Məhkəmə qərarları › İş №2-1(102)-1882/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1882/2020

13.10.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1882/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1882/2020) Açar sözlər: (ailə başçısını itirməyə görə pensiya, övladlığa götürülmə) Bakı şəhəri xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-300/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. xx xxxxxx 2011-ci il təvəllüdlü X2 Şirinbacı Əjdər qızının övladlığına verilmiş, bununla bağlı masallı rayon Qeydiyyat Şöbəsində xx xxxx 2013-cü il tarixli qeydiyyat aparılaraq müvafiq şəhadətnamə verilmişdir.

2. Övladlığa götürən X5 xx xxx 2013-cü il tarixdə vəfat etmişdir.

3. Masallı rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2019-cu il tarixli sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş azyaşlı X11 iddiaçının qəyyumluğuna verilmişdir.

4. Bundan sonra iddiaçı, azyaşlı X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. 5.Cavabdeh **********35 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubla iddiaçıya imtina cavabı vermiş və bildirilmişdir ki, X6 adına Masallı rayon qeydiyyat şöbəsindən verilmiş 009912 saylı övladlığa götürmə haqqında şəhadətnamədə övladlığa götürən X5 olduğu, lakin onun AZE N11518260 saylı şəxsiyyət vəsiqəsində anası İddiaçı yazıldığı üçün X7 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pensiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il təvəllüdlü X3 rayonu, Xanalion kənd sakini X4 övladlığına verilmiş, bununla bağlı Masallı rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixli qeydiyyat aparılaraq müvafiq şəhadətnamə ver ilmişdir. X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Masallı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş azyaşlı Valeh Səbziyev iddiaçının qəyyumluğuna verilmişdir. X1 vəfat edən günədək yaşa görə əmək pensiyası almışdır. X4 vəfatından sonra azyaşlı Valeh Səbziyev iddiaçının qəyyumluğuna verildiyindən sonuncu ərizə ilə cavabdehə müraciət edərək Valeh Səbziyevə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia rədd edilmişdir.

9. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, hazırki i ş materiallarında 009912 saylı övladlığa götürmə haqqında şəhadətnamədə X6 X4 övladlığına verildiyi qeyd olunsa da, AZE seriyalı N11518260 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X6 anası İddiaçıdir. Təqdim edilən sənədlər arasında uyğunsuzluq olduğuna görə məhkəmə hesab edir ki, X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur.

10. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-300/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.G.Zey nallı, hakimlər: T.O.Quliyev və G.F.Tağızadə) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki halda iddiaçı, X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyindən cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-300/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ET İRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası MPM-in 14, 77 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmələr Azərbaycan Respublikası Ailə Məcəlləsinin 125.1-ci maddəsinə əsaslanıb şikayəti təmin etməmişlər. Halbuki, Ailə Məcəlləsinin 125.1-ci maddəsində qeyd olunur ki, şəxsin xahişi olduqda uşağa yeni ad və soyad verilir.

15. Daha sonra qeyd edilir ki, məhkəmə tərəfindən MPM-in 350-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, MPM-in 350.2-ci maddəsinə əsasən, məhkəmə övladlığa götürənlərin (götürənin) uşağın doğulması haqqında akt qeydində valideynlər (val ideyn) kimi yazılmasına, eləcə də uşağın doğulduğu tarix və yerin dəyişdirilməsinə dair onların xahişlərini rədd edərək, uşağı övladlığa götürmələri haqqında xahişlərini təmin edə bilər. Bundan əlavə, MPM-in 350.3-cü maddəsinə əsasən xahiş təmin edildikdə, övladlığa götürənlərin (götürənin) və övladlığa götürülən uşağın qarşılıqlı hüquq və vəzifələri uşağın övladlığa götürülməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən müəyyən olunur. Odur ki, qanunun mənasından da aydın olur ki, məhkəmə uşağı yeni soyad verilmədən və valideynlərin adı dəyişdirmədən də övladlığa verə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında cavabde hin vəkili kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək kassasiya şikayətini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. İddiaçının vəkili xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığ a götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Maddə 125.4. Övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Maddə 127.1. Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan v ə ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış. Maddə 16.1. Övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. 22.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ:

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSAS İYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya icraatı zamanı apelyasiya məhkəməsi tərəfindən qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərar əsaslandırılmamışdır.

26. Qeyd olunmalıdır ki, hazırkı iddianın təmin edilməsi üçün iki şərtin mövcudluğu vacibdir: 1) azyaşlı X6 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsində nəzərdə tutulan ailə üzvləri kateqoriyasına aid olması; 2) övladlığa götürən mərhum X4 pensiya hüququnun olması.

27. İşdən göründüyü kimi, cavabdehin etirazı, eləcə də aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə onunla əsaslandırılmışdır ki, azyaşlı X6 adına M asallı rayon Qeydiyyat Şöbəsindən verilmiş 009912 saylı övladlığa götürmə haqqında şəhadətnamədə övladlığa götürən X5 olduğu halda, onun (azyaşlı X6) AZE seriyalı, 11518260 saylı şəxsiyyət vəsiqəsində anası İddiaçı qeyd edilmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin, eləcə də aşağı instansiya məhkəmələrinin bu mövqeyini əsassız hesab edir. Belə ki, hazırkı halda azyaşlı X6 mərhum X5 tərəfindən övladlığa götürülməsi işin mübahisəsiz halıdır. Mübahisə edilən hal övladlığa götürənin övladlığa götürülənin şəxsiyyət vəsiqəsində onun anası kimi yazılmamasıdır.

29. Ailə Məcəlləsinin bu qərarın 20-ci bəndində qeyd edilən normalarından göründüyü kimi, uşaq yeni soyad verilmədən və valideynlərin adı dəyişdirmədən də övladlığa götürülə bilər. Hazırkı işin hallarından görünür ki, azyaşlı X11 mərhum X5 tərəfindən övladlığa götürülərkən soyadı və valideynlərinin adı dəyişdirilməmişdir. Bu hal ailə qanunvericiliyinin tələbinə uyğun olmaqla, azyaşlı X6 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1 və 16.1-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri kateqoriyasına aid olmasını istisna etmir. Odur ki, aşağı instansiya məhkəmələrinin azyaşlı X6 belə hüquqa malik olmaması barədə gəldiyi nəticə səhvdir.

30. Qeyd olunmalıdır ki, aşağı instansiya məhkəmələrində icraat zamanı mərhum X4 pensiya hüququnun olub-olmaması müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində mərhum X4 pensiyaçı olduğunu bildirmiş, bu hal cavabdeh tərəfindən mübahisələndirilməmiş, məhkəmə araşdırmalarının da predmeti olmamışdır. İddiaçının pensiyaçı olmasına dair iş materiallarında heç bir sübut yoxdur.

31. Odur ki, işin təkrar apelyasiya baxışında yuxarıda qeyd edilən ikinci şərtlə bağlı, yəni övladlığa götürən mərhum X4 pensiya hüququnun olub-olmaması ilə bağlı araşdırma aparılması vacibdir. Belə ki, mərhum X4 pensiya hüququnun olub-olmaması işin nəticəsinə bilavasitə təsir göstərən haldır.

32. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz.

33. Avropa İnsan Hüquqları Məhk əməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsi “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir.

34. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma natamam aparıldığından maddi və prosessual hüquq normaları pozulmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-300/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar