Məhkəmə qərarları › İş №2-1(102)-1880/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1880/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1880/2021 02.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət S osial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi və ödənilməyən məbləğin birdəfəyə ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 2-1(103)-688/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı XX.XX.1957-ci il tarixində doğulmuş, 08.11.1975-ci ildən 05.11.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, 23.01.1978-ci ildən 13.12.1991-ci il tarixədək H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı) Toxuculuq İstehsalatının şilixtləyici peşəsində işləmiş, 13.12.1991-ci il tarixdən Sp “X4”-də köçürmə yolu ilə hazırl ıq sexinə 4-cü dərəcəli ştixləyici maşina-operator peşəsinə işə qəbul edilmiş, 18.03.1994-cü il tarixdə işdən azad edilmiş, H.Z.Tağıyev adına BTTB-nin sərəncamına göndərilmiş, 18.03.1994-cü il tarixdən H.Z.Tağıyev adına BTTB-də toxuculuq istehsalının hazırlıq şöbəsinə şilixtləyici keçirilmiş, 01.07.1998-ci il tarixdə işdən azad edilmiş, 01.04.2006-cı il tarixdə "xxxx" ASC-yə gözətçi işinə qəbul edilmiş, 31.05.2007-ci il tarixdə işdən azad edilmiş, 01.08.2012-ci il tarixdə “Foto Studiya”-ya usta vəzifəsinə işə qəbul edilmişdir. Hal-hazırda işləyir.

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 1319 nömrəli, 04.01.2018-ci il tarixli qərarı ilə 01.08.2015-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensi yası təyin edilmişdir.

3. Cavabdeh orqan 07.08.2019-cu il tarixində iddiaçıya məktub ünvanlanaraq pensiya təyinatında səhvə yol verildiyini bildirmiş, ona təyin olunmuş pensiya ödənişini dayandırmış və 8073.30 manat artıq ödəmənin könüllü surətdə şöbənin hesabına geri qaytarmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dayandırılmış pensiyanın bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin birdəfəyə ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırmışdır ki, ona 01.08.2015-c i il tarixindən yaşa görə güzəştli şərtlərlə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun ümumi əmək stajı 25 ildən çox, güzəştli iş stajı 12 il 6 aydan çox olmuşdur. 2019-cu ilin iyul ayından ona məlum olmayan səbəbdən pensiyası dayandırılmışdır. Ona cavab vermişlər ki, güzəştli stajı düzgün təyin olunmayıb. O, 23.01.1978-ci ildə H.Z.Tağıyev adına BTTB ASC-nin toxucu fabrikində yapışqanlı toxunmayan material istehsal edən şilixtləyici peşəsində 13.12.1991-ci ilə kimi işləmiş, 18.03.1994-cü ildən 01.07.1998-ci ilə kimi həmin peşədə işləmişdir. İşlədiyi peşəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən Nazirlər Kabinetinin “Yüngül sənaye və toxuculuq sənayesi sahələri üçün kimya məhsulları və ondan məmulatlar istehsalı-yapışqanlı toxunmayan material istehsal edən fəhlə (şilixtləyici). Bu barədə işlədiyi müəssisədə kadrlar şöbəsindən və arxiv arayışı təqdim etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2130/2020 saylı, 25.02.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi əsl cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2-1(112)-2130/2020 saylı qər arı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarında göstərilən peşələrin və vəzifələrin göstəricilərinin siyahısında öz əksini tapdığından, o, 25 il ümumi sosial sığorta stajına və 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğundan, eləcə də, qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatdığından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Buna görə də, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətləri qanunsuz və əsassızdır.

9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 21(103)-688/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Səadət Bəktaşi və Mirzə Tağızadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2-1(112)2130/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı cavabdehə 05.07.2021-ci il tarixində təqdim edilmişdir.

13. Cavabdeh 04.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 2-1(103 )-688/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı Xətai rayon şöbəsinin pensiyanın dayandırılması barədə qərarını mübahisələndirmədən hazırkı iddia tələbi ilə çıxış etmişdir. Halbuki, həmin qərarı qəbul edən inzibati orqan Mərkəzi Filial deyil, Xətai rayon şöbəsidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

17. Məhkəmə i clasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 23.07.2020-ci il tarixli **********1 nömrəli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin ixtisaslaşdırılmış mərkəzi filiallarının yaradılması və əsasnamələrinin təsdiq edilməsi haqqında” Qərarına əsasən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yaradılmışdır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə mərkəzləşdirilmiş qaydada əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi, ödənilməsi, məcburi dövlət sosial sığortanın məqsədləri üçün həmin şəxslərin fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. 20. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin (bundan sonra – Fond) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növündən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin (bundan sonra sığortaolunanlar) dövlət sosial sığorta sistemində fərdi uçotunu (bundan sonra – fərdi uçot), və onlara məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur.

21. İnzibati Prosessual Məcəllənin Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

23. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilən peşələrin və vəzifələrin göstəricilərinin siyahısında öz əksini tapdığından, o, 25 il ümumi sosial sığorta stajına və 12 il 6 aydan artıq güzəştli iş staj ına malik olduğundan, eləcə də, qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatdığından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.

28. İddiaçının pensiyasının dayandırılması ilə bağlı aparılmış inzibati icraat zamanı, eləcə də, məhkəmə icraatı zamanı pensiyanın dayandırılmasına əsas olmuş hallar barədə mötəbər əsaslar aşkar edilməmiş, pensiyanın dayandırılmasının əsaslı olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

29. Cavabdeh kassasiya şikayətində də pensiyanın dayandırılmasının əsaslı olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Kassatorun yeganə dəlili ondan ibarətdir ki, iddiaçının pensiyasını Xətai rayon şöbəsi dayandırdığından iş üzrə cavabdeh qismində həmin orqan cəlb edilməli idi. Məhkəmə kollegiyası cavabdehin bu dəl ilini əsassız hesab edir.

30. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Fondun Xətai rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 04.01.2018-ci il tarixli qərarı ilə təyin edilsə də, hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normalardan aydın olur ki, 23.07.2020-ci il tarixli Qərarla “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulan şəxslərə əmək pensiyasının təyin edilməsi səlahiyyəti Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

31. Göründüyü kimi, hazırkı iddiaya cavab verməli orqan DSMF-nin Xətai rayon şöbəsi yox, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətində cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə dəlilləri əsassız hesab edir.

32. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 2-1(103)-688/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2021-ci il tarixli, 21(103)-688/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar