Məhkəmə qərarları › İş №2-1(102)-188/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-188/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-188/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz İİ dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)416/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2000-ci il, xx.xx.2002-ci il, xx.xx.2003-cü il, xx.xx.2004-cü il, xx.xx.2005-ci il, xx.xx.2006-cı il, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il tarixlərində 3-cü qrup, xx.xx.2010-cu il, 08.01. 2011-ci il, 28.01. 2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixlərində 2-ci qrup əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının “sonuncu müayinəyə dair məlumatı”na əsasən, iddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə əlillik səbəbi: ümumi xəstəlik, diaqnoz: perito nitə mədə xorasına görə laparatomiyadan sonrakı vəziyyət. Qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi, qidalanmanın pozulması, xroniki bağırsaq keçməzliyi, sol baldır sümüyünün 1/3 yerdəyişmiş sınığı, ətraf funksiyanın pozulması diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Sonuncu müayinəyə dair məlumata əsasən, xx.xx.2022-ci il qiymətləndirmə tarixində əlavə müalicəyə ehtiyac olması xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış stasionar müalicə kursu yetərli deyil səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmiş, İddiaçı əsas diaqnoz kimi K25.4 mədə xorası, xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə mədə çıxacağının perforativ xorasının tikilməsi əməliyyatından sonrakı vəziyyət. 12 barmaq bağırsaq tez-tez residivləşən, qanaxma v erən xorası, ağırlaşma D62 kəskin posthemorragik anemiya, ağırlaşma K31 mədə və on iki bağırsağın digər xəstəlikləri, 12 barmaq bağırsaq sərt çapıq deformasiyası, yanaşı xəstəliklər H52.1 miopiya, sağ gözdə miopiya yüksək dərəcəli diaqnozu qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək “xx.xx.2016-cı il tarixdən 2-ci dərəcə ömürlük əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(114)-1132/2023 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 20 ildir əlil olmasına baxmayaraq növbəti müayinədən sonra əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1132/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2016-cı il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır. 2022ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən 2-ci və 3-cü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, 3-cü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

9. İddiaçıya xx.xx.2000-ci il tarixdən 3-cü dərəcə əlillik təyin edilmiş, xx.xx.2010-cu il tarixdə isə eyni diaqnoza əsasən 1 il müddətinə 2-ci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə 2-ci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir.

10. İddiaçıya xx.xx.2016-cı il tarixədək artıq 16 il müddətinə fasiləsiz əlillik dərəcələri təyin edildiyindən növbəti, yəni həmin ta rixli müayinə zamanı ona müddətsiz təyin edilməli idi.

11. Cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-416/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1132/2023 nömrəli qərarı qismən iddiaçıya xx.xx.2016-cı il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz 2-ci dərəcə ə lilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, əlliyin təyin edilməsi müddətində səhvə yol verilmişdir.

15. İddiaçıya xx.xx.2000-ci il tarixindən əvvəlcə 3-cü dərəcə, xx.xx.2010-cu il tarixdən isə 2-ci dərəcə əlillik təyin edilmiş və iddiaçı fasiləsiz olaraq 16 il müddətinə hər il müayinədən keçmişdir. Daha sonra ona xx.xx.2016-cı il tarixdən 5 il müddətinə peritonitə mədə xorasına görə laparatomiyadan sonrakı vəziyyət. Qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi, qidalanmanın pozulması, xroniki bağırsaq keçməzliyi, sol baldır sümüyünün 1/3 yerdəyişmiş sınığı, ətraf funksiyanın pozulması diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin e dilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasında “sonuncu müayinəyə dair məlumat”dan görünür ki, xx.xx.2022-ci il qiymətləndirmə tarixində iddiaçıya K25.4 mədə xorası, xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə mədə çıxacağının perforativ xorasının tikilməsi əməliyyatından sonrakı vəziyyət. 12 barmaq bağırsaq tez-tez residivləşən, qanaxma verən xorası, ağırlaşma D62 kəskin posthemorragik anemiya, ağırlaşma K31 mədə və on iki bağırsağın digər xəstəlikləri, 12 barmaq bağırsaq sərt çapıq deformasiyası, yanaşı xəstəliklər H52.1 miopiya, sağ gözdə miopiya yüksək dərəcəli diaqnozu qoyulmuş və əlavə müalicəyə ehtiyac olması, xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış stasio nar müalicə kursu yetərli deyil səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir.

17. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə əsasən 2-ci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və 2-ci dərəcə əlillik fasiləsiz olaraq 10 il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir.

18. Tibbi-Sosial Ekspert Komissiyasının “sonuncu müayinəyə dair məlumatı”ndan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən 5 il müddətinə əlillik səbəbi: ümumi xəstəlik, diaqnoz: peritonitə mədə xorasına görə laparatomiyadan sonrakı vəziyyət. Qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi, qidalanmanın pozulması, xroniki bağırsaq keçməzliyi, sol baldır sümüyünün 1/3 yerdəyişmiş sınığı, ətraf fun ksiyanın pozulması diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Qeyd olunan qərar qüvvədə olmaqla icra olunmuşdur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndində hazırkı halda iddiaçıda olan xəstəlik qeyd edilmişdir: ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9).

20. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 19QDF22 Forma-88 üzrə TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya K60 laparotomiyadan sonrakı vəziyyət, qarın boşluğunun bitişmə xəstəliyi, hissəvi bağırsaq keçməzliyi, K26 xroniki qastrit 12 barmaq bağırsaq xora xəstəliyi diaqnozu qeyd edilmişdir.

21. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifad ə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

22. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əlilliyin təyin edilməsi tarixinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməsinə dair səhv nəticəyə gəlinmiş, iddiaçı tərəfindən müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixli, 0250003AAFSM nömrəli Forma 88, xx.xx.2021-ci il tarixli, 0250003AAÖ39 nömrəli Forma 88, xx.xx.2021-ci il tarixli, 0495003AAMÖS nömrəli Forma 88, xx.xx.2022-ci il tarixli, 0495003AAN3N nömrəli Forma 88, xx.xx.2022-ci il tarixli, D00006597VFÖ nömrəli Forma 88 dair imtinalar mübahisələndirilməmiş, yalnız xx.xx.2022-ci il tarixli, R0001100BES nömrəli Forma 88 üzrə verilmiş imtina mübahisələnd irilərək əlilliyin təyin edilməsi xahiş olunmuşdur.

23. Belə olan halda, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı qismən-iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin xx.xx.2016-cı il tarixdən təyin edilməsi hissəsində ləğv edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

25. İddiaçı barəsində son göndərişdə ona xx.xx.2021-ci il tarixli müayinəsi nəticəsində XBT üzrə Xİ Sinif - həzm sisteminin xəstəlikləri = K65-K67-Peri ton xəstəlikləri= K66-Peritonun digər zədələnmələri = K66.0-Periton bitişmələri”, Diaqnozun mətni: Periton bitişmələri, laparatomiyadan sonrakı vəziyyət (1996) Qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi diaqnozu qoyulmuşdur. Bu xəstəlik əlillik təyin etmədiyi üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməmişdir.

26. Qeyd etmək lazımdır ki, əlillik mövcud diaqnoz əsasında təyin edilir. Belə bir diaqnoz mövcud olmadıqda isə iddiaçı barəsində əlillik təyin edilməsi prosessual normanın pozulmasına və əsassız şəkildə iddiaçı barəsində əlillik təyin edilməsinə səbəb olur.

27. Apellyasiya məhkəməsi qərar qəbul edən zaman əlilliyin müəyyən edilməsi üçün əsas olan diaqnozun əlillik təyin etməməsinə baxmayaraq iddiaçı barəsində əlilliyi təyin etmişdir.

28. Bundan başqa, Azərbayca n Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-912/2022 nömrəli qərarında göstərilir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, norma ikinci də rəcə əlilliyin fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir.

29. Bütün bu halların əsasında müəyyən olunur ki, Agentlik tərəfindən heç bir qanunsuz hərəkət edilməmişdir. Şəxsin əlilliyinin mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmayıb.

30. Cavabdeh, həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilibedilməməsi onun diskresion səlahiyyətidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya ilkin olaraq xx.xx.2000-ci il tarixdən əvvəlcə 3-cü, xx.xx.2010-cu il tarix dən isə 2-ci dərəcəli əlillik təyin edilmiş, fasiləsiz olaraq 16 il müddətinə hər il müayinədən keçib. Daha sonra xx.xx.2016-cı il tarixdən 5 il müddətinə əlillik müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Deməli iddiaçının fasiləsiz olaraq xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 20 il 10 ay 11 gün əlilliyi müəyyən olunmuşdur. Bu isə “əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.2-ci bəndinə əsasən iddiaçının əlilliyinin müddətsiz təyin olunması zərurətini yaradır. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyy ən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiym ətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....

33. İddiaçıya əlilliyin müddətsiz təyin edilməsindən imtina olunduğu vaxtda qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)... İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan də rəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9);...

4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlil lik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

34. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 9 4.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidi r. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur.

38. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi ikinci dərəcə əlilliyin təyin edilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məh kəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Şikayətin dəlilinə görə, son göndərişdə iddiaçıya xx.xx.2021-ci il tarixli müayinəsi nəticəsində XBT üzrə Xİ Sinif - həzm sisteminin xəstəlikləri = K65-K67-Periton xəstəlikləri= K66-Peritonun digər zədələnmələri = K66.0-Periton bitişmələri”, Diaqnozun mətni: Periton bitişmələri, laparatomiyadan sonrakı vəziyyət (1996) Qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi diaqnozu qoyulmuşdur. Bu xəstəlik əlillik təyin etmədiyi üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməmişdir.

41. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini aşağıdakı səbəblərə görə əsaslı hesab etmir.

42. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, əlilliyin hətta müddətsiz təyin olunduğu hallarda belə, ümumiyyətlə əlilliyin təyin edilməsi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsasların mövcud olduğu müəyyən edilməlidir.

43. İşin materiallarına görə, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi cavabdehin istinad etdiyi xx.xx.2021-ci il tarixli müayinənin nəticələrinə deyil, xx.xx.2022-ci il tarixli müayinənin nəticələrinə əsaslanmış, əlilliyin də məhz həmin müayinə tarixindən təyin edilməsinə qərar vermişdir. Həmin tarixli müayinənin nəticələrinə dair məlumatda isə, xx.xx.2021-ci il tarixli müayinənin nəticələrinə dair məlumatda göstərilənlərdən fərqli olaraq, “Əsas diaqnoz K25.4 mədə xorası, xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə mədə çıxa cağının perforativ xorasının tikilməsi əməliyyatından sonrakı vəziyyət. 12 barmaq bağırsağın tez-tez residivləşən, qanaxma verən xorası. Diaqnozun mətni: Ağırlaşma D62. Kəskin posthemorragik anemiya. Ağırlaşma K31 Mədə və on iki barmaq bağırsağın digər xəstəlikləri, 12 barmaq bağırsağın sərt çapıq deformasiyası. Yanaşı xəstəliklər H52.1 miopiya. Sağ gözdə miopiya yüksək dərəcəli” diaqnozu qeyd olunmuşdur ki, həmin diaqnozda qeyd olunan əsas xəstəliklər (K25.4, K31) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci bəndində ikinci dərəcəli əlilliyin təyin olunmasının əsası kimi təsbit olunmuşdur.

44. İddiaçıya əlilliyin müddətsiz təyin edilməli olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də əsaslıdır. Belə ki, bu nəticə yuxarıda istinad edilən Əsasnamənin 4.2-ci bəndinin tələbindən irəli gəlir.

45. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

46. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əm əl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 47. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

48. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

49. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düz gündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-416/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar