Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1880/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (hərbi qulluqçu kimi təyin edilmiş əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (1.7.1964-cü il təvəllüdlü, FİN: F5D6HX) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2-1(103)-1932/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2008-ci il tarixdən aylıq pul təminatının 95 %-i miqdarında yaşa görə əmək pensiyası təyin olunmuşdur.
2. İddiaçı xx.xx.2008-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) hərbi xid mətdən ehtiyata buraxılmışdır. Cəmi xidmət illəri 35 il 01 ay 05 gün təşkil etmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-202/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 noyabr 2014-cü il tarixli, 0800 nömrəli əmri İddiaçı aid hissədə müvafiq dəyişiklik edilərək «öz arzusu ilə” maddəsinin «xəstəliyə görə» maddəsi ilə əvəz edilməsi (hərbi geyim formasını daşımaq hüququ ilə) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-c i il tarixdən bu günədək olan müddət üçün əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında’’ Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ona xx.xx.2008-ci il tarixdən aylıq pul təminatının 95 %-i miqdarında yaşa görə əmək pensiyası təyin olunmuşdur. AR Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə onun ehtiyata buraxılmasının əsası dəyişdirilmiş və iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata bura xılmış hesab edilmişdir. Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə ehtiyata buraxılmasının əsasının dəyişdirilməsi ilə əlaqədar Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən cavabdehə barəsində yeni məlumat vərəqi göndərilmişdir. Belə ki, ehtiyata buraxılmasının əsasının dəyişdirilməsi ona əmək pensiyasının aylıq pul təminatının 100 %-i miqdarında təyin olunması hüququ verirdi. Yuxarıda göstərilənlərə və barəsində tərtib olunmuş yeni məlumat vərəqinə əsasən ona xx.xx.2008-ci il tarixdən aylıq pul təminatının 100%-i həcmində əmək pensiyasının təyin olunması və xx.xx.2008-ci il tarixdən bu günədək yaranmış fərqin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi üçün qərar qəbul edilməsi xahişi ilə cavabdehə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin i ddiaçının ərizəsi cavabsız və nəticəsiz qalmışdır.
6. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 22.2.2022-ci il tarixli, 2-1(112)-314/2022 nömrəli qərarı (hakim F.İ. Mədətli) ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2008-ci il tarixdən bu günədək olan müddət üçün əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-202/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə Az ərbaycan Respublikası Müdafiə Nazirinin 08 noyabr 2014-cü il tarixli, 0800 nömrəli əmri İddiaçı aid hissəsində müvafiq dəyişiklik edilərək «öz arzusu ilə” maddəsinin «xəstəliyə görə» maddəsi ilə əvəz edilməsi (hərbi geyim formasını daşımaq hüququ ilə) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən icra olunmuş və 11 iyun 2020-ci il tarixdə iddiaçı barəsində yeni məlumat vərəqəsi cavabdehə göndərilmişdir. İddiaçının əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqi tələb etmək hüququ onun iradəsindən asılı olmadan - AR Müdafiə Nazirliyinin sonradan müvafiq əmrə etdiyi düzəlişdən sonra, 2020-ci ildə yaranmışdır.
9. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasi ya şikayəti verilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1932/2022 saylı (hakimlər M.N.Tağızadə-sədrlik edən və məruzəçi, X.A.Cəmilova və A.P.Orczadə) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 22.2.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının adına tərtib edilmiş yeni məlumat vərəqi xx.xx.2020-ci ildə filiala göndərilmiş, cavabdeh isə yenidən hesablama aparmışdır. ƏPQ-nin 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə tayin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixd ən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). 16. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun Maddə
49. Keçmiş müddət üçün pensiyaların ödənməsi Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şik ayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlil lərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya təyin olunmuş əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin hesablanaraq ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-202/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 noyabr 2014-cü il tarixli, 0800 nömrəli əmri İddiaçı aid hissədə müvafiq dəyişiklik edilərək «öz arzusu ilə” maddəsinin «xəstəliyə görə» maddəsi ilə əvəz edilməsi (hərbi geyim formasını daşımaq hüququ ilə) vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafi ə Nazirliyinə həvalə edilmiş, məhkəmə qərarı icra olunmuş, bununla bağlı xx.xx.2020-ci il tarixli müvafiq əmrlə İddiaçı xx.xx.2008-ci il tarixdən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmış hesab olunmuş və 11 iyun 2020-ci il tarixdə iddiaçı barəsində yeni məlumat vərəqəsi cavabdehə göndərilmişdir.
27. Cavabdehə göndərilmiş və iş üzrə materiallara əlavə olunmuş Məlumat vərəqəsinin surətindən də görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən, yəni xəstəliyə görə ehtiyata buraxılmışdır.
28. Bu baxımdan iddiaçının mübahisələndirdiyi hüququnun onun hərbi xidmətdən ehtiyata buraxılması əsasının dəyişdirilməsi barədə mübahisənin (məs ələnin) həll olunması ilə bağlı müvafiq qərarların qəbul edilməsi və ya həmin qərarlar əsasında yeni məlumat vərəqəsinin təqdim edildiyi tarixdən deyil, onun ehtiyata buraxılmasının həqiqi və legitim əsasının obyektiv mövcud olduğu və sonradan dəyişdirilməsinin təmin edildiyi xx.xx.2008-ci il tarixdən yarandığı qəbul olunmalıdır.
29. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması əsasının səhv göstərilməsi onun təqsirli davranışına bağlı deyil və bu səbəbdən onun məsuliyyət sferasına aid edilə bilməz. Bunun əksinə, hazırkı mübahisənin həlli zamanı iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının əsasını 2017-ci il tarixdən əvvəlki dövrdə mübahisələndirdiyi, hüquqi müdafiə vasitələrindən istifadə edərək ehtiyata buraxılması əsasının dəyişdirilməsinə nai l olduğu və bunun üzərindən də icra hakimiyyətinin təqsirli davranışı nəticəsində daha yüksək pensiya məbləği almaq imkanından məhrum olduğu da nəzərə alınmalıdır. Belə ki, hərbi xidmətdən ehtiyata buraxılması əsasının dəyişdirilməsi iddiaçıya təyin olunmuş pensiyanın məbləğinə birbaşa təsir edir. Yəni iddiaçı onun təminat xərcliyinin 100 faizi miqdarında hesablanan daha yüksək pensiya məbləği almaq imkanı qazanır.
30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən, iddiaçı əmək pensiyasının 95% ilə 100% arasında olan 5% fərqin 18 noyabr 2008-ci il tarixdən hesablanaraq ödənilməsini tələb etməkdə haqlı sayılmalıdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 21(103)-1932/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.