Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1881/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ata adının və soyadının dəyişdirilməsi barədə şəhadətnamənin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, üçüncü şəxs X4 vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Resp ublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X9) “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-151/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından üçüncü şəxsin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. N.T.Mustafayev ilə İ.İ.Mustafayeva arasında xx xxxx 1994-cü il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.1995-ci il təvəllüdlü övladları (üçüncü şəxs X10) doğulmuşdur. Bağlanmış nikah Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1257/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdu r.
2. AZ-İ seriyalı 023483 nömrəli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamənin surətinə əsasən X1 və ata adı iddiaçının razılığı ilə “X10”ndan “X9”na dəyişdirilmişdir.
3. AZ-İ seriyalı 172114 saylı “Doğum haqqında şəhadətnamədə üçüncü şəxsin adı, soyadı və ata adı “X9” kimi, valideynləri isə Mustafayev Nuru və X3 qeyd edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək AZ-İ seriyalı 023483 saylı şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir.
5. Cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.4-cü bəndinə uyğun olaraq ərizə verən şəxsin istəyi ilə ata adı onu tərb iyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AZ-İ seriyalı 023483 saylı, xx xxxxxxxx 2018-ci il tarixli “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə”nin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının bacısı oğlu X5 ərizəsi əsasında onun razılığı ilə ata adı iddiaçının adı ilə dəyişdirilmişdir. Həmçinin soyadı da həmin şəhadətnamədə “Bayramov” kimi qeydə alınmışdır. Qanunsuz olduğuna görə iddiaçının cavabdeh tərəfindən verilmiş AZ-İ seriyalı 023483 saylı şəhadətnamənin ləğv edilməsi barəd ə etdiyi müraciət cavabdeh tərəfindən təmin edilməmişdir. Belə ki, X8 verilmiş doğum haqqında şəhadətnamə qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv edilməyib. Digər tərəfdən iddiaçının bacısı X6 ilə X11 arasındakı nikah Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, boşanmadan bir neçə il əvvəl isə üçüncü şəxs X10 artıq yetkinlik yaşına çatmış və onu valideynləri tərbiyə etmişdir.
8. Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-1(085)-1500/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla ad və soyadının dəyişdirilməsi hüququ tanınmış, üçüncü şəxs həmin hüququndan bir dəfə istifadə etdiyindən onun yenidən ata adının və soyadının dəyişdirilməsini qanunvericilik qadağan edir.
11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər Babayeva Hökümə Çingiz qızı-məruzəçi, X7 və X20, 2-1(105)-151/2020 saylı iş) xx xxxx 2020-ci il t arixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının apelyasiya şikayətini təmin etməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Üçüncü şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını xx xxxx 2020-ci il tarixdə almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Ata adının dəyişdirilməsi valideynin öz öhdəliklərini yerinə yetirməməsinin, adı veriləcək şəxsin həmin vəzifəni icra etdiyinin faktiki təsdiqi, eləcə də hüquqi ifadəsidir.
15. Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.4-cü bəndində əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onun tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Halbuki, iddiaçı onu tərbiyə etməmişdir. X2 ilə atası X11 arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmamışdan bir neçə il əvvəl o artıq yetkinlik yaşına çatmış və onu həmin vaxtadək valideynləri tərbiyə etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı iddiaçı və cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh məktub ünvanlayaraq qeydiyyat şöbəsinin iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının nümayəndəsin in iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
18. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. (-) 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlar ının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Üçüncü şəxsin şikayətinin dəlilinə görə iddiaçı onu tərbiyə etmədiyini bildirmiş, valideynlərinin nikahı pozulduqdan sonra ata adının dəyişdirilməsini anası bildirmişdir. Ata adının dəyişdirilməsi üçün iki şərt mövcud olmalıdır. Ərizəçinin istəyi və ərizəçini tərbiyə etmiş adı veriləcək şəxsin razılığı. Hazırkı işdə hər iki şərt mövcud olmuşdur.
26. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, hazırkı iddia tələbi adın və soyadın dəyişdirilməsi tələbi deyil, adın və soyadın dəyişdirilmə si barədə cavabdehin faktiki xarakterli hərəkətinin nəticəsi kimi tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv edilməsidir.
28. İddiaçı iddiasında cavabdeh tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə tərtib edilmiş AX-İ seriyalı 023483 saylı “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir.
29. Hazırda qiymət verilməli məsələ inzibati orqan tərəfindən xx xxxxxxxx 2018ci il tarixli şəhadətnamə verilərkən yuxarıda göstərilən Qaydaların tələbinə düzgün əməl edib-etməməsi ilə bağlıdır.
30. Qaydaların 6.1-ci bəndinə görə şəxsin 18 yaşına çatdıqdan sonra soyadını dəyişdirməsinə yol verilir. Əvvəllər soyadı Mustafayev olmuş Kamran Nuru oğlunun da soyadı anasının qızlıq, yəni ana babasının soyadı olan Bayramov soy adına 18 yaşı tamam olduqdan sonra dəyişdirilmişdir.
31. Qaydaların 6.4-cü bəndinə görə ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. X5 ata adı kimi iddiaçının adı olan İldırımın adının verilməsi iddiaçının notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi ilə baş tutmuşdur.
32. Üçüncü şəxsin soyadı və ata adı dəyişdirilərkən cavabdeh inzibati orqan tərəfindən Qaydaların tələblərinə əməl edilmişdir.
33. Cavabdeh tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə AX-İ seriyalı 023483 saylı “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamə verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın pozuntus una yol verilməmişdir.
34. Odur ki, iddianı rədd etməklə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
35. Kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-151/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.