Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1882/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesa blanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(107)251/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuş, 1993-cü ilin iyun ayından xx.xx.1994cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olarkən xx.xx.1994-cü il tarixdə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə sağ gözündən qəlpə yarası almış, xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissə tərəfindən xəstəliklər cədvəlinin 92b maddəsi ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilər ək ehtiyata buraxılmışdır.
2. İddiaçıya 1998-ci ildə birinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır.
3. İddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə əsasən ona xx.xx.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” birinci dərəcəli əlilliyə görə hərbi qulluqçu kimi təminat xərcliyinin 100 faizi miqdarında pensiya təyin edilmiş və alınmamış əmək pensiyası əvvəlki üç il müddəti üçün hesablanaraq ona ödənilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixində cavabdehə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Cavabdehin sorğusuna əsasən Fondun Balakən rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, **********9 nömrəli məktubunda iddiaçıya əmək pensiyasının xx.xx.2018-ci il tarixinədək ödənildiyi qeyd edilib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən cavabdehə təqdim olunmuş xx.xx.2018-ci il tarixli, MN-11444 nömrəli məlumat vərəqinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” birinci dərəcəli əlil liyə görə təminat xərcliyinin 100 faizi miqdarında pensiya təyin edilib və keçmiş üç il müddət üçün yenidən hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, müraciətdə göstərilən dövr mərkəzi filiala müraciət ediləndən qanu nvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən həmin müddət üzrə iddiaçının əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məlumat üçün bildirilir ki, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 3799,50 manat fərq məbləği xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirilir ki, xx.xx.2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin (591 manat) 10 faizi – 59,10 ma nat maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1994cü ilədək N saylı hərbi hissədə xidmət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, bir gözünü itirmiş, xx.xx.1998-ci ildən birinci dərəcə müddətsiz müharibə əlilidir. Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsindən 1998-ci ilin iyun ayından 2019-cu ili yanvar ayınadək əmək pensiyası almışdır. 2018-ci ilin dekabr ayında Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona birinci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsi tərəfindən 2019-cu ilin yanvar ayından etibarən 1-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. İddiaçı ona xx.xx.2006-cı ildən xx.xx.2019-cu ilədək olan müddət üzrə pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək qeyd etdiyi müddət üçün üç il ödəniş etmiş, qalan xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək müddət üçün ödəniş etm əmişdir.
8. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 31 yanvar 2023-cü il tarixli, 2-1(116)-576/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ 1994-cü ildə yarandığından və 1998-ci ildən etibarən təyin edildiyindən, mübahisəyə cavabdehin şikayətdə bildirdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun deyil, iddiaçının pensiya h üququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında baxılmalıdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinin ikinci hissəsinə görə pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Qeyd olunan normanın tələbləri baxımından iddiaçı pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Pensiya təyin edən orqanın təqsiri üzündən iddiaçının pensiyası düzgün hesablanmamış, cavabdeh xx.xx.2019-cu ildən əvvəlki üç il üçün pensiyanı yenidən hesablayıb fərqini iddiaçıya ödəmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək olan dövr üzrə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının fərq məbləğini tələb etməkdə haqlı olduğundan həmin dövr üzrə pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Günay Cavadova) 20 aprel 2023cü il tarixli, 2-1(107)-251/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkə məsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin iddiaçıya birinci dərəcə əlilliyə görə əmək pensiyasının təyin edildiyi 1998-ci ildə hərbi qulluqçulara pensiya ödənişi edilməsinin Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətində olmaması dəlilinə münasibətdə qeyd etmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən və hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu s ahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 19 oktyabr tarixli, 462-İİİQD nömrəli Qanuna əs asən qüvvədən düşmüşdür.) Maddə
1. Pensiya təminatı hüququ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Bu Qanunda nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya almaq hüququna malikdirlər.... Maddə
17. Pensiyaların təyin edilməsi şərtləri Əlil olmuş hərbi qulluqçulara əlilliyə görə pensiyalar, əlillik onların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövr ündə alınmış yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində üz verdikdə təyin edilir.... Maddə
43. Pensiya təyin edilməsi üçün müraciət Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.... Maddə
45. Pensiyaların təyin edilməsi müddətləri Bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara – xidmətdən buraxıldığı gündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi gündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə – ailə başçısının vəfat etdiyi gündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi gündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi aşağıdakı hallar is tisna olunur: xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara – əlilliyin müəyyən edildiyi gündən; həmin hərbi qulluqçuların və onların sırasından olan pensiyaçıların ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmiş ailə üzvlərinə – pensiya almaq hüququnun yarandığı gündən, yaşayış üçün vəsait mənbəyini itirdiklərinə görə pensiya almaq hüququ əldə etmiş valideynlərə və ər-arvada – pensiya almaq üçün müraciət edildiyi gündən. Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir. Maddə
46. Təyin edilmiş pensiyaların yenidən hesablanması müddətləri H ərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar yenidən hesablanır, həm də pensiyaçı pensiyasının artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənməlidir. Maddə
49. Keçmiş müddət üçün pensiyaların ödənməsi Hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. 18. “Əmək pensiyaları haqqında” Azər baycan Respublikasının Qanunu Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.... Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020- ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı...Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 -ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin t əmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti v axtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılm adığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası m əhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı 1993-cü ilin iyun ayından xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olarkən xx.xx.1994-cü il tarixdə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə sağ gözündən qəlpə yarası almış, 1998-ci ildən ona birinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır. İddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə əsasən ona xx.xx.2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” birinci dərəcəli əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmiş və onun alınmamış əmək pensiyası əvvəlki üç illik müddət üçün, yəni xx.xx.201 6-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanaraq ona ödənilmişdir.
27. Hazırkı iş üzrə iddiaçının hüququ marağı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ona ödənilməsinə yönəlmişdir.
28. Kassasiya şikayətinin təkrarlanan dəlilinə əsasən cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edərək qeyd edir ki, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının pensiya hüququ 1994-cü ildə yarandığından və 1998-ci ildən etibarən təyin edildiyindən, m übahisəyə cavabdehin şikayətdə bildirdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında baxılmalıdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinin ikinci hissəsinə görə pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Qeyd olunan normanın tələbləri baxımından iddiaçı pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır.
30. İddiaçıya birinci dərəcə əlilliyə görə əmək pensiyasının təyin edildiyi 1998-ci ildə hərbi qulluqçulara pensiya ödənişi edilməsinin Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətində olmaması barədə cavabdehin kassasiya şikayətinin təkrar edən dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən və hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur.
31. Bununla ya naşı, məhkəmə kollegiyası qeyd edir ki, işin müvafiq olaraq 31-ci və 82-ci vərəqlərində olan cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan və iddiaya qarşı təqdim edilmiş xx.xx.2022-ci il tarixli etirazından görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə əsasən cavabdeh tərəfindən ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməklə əmək pensiyası yenidən hesablanmış və onun alınmamış əmək pensiyası əvvəlki üç illik müddət üçün, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanaraq ona ödənilmişdir. 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 o ktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.
33. Göründüyü kimi, iddiaçı ona artıq təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2018-ci il tarixində, yəni “Əmək pensiyalar haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı xx.xx.2019-cu il tarixindən əvvəl müraciət etdiyindən, “Əmək pensiyalar haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti ona tətbiq edilmir və onun yenidən hesablanmış pensiya məbləği xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan bütün müddət üçün ödənilməlidir.
34. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 20 23-cü il tarixli, 21(107)-251/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.