Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-188/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı (üçüncü şəxslər: "xxxx" MMC və X7) “Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı əsasında "Vüqar" kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə xitam verilməsi barə də Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının ləğv edilməsi, X5 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamının iddiaçının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 214,8 ha hissədə və "xxxx" MMC-yə 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamının iddiaçının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 198,2 ha hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)225/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərarından üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarına əsasən cavabdehin xx.xx.2007-ci il tarixli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatına Ucar rayonu ərazisində qış otlaq sahəsindən 15 il müddətinə icarəyə (istifadəyə) 450 ha torpaq sahəsi ayrılmış, bundan sonra cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamı ilə X2 4000 ha torpaq sahəsi 50 il müddətinə istifadəyə (icarəyə) verilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli sərəncamına əsasən "Vüqar" kəndli fermer təsərrüfatı ilə bağlanmış icarə müqaviləsinə xitam verilmiş, daha sonra cavabdehin xx.xx.2020-ci il tarixli sərəncamı ilə X3 ilə bağlanmış icarə müqaviləsi ləğv edilmiş və cavabdehin xx.xx.2021-ci il tarixli sərəncamı ilə X5 2000 ha torpaq sahəsi, xx.xx.2021-ci il tarixli sərəncamı ilə isə "xxxx" MMC-yə 2000 ha torpaq sahəsi icarəyə verilmişd ir.
2. İş materiallarına əlavə edilmiş Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamına əsasən "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X4 Ucar rayonu ərazisində qış otlaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək üçün 15 il müddətinə 450 ha torpaq sahəsi ayrılması barədə təqdim olunan torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. 3. "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi"nə əsasən Cavabdeh ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X8 arasında 450 ha torpaq sahəsi ilə bağlı 15 il müddətinə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarəsi müqaviləsi" bağlanmışdır. 4. xx.xx.2007-ci il tarixli "Yerin seçilmə aktı"na əsasən "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri R.Kərimov da daxil olmaqla müvafiq komissiya təşkil oluna raq Ucar rayon ərazisində olan "Acı nohur" adlanan ərazidəki qış otlaq sahəsinin torpaqları yerləşən sahədən 450 ha torpaq sahəsi seçilmişdir.
5. Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 89 nömrəli sərəncamına əsasən X2 rayonun Təzə Şilyan kəndi ərazisindən təyinatı dəyişdirilərək əkin kateqoriyasına aid edilmiş və gələcəkdə aqropark yaradılması nəzərdə tutulan qış otlaq sahəsi ərazisindən 4000 ha torpaq sahəsi 50 il müddətinə istifadəyə (icarəyə) verilməsi qərara alınmışdır.
6. RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən həmin 4000 ha torpaq sahəsindən 2801 ha torpaq sahəsinə X1 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
7. RX se riyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən həmin 4000 ha torpaq sahəsindən 976 ha torpaq sahəsinə X1 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
8. RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən həmin 4000 ha torpaq sahəsindən 223 ha torpaq sahəsinə X1 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
9. Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamına əsasən Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X6 icarəyə verilmiş 450 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 173s nömrəli sərəncamı ilə aqropark yaradılması məqsədi ilə təyinatı dəyişdirilmiş 4000 ha torpaq sahəsinin tərkibinə daxil olduğuna görə Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X6 icarəyə verilmiş 450 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə xitam verilmişdir.
10. Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 32 nömrəli sərəncamına əsasən X3 ilə bağlanmış xx.xx.2017-ci il tarixli 03 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarəsi müqaviləsi" ləğv edilmişdir.
11. Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamına əsasən X5 rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilmiş kənd təsərrüfatı torpaqlarından əkinçiliyin inkişafı məqsədilə 2000 ha torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsi qərara alınmışdır.
12. Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamından görünür ki, "xxxx" MMC-yə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilmiş kənd təsərrüfatı torpaqlarından əkinçiliyin inkişafı məqsədilə 2000 ha torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsi qərara alınmışdır. 13. xx.xx.2019-cu ildə "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
14. İddiaçı 22 yanvar 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, "Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı əsasında “Vüqar” kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə Cavabdeh başçısının xx.xx.2018ci il tarixli 98 nömrəli sərəncamının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və eyni zamanda qanuni istifadəsində olan 450 ha qış otlaq sahəsinin X2 qış otlaq sahəsi kimi verilməsi haqqında Cavabdeh başçısının sərəncamının ləğv edilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icarəsində olan 450 ha qış otlaq sahəsi təyinatı dəyişdirilmiş 4000 ha torpaq sahəsinin sərhədləri qoyulan zaman onların iştirakı ilə olmuş, istifadələrində olan 450 ha sahə bu sərhədlərdən kənar da qış otlaq sahəsi kimi qalmışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində icarə hüquqlarına qanunsuz və əsassız olaraq xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamla xitam verilmiş və Cavabdeh ilə "Vüqar" kəndli fermer təsərrüfatı arasında bağlanmış müqavilə birtərəfli qaydada ləğv edilərək həmin torpaq sahəsi Cavabdeh xx.xx.2017-ci il tarixli 110 nömrəli sərəncamı əsasında qış otlaq sahəsi kimi X2 icarəyə verilmişdir.
16. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
17. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X7 və "xxxx" MMC üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər.
18. İddiaçı xx.xx.2020-ci ildə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının ləğv edilməsi, "Vüqar" kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamının və bu sərəncam əsasında bağlanmış icarə müqaviləsinin bərpa olunmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
19. Daha sonra iddiaçı xx.xx.2022-ci ildə məhkəməyə iddianın dəyişdirilməsi barədə başqa ərizə göndərərək, Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı əsasında "Vüqar" kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının qanunsuz olduğu üçün ləğv edilməsi, X5 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə C avabdeh başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 214,8 ha hissədə və "xxxx" MMC-yə 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamının icarəsində olan torpaq sahəsi ilə üst- üstə düşən 198,2 ha hissədə ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
20. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-8/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərarı ilə (hakim V.K.Qasımov) iddia qismən təmin edilmiş, Cavabdehin xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə xitam ver ilməsi hissəsində ləğv edilməsi, xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamının Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsi ilə üst-üstə düşən 214,8 ha torpaq sahəsi ilə bağlı hissəsində ləğv edilməsi, xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamının Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsi ilə üst-üstə düşən 198,2 ha torpaq sahəsi ilə bağlı hissəsində ləğv edilməsi qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmişdir.
21. Məhkəmə cavabdehin xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamında icarə müqaviləsinə xitam verilməsinin əsası kimi "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə ve rilmiş 450 ha torpaq sahəsinin təyinatı dəyişdirilmiş 4000 ha torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad etmiş olduğu ilə bağlı qeyd etmişdir ki, Torpaq Məcəlləsində icarəyə verilmiş torpaq sahəsinin təyinatının dəyişdirilməsi icarə hüququna xitam verilməsinin əsası kimi nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdehin xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamında "Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq maddələrinin əsas tutulduğu göstərilsə də, konkret olaraq hansı maddədən söhbət getdiyi göstərilməmişdir.
22. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, əgər iddiaçının icarəsində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zərurəti yaranmış olsaydı, bu halda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələblərinə riayət edilməli idi.
23. Məhkəmə iddiada mübahisələndirilən xx.xx.2021-ci il tarixli 03 nömrəli və xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamlarla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
24. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə sorğu edilərək mübahisəli ərazinin 450 ha torpaq sahəsinin X5, "xxxx" MMC-yə, yaxud digər şəxsə icarəyə verilmiş torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi, düşürsə hansı koordinatlarda düşməsi barədə məlumat tələb olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən xx.xx.2022-ci ildə alınan sxemlə müəyyən edilmişdir ki, göstərilən 450 ha torpaq sahəsinin 214,8 ha hissəsi X5, 198,2 ha hissəsi isə "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahələri ilə üst-üstə düşür.
25. Beləliklə, cavabdehin xx.xx.2021-ci il tarixli 03 nömrəli və xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamları üçüncü şəxslərə münasibətdə torpaq sahələrinin üst-üstə düşən hissəsində qanunsuz əlverişli inzibati aktlardır. Həmin sərəncamlar onlarda göstərilmiş torpaq sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissəsində iddiaçının hüquqlarına ziyan vurur. Ona görə də məhkəmə bu qərara gəlmişdir ki, xx.xx.2021-ci il tarixli 03 nömrəli və xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamlar iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməlidir.
26. Üçüncü şəxs "xxxx" M MC apellyasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-225/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-8/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
29. Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və iddianın ona aid hissədə rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLL ƏRİ a) kassasiya şikayətinin dəlilləri
30. Kassasiyaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iş materiallarında Cavabdeh ilə “Vüqar” Kəndli fermer təsərrüfatı arasında bağlanılmış 22 may 2007-il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin dövlət qeydiyyatına alınmasına dair hec bir subut yoxdur. Belə olan halda öz-özlüyündə etibarsız olan müqavilə üzrə məhkəmə "xxxx" MMC ilə Cavab deh arasında bağlanılmış və etibarlı olan müqavilə üzrə qərar qəbul etməklə, "xxxx" MMC-nin qanunla qorunan hüquqlarım pozmuşdur.
31. Bundan başqa, qeyd edilmişdir ki, artıq apellyasiya şikayəti verilən vaxt Cavabdeh ilə “Vüqar” Kəndli fermer təsərrüfatı arasında bağlanılmış 22 may 2007-il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinin müddəti, yəni 15 il müddət bitmişdir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Kassasiyaçı hesab etmişdir ki, məhkəmə bu məsələyə də diqqət yetirməmişdir. azından 2018-ci il tarixdən bu inzibati aktdan "xxxx" MMC- nin məlumatı olmuş və bu inzibati aktı mübahisələndirmək üç ün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə
73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir (abzas 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (abzas 2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (abzas 3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (abzas 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (abzas 5) əmək münasibətləri əsasında müvəqqə ti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (abzas 6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (abzas 7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (abzas 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyrikənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (abzas 9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (abzas 10) dövlə t ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (abzas 11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; (abzas 12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (abzas 13) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. (abzas 14) 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 3-cü bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 6-cı bəndinə görə, torpaq mülkiyyətçiləri nin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. 34. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanunu: 3.1 Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin art ırılması. 3.2 torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. 35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: -67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hü quqi nəticələri aradan qaldırır. -67.8 başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
36. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada ə saslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
38. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrini n, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
41. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
42. Məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamına əsasən, "Vüqar" kəndli fermer təsərrüfatına Ucar rayonu ərazisində qış otlaq sahəsindən 15 il müddətinə icarəyə (istifadəyə) 450 ha torpaq sahəsi ayrılmış, bundan sonra cavabdehin xx.xx.2017-ci il tarixli 89 nömrəli sərəncamı ilə X2 4000 ha torpaq sahəsi 50 il müddətinə istifadəyə (icarəyə) verilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamına əsasən, "Vüqar" kəndli fermer təsərrüfatı ilə bağlanmış icarə müqaviləsinə xitam verilmiş, bundan sonra cavabdehin xx.xx.2020-ci il tarixli 32 nömrəli sərəncamı ilə X3 ilə bağlanmış icarə müqaviləsi ləğv edilmiş, daha sonra cavabdehin xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamı ilə X5 2000 ha torpaq sahəsi, xx.xx.2021- ci il tarixli 17 nömrəli sərəncamı ilə isə "xxxx" MMC-yə 2000 ha torpaq sahəsi icarəyə verilmişdir.
43. İşin halı ondan ibaraətdir ki, iddiaçı cavabdehin xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamının tam, xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamının 214,8 ha hissədə və xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamının 198,2 ha hissədə ləğv olunmasını tələb etmişdir.
44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati icraat üzrə məhkəmə baxışı aşağı instansiya məhkəmələrinin yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamın 198.2 ha hissədə ləğv edilməsinə dair kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyindən ibarətdir.
45. Belə ki, mövcud mübahisə predmeti ilə bağlı (xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncamın qismən ləğvi) məhkəmələr tərəfindən d üzgün araşdırma aparılmaqla aidiyyəti qurumlara sorğular verilmiş və müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi 450 ha torpaq sahəsinin 198.2 ha hissəsi üçüncü şəxs "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bununla da məhkəmələr haqlı olaraq belə qənaətə gəlmişlər ki, xx.xx.2021-ci il tarixli 17 nömrəli sərəncam iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməlidir.
46. Həmçinin qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş (2-ci cild, 33-cü səhifə) mütəxəssis tərəfindən tərtib edilən sxemdən də aydın şəkildə görünür ki, iddiaçının icarəsinə verilən 450 ha torpaq sahəsinin 198.2 ha hissəsi üçüncü şəxs "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin inzibati aktı mübahisələ ndirmək üçün qanunla müəyyən olunmuş müddətin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamına əsasən, Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X6 icarəyə verilmiş 450 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə xitam verilmiş, lakin bununla bağlı rəsmi olaraq iddiaçının məlumatlandırılması və həmçinin xx.xx.2021 tarixli 17 nömrəli sərəncamın ona təqdim edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunan inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin bitməsindən söhbət gedə bilməz.
48. Həmçinin qeyd edilməlidir ki, cavabdeh sözügedən inzibati aktı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçının icarə müqaviləsinin ləğv edilməsi qanunsuz olmaqla iddiaçının konstitusion hüququnun pozulmasına səbəb olmuşdur.
49. Bundan başqa, cavabdeh sözügedən inzibati aktı ləğv etməsinə əsas olaraq həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsini göstərmişdir. Lakin məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, torpaq qanunvericiliyində torpaq sahəsinin təyinatının dəyişdirilməsi əsası ilə icarə müqaviləsinə xitam verilməsi nəz ərdə tutulmamışdır.
50. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi hazırkı iddia tələbi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
51. Bəhs olunanlara əsasən, kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanı lmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-225/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.