Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-188/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçünün dublikatının verilməsi” tələbi nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(103)-3343/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair plan və ölçünün dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2-1(112)-687/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair plan və ölçüsünün dublikatının veri lməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2509/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-391/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2509 /2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
7. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli məktubla qərarın icra edilməməsi ilə bağlı cavabdeh yenidən xəbərdar edilmişdir.
8. Bundan sonra isə xx.xx.2024-cü il tarixdə cavabdeh həmin qərara izah verilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir.
10. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3343/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
13. Kassasiya icraatı zamanı iddiaçı ərizələr təqdim edərək cavabdeh tərəfindən onun tələbinin təmin olunduğunu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
67. İddiaçının tələblərinin təmin olunması Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaç ının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam ve rilməsi barədə qərardad qəbul edir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədlər. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Ma ddə
96. Ali Məhkəmədə icraat Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları eləcə də digər sənədləri nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.
16. Belə ki, iddiaçı məhkəməyə ünvanladığı ərizələrdə onun tələbinin təmin o lunduğunu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını bildirərək nəzərə alınmasını xahiş edir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 67-ci maddəsinin yuxarıda istinad olunan normalarının məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş və iddiaçının tələbinin təmin olunduğu qərarın icra edildiyini nəzərə alaraq mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı və yuxarıda istinad olunan normalara əsasən cavabdehin qüvvəyə minmiş qərara izah barədə əriz əsi üzrə kassasiya icraatına xitam verilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3343/2024 nömrəli qərardadından “Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 687/2023 nömrəli, xx.xx.2023-cü il qərarına izah verilməsi” ilə bağlı cavabdeh tərəfindən verilmiş qərara izah barədə ərizəsi üzrə kassasiya icraatına xitam verilsin.