Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1884/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə)qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Nümayəndə vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı kompensasiya ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 28 fevral 2 019-cu il tarixli, 2-1(103)-329/19 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 8/144 hissəsinə 14,216667 kv.m üçün (seriya RX ******* saylı, 20 iyun 2017ci il tarixli) mülkiyyət hüququnu təsdiq edən çıxarışa əsasən 21325 AZN kompensasiya ödənilməsinin cavabdehlərin üzərinə qoyulması barədə i ddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 03.10.2018-ci il tarixli iş № 2-1(81)-2713/2018, (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 03.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 28.02.2019-cu il tarixli iş № 2-1(103)-329/2019 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızad ə və K.Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 03.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehinkasasiya şikayəti onunla əsaslandırılmışdır ki,A.Şaiq küçəsi, dalan 13 ünvanında yerləşən 3 saylı fərdi yaşayış evi dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan olan Cavabdeh2 tərəfindən mülkiyyətçilərə könüllü alqı-satqı yolu ilə daşınmaz əmlakın satın alınmasına dair bildiriş göndərilmişdir. Cavabdeh2 “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müstəqil qiymətləndirici cəlb etmiş (“xxxx” MMC) və qiymətləndiricilər hə min əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilmiş və tərəflərlə razılaşdırılmış və alqı-satqı müqaviləsi bağlanaraq əmlak satın alınaraq sökülmüşdür. Mülkiyyət alqı-satqı dövründə İddiaçı qeyd olunan ünvanda yerləşən əmlakın mülkiyyətçisi olmamışdır. Həmin vaxt İddiaçı iddia etdiyi mülk həmin ünvanda yaşayan mülkiyyətçilər və digər istifadə hüququ olan şəxslər tərəfindən Cavabdeh2nə satılmış və Cavabdeh2 tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya ödənilmişdir. İddiaçı 20 iyun 2017-ci il tarixdə, yəni, mülk Cavabdeh2nə satıldıqdan və söküldükdən sonra mülkiyyət hüququ əldə etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən İddiaçı 14,2 kvadrat metr sahəyə görə kompensasiya ödənilməsi barədə qəbul etdiyi qərar həmin mülkə görə dövlət büdcə sindən təkrar vəsait ödənilməsi ilə nəticələnə bilər. İddiaçı mülkiyyət hüququnu əldə etdikdən sonra iddianı Cavabdeh2nə qarşı deyil, ona məxsus mülkə görə kompensasiya vəsaiti alan şəxslərə qarşı iddia qaldırmalı idi. Cavabdeh2 onun bu iddiası üzrə iddiaya aydınlıq gətirilməsi məqsədi ilə üçüncü şəxs qismində məhkəməyə cəlb edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 18-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. İnzibati mübahisələrə kasasiya qaydasında Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyası tərəfindən baxılır. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, b u Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibatiiqtisadi kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Həmin Məcəllənin 90.2ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilənlərdən məlum olur ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2-1(103)329/2019 saylı qərarı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2-1(103)329/2019 saylı qərarının ləğv edilməsini və inzibati iş materiallarının təkrar araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsi ndə qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və inzibati iş materiallarının təkrar araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsiNümayəndə də, cavabdehin vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və inzibati iş materiallarının təkrar araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkə mənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçıvə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Azərbaycan Respublikasının İnzibati Prosessua l Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 28 fevral 2019-cu il tarixli qərarla, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2-1(81)-2713/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 15.9, 246, 247.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 52, 58.1, 58.7, 68.1, 68.2, 73.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki Kollegiyasının 17 mart 2017-ci il tarixli, 2(102)1722/2017 saylı qərarından müəyyən olunur ki, Yasamal rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər 5 saylı notarial kontoruna, X6, X7, X8 və X1rşı vərəsəlik faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələblərinə dair iddiası qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən evin X2 və X4 miras qalmış 8/144 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması və həmin evin 8/144 hissəsinə onun mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2016-cı il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Ko llegiyasının 17 mart 2017-ci il tarixli, 2(102)-1722/2017 saylı qərarı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2016-cı il tarixli, 2(103)-6135/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 20 iyun 2017-ci il tarixli Çıxarışına əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən evin 8/144 hissəsinin mülkiyyətçisidir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən AN-İ seriyalı, ******* nömrəli, 05 aprel 2014-cü il tarixli; AN-İ seriyalı, ******* nömrəli, 20 avqust 2014-cü il tarixli; 23 sentyabr 2014-cü il tarixli; 29 mart 2014-cü il tarixli; 15 aprel 2014-cü il tarixli; AN- İ seriyalı, ******* nömrəli, 06 oktyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 8/48 hissəsinin mülkiyyətçisi X14; 1/48 hissəsinin mülkiyyətçisi X10; X5 özünə məxsus hissəsinə; X11 özünə məxsus hissəsinə; X20 2/48 hissəsinə; X9 3/48 hissəsinə görə Cavabdeh2ndən kompensasiya almışlar. Beləliklə, müəyyən edilmişdir ki, hazırkı iş üzrə mübahisəli, yəni, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 tərəfindən müxtəlif tarixlərdə, həmin evin paylı mülkiyyətçilərinə alqı-satqı qaydasında pul ödənilməklə satın alınmışdır. İddiaçı məhkəmə qətnaməsinə əsasən həmin evin 8/144 hissəsinə vərəsəliyini tanıdaraq, həmin hissəyə mülkiyyətini təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 20 iyun 2017-ci il tarixli Çıxarış almışdır. İddiaçı mülkiyyət hüquqlarını rəsmiləşdirdikdən sonra cavabdehə ərizə ilə müraciət edərək, ona məxsus hissənin alınması ilə əlaqədar ona ödənilməli olan pul məbləğinin ödənilməsini tələb etsə də, cavabdeh həmin pul məbləğinin ödənilməsi üzrə məhkəmə mübahisəsinin olduğunu əsas gətirərək, iddiaçının müraciətindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı miras əmlaka vərəsəlik hüququ uzunmüddətli məhkəmə çəkişmələrindən sonra tanınmış, həmin evə dair paylı mülkiyyət hüququ miras əmlaka dair vərəsəlik hüquqları tanınd ıqdan sonra, 20 iyun 2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə maddi hüquq normalarını düzgün olaraq tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.9-cu maddəsində təsbit olunduğu kimi, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Həmin Məcəllənin 246-cı maddəsinin müddəalarına (246.1–246.5) əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir (246.l). Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır (246.2). Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir (246.3). Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olm ayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər (246.4). Bu Məcəllənin 246–249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir (246.5). Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən, Dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olm ayaraq mülkiyyətçiyə ödənilir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən verilmiş 19 iyul 2018-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən həmin ərazidə (faktiki mövcud olmuş) yaşayış sahələrinin əsas və köməkçi hissələrinin hər 1 kvadrat metri üçün 1500,0 manat nəzərdə tutulmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli 21(103)-329/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1884/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1884/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver