Məhkəmə qərarları › İş №2-1(102)-1881/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1881/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1881/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2021-ci il 1 iyul tarixli, 2-1(103)-1454/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2020-ci il 2 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin onun gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə 2019-cu il 06 aprel tarixli, 1000/414ş saylı əmrinin ləğv edilməsini, iddiaçının gömrük orqanlarında xidmətə və vəzifəyə bərpa edilməsini, iddiaçının xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddətin onun gömrük orqanlarında xidmət illərinə daxil edilməsini və bu müddət ərzində (xidmətə xitam verildiyi gündən bərpa olunma gün ünə qədər) iddiaçıya çatası olan əmək haqqının ona ödənilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 3 mart tarixli, 2-1(112)-1580/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndirilən əmrin məzmunundan 2019-cu il 6 aprel tarixdə məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə uzun müddət sonra, yəni 2020-ci il 2 sentyabr tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirilən əmrin ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 iyul tarixli, 2-1(103)-1454/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 3 mart tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası m əhkəməsinin gətirdiyi əsas iddianın verilməsi ilə bağlı müddətin ötürülməsi ilə bağlı olmuşdur. Məhkəmə iclasında müzakirə zamanı iddiaçı bununla bağlı verilən suala cavab olaraq bildirmişdir ki, həqiqətən də 2019-cu il 6 aprel tarixli, 1000/414ş saylı əmrin verilməsindən sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı işdən azad edilməsi səbəb kimi göstərilən halla bağlı cinayət işi başlanılmışdır və həmin vaxt ibtidai istintaq getmişdir. Cavabdeh Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə iddiaçı arasında olan danışıqlara görə iddiaçının işə bərpa olunması aparılan ibtidai istintaqın və həmin iş üzrə məhkəmənin hökmündən asılı olacaqdı. İddiaçı bu səbəbdən cavabdehlə razılaşmış və məhkəmədən iddianı geri götürmüşdür. İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, iddiaçının hə r hansı qaçaqmalçılıq cinayəti ilə əlaqəsi yoxdur. Cinayət işi üzrə iddiaçı şahid qismində dindirilmiş, məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxs qismində cəlb edilən qadın barəsində ittiham hökmü çıxmış, lakin daha sonra o bəraət almışdır. Beləliklə, iddiaçının işdən çıxmasına səbəb olan hal aradan qalxmış və iddiaçının təqsirsizliyi aşkar olunmuşdur. Məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən dərhal sonra iddiaçı tərəfindən işə bərpa edilməsi barədə müraciət edilmiş, lakin İmtina cavabı aldığından dərhal sonra məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən hər hansı iddia müddəti ötürülməmiş, obyektiv səbəbdən cinayət işinin nəticəsini gözləmək məcburiyyətində qalmışdır. b. kassasiya şikayətinə etirazların dəlilləri

9. Cavabdeh kassasiya şikayətinə qarşı etirazlar təqdim etmişdir. Etirazlarda göstərilmişdir ki, iddiaçı 2019-cu il 30 aprel tarixdə eyni məzmunlu iddia üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, cavabdeh tərəfindən iddiaya münasibətdə etiraz və sübutlar təqdim edilmiş, həmin iddia məhkəmədə hakim Miminat Hacıbəyovanın sədrliyi ilə mübahisələndirilmiş, nəticədə iddia ərizəsinin iddiaçının vəsatəti əsasında geri qaytarılması haqqında 2019-cu il 16 sentyabr tarixli, 2-1(81)-2486/2019 nömrəli qərardad çıxarılmışdır. Beləliklə, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. İddia ərizəsində göstərilənlər iddiaçının şəxsi mülahizəsinə əsaslanmış və hər hansı əsaslı şübhə yaratmayan sübutla rla təsdiq edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirm ədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

12. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ

13. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

14. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı sözügedən əmri İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir.

15. İddiaçının mübahisələndirdiyi əmr 2019-cu il 6 aprel tarixdə verilmiş və iddiaçı həmin əmrə əsasən gömrük orqanlarında xidmətdən azad edilmişdir. İddiaçının əmək kitabçasında bu barədə müvafiq qeyd aparılmışdır.

16. İddiaçı hazırkı icraatdan əvvəl həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 sentyabr tarixli, 2-1(81)-2486/2019 №-li qərardadı ilə iddia ərizəsi iddiaçının vəsatətinə əsasən geri qaytarılmışdır.

17. İddiaçı həmin əmri hazırkı icraatda təkrar olaraq mübahisələndirmiş, iddia ərizəsi ilə məhkəməyə 2020-ci il 2 sentyabr tarixdə müraciət etmişdir.

18. Beləliklə, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür.

19. Müddətin ötürülmədiyini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.

20. İddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 iyul tarixli, 21(103)-1454/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar