Məhkəmə qərarları › İş №2-1(102)-1883/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1883/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1883/2021 02.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: vəkil tərəfindən imzalanmamış kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin “ç” bəndi ilə əvəz olunması və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.07.2021-ci il tarixli, 2-1(103)-1459/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin “ç” bəndi ilə əvəz olunması və bu müddət ərzində iddia ərizəsində qeyd etdiyi ödənişlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-2612/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 01.07.2021-ci il tarixli, 21(103)-1459/2021 nömrəli qərardadına əsasən (sədrlik edən – Aida Hüseyn, hakimlər – Afaq Nuriyeva və Səadət Bəktaşi) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2-1(112)-2612/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Məhkəmə qərardadı iddiaçıya 17.07.2021-ci il tarixində təqdim edilmiş, iddiaçı 26.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.07.2021-ci il tarixli, 2-1(103)-1459/2021 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN İŞTİRAKÇİLARİNİN İZAHATLARİ MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ İCRAATİ a) Kassasiya şikayətinin mümkünlüyü

6. Kassasiya şikayətinə vəkil orderi əl avə olunmamış və şikayət vəkil tərəfindən imzalanmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir.

8. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

10. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

11. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

12. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

13. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

14. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya göndərilmiş 15.09.2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə iclasının təyin olunduğu vaxtadək (02.11.2021-ci il saat 10:55) həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya x əbərdarlıq olunmuşdur. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasınadək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir.

16. Belə olan halda, hazırkı qərardadın 9-14-cü bəndlərində göstərilən normaların tələblərinə görə kassasiya şikayəti mümkün sayıla bilməz.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.07.2021-ci il tarixli, 21(103)-1459/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar