Məhkəmə qərarları › İş №2-1(102)-1881/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1881/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1881/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 2019cu il 2 iyul tarixindən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “pensiya hüququnun yarandığı 2019-cu il 19 yanvar tarixindən güzəştli şərtlərlə ya şa görə əmək pensiyasının təyin edilməsi və 2019-cu il 2 iyul tarixindən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 aprel tarixli, 2-1(107)-207/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı 1962-ci il 19 yanvar tarixində doğulmuşdur.

2. H34835266 nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980 – xx.xx.1982-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 3. 126573 №-li diplomdan və Mingəçevir Peşə Məktəbinin 2022-ci il 13 sentyabr tarixli arayı şından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1980-ci illərdə Mingəçevir şəhər 39 №-li X7 Məktəbinin əyani şöbəsində elektrik qaz qaynaqçısı ixtisası üzrə texniki peşə təhsili almışdır. 4. "xxxx" ASC-nin 2022-ci il 26 sentyabr tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 1983-cü il 9 noyabr tarixində "Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Mingəçevir daimi təmir sahəsinə elektrik qaynaqçısı peşəsinə qəbul edilib və 1989-cu il 16 yanvar tarixində öz xahişi ilə işdən azad edilib. 5. "xxxx" ASC-nin 2015-ci il 28 dekabr tarixli, ATÜ/442 №-li əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilib. 6. “Azbaşenerji”-nin 1978-ci il 1 sentyabr tarixli əmrinə əsasən “Azenerjitəmir” zav odu İstehsalat Təmir adlandırılıb.

7. Azərenerji” ASC-nin 2002-ci il 23 yanvar tarixli, 13 №-li əmrinə əsasən İstehsalat Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. 8. "xxxx" ASC-nin 2004-cü il 12 fevral tarixli, AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC “Azərenerjixüsusitəmirsazlama“ MMC adlandırılmışdır. 9. "xxxx"ASC-nin 2005-ci il 4 mart tarixli, AÜ 040 № li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb.

10. Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin 2008-ci il 9 oktyabr tarixli, 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılıb.

11. Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" MMC-nin 2022-ci il 23 sentyabr tarixli işin xarakteri haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli və ağır iş şərait i olan vəzifələrdə çalışmışdır: -1980-ci il 31 iyul tarixindən 1980-ci il 3 noyabr tarixinədək və 1983-cü il 9 fevral tarixindən 1983-cü il 9 may tarixinədək "xxxx"-nin ("xxxx" MMC) Tikinti Quraşdırma İdarəsinin armatur sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. 1992-ci il 27 oktyabr tarixindən 2022-ci il 5 may tarixinədək "xxxx"-nin ("xxxx" MMC) X2 (YNS) “lokomotiv briqadasında” qatar tərtibatçısı vəzifəsində işləmişdir.

12. İddiaçı "xxxx" MMC-də zərərli iş şəraitində işlədiyi iş stajı 30 il 11 gün təşkil edir.

13. İddiaçı 1980-ci il 31 iyul tarixindən 1980-ci il 3 noyabr tarixinədək və 1983-cü il 9 fevral tarixindən 1983-cü il 9 may tarixinədək işlədiyi müddət ərzində zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3 - təhlükəlilik sinfi 3 -4, səs-küy, titrəmə, toz, havanın hərəkət surətinin və iş arində havanın temperaturunun normadan yüksək, nisbi rütubətin normadan yuxarı olması, karbon azı, əməyin ağırlığı, yeksənəkliyi (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olan iş şəraitində işləmişdir. 14. "xxxx" ASC-nin 2003-cü il 25 aprel tarixli AÜ/091 saylı əmrinə əsasən yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası’’ (Azərbaycan DRES) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. 15. "xxxx" ASC-nin 2006-cı il 5 yanvar tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır.

16. Arayış müvaf iq peşə üzrə vəzifə təlimatları, X3 əsasnaməsi, texniki istismar qaydaları və əmək şəraitinə görə iş yerinin attestasiya xəritəsi əsasında tərtib edilmişdir. 17. ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1980 – xx.xx.1980, xx.xx.1983 – xx.xx.1983, xx.xx.1983 – xx.xx.1989, xx.xx.1989 – xx.xx.1990, xx.xx.1990 – xx.xx.1991, xx.xx.1991 – xx.xx.1992, xx.xx.1992 – xx.xx.1992, xx.xx.1992 – xx.xx.2022-ci illər.

18. İddiaçının cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətdən görünür ki, müraciət xx.xx.2022-ci il tarixdə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

19. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) cavabdeh Dövlə t Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialına (bundan sonra -“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pensiya hüququnun yarandığı 2019-cu il 19 yanvar tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 2019-cu il 19 yanvar tarixindən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçının nümayəndəsi, 2022-ci il 20 dekabr tarixində məhkəmə iclasında tələbi dəqiqləşdirərək “pensiya hüququnun yarandığı 2019-cu il 19 yanvar tarixindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 2019-cu il 2 iyul tarixindən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, onun 43 il 11 ay 3 gün ümumi iş stajı vardır.Həmin stajın 35 il 2 ay 18 gününü zərərli və ağır işlərdə (güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı) işləmişdir.O, ümumi və xüsusi əmək stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

22. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər in siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri nəzərdə tutulmuşdur. İddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC “Azərbaycan istilik Elektrik Stansiyası" MMC-nin ona dair 2022-ci il 24 iyun tarixli 07-64 nömrəli arayışında xx.xx.1992xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan İES MMC-nin X2 qatar tərtibatçısı işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi "xxxx" ASC "xxxx" MMC yuxarıda qeyd olunan magistral dəmiryolları sahəsinə aid deyil. Buna görə də iddiaçının güzəştli iş stajı yoxdur.

23. Şəki İnzibati Məhkəməsinin 2022-ci il 20 dekabr tarixli, 2-1(116)-2237/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 2019-cu il 19 yanvar tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 2019-cu il 2 iyul tarixindən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır (hakim V.Musayev).

24. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının tamam olduğu 2019-cu il 19 yanvar tarixində yaranmışdır (iddiaçı 1962-ci il 19 yanvar tarixində doğulmuşdur).

25. Belə olan halda pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: İ) 2006-cı il 1 yanvara qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; İİ) 2006-cı il 1 yanvara qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

26. İddiaçının hər bi xidmətdə olduğu, təhsil aldığı və 2006-cı il 1 yanvar tarixinədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 27 il 5 ay 8 günə bərabərdir. Yəni, iddiaçının 2006-cı ilə 1 yanvar tarixinə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur.

27. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, xx.xx.1983- xx.xx.1989-cu illərdə (5 il 2 ay 7 gün) iddiaçı "Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Mingəçevir daimi təmir sahəsində elektrik qaynaqçısı peşəsində çalışmışdır. Həmçinin iddiaçının xx.xx.1980 – xx.xx.1980 və xx.xx.1983 – xx.xx.1983-cü illərdə işlədiyi peşə də elektrik qaz qaynaqçısı olmuşdur.

28. Təhsil aldığı ixtisas üzrə elektrik qaz qaynaqçısı olan iddiaçının işlədiyi elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəlir.

29. Eyni zamanda, ixtisasca məhz elektrik qaz qaynaqçısı olan iddiaçının əmək kitabçasında qeyd olunan peşələrin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2101/2021 nömrəli, 2021-ci il 14 dekabr tarixli qərarında əks olunmuş hüquqi mövqe).

30. İşdə olan, güzəştli arayış və işin xarakteri barədə arayışla rla iddiaçının işlədiyi sahənin zərərli sahə olması birmənalı olaraq müəyyən edilir.

31. İddiaçının xx.xx.1992-xx.xx.2006-cı illərdə (13 il 2 ay) "xxxx"-nin ("xxxx" MMC) X2 (YNS) “lokomotiv briqadasında” qatar tərtibatçısı vəzifəsində işlədiyi müddət ağır və zərərli sahəyə aid olduğundan və qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının (Nazirlər Kabinetinin 2007-ci il 12 yanvar tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Nəqliyyat” adlı 28-cü bölməsinin “l” bəndinin 18-ci abzasına 23001000—18726 - qatar tərtibçiləri vəzif əsinə uyğun olduğundan iddiaçının 2006-cı il 1 yanvaradək xüsusi iş stajının 12 il 6 aydan çox olması müəyyən olunur. Cavabdeh orqanın etirazının dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qatar tərtibçisi vəzifəsinin magistral dəmiryolları sahəsinə aid olması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət, fərqli təsnifat nəzərdə tutulmamışdır.

32. Odur ki, iddiaçının 2006-cı il 1 yanvar tarixinədək xüsusi stajı tələb olunan 12 il 6 aydan, ümumi iş stajı 25 ildən çox olduğundan, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

33. Məhkəmə öz qərarını “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69, “Əmək pensiyaları haqqında” Qanunun 5.3, 9. 1, 21.2.11, 23.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-“İPM”) 34.1, 52, 58.7, 68.1, 68.2, 69.5, 81.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

35. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 aprel tarixli, 2-1(107)207/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: sədrlik edən – V.Məlikov, R.Rəfiyev və G.Cavadova).

36. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

37. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

38. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 aprel tarixli, 2-1( 107)-207/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etdilməsini xahiş etmişdir.Kassasiya şikayətinə etiraz iddia tələbinin məzmununa əsaslanır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçin in əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pen siya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. bənd “b”. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər– istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq ə mək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlükəsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqd a və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 23200000 – XXXİİİ. Ümumi peşələr 23200000-19906 – əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Bölmə: XXVİİİ. Nəqliyyat

1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyal ı işçilər 23001000—18726 - qatar tərtibçiləri

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən ş əxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti y alnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

51. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

52. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

53. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin iz ahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

54. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Posessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

55. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının çalışdığı müəssisə ("xxxx" MMC) dəmiryolu nəqliyyatı sahəsinə aid deyildir və bu baxımdan iddiaçı həmin müəssisədə i şlədiyi qatar tərtibatçısı peşəsi ilə bağlı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşəyə istinad edə bilməz.

56. Məhkəmə kollegiyası qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisə yə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir.

57. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxx x" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir.

58. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən qatar tərtibatçıları da həmin anlamda qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən qatar tərtibatçıları eyni peşənin daşıyıc ılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında qatar tərtibatçıları işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır.

59. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mü lkiyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında çalışan qatar tərtibatçılarının qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.

60. Yuxarıda istinad edilən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

61. Beləliklə, iddiaçının işlədiyi peşələrin (elektrik qaz qaynaqçısı, qatar tərtibçisi) güzəştli peşələr olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisələr tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

62. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayışlar, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışlarda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəb ul edilməlidir. Əks təqdirdə həmin arayışların tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

63. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

65. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 aprel tarixli, 2-1(107)207/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar