Məhkəmə qərarları › İş №2-1(102)-1880/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1880/2019

12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1880/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1880/19 Bakı şəhəri 12 iyun 2019-cu il 12.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndəsi XXXun və vəkili XXXun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2-1(103) -173/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Universiteti tərəfindən ona verilmiş 28 iyun 2016-cı il tarixli, AUG 000112 nömrəli dplomun tanınması barədə sertifikat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X2 Universiteti tərəfindən ona verilmiş 28 iyun 2016-cı il tarixli, AUG 000112 nömrəli dplomun tanınması barədə şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etm işdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 2001-2005-ci illərdə X3 Təsərrüfatı Universitetinin X1 pedoqoji fakültəsində filologiya, ingilis dili ixtisası üzrə bakalavr təhsili almış və bu barədə Universitet tərəfindən ona diplom verilmişdir. Cavabdehə dəfələrlə dioqnostik qiymətləndirmədə iştirak etmək üçün sənədlərini təqdim etsə də, sonuncu tərəfindən onun Gürcüstan Respublikasında təhsil almağını təsdiq edən diplomun Azərbaycan Respublikasında tanınmaması əsas gətirilərək dioqnostik qiymətləndirilmədə iştirak etməyinə razılıq verilməmişdir. Hesab edir ki, qanuni şəkildə təhsil aldığı və sənədlərində heç bir saxtakarlıq olmadığından cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, X2 Universitetinin X1 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiçı həmin ölkədə heç olmadığına görə diploma əlavə qeyd olunmuş tədris yükünü yerinə yetirməmsi qeyri-mümkündür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2-1(82)3877/2018 saylı qərarı (hakim Etibar Mustafayev) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində müəyyən edilmiş əsasların mövcudluğuna deyil, yalnız iddiaçının aldığı təhsil müddətinə münasibət bildirməklə kifayətlənmişdir. Qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müdəti deyil, ixtisas almaq üçün təlimin ümumi nor mativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2-1(103)-173/2019 saylı qərarı ilə (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında qiyabi formada bakalavriat təhsili üçün ümumi normativ müddət ən azı 5 il müəyyən edilmişdir. İddiaçını n təhsil müddəti həmin müddətdən bir il az olduğundan, onun diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün qanuni əsaslar mövcud deyildir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 3.6, 3.7, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndləri il ə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, Gürcüstan Respublikasının təhsil qanunvericiliyinə əsasən istər əyani, istərsə də qiyabi təhsil 4 il müddətinə müəyyən edilmiş, 5 illik təhsil sistemi ümumiyyətlə ləğv edilmişdir. İddiaçı 2001-2005-ci illərdə X2 Universitetində təhsil almış və X1 pedaqoqika fakültəsinin filologiya ixtisası üzrə bakalavr dərəcəsi təyin edilmişdir. Dəlilin hüquqi əsası kimi Azərbaycasn Respublikası İnzibari Prosessual Məcəlləsinin 12.1,12.2, 13, 14.1, 14.3-cü m addələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları v ə əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Gürcüstan Aqrar Universiteti tərəfindən verilmiş AUG 000112 nömrəli, 28 iyun 2016-cı il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya Gürcüstan Dövlət Aqrar Universitetinin 10 iyun 2005-ci il tarixli qərarı ilə X1 Pedaqoqika fakultəsinin filologiya ixtisası üzrə bakalavr dərəcəsi təyin edilmişdir. İddiaçı diplom üzrə ixtisasının tanınması barədə 11 iyul 2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin 24 iyul 2018-ci il tarixli, C-8311/03-ANİ nömrəli məktubu ilə tələbin təmin edilməsindən imtina edilmiş, imtinanın əsası kimi qeyd edilmişdir ki, X2 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. İdarənin ekspert qrupunun 18 oktyabr 2007-ci il tarixli rəyinə əsasən X2 Universiteti tərəfindən sizə verilmiş 30 iyun 2005-ci il tarixli, SSSSU 000609 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmaması barədə məktub elektron ərizədə qeyd edilmiş ünvana göndərilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması x ahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında qiyabi formada bakalavriat təhsili üçün ümumi normativ müddət ən azı 5 il müəyyən edilmişdir ki, iddiaçının təhsil müddəti həmin müddətdən bir il az olduğundan, iddiaçının tələbi qanuni olmamışdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, Gürcüstan Respublikasının təhsil qanunvericiliyinə əsasən istər əyani, istərsə də qiyabi təhsil 4 il müddətinə müəyyən edilmiş, 5 illik təhsil sistemi ümumiyyətlə ləğv edilmiş, lakin məhkəmə tərəfindən işin qeyd edilən halları araşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası dəlili qismən əsaslı hesab edir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Qeyd olunmuş Konvensiyanın müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - İ fəslinə əsasən, səlahiyyətli ta nınma təşkilatı kimi xarici ixtisasların tanınması ilə əlaqədar qərarlarına rəsmən məsuliyyət daşıyan orqan; habelə tanınma kimi təhsil və yaxud iş fəaliyyəti ilə məşğul olmaq imkanı vermək məqsədilə səlahiyyətli təşkilatlar tərəfindən xarici təhsil ıxtisasının dəyərliyi barədə rəsmi təsdiqlənmə müəyyən edilmişdir; - İİ fəslin İİ.1-cı maddəsinin 1-ci bəndinə əsasən, tanınma halları zamanı qərarların qəbul edilməsi iştirakçı dövlətin mərkəzi təşkilatlarının səlahiyyətinə aid olduqda həmin dövlət bu Konvensiyada nəzərdə tutulanlarla bağlıdır və onun ərazisində Konvensiyada nəzərdə tutulanların həyata keçirilməsini təmin etməlidir. - İİİ fəslin İİİ.1-ci maddəsinin 2-ci bəndinə əsasən, hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müv afiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası və Gürcüstan Respublikası istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməsi öhdəliyini götürmüşdürlər. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. Qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; - 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edil məsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; - 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı b eynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, xarici dövlət tərəfindən verilmiş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə isə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun i xtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 nömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşkili Qaydaların İİ hissəsində, ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi isə Qaydaların İİİ hissəsində nizamlanmışdır. iddiaçı tərəfindən irəli sürülmüş tələb diplomunun tanınması ilə bağlı olduğundan, Qayadaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr,təhsilin dövlət standartlarıvə Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qiyabi formada aldığı təhsil müddəti təhsilin dövlət standartlarına uyğun olmamış və gəldiyi nəticəni apellyasiya məhkəməsi «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 117 saylı, 24 iyun 2010-cu il tarixli qərarı ilə əsaslandırmışdır. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən zamana görə qanunveriliyin tətbiqində səhvə yol verilmişdir. Belə ki, iddiaçının təhsil aldığı müddət 2001-2005-ci illəri əhatə etdiyi üçün həmin dövr qüvvədə olmuş qanunvericiliyin təhlili zəruri olmuşdur. Digər tərəfdən, iddiaçının qiyabi formada təhsil aldığı barədə işin halını hansı sübut əsasında apellyasiya məhkəməsinin müəyyən etdiyi aydın deyildir. Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il t arixli, 217 saylı qərarı ilə “Çoxpilləli ali təhsil sistemində «bakalavr» hazırlığı haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən, «Bakalavr» hazırlığının təhsil müddəti gündüz şöbəsində istiqamət və ya ixtisasdan asılı olaraq, 3,5 - 4 ildir. Təhsil müddəti tədris planı əsasında müəyyənləşdirilir və Təhsil Nazirliyi tərəfində təsdiq edilir. Təhsil əyani (gündüz), axşam, qiyabi, həmin formaların birləşdirilməsi və eksternat yolu ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müddəanın mətnindən göründüyü kimi, bakalavr hazırlığının müddəti əyani təhsil formasına münasibətdə müəyyən edilmiş, qiyabi formada təhsil müddətinin həmin dövr qüvvədə olmuş hansı qanunvericiliklə tənzimlənməsi məsələsi açıq qalmışdır. Qeyd edilmiş halda apellyaisya mə hkəməsi məsələnin hansı normativ-hüquqi aktla nizamlanmasının aydınlaşdırılması üçün cavabdehdən müvafiq məlumatın təqdim edilməsini tələb edə bilərdi. Digər tərəfdən, cavabdehin imtina məktubundan, etiraz və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının tələbinin təmin edilməməsinin əsası universitetin tədris normativləri üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkünlüyü ilə əlaqələndirilmişdir. 31 yanvar 2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, iddiaçının hansı formada təhsil aldığı və hansı tarixlərdə sərhədi keçib-keçmədiyi məhkəmə araşdırmasının predmetini təşkil etmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə s orğunun verilməsi üçün məhkəmə iclası təxirə salınmış və müvafiq sorğu verilmişdir. Lakin apellyasiya məhkəməsi apardığı araşdırmanı yekunlaşdırmayaraq yuxarıda göstərilmiş qaydada qiymətləndirmə aparmaqla iddia tələbinin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilmiş halda Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələnin həlli məqsədilə əlavə sübutlar tələb etməli və həmin sübutlara əsasən tələbə qiymət verməlidir. Belə ki, ilk olaraq iddiaçının hansı forma təhsil aldığı müəyyən edilməli və daha sonra cavabdehin imtinasının əsasları yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməy ə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən veri lmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2-1(103)-173/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar