Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1884/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxs X11) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: orderlərin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 29.12.2022 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X11) qarşı “orderlərin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1124/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkə mə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 Vişnyovka-2 bağ massivi üzrə 23 nömrəli kooperativin nömrəsiz, xx.xx.1988-ci il tarixli orderinə əsasən, Bakı şəhər X14 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı ilə Vişnyovka-2 massivində 23 nömrəli BTK-nin nəzdində 248A saylı, 0,12 ha bağ sahəsi X12 ayrılmışdır.
2. X18 xx.xx.1995-ci ildə vəfat etmişdir. İddiaçı onun vərəsəsidir.
3. Bakı şəhər X14 İcraiyyə Komitəsinin X3 və X2-İ bağlar sahəsindəki 23 nömrəli kooperativin 07 nömrəli orderinə əsasən, Bakı şəhər X14 İcraiyyə Komitəsinin 30 sentyabr 1990-cı il tarixli, 9/549 nömrəli qərarına əsasən Vişnyovka-İ bağlar sahəsində 23 nömrəli BTK nəzdində 248A nömrəli 0,12 ha bağ sahəsi X9 ayrılmışdır.
4. X6 vəfatından sonra sözügedən bağ sahəsi X1 və bu barədə Cavabdeh Aparatının X3 və İstismarı Birliyi tərəfindən 03 saylı order verilmişdir (Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 186BTB saylı qərarına əsasən). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X11) məhkəməyə müraciət edərək, X6 adına olan 07 saylı orderin, həmin order əsasında üçüncü şəxsin adına verilmiş 03 saylı orderin etibarsız hesab olunmasını xahiş etmişdir.
6. İddiaçı sonradan iddiasını dəyişərək, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı şəhər sakinlərinə bağ sahələrinin ayrılmasına dair Bakı şəhər XDS-nin İK-nın xx.xx.1988-ci il tarixli, 9/549 nömrəli qərarına əlavə edilmiş siyahıda 23 saylı X4 üzvləri sırasında X6 adına Vişnyovka-2 bağ massivindən torpaq sahəsinin ayrılması barədə qeydin etibarsız hesab edilməsi, X6 adına olan 07 saylı orderin, həmin order əsasında üçüncü şəxsin adına verilmiş 03 saylı orderin etibarsız hesab olunmasını xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim R.Kərimli) iddianın dəyişdirilməsinin qəbulundan imtina olunmuş, iddia mümkün sayılmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, hazırkı məhkəmə icraatında iddiaçı üçüncü şəxsin və onun atasının (üçüncü şəxsin atasının vərəsəsi kimi çıxış etməsi işin mübahisəli halı deyil) adına olan orderlərin etibarsızlığını tələb edir. Lakin hər ikisinə məxsus bağ sahəsini nömrəsi eyni, yəni 248 “a” olsa da, iddiaçının atasının adına verilmiş orderdə bağ sahəsinin Vişnyovka-1 bağ massivində, üçüncü şəxs və onun atasının adına verilmiş orderdə isə bağın Vişnyovka-2 bağ massivində yerləşdiyi göstərilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı məhkəmə icraatında aidiyyəti qurum kimi AR ƏMDK yanında daşınmaz Əımlakın kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış məlumata əsasən, sözügedən bağ sahələrinin ayrılmasından sonra həmin bağ massivlərinin yenidən xəritələşməsi, ünvanların verilməsi ilə bağlı da hallar müəyyən edilmir. Belə olan halda, İddiaçı Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 248 “a” saylı bağa münasibətdə subyektiv hüququ olmadığından, iddia mümkün sayılmamalıdır.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2135 /2019 nömrəli, 22 avqust 2019-ci il tarixli qərardadı ilə (hakimlər V.Məmmədov-sədrlik edən, S.Seyidova və İ.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-186/2019 nömrəli iş üzrə 12 iyun 2019-cu il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının subyektiv hüquqa malik olmaması iş materialları ilə birmənalı təsdiqini tapmır, əksinə, apellyasiya şikayətinin dəlilləri, hansılar ki, işdə olan sənədlərə istinad edir, onun belə bir hüquqa malik olması barədə inandırıcı münasibət formalaşdırır. birinci instansiya məhkəməsində ikinci icraat
12. İddiaçı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməy ə müraciət edərək X6 adına verilmiş 07 saylı orderin, həmin order əsasında verilmiş xx.xx.2004-cü il tarixli, 03 saylı orderin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X14 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən iddiaçının mərhum atası X15 Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha olan 248A nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçının atası xx.xx.1995-ci ildə vəfat etmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri 9 nömrəli notariat kontoruna vərəsəlik dairəsinin müəyyən edilməsi ilə bağlı müraciət etmiş və iddiaçıya X10 vərəsəsinin onun qızı – İddiaçı olması barədə bildiriş (arayış) verilmişdir. Bundan s onra iddiaçı atasının və ailəsinin istifadəsində olan bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2017-ci ildə cavab məktubu ilə bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina etmiş və imtinanı aparılan yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəsisslərə şərait yaradılmaması ilə əsaslandırmışdır. Bununla əlaqədar iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha olan 248A nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlə t reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul ediilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul olunduqdan sonra həmin işə üçüncü şəxs qismində X11 cəlb olunmuşdur. Onun iddiaya qarşı verdiyi etirazda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi bağ sahəsi Vişnyovka-1 ərazisindədir, həmin ərazi X7 məxsusdur. Tamara Qurbanova eyni zamanda məhkəməyə onun adına həmin sahəyə dair X17 Komitəsi tərəfindən verilmiş A 041265 nömrəli, xx.xx.2001-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünü, atası X6 adına verilmiş 7 nömrəli və sonradan öz adına rəsmiləşdirilmiş 03 nömrəli orderin sürətini məhkəməyə təqdim edərək həmin ərazinin ona aid olmasını iddia etmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki, onlar saxtadırlar. Belə ki, xx.xx.1988-ci il tarixli qərara əsasən Vişnyovka-2 bağ sahəsində 23 nömrəli BTK-nın üzvlərinə bağ sahələri ayrılmışdır. O üzvlərdən biri də iddiaçının atası X13r. Ona xx.xx.1988-ci il tarixli, 9/549 nömrəli qərara əsasən xx.xx.1988-ci il tarixli orderlə Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-2 bağ massivi ünvanında sahəsi 0,12 ha torpaq sahəsi ayrılmışdır.Üçüncü şəxsin atasının adına verilmiş order isə xx.xx.1990-cu il tarixli, 9/549 nömrəlidir. Halbuki xx.xx.1990-cı il tarixi həftənin bazar günü, qeyri-iş günüdür, qeyri-iş günündə rəsmi sənədin imzalanması və təsdiq edilməsi mümkün deyildir. Həmçinin, xx.xx.1988-ci il tarixli, 9/549 nömrəli qərarın nömrəsi 1990-cı il tarixli qərarla üst-üstə düşə bilməz. Bu da onu göstərir ki, order təsadüfən oxşar tarix seç ilməklə, heç bir səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Həm iddiaçının, həm də üçüncü şəxsin atasına və sonradan öz adına dəyişdirilmiş orderlərdə olan kooperativin sədri X8 imzalarında açıq-aşkar uyğunsuzluq vardır. Eyni zamanda X10 adına olan order blankı, X6 adına verilmiş order blankından gözlə görünən əlamətlərlə fərqlənir – birinci orderin blankı makinada rus dilində çap olunaraq doldurulsa da, X6 adına verilmiş order mətbəə üsulu ilə azərbaycan dilində hazırlanmışdır. X10 adına olan orderdə 23 nömrəli BTK-nın möhürü olsa da, X6 adına olan orderdə möhür yoxdur, orderin altında yalnız ştamp mövcuddur. İddiaçının atasına torpaq sahəsi ayrıldıqdan sonra uzun müddət iddiaçı öz ailəsi, qardaşlarının ailəsi ilə birlikdə o bağa gedib-gəliblər, bağı əkib-becəriblər və bütün qonşu lar onları tanıyır. Bundan fərqli olaraq, üçüncü şəxsin özünü və atasını heç bir qonşu tanımır. Üçüncü şəxs tərəfindən təqdim edilmiş və iş materiallarında olan xx.xx.1990-cu il tarixli, 9/549 nömrəli qərara əsasən verilmiş orderin foto surəti notariat qaydasında təsdiq edilmişdir. Bu da onu göstərir ki, orderin əsli tərəfdə yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(112)-57/2021 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti vermişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1600/2 021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva-sədrlik edən, S.Bektaşi və A.Hüseyn) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi X6 adına verilmiş 07 saylı orderin, həmin order əsasında verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı orderin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. Halbuki, hazırki iş üzrə mübahisə predmeti olan – order “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilə bilməz. Bundan əlavə, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icrat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati orqan iştirak edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mübahisələndirilən orderlər Cavabdeh Aparatının X3 və İstismarı Birliyi tərəfindən verilmişdir və hazırki icraatda cavabdeh qismində Cavabdeh çıxış edə bilməz. Çünki “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Cavabdeh nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, Cavabdeh Aparatının X3 və İstismarı Birliyi ləğv olunub, onun səlahiyyəti digər orqana verilməmişdir və birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh qismində cəlb edilməsi düzgüz deyil.
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2293/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova-sədrlik edən, İ.Hüseynov və K.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 2-1(103)-1600/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmənin Cavabdeh iş üzrə cavabdeh olmaması barədə mövqeyi də əsaslı olmamışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi, onlar tərəfindən verilmiş inzibati aktların mübahisələndirilməsi imkanını aradan qaldırmır. Bağ təsərrüfatı İdarələri yerli icra hakimiyyətlərinin nəzdində olduqlarından, hazırkı iş üzrə də Cavabdeh olmalıdır. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1124/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Nağıyeva-sədrlik edən, C.Yusifov və H.Həmidov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən X6 adına verilmiş 07 nömrəli order, həm də həmin order əsasında üçüncü şəxs X5 adına verilmiş 15 dekabr 2004-cü il tarixli 03 nömrəli orderin mötəbər hesab edilməsi iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.
23. Üçüncü şəxs kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1124/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına əsas olan qərar qəbul etmişdir. Belə ki, işin faktiki hallarını əsaslı araşdırmadan ona məxsus orderin etibarsız hesab edilməsi onun mülkiyyətçi kimi hüquqlarının kobud şəkildə pozulmasıdır. İş üzrə keçirilmiş torpaqşünaslıq ekspertizasının rəyindən də göründüyü kimi, mübahisəli torpaq sahələri müxtəlif yerlərdə yerləşir. Belə ki, torpaq sahələrinin iki müxtəlif sahə olmasına dair ekspert rəyi məhkəmə üçün mötəbər sübut sayılmasına baxmayaraq, məhkəmə öz mülahizəsinə uyğun olaraq qərar qəbul etmişdir. Bundan başqa, orderlərdə olan imzaların həqiqiliyinin yoxlanılmasına dair ekspertiza keçirilməsinə zərurət olmasına baxmayaraq ekspertiza keçirilməmişdir. Məhkəmə imzalara vizual baxışın kifayət etdiyinə istinad edərək ekspertiza təyin etməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 27. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 28. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin.
29. İnzibati Prosessual Məcəllə Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qə bul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
31. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual h üquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apel lyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından X6 adına olan 07 saylı orderin, həmin order əsasında üçüncü şəxsin adına verilmiş 03 saylı orderin etibarsız hesab edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normaların ın tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
38. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1988-ci il tarixli order iddiaçının atasının adına Bakı şəhər X14 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı əsasında 23 saylı kooperativ tərəfindən verilmiş, kooperativin sədri tərəfindən imzalanmış və dairəvi möhürlə təsdiqlənmişdir. Orderin verilməsinə əsas olmuş Bakı şəhər X14 İcraiyyə Komitəsinin 9/549 nömrəli, xx.xx.1988-ci il tarixli qərarının əsli Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialında mövcuddur və bununla bağlı Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 1605 nömrəli arayışı iş üzrə materiallara əlavə olunmuşdur.
39. Lakin, üçüncü şəxsin atası X6 adına olan 07 nömrəli orderdə istinad olunan Bakı şəhər X14 İcraiyyə Komitəsinin 9/549 nömrəli, 30 sentyabr 1990-cı il tarixli qərarı arxivdə aşkar olunmamışdır. Bundan başqa, X6 adına olan 07 nömrəli orderin kooperativin möhürü ilə təsdiq edilmədiyi, orderdəki imzanın kooperativin sədri H.İsrafilova məxsus olmadığı da iş üzrə materiallarla təsdiq olunur.
40. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, həm iddiaçının atası Z.Həsənovun, həm də üçüncü şəxsin atası Ə.Cəfərovun adına verilmiş hər iki orderdə həmin sənədləri imzalayan şəxs kimi kooperativin sədri X16 göstərilmişdir. Lakin həmin şəxsin adının qarşısında olan imzaların adi müşahidə nəticəsində bir-birindən tamamilə fərq li olduğu görünür. Bununla bağlı, H.İsrafilovun iş yeri olmuş Bakı Dövlət Universitetindən onun imza nümunələri tələb edilmiş və universitet tərəfindən məhkəməyə təqdim olunmuş məktuba əlavə edilmiş ərizələrdə və tərcümeyi-halda H.İsrafilova aid olan imzalar orderlərdəki imzalarla müqayisə edilmiş, H.İsrafilovun təqdim olunmuş sənədlərdəki imzalarının iddiaçının atasının adına verilmiş orderdəki imza ilə tam oxşar olduğu halda, üçüncü şəxsin atası Ə.Cəfərovun adına verilmiş 7 nömrəli orderdəki imzadan tamamilə fərqli olduğu müəyyən edilmişdir.
41. Bundan əlavə, həmin bağ sahəsi ilə bağlı X5 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş AN 041265 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində əsas kimi Cavabdeh xx.xx.2004-cü il tarixli, 186 nömrəli qərarına, habelə Cavabdeh BTİ və İB-nin 03 saylı orderinə istinad edilmişdir. Lakin Cavabdeh iş üzrə materiallara əlavə olunmuş xx.xx.2019cu il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının 2004-cü il tarixli, 186 nömrəli sərəncamı xx.xx.2004-cü il tarixli yox, xx.xx.2004-cü il tarixlidir və həmin sərəncam vətəndaşlara bağ sahəsinin ayrılması barədə deyildir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda X5 adına verilmiş 3 nömrəli orderin arxivdə yalnız surətinin mövcud olduğu qeyd edilmişdir.
42. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdı rıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən iş üzrə müəyyən olunmuş halların və həmin hallarla bağlı sübutların məcmu halında qiymətləndirilməsi nəticəsində hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur.
43. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli, 21(103)-1124 /2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.