Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1882/2021 02.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: hərbi qulluqçunun mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən imtina; hərbi xidmətin qüsursuz olması şərti ödənilmir) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olu nmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.06.2021-ci il tarixli, 2-1(103)-830/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 01.08.1988-ci il tarixindən 20.06.1992-ci il tarixinədək keçmiş Sovet Ordusunda, 08.08.1992-ci il tarixindən 07.04.2013-cü il tarixinədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Müdafiə Nazirinin 30.12.2012-ci il tarixli, 0507 saylı əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Sila hlı Qüvvələrindən ehtiyata buraxılmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 saylı Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrinə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya iddiaçının da daxil edilməsini xahiş etmişdir.
3. Cavabdeh 12.05.2020-ci il tarixli, 1692 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı 01.08.1988-ci il tarixdən 20.06.1992-ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmiş, 08.08.1992-ci il tarixdən 07.04.2013-cü il tarixədək isə A zərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Təqvim hesabı ilə 24 il 08 ay 06 gün, güzəştli şərtlərlə 24 il 08 ay 6 gün, ümumilikdə isə 47 il 04 ay 23 gün xidmət etmişdir Xidmətinin 20 il 07 ay 29 gününü Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0507 №-li, 30.12.2012-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin edilməmişdir. Baxmayaraq ki, iddiaçının belə bir hüququ olmuşdur. Hərbi xidmət dövrü 4 medalla təltif olunmuşdur. Müharibə veteranıdır. Hərbi xidmət dövrü aldığı xəstəlik nəticəsində sağlamlığını itirmiş və idd iaçıya 19.10.2015ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 2- ci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçının “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” AR Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməyi barədə qərar qəbul edilməsi xahişi ilə 20.04.2020-ci il tarixdə cavabdehə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmişdir. Lakin, müraciətinə cavabdeh tərəfindən 12.05.2020-ci il tarixli 1692 №-li məktubla imtina cavabı verilmişdir. İmtinanın əsası kimi iddiaçının “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 15 6-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı göstərilmişdir. İddiaçı hesab edir ki, qeyd edilən imtina əsassızdır.
6. Cavabdeh iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı 1992-ci ilin iyun ayından 30.12.2012-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçı “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Onun hərbi xidmət qüsursuz olmadığı üçün cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir
7. Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(112)-4585/2020 saylı qərarı ilə (hakim – Miminat Hacıbəyova) iddianın rədd edilməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq xidmət etsə və medallarla təltif edilsə də, onun xidməti qanunun tələblərində göstərilən kimi qüsursuz olmamışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.06.2021-ci il tarixli, 21(103)-830/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Cahangir Yusifov və Afaq Nuriyeva) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(112)-4585/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı iddiaçıya 08.07.2020 -ci il tarixində təqdim edilmişdir.
13. İddiaçı həmin qərardan 30.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.06.2021-ci il tarixli, 2-1(103)830/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan qəbul etdiyi qərarı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi hüquqi əsası olmayan etirazını bütünlüklə qərara köçürməklə əsasl andırmış, apellyasiya instansiyası məhkəməsi də həmin halları təkrarlamışdır. Məhkəmə gəldiyi hüquqi nəticənin hansı hüquq norması ilə tənzimləndiyini göstərməmiş və xidməti uyğunsuzluğa görə tərxis olunmanın qüsur hesab edilməsini qanunun tələblərinə uyğun olaraq əsaslandırmamışdır. Xidməti uyğunsuzluğa görə tərxis olunma qüsur hesab edilə bilməz. Qüsur hesab olunsa belə, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qanunda nəzərdə tutulmuş 20 təqvim ilindən artıq bir müddət ərzində qüsursuz xidmət etmişdir. Onun xidməti uyğunsuzluqla bağlı Ordu sıralarından ehtiyata buraxılması ən azı 20 təqvim ilindən sonra baş vermişdir. Halbuki, cavabdeh orqan və məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquq məs uliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil olunduğunu nəzərə almalı və iddia tələbi təmin olunmalı idi. Beləliklə, məhkəmə qərar qəbul edərkən hüquq normaları düzgün tətbiq etməyərək işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, Konstitusiya və digər qanunvericilik aktlarının kobud şəkildə pozulmasına yol verərək ədalətsiz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 saylı Fərman:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 19. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci bəndinə əsasən xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır.
20. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
21. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır.
22. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
23. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşin hallarından göründüyü kimi, iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci tarixli Fərmanının ona da şamil olunmasını tələb edir və kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, iddiaçının “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması həmin Fərmanın ona şamil edilməsinə mane olmur.
28. İddiaçının kassas iya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 18-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir.
29. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 20 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir.
30. İddiaçının mənzillə təmin olunması üçün digər zəruri şərt qüsursuz xidmətinin olmasıdır ki, bu şərt iddiaçıya münasibətdə ödənilmir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldığından onun xidməti qüsursuz hesab edilə bilməz.
31. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuluğa görə) bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış şəxslər mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(102)-525/2021 saylı qərarı).
32. Beləliklə, cavabdehin imtinası əsaslıdır və apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilmə si barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
34. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.
35. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.06.2021-ci il tarixli, 2-1(103)-830/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.06.2021-ci il tarixli, 21(103)-830/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.