Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1883/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; prosessual müddət) Azərbaycan Respublikası 29.09.2020 Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv olunması və s.” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 iyul tarixli 21(105)-171/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2019-cu il 09 avqust tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx xxxxxx 2016-cı il tarixli 94 saylı sərəncamının ləğv olunması, iddiaçının Cavabdeh başçısının Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün xx.xx.2016-cı il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2011-ci il tarixdə Cavabdeh başçısının Gilətağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə səhhəti ilə bağlı işdən çıxmaq barədə ərizə vermiş, lakin xx.xx.2016-cı ildə səhhəti normallaşdıqdan sonra işinə bərpa olunmaq barədə Cavabdehnə müraciət etmiş və Əmək qanunvericiliyinin 69.4-cü maddəsinə müvafiq olaraq xəbərdarlıq müddəti bitmədiyi nəzərə alınaraq o, xx.xx.2016-cı il tarixdə işinə bərpa olunmuşdur. xx xxxxxx 2016-cı il tarixdə rəhbərliyin ona qarşı kobud davranışı nəticəsində iş yerində kəskin ağrıları baş vermiş, yüksək təzyiqlə onu 4 saylı şəhər poliklinikasına yerləşdirmişlər. Həmin gün o, stress vəziyyətində işdən çıxmağı ilə bağlı ərizə yazmışdır. Məhz güclü ruhi həyəcan vəziyyətində olmağı və yüksək hipert oniyadan əziyyət çəkərək xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 4 saylı şəhər poliklinikasında ambulator müalicə olunmuşdur. Sonradan işə bərpa olunmaq istəsə də Cavabdehndən bildirmişlər ki, artıq o, işdən azad olunmuş və onu işə bərpa etməkdən imtina etmişlər. Bundan sonra o, dəfələrlə əmək kitabçasını, işdən azad olunmaq barədə əmrin və digər hüquqi sənədlərin ona təqdim olunmasını xahiş etsə də həmin sənədlər ona verilməmişdir.
3. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)1485/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindək i icraat
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 iyul tarixli 2-1(105)-171/2020 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hüquqlarına toxunan qərarın mövcudluğu barədə ən geci 2016-cı ilin 20 dekabr ayından məlumatı olsa da, onu qanunda göstərilən müddət ərzində mübahisələndirməmiş, həmin müddətdən 2 il 7 ay 17 gün keçdikdən sonra həmin qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİN İN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
9. Halbuki, iddiaçı əmrdən çıxarışın və əmək kitabçasının ona verilməsi barədə dəfələrlə cavabdehə müraciət etməsi əhəmiyyətsiz olmuş və sonuncu dəfə xx xxxx 2019cu il tarixdə ərizə ilə cavabdehə poçt vasitəsilə müraciət etmiş, müraciət xx xxxx 2019-cu il tarixdə İcra Hakimiyyətinin məsul əməkdaşı tərəfindən qəbul edilmiş və bu barədə poçt xidmətinin qəbzinə imza edilmişdir. Cavabdeh tərəfindən ərizə təmin edilməmiş, cavab məktubu iddiaçının ünvanına göndərilməmiş və ümumiyyətlə hər-hansı hərəkət olmamışdır. X2-İqtisadi Məhkəməsinə müraciət edərək tutduğu vəzifədən azad olunma barədə əmrdən çıxarışın və əmək kitabçasının ona verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş məhkəmə tərəfindən işə baxılma ərəfəsində, konkret olaraq xx.xx.2019-cu il tarixdə cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəmə iclas zalında əmək kitabçasının dublikatı və əmrdən çıxarış iddiaçıya təqdim olunmuşdur.
10. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində qeyd edilir ki, həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, hüq uqunun pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.
11. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün Qanunla müəyyən olunmuş müddət ötürülməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadıqlarından çıxışlarda iştirak etmədilər. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olma dığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (hazırkı iddianın verildiyi xx.xx.2019-cu il tarixdə qüvvədə olan redaksiyada). Maddə 58.7. Sübutlar məhk əmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİK AYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan xx.xx.2000ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi istinad olunan normada hüququnun pozulduğunu iddia edən şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququ təsbit edilmişdir.”.
19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bu qənaətin əsası kimi istinad etdiyi halları və hüquq normasını İPM-in bu qərarın 13-cü bəndində qeyd edilən normalarının (1.2–82-ci maddələr) tələblərinə uyğun hesab etmir.
20. İPM-in 1.2-ci maddəsinin tələbindən göründüyü kimi, həmin norma istənilən halda MPM-in müddəalarının tətbiqini nəzərdə tutmur. Qanunverici İPM-də MPM-in müddəalarının tətbiqi üçün iki hal müəyyən edib: 1) İPM-lə başqa qayda müəyyən edilməmiş olsun və 2) İPM-lə nəzərdə tutulmuş prinsiplərə zidd olmasın. Burada, 2-ci halın və ya 2-ci şərtin tətbiqi 1-cinin mövcudluğundan asılıdır. Yəni, ilk növbədə müəyyən edilməlidir ki, inzibati prosessual münasibəti tənzimləmək üçün İPM-lə başqa qayda müəyyən edilməyib. İPM-in yuxarıda qeyd edilən 38.1-ci maddəsinin məzmunundan göründ üyü kimi, qanunverici inzibati mübahisə üzrə mübahisələndirmə haqqında iddianın verilməsinin müddətini və bu müddətin axımının başlandığı vaxtı müəyyən edib.
21. Beləliklə, MPM-in apellyasiya instansiyası məhkəməsinin qərardadında istinad edilən normasının hazırkı mübahisəyə tətbiqi üçün əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi mübahisələndirmə iddianın verilməsi ilə bağlı müddətə əməl olunub-olunmadığını, buradan, iddianın mümkünlük şərtini İPM-in yuxarıda istinad edilən normalarının tələbləri nəzərə alınmaqla yoxlamalı və qiymət verməli idi. Bu zaman nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinə dair normaların tələblərinin təmin olunması iddianın mümkünlüyünə də aiddir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərin in pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılması tələblərinə dair hissədə təmin oluna bilməz.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 iyul tarixli 21(105)-171/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Ş ikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov