiya şikayətinin surəti iddiaçının iddia ərizəsində olan ünvanına göndərildiyindən, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçı kassasiya şikayətinə də apellyasiya şikayəti ilə bağlı hər hansı mötəbər dəlil və etiraz əlavə etməmişdir. Kassasiya şikayətinə əlavə edilən başqa iş üzrə məhkəmə qərarları isə hazırkı iş üzrə preyudisiallıq daşımır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmamışdır. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2282/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.