Məhkəmə qərarları › İş №2-1(102)-1884/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1884/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1884/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sos ial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2393/2023 nömrəli qərarının qismən, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi hissəsində ləğv edilməsi, iddiaçıya xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(104)-201/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2002-ci il müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmiş, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə qədər SQ TTM-də kursant, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək N nömrəli hərbi hissənin, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli əmrinə əsasən xx.xx.2017-ci il tarixdə istefaya buraxılmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 339 nömrəli qərarından görünür ki, Qazax RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmış iddiaçının hərbi xidmət keçərkən 2011-ci ilin may ayında hərbi hissənin avtoparkında xidməti vəzifələrini yerinə yetirərkən aldığı travmanın nə ticələrinə və hərbi xidmət zamanı müalicə olunduğu xəstəliklərin nəticələrinə görə, xx.xx.2017-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda təyin edilmiş travmanın nəticəsi - diaqnoz: “L 4 fəqərəsinin sağdan hissəvi laminektomiyası, L4-L5 residiv disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 95 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli, 812 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.2020-ci il tarixli, 579 nömrəli travma haqqında arayışı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-494/2021 saylı qərarı, Gəncə Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-504/2021 saylı qərarı, SQ BKH-dan verilmiş xx.xx.2017-ci il tarixli, 2166 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” və hərbi xidmət dövründə aldığı xəstəlik - diaqnoz: ”İdiopatik dilatasion kardiomiopiya. Ürək çatışmazlığı, İİ funksional sinif (SQ BKH-dan verilmiş xx.xx.2017-i il tarixli 2166 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeydə alınmışdır.

3. İddiaçıya xx.xx.2018-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə, xx.xx.2022-ci il tarixdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 5 il müddətinə və xx.xx.2023-cü il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

4. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2393/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq, hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə, həmçinin, əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli, 501 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-32393/2023 nömrəli qərarının qismən, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi hissəsində ləğv edilməsi, ona xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-2017-ci illərdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə avtomobil manqa komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2011-ci ilin may ayının axırlarında hərbi hissənin döyüş təminatının həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə yük maşının sürətlər qutusunu dəyişərkən qutunun ağırlığının qəflətən üzərinə düşməsi nəticəsində onurğa nahiyəsində kəskin ağrı hiss etmiş, zədə alması barədə komandanlığa məruzə etmişdir. İlk zamanda hər hansı fəsadlar özünü aşkar biruzə verməsə də, qısa müddətdən sonra, səhhətinin vəziyyəti kəskin şəkildə pisləşmişdir. Ağrılarla əlaqədar hadisədən bir ay sonra iyun 2011-ci ildə müalicə üçün hərbi hospitala göndərilmişdir. Müayinələr vaxtı “L4-L5 fəqərəarası diskin sağ sinir kökünü kompressiya edən “posterolateral yırtığı” diaqnozu təyin edilmişdir. Müalicə nəticəs ində uçotdan çıxarılmaqla, hərbi xidmətə yararsız hesab edilərək xidmətdən buraxılmışdır. Hazırda 2-ci qrup hərbi əlildir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə təltif olunub. Xidmətinin axırıncı 7 ilini düşmənlə təmas xəttində olan Qazax rayonun düşmənlə həmsərhəd ərazilərində keçirmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün vermədiyi üçün yenidən müraciət etmişdir ki, ona hərbi hissə komandirinin axırıncı dəfə verdiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün qərar verilsin. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ona “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” qərarı verməkdən imtina etmişdir. Bu barədə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə ona “Hərbi travmadır, Hərbi xidmət vəzifə lərini yerinə yetirərkən almışdır” qərarı verilməsini təmin etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 339 nömrəli qərarı ilə təmin edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş və əyani müayinədə olmuş, ona xx.xx.2022-ci ildə 2-ci dərəcə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik təyin edilmişdir. xx.xx.2023-cü ildə avtomobilə tibbi göstəriş verilməsi üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə icraatı vaxtı o, avtomobilə tibbi göstəriş verilibverilməməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müayinəyə göndərilmiş, xx.xx.2023-cü ildə elektron altsistemə baxış keçirə n zaman məlum olmuşdur ki, cavabdeh tərəfindən əsassız olaraq əlilliyinin səbəbi dəyişdirilərək 2-ci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ona xx.xx.2022-ci ildə 2-ci dərəcə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik təyin edilməsini, qanunsuz əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsini və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını nəzərə almaqla ikinci dərəcə müddətsiz hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik təyin etməli idi. Hansı ki, təyin edilmiş əlilliklə bağlı xəstəlik diaqnozu hərbi xidmət zamanı qazanılmış və ağırlaşmış olması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında öz təsdiqini tapmışdır, belə olan halda ona qarşı düzgün olmayan səbəb əlaqəsi ilə əlillik təyin edilmişdir.

7. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0236003AAJ4Z nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə müvafiq olaraq, Hərbi xidmət vəzifələrin (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. M.A.Topçubaşov ad ına X4 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz "İdiopatik dilatasion kardiomiopatiya. Kardioverter-defibrillyatorun (İCD) implantasiyası cərrahi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2022)" kimi qeyd olunmuş, həmin diaqnoz əlillik təyinatına əsas vermişdir. X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Dilatasiyaon kardiomiopatiya. Ürək çatışmazlığı. İV funksional sinif. AF=20 %. CRT implantasiyasından sonrakı vəziyyət(2022)" kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə müvafiq olaraq “hər bi xidmət dövrü” ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 30 oktyabr 2023-cü il tarixli 2-1(114)-3004/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2393/2023 nömrəli qərarı qismən, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi hissəsində ləğv edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, aprel 2023-cü il tarixdə Agentlik onu n əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilməklə, əlilliyin səbəb əlaqəsi “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” qeyd olunsa da, heç bir əsas olmadan yenidən müayinəyə cəlb edilməklə xx.xx.2023-cü il tarixdə müddətsiz əlillik təyin edilmiş və səbəb əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilmişdir. Cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etmiş və müayinə nəticəsində əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Məhkəmə tərəfindən iddiaçının vaxtından əvvəl müayinəyə cəlb edilməsi əsaslarının təqdim edilməsi barədə cavabdehə sərəncam g öndərilməsinə baxmayaraq müvafiq cavab verilməmişdir. Odur ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etmiş və müayinə nəticəsində əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 27 fevral 2024-cü il tarixli, 2-1(104)-201/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı barəsində göndərişlər və diaqnozlar əsasında əlilliyin “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbi ilə təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində həmin səbəblə əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikasının Nazirlər Ka binetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq, “hərbi xidmət dövrü ilə əlaqədar səbəbdən” mövcud olduğu müəyyən olunmuş, səciyyələnmiş xəstəliklərin əsasında əlilliyi “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbi ilə təyin etmək mümkün olmamış, cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Həmçinin, əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na dair Əsasnamənin 1.3-cü bəndinə əsas ən qiymətləndirmə tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla, yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. b) kassasiya şikayə tinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”:... Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəa liyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir....

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. … 1.4. Əlilliyin qiymətləndirilməsi “Əl illiyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdiri lməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. … Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanıl ması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. …

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”:

3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqəda r əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqd im edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya mə hkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİN İN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətd ə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(104)-201/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar