Məhkəmə qərarları › İş №2-1(102)-1883/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1883/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1883/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü, FİN Oxxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli 2-1(106)-1897/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 16 avqust 1960-cı il tarixində doğulmuşdur. O, xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək, 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etm işdir. İmtinanın əsası kimi iddiaçının xx.xx.2006-cı tarixədək ümumi iş stajının 25 ildən, güzəştli iş stajının 12 il 6 aydan az olması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşından (20172020-ci illərdə) pensiya hüququnun tanınması və həmin illər üçün pensiya ödənişinin həyata keçirilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, güzəştli şərtlərlə 60 yaşında pensiya hüququnun təmin edilməsi və xx.xx.2020-ci il tarixindən pensiya ödənişi Bakı İnzibati Məhkəməsinin müdaxiləsi nət icəsində 223.90 AZN təyin olunmuşdur. O, 1977-ci ildən 1982-ci ilə əyani təhsil aldığı üçün 4 il 10 ay da daxil olmaqla, xx.xx.1997-ci ilə qədər 19 il 10 ay iş stajı olmuşdur. xx.xx.1998-ci ildən xx.xx.1999-ci ilə qədər “Azərrabitəinşaat” ATCdə 1 il 6 ay 29 gün və xx.xx.1999-ci ildən xx.xx.2001-ci ilə qədər “Pet-Azəri” Birgə müəssəsində 2 il 3 ay 18 gün iş stajı olmaqla, 23 il 8 ay 15 gün iş stajı toplamışdır. xx.xx.2003-ci il tarixdən xx.xx.2007-ci ilə qədər fərdi sahibkarlıqla məşğul olmaqla sosial sığorta haqqı və dövlət vergi orqanına vergi ödəmişdir. Həmin 5 il də daxil olmaqla, xx.xx.2006-ci ilə 28 il 8 ay 15 gün ümumi iş stajı olmuşdur. xx.xx.2021-ci ildə güzəştli şərtlərlə 57 yaşında pensiya hüququnun təyin olunmasına imtina verilmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etir az təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasə n, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-1İİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd ed ilən normanın məzmunundan göründüyü kimi, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ qanuvericilikdə nəzərdə tutulmuş digər tələblər ödənildiyi halda 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə yaranacaqdır. İddiaçıya xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməmlidir: 1) 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 il və 2) güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Belə ki, iddiaçının xx.xx.2006-cı tarixədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan azdır. İddiaçının ümumi iş stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı 04 il 09 ay 15 gün, əmək kitabçasına əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək işlədiyi 06 ay 09 gün, xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi 14 il 06 ay 02 gün və xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi 01 il 06 ay 29 gün olmuşdur ki, bu da ümumilikdə 21 il 04 ay 25 gün təşkil edir. İddiaçının güzəştli iş stajı xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək 05 il 11 ay 25 gün, xx.xx.1994-cü il tarixdən xx.xx.1997ci il tarixədək 03 il 06 10 gün müddətdir ki, bu da ümumilikdə 09 il 06 ay 05 gün təşkil edir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanladığı 11.01 2022-ci il tarixli ** ********0 nömrəli xidməti məktubdan görünür ki, İddiaçı “Pet-Azəri” birgə müəssisəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi aşkar edilmişdir. Həmçinin, onun fərdi sahibkarlıqla məşğul olduğunu iddia etdiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək cəmi 131 manat məcburi dövlət sosial sığorta haqqı və vergi ödənişi etdiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən, həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, yuxarıda göstərilən əsaslara uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.

6. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(112)-2991/2022 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr (əsas: SOCAR-ın xx.xx.2018-ci il tarixli arxiv arayışı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında (21303000

3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emal ı bölməsində 2130301b— 24043 növbə rəisləri, 2130301b—24125 texnoloji sexlərin rəisləri və onların müavinləri, 2130301b— 22177 mühəndislər (növbəli məşğul olanlar) nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçıya güzəştli şərtlərləxx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarla pensiya təyin edilmişdir. Həmin qərarda İddiaçı xx.xx.2006-cı ilədək ümumi iş stajı 16 il 7 ay 10 gün qeyd edildiyi halda, güzəştli iş stajı 18 il 10 ay 14 gün müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajına (12 il 07 ay 20 gün) malik olmuşdur. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azə rbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 21(103)-1897/2022 nömrəli qərarına əsasən ( hakimlər: A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(112)-2991/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdı r.

11. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-1897/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları, imtina məktubu və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı iddiaçının yazılı etirazında kassasiya şikayətnin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin a zı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

13. Axırıncı iş yerindən asılı ol mayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə

67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bə ndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 18.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qər ar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin d əlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hü quq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh orqan əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir.

29. İş materiallarında olan Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan, həmçinin DSMF tərəfindən Sığortaedənə (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə və torpaq payı alana) təqdim edilmiş bildirişdən müəyyən edilir ki, iddiaçı ********* VÖEN-lə qeydiyyatdan keçmişdir və xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək dövlət büdcəsinə vergi ödəmişdir.

30. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı (xx.xx.2006-cı il tarixədək tələb olunan ümumi iş stajı təhsil dövrü də nəzərə alınmaqla 25 ildən artıqdır (27 il 08 ay 27 gün) ümumi iş stajı (sığorta stajı) mövcud olmuşdur.

31. SOCAR-ın xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, v əzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda (21303000

3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bölməsində 2130301b—24043 növbə rəisləri, 2130301b—24125 texnoloji sexlərin rəisləri və onların müavinləri, 2130301b— 22177 mühəndislər (növbəli məşğul olanlar) nəzərdə tutulmuş istehsalat sahəsi, peşə və vəzifələrdə iddiaçı xx.xx.2006-cı il tarixinədək 12 il 6 aydan artıq müddətdə işləmişdir. Odur ki, iddiaçıya münasibətdə güzəştli iş stajı şərti də tam ödənilir.

32. Beləliklə, 2006-cı ilin yanvar ayının 1-dək azı 25 il ümumi və 12 il 6 ay “əmək şəraiti zərərli və ağır olan” iş stajı (2 №-li Siyahı üzrə) şərtləri tam ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respu blikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən iddiaçının 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)1897/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar